Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2794/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 103743 (bir yüz üç min yeddi yüz qırx üç) manat borcun, həmin məbləğə uyğun olaraq 5187,15 (beş min yüz səksən yeddi) manat faizin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus 111.373 (yüz on bir min üç yüz yetmiş üç) manat məbləğində qızıl zinyət əşyalarını satmaq üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermişdi. Lakin uzun müddət keçməsinə baxmayaraq, nə zinyət əşyalarını, nə də pulu qaytarmamışlar. Dediklərinə görə həmin əşyaları satmaq üçün digər cavabdeh olan Cavabdeh3 veriblər. Bundan sonra ilk iki cavabdehlər pulu qaytarmaqla bağlı iddiaçıya yazılı iltizam vermişlər. Həmin iltizamda pulu hər ay hissə-hissə ödəməklə doqquz ay müddətində qaytaracaqlarına söz veriblər. İltizamlar 04.08.2020-ci ildə (Cavabdeh1) və 08.08.2020-ci ildə (Cavabdeh2) verilib. Digər cavabdeh (Cavabdeh3) isə video görüntü ilə pulu qaytaracağına söz verib. İlk iki cavabdeh 2020-ci ilin sentyabr ayı üçün 1800 manat, oktyabr ayı üçün 1600 manat, noyabr ayı üçün 1200, 2800 və 230 manat məbləğində pul qaytarıblar. Həmin vaxtdan bu günə kimi cavabdehlər verdikləri sözə əməl etməyiblər. Dəfələrlə şifahi şəkildə xəbərdarlıq olunsa da, cavabdehlər tərəfindən verdikləri sözün əməl olunması barədə heç bir hərəkət olunmayıb. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, 2(004)-2794/2021 saylı mülki iş üzrə iddia ərizəsinin xahiş edirəm hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əvəzinə X5 texniki səhv olaraq qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin xahiş edirəm hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 103743 (bir yüz üç min yeddi yüz qırx üç) manat borcun, həmin məbləğə uyğun olaraq 5187,15 (beş min yüz səksən yeddi) manat faizin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, İddiaçı Moskva Univermağında qızıl alqı-satqısı ilə məşğul olarkən Hümay vasitəsilə tanımışdır. O, da qızılları alıb xırda-xırda tanıdığı şəxslərə satırmış. 111373 manat dəyərində olan qızıllar İddiaçı qızılları idi. Cavabdeh1 və onun tərəfindən qızılın dəyəri olan 111373 manat pulu 9 ay müddətinə qaytaracaqlarına dair iltizam yazıb imzalamışlar. Ödənişləri avqust ayından etməyə başlamışdır. Sonradan həmin qızılların 250 qramını satmaq üçün Aişəyə vermiş, Aişə də satması üçün Nuranə adlı xanıma vermişdir. Verdiyi qızıllara görə pul Aişə tərəfindən ödənilmədiyindən iddiaçıya həmin pulları qaytara bilməmişdir. Həmin puldan ödənişlər etmişdir. Sonuncu ödənişi noyabrda etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 50000 manat dəyərində qızılları Cavabdeh1 və Cavabdeh2 götürmüşdür və borcu da həmin xanımlaradır. İddiaçı borcu yoxdur və onu tanımır. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasıına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayədəsi və vəkilinin, cabandehlərin izahatını, çıxışını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan Cavabdeh2 tərəfindən yazılmış və imzalanmış 08.08.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh2 İddiaçı məxsus olan ümumi dəyəri 120.000 manat qızıl - zinət əşyaları hissə-hissə olmaqla (hər ay) 9 ay müddətinə geri qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 avqust 2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ona məxsus olan ümumi dəyəri 111373 manatdan (hər ay) 9 ay müddətinə qədər verib qurtaracağına söz vermişlər. Həmin iltizamdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdən 2020-ci ilin sentyabr ayında 1800 manat, 2020-ci ilin oktyabr ayında 1600 manat, 2020-ci ilin noyabr ayında 1200, 2800 və 230 manat məbləğində pulu imza atmaqla İddiaçı qaytarmışlar. İş materiallarında olan Cavabdeh1 tərəfindən yazılmış və imzalanmış 04.09.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus olan ümumi dəyəri 111373 manat olan qızıl - zinət əşyasının hissə-hissə olmaqla (hər ay) 9 ay müddətinə geri qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 111373 manat məbləğində puldan qalıq qalmış 103743 (bir yüz üç min yeddi yüz qırx üç) manat pulun 29.03.2021-ci il tarixinədək geri qaytarılması, əks halda qanunvericiliyə əsasən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş diskdən görünür ki, Cavabdeh3 qızıl-zinət əşyalarını Cavabdeh2 və Cavabdeh1 götürdüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.03.2021ci il tarixli 2(006)-1263 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdeh X2 104457 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 104487 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh3 ödənilməsi qət edilmişdir. 31.03.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşılıqlı razılıq əsasında ümumi dəyəri 111373 manat müəyyənləşdirilmiş olan qızıl-zinət əşyalarını götürmüşlər və həmin məbləği 9 ay müddətinə qaytarmalarını öhdələrinə götürsələr də, cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməmiş, bu günə kimi həmin borcun 103743 (bir yüz üç min yeddi yüz qırx üç) manat məbləğini qaytarmamışlar. Eyni zamanda məhkəmə araşdırmasında tərəflərin izahatları və digər sübutlarla, müəyyən edildi ki, Cavabdeh3 İddiaçı qızıl-zinət əşyalarını və ya hər hansı məbləğdə pul vəsaitini almamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 103743 (bir yüz üç min yeddi yüz qırx üç) manat məbləğində pulu tələb etməkdə haqlıdır və həmin hissədə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 740.1, 740.2-ci maddələrinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 103743 (bir yüz üç min yeddi yüz qırx üç) manat məbləğində pul İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3 dair hissədə əsassız hesab edərək qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh3 İddiaçı qızıl-zinət əşyaları və ya pul vəsaiti aldığı sübuta yetmədiyindən, həmin cavabdehə dair hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə İddiaçı iddia ərizəsinin “həmin məbləğə uyğun olaraq 5187,15 manat faiz məbləğinin ödənilməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı aldığı pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər qeyd edilən öhdəliyi icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Buna baxmayaraq, məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən pul məbləğinin qaytarılması ilə bağlı faiz öhdəliyi nəzərdə tutulmadığından, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 103743 (bir yüz üç min yeddi yüz qırx üç) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 103743 (bir yüz üç min yeddi yüz qırx üç) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2794/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2794/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver