Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2781/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Haşım oğluna və Cavabdeh3 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma və maneələrin aradan qaldırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər X9, Cavabdeh1 Haşım oğluna və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 403 saylı saroncamına əsasən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 71 savlı evdə ona məxsus olan yaşayış otağından cavabdehlar X5, X7 və X8 çıxarılması və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 403 sayli sərəncamına əsasən ona verilmiş Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 71 saylı evin yaşayış sahəsi 26,2 kv.m. olan mənzilindən onun istifadəsinə maneənin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Haşım oğluna və Cavabdeh3 və ailə üzvlərinə qadağan olunması, iddia üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə ödənilmiş 350 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 403 saylı sərəncamına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 71 saylı evdə iddiaçıya məxsus olan yaşayış otağından cavabdehlər Cavabdeh2, Cavabdeh1 Haşım oğlunun və Cavabdeh3 5000 (beş min) manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilərək çıxarılmaları, və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011- ci il tarixli, 403 saylı sərəncamına əsasən mənə verilmiş Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 71 saylı evin yaşayış sahəsi 26,2 kv.m. olan mənzilindən iddiaçının istifadəsinə maneənin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Haşım oğluna və Cavabdeh3 və ailə üzvlərinə qadağan olunması, iddia üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə ödənilmiş 350 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçının xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 403 saylı saroncamına əsasən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 71 savlı evdə evin hasi 26.2 kv.m. olan mənzilin kirayəçisi olmuş atası X2 vəfat etməsi ilə əlaqədar həmin mənzilin kirayə müqaviləsi oğlu kimi o, yəni İddiaçı adına keçirilmişdir. Məlumat üçün bildirir ki, qeyd olunan ünvan-ünvan 1 yaşayış evləridir. Eyni həyətdə bir neçə tikili var və hələ atası sağıkən hər birinin evlərini ayırıb vermişdir. X1 da evi ayrılıb verilmişdir və o da ailəsi ilə, yani hazırki iş üzrə cavabdehlərlə bir həyətdə olan, lakin hər bir kommunal xidmətləri ayrı olan evdə yaşayırdı. Onu da məhkəmənin nəzərinə çatdırır ki, ünvan 2 ünvanında sahəsi 20 kv.m. olan bir otaq və 12 kv.m köməkçi hissə hazırki iş üzrə cavabdehlərin anası X6 adına 2005-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cavabdehlər ona məxsus olan evlə, yəni ünvan 2 ünvanında yerləşən, lakin özlərinə, yəni atasına və anasına məxsus olan evdə yaşasalar da, Yasamal Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq, onun sahibliyidə kimi qeydiyyata alınan, ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması və onların onlar həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Yasamal Rayon Məhkəməsinin 2(004)-7027/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2, Cavabdeh1 Haşım oğlunun və Cavabdeh3 onun sahibliyində olan ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması və onlar həmin mənzilə köçürülməsi qət olunmuşdur. Məhkəmənin qeyd edilən qətnaməsi qanuni qüvvəsin aldıqdan bir müddət sonra cavabdehlər onun yaşadığı evin qapısının kilidini dəyişərək onu öz evinə buraxmadılar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada ona məxsus olan evdən çıxmaq məcburiyyətində qalmışdır. Şəxsi evi ola-ola kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Bu da onun həyat şəraitinin ağırlaşmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2, Cavabdeh1 Haşım oğlu və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin ünvanda iki ayrı mənzil vardır. İddiaçı ilə Mirzəliyeva Gülçöhrə arasında rəsmi nikah 1996-cı ildə pozulmuş və həmin vaxtdan etibarən iddiaçı eskizdə Mirzəliyeva Gülçöhrənin istifadə etdiyi mənzil kimi göstərilən mənzildən çıxıb getmişdir. İddiaçı qeyd edilən həmin mənzildə yaşamışdır. Hal-hazırda Mirzəliyeva Gülçöhrə sözügedən mənzildə yaşayır. Həmin mənzil iddiaçıya məxsusdur. Lakin, cavabdehlər doğulandan eskizin sol tərəfində yerləşən digər mənzildə yaşayırlar. Onların istifadə hüququ da həmin mənzilə tanınmışdır. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 403 saylı sarəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 71 savlı evdə evin hasi 26.2 kv.m. olan mənzilin kirayəçisi olmuş atası X4 vəfat etməsi ilə əlaqədar həmin mənzilin kirayə müqaviləsi oğlu İddiaçı adına keçirilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-7027/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək Cavabdeh2, Cavabdeh1 Haşım oğlunun və Cavabdeh3 cavabdeh İddiaçı sahibliyində olan ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması və onlar həmin mənzilə köçürülməsi qət olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9922/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməısinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-7027/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəməsinin 2(102)-3087/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9922/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı icarədar olduğu ünvan 2 ünvanında yerləşən mənzilin eskizindən görünür ki, qeyd olunan ünvanda iki ayrı mənzil var, mənzillərdən biri Xalıqova Müslümün istifadə etdiyi, digəri isə Mirəliyeva Gülçöhrənin istifadə etdiyi mənzildir. İş materiallarında olan 2(004)-2781/2025 saylı, xx.xx.2025-ci il tarixli yerli baxış protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, yerli baxış zamanı orada bir neçə mənzilin olduğu məlum olmuşdur. Cavabdehlər həmin mənzildə yaşayır, lakin iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən evin yaşayış sahəsi 26.2 kv.m olan mənzil həmin mənzil deyil, həmin həmin ünvanda yerləşən digər mənzildir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İstinad olunan maddələrin tələbinə əsasən mənzildən çıxarılma hüququ mülkiyyətçiyə məxsusdur. İddiaçı isə mülkiyyətçi deyil və mübahisəli ev üzərində onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı mübahsəli yaşayış sahəsinin (özbaşına tikilinin) ona məxsus olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, yerli baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda iki ayrı mənzil mövcuddur. İddiaçı hazırda mübahisələndirdiyi – cavabdehlərin yaşadığı evdə yaşamamışdır. Mübahisəli evdə cavabdehlər yaşayır. İddiaçının keçmiş həyat yoldaşı isə, eyni saylı ünvanda yerləşən başqa evdə (tikilidə) yaşayır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi sübuta yetirilmədiyi üçün təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-7027/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh2, Cavabdeh1 Haşım oğlunun və Cavabdeh3 cavabdeh İddiaçı sahibliyində olan ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınmış və həmin mənzilə köçürülmüşlər, həmin qətnamədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9922/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin 2(102)- 3087/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9922/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründyü kimi cavabdehlərin qeyd olunan mənzildə istifadə hüquqları vardır. Həmçinin məhkəmə qeyd edir ki, hətta mübahisəli mənzil iddiaçının qeyd etdiyi mənzil olsa da belə kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış sahəsi ilə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində onlar heç gözləmədikləri bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqlar. Cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində onlara iddiada göstərilən məbləğdə kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Təklif olunan kompensasiya cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Əksinə təklif edilən kompensasiya məbləği yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Haşım oğluna və Cavabdeh3 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma və maneələrin aradan qaldırılması” tələbi barədə iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Haşım oğluna və Cavabdeh3 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma və maneələrin aradan qaldırılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2781/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2781/2025
29.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver