Məhkəmə qərarları › İş №2(004)-2784/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2784/2024

04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2784/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə, “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 ata və ananın naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlarla aparılan işlər çərçivəsində hazırda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bilavasitə tabeliyində olan İnsan alveri qurbanları üçün Sığınacaqda məskunlaşmış valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilən X1 doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Adıçəkilən uşağın qiymətləndirilməsi zamanı onun milliyətcə qaraçı olan X2 tərəfindən qeyri-rəsmi nikah münasibətindən dünyaya gətirildiyi K. Rusanenkonun xx.xx.2019-cu il tarixdə vəfat etdiyi, uşaq baxımsız vəziyyətdə qaldığından Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-cil tarixində “Təmiz Dünya” X8 Birliyinin nəznində fəaliyyət göstərən Uşaq və Qadın sığınacağına, müəyyən müddət orada qaldıqdan sonra isə xx.xx.2021-ci il tarixində “Ümid Yeri” uşaq sığınacağına (bundan sonra- Sığınacaq) yerləşdirildiyi, xx.xx.2023-cü il tarixində nənə tərəfindən akt əsasında Sığınacaqdan götürüldüyü, bir müddət nənə ilə qaldıqdan sonra evdən qaçdığı və tanımadığı şəxs tərəfindən diləndirilərək küçə həyatına məruz qaldığı müəyyən edilmişdir. Uşaq Sığınacaqda məskunlaşdığı müddətdə yaşının müəyyən edilməsi məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X9 müraciəti əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 594 nömrəli ekspert rəyi ilə uşağın sümük yaşı təxmini olaraq müəyyən edilmişdir. Adıçəkilən uşağın doğum haqqında şəhadətnamənin verilməsi üçün dəstəyin göstərilməsi ilə bağlı Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli 3-17/2-1970/2024 nömrəli məktubla Maraqlı şəxsnə müraciət olunmuşdur. Maraqlı şəxs Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-09-811/24 nömrəli cavab məktubunda qeyd edilən uşağın doğum haqqında tibbi şəhadətnaməsi olmadığı üçün doğum qeydə alınmasının mümkün olmadığı və aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Sözügedən uşağın hazırda heç bir hüquqi sənədi olmadığından təhsilə cəlb edilməsinin qeyri-mümkün olduğunu, bu səbəbdən təhsildən yayındığını nəzərə alaraq,onun doğum faktı tanınmaqla doğum haqqında şəhadətnamənin verilməsi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X7 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müarciət edərək, işin çoxluğu ilə əlaqədar olaarq nüamyəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli tərəfindən Maraqlı şəxsnə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17/2-1970/2024 nömrəli Doğum haqqında şəhadətnamənin verilməsi haqqında məktubundan görünür ki, 1 nömrəli Körpələr Evində məskunlaşmış X4 və İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün nəzərdə Sığınacaqda məskunlaşmış X1 doğum haqqında şəhadətnamələrinin olmadığı müəyyən edildiyi bildirilmişdir. xx.xx.2021-ci il tarixli, 594 nömrəli Ekspert rəyindən görünür ki,xx.xx.2021-ci il tarixdə X1 məhkəmə-tibbi müayinədən keçirilmişdir. Müayinə olunan boyu yaşına uyğundur, düzgün bədən quruluşlu, kafi qidalıdır. Sümük yaşının təyini məqsədi ilə rentgenoloji müayinəyə göndərilmiş və rentgen şəkillər çəkilmişdir. xx.xx.2021-ci il tarixli 690 saylı rentgenoloji rəydən görünür ki, X1 adına tərtib olunmuş, xx.xx.2021-ci il tarixdə çəkilmiş, hər iki əlin mil-bilək oynağı əhatə olunmaqla iki proyeksiyalı Flüoroqram- uzun və qısa borulu sümüklərin boyatma zonaları tam açıqdır, epifizlərin zəif kölgəlikləri izləməkdədir, dirsək sümüyünün epifizinin kölgəliyi qeyd edilmir, biləkdə 7 ədəd formalaşmaqda olan bilək sümükcüklərinin kölgəlikləri təyin edilməkdədir. Rentgen nəticə müayinə olunanın sümük yaşının inkişaf mərhələsi 6-6,5 ilə uyğun gəldiyi qeyd edilmişdir. “Ümid Yeri” Cəmiyyətinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, müvəqqəti olaraq sığınacağa yerləşdirilən X5 xx.xx.2023-cü il tarixində nənəsinə təhvil verilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-09-811/24 nömrəli cavab məktubunda, X5 barəsində doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisədən sənəd, kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi 103 formalı sənədlər təqdim olunmadığından doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, milliyətcə qaraçı olan X2 tərəfindən qeyri-rəsmi nikah münasibətindən dünyaya gətirildiyi K. Rusanenkonun xx.xx.2019-cu il tarixdə vəfat etdiyi, uşaq baxımsız vəziyyətdə qaldığından Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-cil tarixində “Təmiz Dünya” X8 Birliyinin nəznində fəaliyyət göstərən Uşaq və Qadın sığınacağına, müəyyən müddət orada qaldıqdan sonra isə xx.xx.2021-ci il tarixində “Ümid Yeri” uşaq sığınacağına (bundan sonra- Sığınacaq) yerləşdirildiyi, xx.xx.2023-cü il tarixində nənə tərəfindən akt əsasında Sığınacaqdan götürüldüyü, bir müddət nənə ilə qaldıqdan sonra evdən qaçdığı və tanımadığı şəxs tərəfindən diləndirilərək küçə həyatına məruz qaldığı müəyyən edilmişdir. Belə olan halda ərizəçi sığınacağa yerləşdirilmiş X1 heç bir hüquqi sənədi olmadığından təhsilə cəlb edilməsinin qeyri-mümkün olduğunu, bu səbəbdən təhsildən yayındığını nəzərə alaraq, onun doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X1 X.X.2015-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X1 doğum tarixi X.X.2015-ci il, doğulduğu yer - “Bakı şəhəri”, ana “X2”, “ata haqqında qeydin əsasları tək ana qeyd edilməklə” məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 X.X.2015-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X1 doğum tarixi X.X.2015-ci il, doğulduğu yer - “Bakı şəhəri”, ana “X2”, “ata haqqında qeydin əsasları tək ana qeyd edilməklə” məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar