Məhkəmə qərarları › İş №2(004)-2789/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2789/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2789/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, X7, X3, X6, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 qarşı xidmət haqqlarının ödənilməsi tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMMC cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, X7, X3, X6, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 qarşı xidmət haqqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5 374,08 manat məbləğində, Cavabdeh1 iki mənzilə görə 515,16 manat məbləğində, Cavabdeh8 400,05 manat məbləğində, Cavabdeh2 532,44 manat məbləğində, Cavabdeh9 407,25 manat məbləğində, Cavabdeh10 508,05 manat məbləğində, Cavabdeh11 442,35 manat məbləğində, Cavabdeh3 360,45 manat məbləğində, Cavabdeh4 Azad oğlundan 360,05 manat məbləğində, Cavabdeh6 280,05 manat məbləğində, Cavabdeh7 506,79 manat məbləğində, X4 188,25 manat məbləğində, X1 467,73 manat məbləğində, X2 508,05 manat məbləğində, Cavabdeh14 556,41 manat məbləğində, Cavabdeh15 358 manat məbləğində, X5 436,34 manat məbləğində, Cavabdeh17 424,61 manat məbləğində, Cavabdeh18 518,76 manat məbləğində, Cavabdeh19 480,08 manat məbləğində, Cavabdeh20 382,16 manat məbləğində, Cavabdeh21 202,50 manat məbləğində, Cavabdeh22 Mirnağı oğlundan 443,73 manat məbləğində, Cavabdeh23 291,42 manat məbləğində, Cavabdeh24 516,43 manat məbləğində, Cavabdeh25 400,19 manat məbləğində, Cavabdeh26 438,28 manat məbləğində, Cavabdeh27 494,55 manat məbləğində, Cavabdeh28 437,22 manat məbləğində, Cavabdeh29 420,84 manat məbləğində, Cavabdeh30 181,30 manat məbləğində, Cavabdeh31 213,18 manat məbləğində, Cavabdeh32 516,55 manat məbləğində, Cavabdeh33 350,64 manat məbləğində, cəmi 13721,99 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq İddiaçı MMMC-nin hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1 maddəsinin tələbinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi MMMC-nin İdarə Heyətinin sədri Yusif Məmmədov tərəfindən imzalansa da, onun imza səlahiyyətlərini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bununla da, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən MPM-in 149.1 maddəsinin tələbinə əməl edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, X7, X3, X6, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 qarşı xidmət haqqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar