Məhkəmə qərarları › İş №2(004)-2776/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2776/2023

03.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2776/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılmağı barədə qeydin məhkəmə qaydasında ləğv olunması və cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli, 142/Ü saylı əmrin ləğv edilməklə işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, 1993-cü ildə ailə üzvləri birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşüb. 1994-cü ildə Gəncə Aqrar Universitetinin meşə mühəndisliyi fakültəsinə qəbul olub, bir çox maddi çətinliklərə baxmayaraq intitutu bitirib. 2001ci ildən Bərdə meşə təsərrüfatında iqtisadçı, 2009-cu ildən 2023-cü ilin aprel ayına qədər Bərdə RMTM-nın Bərdə meşəbəyliyinin meşəbəyisi vəzifəsində fəaliyyət göstərmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən barəsində heç bir cəza tədbiri görülməyib, hər zaman yüksək göstəricilərlə ön sıralarda fəaliyyət göstərmişdir. Meşəyə və təbiətə töhfələr vermişdir. 2001-ci ildən bu günə kimi 100 hektarlarla mədəni meşə əkini yetişdirib meşə yaratmışdır. Belə ki, Bərdə meşəbəyliyinin ümumi ərazisi 2368,4 hektardan ibarətdir. Həmin ərazilər Yevlax və Ağcabədi rayonlarıyla sərhəddə yerləşir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli, 142/Ü saylı əmri ilə “vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Mərkəzi Bərdə meşəbəyliyinin meşəbiyisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi’’ qərara alınmışdır. Göstərilən əsaslara görə xx.xx.2023-cü il tarixli, 142/Ü saylı əmr əsassız və qanunsuzdur. Belə ki, işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər-hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər-hansı bir irad almamışdır. 2023-cü ilin aprel ayında ona verilmiş məlumata əsasən Bərdə meşəbəyliyinin 1 saylı meşə dolayısının 16 saylı kvartalına RMTM-nın əməkdaşlarıyla baxış keçirdiyi zaman həmin ərazidə ağacların və cır nar kollarının çıxarılmasının şahidi olmuşlar. Adı çəkilən meşə sahəsinin meşə gözətçisi Tərtər rayon ərazisində yaşadığı üçün meşə ərazisinə gec saatlarda gəldiyi və 1 saylı dolayını tam şəkildə mühafizə edə bilmədiyi üçün kənar şəxslərin həmin əraziyə müdaxilə etdiyinin şahidi olmuşlar. Bütün bunlarla bağlı o, meşə gözətçisi barəsində xidməti məruzədə vermiş, 1 saylı meşə dolayısında olan hadisə barəsində meşə gözətçisi ona nə yazılı, nə də şifahi məlumat verməmiş, həmin dövrlərdə o, meşəbəyliyin başqa dolayı və kvartallarında bir çox tədbirlərin həyata keçirilməsi ilə məşğul olmuşdur. Bu fakt ay ərzində vermiş olduğu açotda öz əksini tapır. Meşə gözətçisi vermiş olduğu izahatında da bildirmişdir ki, qeyri iş günlərində və qeyri iş saatlarında meşəbəylik ərazisində 5 hektar sahədə ağaclar çıxarılmış və şum işləri aparılmışdır. Həmin vaxt 1 saylı meşə dolayısının giriş qapısının kilidinin qırılmasının şahidi olmuşdur (video disk əlavə edilir). Bu hadisəni törədən şəxsi həmin vaxt tapa bilmədikləri üçün meşə gözətçisinə akt yazıb cərimə tətbiq etmişlər. xx.xx.2023- xx.xx.2023-cü il tarixlər ərəfəsində həmin ərazini nəzarətdə saxladığı bir vaxtda ağ rəngli əlil maşınında bir nəfərə rast gəlmiş və bu şəxslə söhbət əsnasında məlum olmuşdur ki, bu ərazidə ağacları çıxaran, şum işlərini aparan Ağdam rayon sakini Həsənov Həsəndir. Dərhal həmin şəxsi RMTM-ya gətirmiş, barəsində akt tərtib edilmiş, həmin şəxs vermiş olduğu izahatında da bildirmişdir ki, RMTM-nın direktoru Qalib Həsənovdan bostan və şairələr əkmək üçün yer isdədiyi halda ona yer verilmədiyi üçün o da, həmin ərazidə ağacları çıxarmış, yeri şumlamışdır. Ona qeyd etmişdir ki, 1 saylı dolayıya yaxın ərazidə qohumu yaşayır və bu səbəbdən həmin meşəbəylik ərazisində əkin əkməyi məqsədə uyğun bilmişdir. X13isi olduğu bir halda, onu gətirib akt yazdığı, cərimə etdiyinə baxmayaraq, onun Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən azad edilməyi qanunsuzdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Həsənov Həsənin bu əməli törətməsiylə bağlı mətbuatda açıqlama verib, ancaq bu gün Həsənov Həsən heç bir təqsiri olmayan şəxs kimi o isə, təqsirkar hesab edilib heç bir töhmət və yaxud başqa cəza verilmədən bir başa “ç” bəndi ilə işdən azad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X11 məhkəmə iclasında bildirmişdir ki, iddia əsassızdır və iddianı qəbul etmirlər. Ərazidə çox böyük meşə fonduna zərər dəymişdir. Həmin ərazidən məsul şəxs də İddiaçı Yəhya oğlu olmuşdur. Əmək Məcəlləsinin müvafiq maddəsi ilə- əmək funksiyalarını yerinə yetirmədiyi üçün işdən azad olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı əmək müqaviləsinin bağlandığı tarixdən X24 X4 meşəbəyliyində meşəbəyi vəzifəsinə qəbul olunmuş, işçi təsdiq olunmuş əsasnaməyə uyğun olaraq əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 142/Ü saylı, xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Mərkəzi Bərdə meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmrin məzmununa əsasən, Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 115/em saylı əmrinə əsasən Bərdə RRMT-nin Bərdə meşəbəyliyinin 1 saylı dolayında ağacların kəsilməsi, ərazilərin şumlanması barədə daxil olmuş məlumatlar Xidmətin əməkdaşları tərəfindən Mərkəzin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında ümumilikdə 17.82 hektar meşə ərazisinin başdan-başa şumlandığı və nəticədə 43.42 m3 həcmində 4079.73 manat ziyan və nırx dəyərində 1282 ədəd ağacın, 559 ədəd (nar, yulğun) kolun, 2827.55 manat xərc çəkilmiş 8.46 hektar dövriyyədə olan meşə əkinlərinin kürünərək məhv edildiyi, bununlada meşə fonduna ümumilikdə 6907.28 manat ziyan vurulduğu məlum olmuşdur. Faktla bağlı xx.xx.2023cü il tarixli 005310 nömrəli Akt tərtib edilmiş və “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən meşə fonduna vurulmuş zərərin məbləği hesablanmışdır. Dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar X5 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Meşələrin İnkişafı Xidmətinin Meşə mühafizə şöbəsi xx.xx.2023cü il tarixli DX-205 nömrəli təqdimatla müraciət edərək X24 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının Meşə Məcəlləsinin tələblərini pozması, işə məsuliyyətsiz yanaşması və verilmiş tapşırıqları vaxtında yerinə yetirməməsi səbəbi ilə onlar barəsində intizam tənbeh tədbirlərinin görülməsini xahiş etmişdir. Bu məqsədlə aidiyyəti işçilərin iştirakı ilə Xidmətin inzibati binasında Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və işçilər yazılı izahat verərək qeyd edilən faktları təsdiq etmiş və Xidmətin Həmkarlar İttifaqı Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən iclasında məsələlər ətraflı müzakirə edilmiş və cavabdeh olan şəxslər barədə intizam tənbehi tədbirlərinin görülməsi barədə qərar qəbul edilmişdir. Məlum olmuşdur ki, həmin şəxslər meşələrin qorunub mühafizə edilməsi işlərini düzgün təşkil etməmiş, meşədə qanunsuz qırıntı baş verməsinə bilavasitə şərait və səbəb olmuşlar. Digər nəzarət etməli olan əməkdaşlar isə vaxtında lazımi sənədləşmə işləri aparmamış və bu barədə Mərkəzə məlumat verməmişlər. Bununla da qanunvericiliklə olan vəzifələrini və qulluq funksiyalarını düzgün yerinə yetirməmiş və göstərilən sahədə meşənin mühafizəsi və ona nəzarət zəif təşkil edilmişdir. Göründüyü kimi meşə fondu torpaqlarından səmərəli istifadə olunmamışdır. İddiaçı tərəfindən Bərdə RMTM-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli xidməti məruzədən görünür ki, fəaliyyət göstərdiyi Bərdə meşəbəyliyinin 1 saylı dolayısının meşə gözətçisi X9 onun tərəfindən verilmiş göstərişlərə əməl etmir. Belə ki, X16 rayonu ərazisində yaşadığı üçün iş yerinə çox gec gəlib çıxır. Bu səbəbdən Bərdə meşəbəyliyinin 1 saylı meşə dolayısının 15, 16, 17-saylı kvartallarında xoşagəlməz halların baş verməsinə gətirib çıxarır. Yuxarıda adı gedən meşə dolayısında və əksər kvartallarında qurumuş ağacların qanadlarının kənar şəxslər tərəfindən kəsilməsinin şahidi olmuşdur. Odur ki, xahiş etmişdir ki, Əhmədzadə Bayram barəsində tədbir görülsün. Bərdə RMTM-nin meşə mühavizəsi işləri üzrə direktor müavini Behbudov Kamalın xx.xx.2023-cü il tarixli izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə onun tərəfindən keçirilən növbəti qəfləti yoxlama zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında əvvəllər salınmış akasya cinsindən ibarət meşə əkini sahəsində 60 ədəd kök üstə ağacların kəsilməsini və 70 ədəd cır nar kollarının texniki vasitə ilə kökündən çıxarılaraq qalaqlanmasını aşkar etmişdir. Bundan sonra dərhal Bərdə meşəbəyliyinin meşəbəyisi İddiaçı, meşə gözətçisi X3 həmin əraziyə dəvət etmiş və onlarla bu barədə sorğu aparmışdır. Onlar bildirmişlər ki, 11-12 mart 2023-cü il tarixlərində, qeyri-iş günlərində naməlum şəxslər tərəfindən ağaclar kəsilmiş və nar kolları kökündən çıxarılmışdır. O isə, ərazidə ölçmə və sayma işləri apraraq yerində akt tərtib etmiş, meşə gözətçisindən izahat almış və bu məsələdə təqsirkarlar şəxslərin tapılması göstərişini vermişdir. Daha sonra o, mərkəzə gedərək xidməti məruzə ilə xx.xx.2023-cü il tarixdə direktora məlumat vermişdir. Direktorun göstərişi əsasında yenidən həmin ərazidə araşdırma aparmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə sözügedən meşə sahəsinə getmişlər. Əraziyə təkrar keçirilən baxış zamanı akasya cinsindən 155 ədəd, zeytun cinsindən 3 ədəd, qarağac cinsindən 42 ədəd, şeytanağacı cinsindən 4 ədəd, cəmi 233 ədəd ağac və 130 ədəd cır nar kollarının kökündən çıxarılarq qalaqlanmasını müəyyən etmişdir. Aşkar edilmiş faktlarla bağlı meşəbəyi İddiaçı və meşə gözətçisi X1 izahatları alınmışdır. Onların verdikləri izahatlardan məlum oldu ki, İddiaçı göstərişi əsasında 01 saylı dolayının 2023-cü ilin əkin planına yer hazırlanması məqsədi ilə sahə kol-kosdan təmizlənmiş, lakin Ağdam rayonundan məcburi köçkün “Birinci Qarabağ” müharibəsi əlili X15 ağacları və nar kollarını kəsərək kökündən çıxarımışdır. Bərdə meşəbəyliyinin meşəbəyi İddiaçı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Bərdə meşəbəyliyinin 1 saylı meşə dolayısında olan mədəni meşə əkininin yerini dəyişdirmək və 2023-cü ilin əkin planına yer hazırlamaq üçün sahəni kol-kosdan təmizləməyə ehtiyyac olmuşdur. Buna görə də o, traktoristə göstəriş vermişdir ki, sahənin kol-kosdan təmizlənməsi işini aparsın. Çünki əl ilə həmin sahəni təmizləmək mümkün deyildi. Ərazini tamamilə böyürtkən kolu və alaq otları basmışdı. Bu tədbirlərin həyata keçirilməsi dövründə o, meşəbəyliyin başqa dolayı və kvartallarında yanğın əleyhinə tədbirlər gördüyü bir vaxtda 1 saylı dolayının 16 saylı kvartalında qeyri-iş günü Ağdam rayonundan məcburi köçkün, “Birinci Qarabağ” müharibəsi iştirakçısı, əlil X15 ağacları və nar kollarını kəsib və çıxarmışdır. 1 saylı meşə dolayının meşə gözətçisi X9 ona bildirmişdir ki, kəsilmiş ağac və nar kolları qeyri-iş günləri və əksərən gecə vaxtları kəsilib çıxarılmışdır. X24 Təsərrüfatı Mərkəzinin işçiləri ilə bağlı keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 17 aprel 2023-cü il tarixli, 07 saylı protokoluna əsasən Kamal Behbudova, Orxan Babaşova və X19 Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilməsinin, X14 Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilməsinin, İddiaçı və Bayram Əhmədzadə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin tövsiyə edilməsi barədə qərar alınmışdır. Eyni zamanda protokolun məzmununa əsasən görünür ki, direktor müavini mühafizə işləri üzrə X12 çıxış edərək bildirmişdir ki, qanunsuz qırıntı ayın 12-si olub, lakin həmin gün qeyri-iş günü olduğundan növbəti gün ərazi araşdırılıb və sənədləşdirilib. Bu barədə məlumat isə mətbuatda ayın 26-sı yayılıb, ikinci yoxlama isə ayın 16-sı olub, onu da araşdırararaq sənədləşdirdiklərini qeyd etmişdir. Etiraf etdi ki, 2-ci yoxlamada meşə fonduna vurulan zərər 1000 manatdan yuxarı olduğuna görə səhvən protokol tərtib edib. Bundan əlavə, yoxlama nəticəsində meşə fonduna dəyən ziyanın təqsirkarı bəlli olmadığına görə gözətçinin üzərinə yazılıb. Sonda bildirmişdir ki, səhvləri var, bir daha təkrarlanmaması üçün daha məsuliyyətlə çalışacaq; Meşələrin qorunub mühafizə olunması üzrə baş mühəndis X17 O.Nəsiblinin sualına cavab olaraq bildirmişdir ki, protokolu səhv tərtib etdiyini öyrənəndən sonra toplanmış sənədləri Xidmətə göndərmişdir ki, aidiyyəti üzrə Baş Prokurorluğa göndərilsin. Sonda səhvi olduğunu etiraf etmiş və bu səhvləri düzəltmək üçün çalışacağını bildirərək çıxşını sonlandırmışdır; Meşəbəyi İddiaçı çıxış edərək etiraf etmişdir ki, 5 ha ərazini özü şumlayıb, lakin həmin ərazinin qanunsuz şumlanmış əraziyə aid olmadığını bildirmişdir. Şumladığı ərazidə payız əkininə hazırlıq gördüyünü qeyd etmişdir. 2022-ci ildə əkilmiş sahəni də M.Şikara şifahi olaraq deyərək köçürdüyünü çıxışında qeyd etmişdir. Belə ki, həmin ərazini ona görə köçürüb ki, suya daha yaxın olsun və mal-qaradan mühafizə oluna bilsin. Bundan əlavə, yoxlama zamanı Xidmət tərəfindən sənədlərin qərəzli olaraq yazıldığını da bildirmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 03 avqust 2018-ci il tarixli 529/Ü nömrəli əmri ilə təsdiq edilmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X24 Təsərrüfatı Mərkəzi haqqında Əsasnamənin 5.7-ci bəndinə əsasən mərkəzin strukturu müəyyən olunmuş qaydada təşkil edilmiş meşəbəyliklərdən ibarətdir. Meşəbəyliyə meşəbəyi rəhbərlik edir. 5.8-ci bəndinə əsasən meşəbəyliklərə aşağıdakılar həvalə olunur: 1. müəyyən olunmuş qaydada meşə quruluşu sənədlərində cari dəyişikliklərin edilməsi, texniki və digər sənədləşmənin aparılması; 2. meşələrin qorunub mühafizə olunması, bərpası və digər meşə təsərrüfatı tədbirlərinin aparılmasının təşkil edilməsi. 5.9-cu bəndinə əsasən meşəbəyi aşağıdakılara görə məsuliyyət daşıyır: 1. meşə fondunun qorunub saxlanılmasına; 2. meşələrin mühafizə edilməsinə və təkrar istehsalına; 3. meşə təsərrüfatı işlərinin aparılmasında texnikitəhlükəsizlik qaydalarına əməl edilməsinə; 4. meşə mühafizə və meşəbərpa tədbirləri barədə müəyyən olunmuş qaydada dövri hesabatların təqdim edilməsinə. 5.10-cu bəndinə əsasən meşəbəylik müəyyən olunmuş qaydada təşkil edilmiş meşə dolaylarından ibarətdir. 5.11-ci bəndinə əsasən meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işi bilavasitə meşə gözətçiləri tərəfindən həyata keçirilir. AR Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 23-17-xx-xx-014615 saylı məktubundan görünür ki, X24 X6 meşəbəyliyinin 1 saylı dolayının 16 nömrəli kvartalında 17,82 hektar sahədə xüsusi texnika vasitəsilə 1306 ədəd ağac və 698 ədəd kol bitkisinin (akasiya, iydə, qarağac, zeytun, şeytan ağacı, tut, alça, nar, yulğun, böyürtkən) qanunsuz kəsilərək 4726 manat, eləcə də dövlət büdcəsindən ayrılmış 2827.55 manat hesabına 8.46 hektar sahədə aparılmış mədəni meşə fonduna daxil olan əkinlərin götürülərək ümumilikdə 7553,55 manat məbləğində olmaqla, külli miqdarda ziyan vurulması faktı ilə bağlı araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə RPŞ-nə göndərilmişdir. Hal-hazırda istintaq davam etdirilir. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 68/2-36073 saylı məktubundan görünür ki, 02 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun müavini Elmar Camalov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır və həmin tarixdə cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ibtidai istintaqın aparılması üçün cinayət işi Bərdə rayon Polis şöbəsinə göndərimiş və ibtidai istintaqın davam etdirilməsi Bərdə RPŞ-nin İB-nin müstəntiqi X7 həvalə olunmuşdur. İstintaq zamanı X15 24 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin tarixdə qeyd edilən maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin İB-nin müstəntiqi Fərhad Əvəzli tərəfindən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ittiham elan olunaraq cinayət işinin baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Camalov X8 və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X24 X4 meşəbəyliyində meşəbəyi vəzifəsində çalışmışdır. İddiaçı vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bərdə RMTM-nin meşə mühavizəsi işləri üzrə direktor müavini Behbudov Kamal tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən növbəti qəfləti yoxlama zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında əvvəllər salınmış akasya cinsindən ibarət meşə əkini sahəsində 60 ədəd kök üstə ağacların kəsilməsi və 70 ədəd cır nar kollarının texniki vasitə ilə kökündən çıxarılaraq qalaqlanması aşkar etmişdir. Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 115/em saylı əmrinə əsasən Bərdə RRMTnin Bərdə meşəbəyliyinin 1 saylı dolayında ağacların kəsilməsi, ərazilərin şumlanması barədə daxil olmuş məlumatlar Xidmətin əməkdaşları tərəfindən Mərkəzin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16cı kvartalında ümumilikdə 17.82 hektar meşə ərazisinin başdan-başa şumlandığı və nəticədə 43.42 m3 həcmində 4079.73 manat ziyan və nırx dəyərində 1282 ədəd ağacın, 559 ədəd (nar, yulğun) kolun, 2827.55 manat xərc çəkilmiş 8.46 hektar dövriyyədə olan meşə əkinlərinin kürünərək məhv edildiyi, bununlada meşə fonduna ümumilikdə 6907.28 manat ziyan vurulduğu məlum olmuşdur. Faktla bağlı xx.xx.2023-cü il tarixli 005310 nömrəli Akt tərtib edilmiş və “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən meşə fonduna vurulmuş zərərin məbləği hesablanmışdır. Dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar X5 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Meşələrin İnkişafı Xidmətinin Meşə mühafizə şöbəsi xx.xx.2023-cü il tarixli DX-205 nömrəli təqdimatla müraciət edərək X24 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının Meşə Məcəlləsinin tələblərini pozması, işə məsuliyyətsiz yanaşması və verilmiş tapşırıqları vaxtında yerinə yetirməməsi səbəbi ilə onlar barəsində intizam tənbeh tədbirlərinin görülməsini xahiş etmişdir. Bu məqsədlə aidiyyəti işçilərin iştirakı ilə Xidmətin inzibati binasında Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və 17 aprel 2023-cü il tarixli, 07 saylı protokola əsasən Kamal Behbudova, Orxan Babaşova və X19 Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilməsi, X14 Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilməsi, İddiaçı və Bayram Əhmədzadə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi tövsiyə edilmişdir. Beləliklə cavabdeh olan şəxslər barədə intizam tənbehi tədbirlərinin görülməsi barədə qərar qəbul edilmişdir. Həmin şəxslər meşələrin qorunub mühafizə edilməsi işlərini düzgün təşkil etməmiş, meşədə qanunsuz qırıntı baş verməsinə bilavasitə şərait və səbəb olmuşlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar