Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2796/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət ədərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 nömrəli bildirişi, Bakı şəhəri, Sabunçu rayunu, Binəqədi şossesi 11 B ünvanında digər ofisin təşkil edilməsi barədə Qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişiklik edilərək, iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməyi barədə irəli gələn əmr və digər aktların etibarsız hesab edilməsi, “Avanqard N" MMC-də Bakı-Qazax Şossesi 27 ünvanında yerləşən inzibati binasında iddiaçının əmək fəaliyyətinin bərpa olunması və onun öz iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilməsi, əmək haqqının tam hissəsinin (1500 Azn) rəsmi formada əmək haqqı kartına köçürülməsi, X2 "xxxx" MMC-nin vəzifəli şəxsinə ünvanladığı məktuba əsasən iddiaçıya ödənilməli olan hamilə vəziyyətdə olan işçinin iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi, hamiləlik və doğuma görə müavinətin 1500 manatdan hesablanaraq ödənilməmiş qalan hissəsinin ödənilməsi, işəgötürənin bütün bu qərəzli hərəkətləri nəticəsində dəymiş 18000 manat maddi ziyanın, iddiaçıya və onun ailəsinə dəymiş mənəvi zərərə görə 100 000 manat təzminatın ödənilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin elektron sistemdə bərpa olunaraq işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən "xxxx" MMC-də kadrlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdən 15 .05.2022-ci il tarixədək analıq məzuniyyətində olmuş, xx.xx.2022-ci il tarixdən isə üç yaşadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı “Avanqard N“ MMC-yə gedərək, müəssisənin direktoru Nümayəndə1 şifahi olaraq xx.xx.2023-cü il tarixdən qismən ödənişli sosial məzuniyyətini başa vuraraq öz iş yerinə qayıtmaq istədiyini bildirmişdir. Onlar razılaşsa da, xx.xx.2023-cü il tarixdə iddiaçı öz işinə başlamaq üçün müəssisəyə daxil olmaq istəyərkən, müəssisənin rəhbərliyi tərəfindən verilmiş göstərişə əsasən mühafizə əməkdaşları tərəfindən müəssisənin ərazisinə buraxılmamış və kadrlar üzrə mütəxəssis Abbasov Bəşir tərəfindən rəhbərliyin göstərişi ilə yalnız xx.xx.2023-cü il tarixdən işə başlaya biləcəyi bildirilmiş və bu barədə ərizə yazmağı tələb edilmişdir. İddiaçı tələb olunan ərizəni yazmış, lakin qeyd olunan tarixdə o , işə başlamaq üçün müəssisəyə gəldikdə, yenidən şəxsən direktor Nümayəndə1 və onun göstərişi ilə kadrlar üzrə mütəxəssis Bəşir Abbasov və mühafizə rəisi Ramil Həsənov tərəfindən müəssisənin ərazisinə buraxılmamış, və Nümayəndə1 tərəfindən təsisçi Elxan Bəşirovun göstərişinə əsasən iddiaçının daha həmin müəssisədə işləyə bilməyəcəyi bildirilmiş, işdən çıxarılacağı ilə hədələnmişdir. Onun 9 illik əmək fəaliyyəti olan bir müəssisənin ərazisinə buraxılmamağı digər əməkdaşların yanında alçalma hissi yaşatmış və psixoloji əzab, sarsıntı, narahatlıq, məyusluq hissləri keçirməyinə səbəb olmuşdur. Həmin gün təqribən saat 18:30 radələrində "Avanqard N” MMC tərəfindən kuryer vasitəsilə iddiaçının ünvanına xx.xx.2023-cü il tarixli 47/M saylı əmr və xx.xx.2023-cü il tarixli AN/X/O/74/2023 nömrəli bildiriş daxil olmuşdur. Əmrdə qeyd olunur ki - Sosial məzuniyyətdən qayıdan İddiaçı "xxxx" MMC-nin kadrlar şöbəsinin müdiri vəzifəsi üzrə əmək fəaliyyətini "Avanqard N” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə davam etdirsin. İşçinin əmək müqaviləsi elektron sistemdə bərpa olunsun. İşçi xx.xx.2023-cü il tarixdən işə başlasın və onun bir ay müddətində məsafədən (evdən) işləməyinə icazə verilsin. Bu əmr xx.xx.2023-cü il tarixdə tərtib olunsa da, xx.xx.2023-cü il tarixədək iddiaçı ilə tanış olunmayıb və onun 1 ay müddətində məsafədən işləməli olmağı qeyd olunan hissəsi barədə tərtib olunmuş heç bir qərar (sənəd) onunla tanış edilərək, razılaşdırılmayıb. Həmçinin bu əmr ümumilikdə şöbənin deyil yalnız iddiaçının məsafədən işləməyi barədə qərəzli şəkildə tərtib olunub. Bildirişdə isə xx.xx.2023-cü il tarixdən etibarən iddiaçının iş yerinin əmək müqaviləsində qeyd olunan və 9 il müddətində daimi fəaliyyət göstərdiyi ünvanı dəyişdirilərək, müəssisədən kənarda Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında yerləşən, ona məlum olmayan başqa bir ofisə göndəriləcəyi, bununla razılaşmadığı halda isə onu əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən işdən azad edəcəkləri bildirilmişdir. İşəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli 47/M saylı əmrin 1-ci bəndində - qismən ödənişli sosial məzuniyyətdən qayıdan İddiaçı "xxxx" MMC-nin kadrlar şöbəsinin müdiri vəzifəsi üzrə əmək fəaliyyəti 47/M saylı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə davam etdirsin qeyd olunduğu halda, eyni tarixdə tərtib olunan ANXO74/2023 nömrəli bildirişdə işəgötürən bu şərtləri birtərəfli qaydada pozaraq, bir-birinə zidd iki sənədlə çıxış etmişdir. Göründüyü kimi "xxxx" MMC əmək müqaviləsinə dəyişikliyi birtərəfli qaydada həyata keçirmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə evdən işləməyi üçün qərəzli formada əmr tərtib edilsə də (kirayədə yaşadığı üçün ev şəraiti əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olmadığı halda) və bu əmrin icrasına nəzarəti rəhbərlik üzərində saxladığı halda, əmr icra edilməmiş və onun evdə işləməyi üçün əvvəlcədən müəssisə tərəfindən heç bir tədbir görülməmiş, lazımi texniki və dəftərxana ləvazimatları ilə təmin olunmamış və işləməyi üçün ona heç bir tapşırıq verilməmişdir. İddiaçının müəssisənin sisteminə giriş üçün istifadəçi məlumatları və elektron poçt ünvanı bərpa olunmamışdır. İddiaçının himayəsində 8 aydır limfa ödəmindən əziyyət çəkən 1 yaşlı körpə uşağı və diz artrozu nəticəsində hərəkət məhdudiyyəti olan yaşlı anasının olduğunu bilərək (bu barədə işəgötürənə cavab məktubunda qeyd etmişdir), bundan əlavə müəssisədə bütün şöbələr və işçiləri rəhbərlik və hal-hazırda kadrlar şöbəsinin əməkdaşı Abbasov Bəşir müəssisədə əsas ofisdə əyani şəkildə fəaliyyət göstərdiyi halda, sırf iddiaçının məsafədən işləməyi barədə əmri və müəssisədəki kadrlarla mütəmadi əlaqədə olan bir şöbənin, müəssisənin əsas ofisindən kilometrlərlə kənarda yerləşdirilməsini və onun əmək müqaviləsində göstərilən fəaliyyət ünvanını bu ünvandan uzaq məsafədə yerləşən hər hansı ona məlum olmayan ofisə onunla razılaşdırmadan dəyişdirərək, onu öz iş yerindən kənarlaşdırmaqları barədə bildiriş sırf iddiaçıya qarşı qərəzli mövqedir. Bütün bu qərəzli mövqedən tərtib olunan əmr və bildirişlərin səbəbi müəssisədə apanlan ikili (rəsmi və qeyri rəsmi) əmək haqqı hesablanması nəticəsində, iddiaçıya hamiləliyə və doğuma görə müavinətin tam əmək haqqına uyğun şəkildə hesablanıb ödənilmədiyinə görə, daha öncə xx.xx.2022-ci il tarixdə müəssisədən X3 şikayətçi olmağı ilə əlaqədar təsisçi Elxan Bəşirovla və Nümayəndə1la aralarında yaranan mübahisədir. Bunu iddiaçıya rəhbərlik özü də şifahi formada etiraf etmişdir. Belə ki, iddiaçının əmək haqqısı faktiki 1500 manat təşkil etdiyi halda, işəgötürənin Azərbaycan Respublikasının Vergi qanunvericiliyini pozması nəticəsində 700 manat olaraq rəsmiləşdirilmişdir və bunun nəticəsində hamiləliyə və doğuma görə müavinət tam əmək haqqına uyğun şəkildə hesablanıb ödənilməmiş, əvəzində isə rəhbərlik 1500 manat əmək haqqına uyğun hesablanmış məbləği işdən öz xahişi ilə ərizə yazıb çıxmağı üçün qeyri rəsmi formada ödəyəcəyini təklif etmiş, lakin iddiaçının bundan imtina etdiyini gördükdə isə hamilə olduğuna görə qanuni güzəşt və imtiyazlardan istifadə etməyini qəbul etməyərək, onu əmək funksiyaları ilə bağlı özbaşınalıqla şərləyəcəyi ilə hədə qorxu gələrək, işdən azad olmağı üçün ərizə yazdırmağa çalışmışdır. İddiaçı bu barədə X3 müraciət ünvanladığında rəhbərlik onun əmək hüquqlarını birdaha pozaraq, onun müəssisənin elektron sisteminə daxil olmaq üçün verilmiş bütün istifadəçi məlumatlarını ləğv etmiş və müəssisəyə məxsus mailto:gmuqbulova@agdag.azElektron ünvan elektron poçt ünvanına girişi bağlamışdır. Bu səbəbdən də iddiaçı əmək haqqısının 1500 manat olması barədə qeyri-rəsmi sənədləri müfəttişə təqdim edə bilməmişdir . Şikayətindən sonra ona qarşı hüquq pozuntuları ilə əlaqədar olaraq. "xxxx" MMCnin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və iddiaçıya ödənilməli olan iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi ilə bağlı “Avanqard N" MMC-nin vəzifəli şəxsinə məktub ünvanlanmışdır.Buna baxmayaraq, həmin vəsait hələ də ödənilməmişdir. Cavabdeh "xxxx" MMC iddiaçının işlədiyi şöbəni Sabunçu rayonu, Binəqədi şossesi, 11B ünvanında yerləşən ofisə keçirməkləri barədə Qərar qəbul edildiyini məktubları ilə bildirsə də, hazırda kadrlar şöbəsinin digər əməkdaşı Bakı-Qazax şossesi 27 km ünvanında yerləşən ofisdə fəaliyyət göstərir. İddiaçının yuxarıda qeyd olunan ünvanda yerləşən ofisə göndərilməsinin səbəbi cavabdehin onun hüquqlarının pozulması ilə bağlı sübutları əldə etməyindən qorxmasıdır. Çünki cavabdeh iddiaçının işdə olduğu təqdirdə bütün rəsmiyyətdən kənar mühasibatlıq barədə yazışmalar və digər sənədləri ələ keçirib Məhkəmə və Prokurorluq orqanlarına təqdim etməyindən çəkinir. İddiaçının iş yerində bundan əvvəlki hamilə vəziyyətində keçirdiyi streslər. sarsıntılar, iztirablar onun səhhətinə mənfi təsir göstərmiş və sinir sistemində yaranmış pozuntu nəticəsində irəli dərəcədə karpal sinir sindromu diaqnozu qoyulmuş və bütün bunlar hamiləliyinin normal inkişafına mənfi təsir göstərdiyi üçün vaxtından əvvəl təcili doğuşla əlaqədar keysəriyyə əməliyyatı olunmuş və bununla bağlı övladına ağ ciyərin sağ payında anadangəlmə bronxopnevmaniya əlamətləri diaqnozu qoyulmuşdur. Bundan əlavə səhhətində olan problemlə əlaqədar süd verməyinə bağlı olaraq dərman müalicəsi qəbul edə bilməmiş, yalnız fiziki müalicə olunmuş və bu problemin uzun müddət davam etməsi nəticəsində övladına qulluq göstərə bilməmişdir. İddiaçı işəgötürənə bildirmişdir ki, ona qarşı olan bu qərəzli hərəkətləri ilə ona ciddi şəkildə mənəvi, maddi və fiziki ziyan vurur və yaşadığı bu streslər bir ana olaraq, onda ciddi şəkildə emosional gərginlik, psixoloji əzab, sıxıntı, narahatlıq, həyəcan, acizlik və sarsıntı, məyusluq, ədalətsizlik və uzunmüddətli qeyri-müəyyənlik hissləri yaratdığı üçün səhhətinə mənfi təsir göstərir və uşağın ana südü ilə bəslənməsinə mane olur və bu da övladının səhhətinə mənfi təsir göstərərək və eyni zamanda əlavə qidaya ehtiyac duyaraq ona maddi və mənəvi ziyan vurur, həmçinin körpəsinə mənəvi zərər yaradır. İddiaçı sosial məzuniyyətdə olduğu dövrdə bir müddət sonra işə başlayacağına əmin olaraq, özünün, anasının və uşağının müalicəsi və təyin olunmuş dərman vasitələrinin alınması üçün (iş yoldaşı Aysel Gülmalıyevanın zaminliyi ilə) X6 10000 manat kredit götürmüşdür və 10 aydır ki, bu krediti çox çətinliklə ödəyir. Onun işə başlamağında əsas məqsədi də borclarını ödəmək və çətin olan maddi durumunu nisbətən də olsa yaxşılaşdırmaqdır. Lakin işəgötürən onu iş yerinə buraxmamaqla ona bu müddət ərzində maddı və mənəvi zərər vurmuşdur. İddiaçının himayəsində bir yaşlı övladının olması ilə yanaşı o, həm də hamilə olmuş və bu vəziyyətdə işəgötürənin ona yaşatdığı stress, üzüntü, sarsıntı, iztirab, nigarançılıq, psixoloji gərginlik nəticəsində riskli hamiləlik keçirmişdir. Bu barədə 31 03.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 9 nömrəli Qadın məsləhətxanası tərəfindən verilmiş 63 nömrəli arayış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hamilənin başqa işə keçirilməsi barədə xx.xx.2023 tarixli 64 nömrəli həkim rəyi (TQS No084) işəgötürənə təqdim edilmişdir. Arayışdan görünürdü ki,hamiləlik risk altında olduğu üçün, işəgötürən tərəfindən təyin olunmuş yeni iş yerinin uzaq məsafədə yerləşməsini nəzərə alaraq, uzun yol qət etməyə icazə verilməmişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək düşük təhlükəsi diaqnozu də büllitendə olmuşdur və bu barədə bütün üzürlü sənədləri və SN 00008 №0077755 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsini müəssisəyə təqdim etmişdir. Buna baxmayaraq, işəgötürən öz qərəzli məktubları ilə yenədə onu işdən çıxaracağı ilə hədələyərək, onun riskli hamiləlik keçirdiyini bilə-bilə həmin vəziyyətdə ona stres, əsəb, sarsıntı iztirab yaşadaraq, səhhətinin pisləşməsinə birbaşa təsir göstərmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə riskli hamiləliklə bağlı sənədlərini sürətli poçt vasitəsilə müəssisəyə göndərdikdən bir neçə saat sonra, ona özünü müəssisənin hüquqşünası kimi təqdim edən Nümayəndə3 adlı şəxs zəng edərək, göndərdiyi sənədlərə məhəl qoymadıqlarını və onun məhkəmə öncəsi onlara göndərdiyi mediasiya təklifinə əsasən onları məhkəməyə vermək istədiyini anladıqlarını və əgər o məhkəməyə müraciət etsə, onlar da guya onu hansısa sənədlərin səhv işlənməsi ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirərək, onu məhkəməyə müraciət etməkdən çəkindirmək üçün səhhəti ilə bağlı məlum vəziyyətini bildiyi halda ona hədə-qorxu gəlmişdir. İddiaçı isə heç bir səhvə yol vermədiyini, öz hüquqlarını qanuni şəkildə bərpa etmək üçün məhkəməyə müraciət edəcəyini bir daha bildirmişdir. Bu dialoq nəticəsində üzüntü, sarsıntı və psixoloji gərginlik keçirdiyi üçun səhhəti pisləşmiş və təcili tibbi yardım göstərilmişdir. Bundan sonra yenidən xx.xx.2023-cü il tarixdə, iddiaçı ona göstərilən ünvanda işə çıxmayacağı təqdirdə 3 gün ərzində üzürlü səbəb təqdim etməzsə, işdən çıxarılacağı barədə işəgötürəndən növbəti məktub göndərilmişdir. Halbuki o, 05.04 2023-cü il tarixdə üzürlü səbəbi müəssisəyə təqdim etmişdir. Bunun nəticəsində onun vəziyyəti yenidən pisləşmiş, təcili yardım vasitəsilə 4 nömrəli doğum evinə aparılaraq tibbi yardım göstərilmiş və orada hamiləliyinin riskli olması bır daha qeyd olunmuşdur. Nümayəndə3 hədə-qorxuları xx.xx.2023-cü il tarixdə keçirilən Mediasiya sessiyasında da təkrarlanmış və həmin gün iddiaçıya Qaradağ rayon Prokurorluğunun müstəntiqi zəng edərək barəsində şikayət olması barədə məlumat verərək Prokurorluğa dəvət etmiş və o yenə üzüntü, sarsıntı və psixoloji gərginlik keçirərək həyacanlanmışdır. “Avanqard N" MMC-nin rəhbərliyi iddiaçının qanunla ona verilmiş haqlarını tələb etməyini həzm edə bilməyərək, Bakı şəhər Qaradağ rayon Prokurorluğuna yalan məlumatlar verərək, guya iddiaçının əsassız olaraq maaşını 500 manatdan 700 manata qədər özbaşına yüksəltməyi barədə haqsız şikayəti də onu hər tərəfli formada sıxışdırmaq niyyətini göstərir, onun haqlarını tapdalamağı azmış kımı, stres, üzüntü, sarsıntı və psixoloji gərginlik yaşadaraq ana bətnində olan uşağın sağlam formalaşmağına təsir etmişdir. Şikayət ərizəsində guya onun şirkətə 2800 manatdan çox ziyan vurmağı və bununla da onu özündən asılı vəziyyətə salmaq istəməsi də insanları özündən asılı kölə halına salmaq niyyətindən xəbər verir. İşəgötürən bu bərəkəti ilə eyni zamanda onun işgüzar nüfuzunu ləkələyir. İddiaçı “Avanqard N" MMC-yə məktub yazıb bütün üzürlü səbəblər barədə dəfələrlə məlumat versə də, işəgötürən hər dəfə ona məktublar yazaraq stress üzüntü, sarsıntı və psixoloji gərginlik keçirməsinə səbəb olmuş, yaşağıdı bu hisslər nəticəsində hamiləliyində düşük təhlükəsi yaranmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə “Avanqard N MMC"-nin rəhbərliyinə məktub ünvanlayaraq bir daha aralarındaki əmək münasibətləri barədə yaranmış mübahisələr hüquqi müstəvidə oz həllini tapanadək, onun xx.xx.2023-cü il tarixdən öz iş yerində işə buraxılmağına icazə verilməsini xahiş etmiş və bu səbəbdən də xx.xx.2023-cü il tarixdə öz vəkili ilə birlikdə "xxxx" MMC-yə getmişdir. Vəkilin onunla birlikdə getməsində məqsəd əmək qanunvericiliyi barədə məlumatları bir daha işəgötürənə izah etmək, mübahisələr öz həllini tapanadək həmin ünvanda işləməyinə icazə verilməsini xahiş etmək və bəlkə bu söhbətlər əsnasında barışıq əldə etmək olmuşdur. Lakin həmin gün "Avanqard N MMC-nin ərazisinə nəinki işə başlamaq, heç söhbət etmək üçün belə buraxılmadığı üçün orada keçirdiyi stress, üzüntü, sarsıntı və psixoloji gərginlik nəticəsində vəziyyəti ağırlaşmış və düşüyün başlaması diaqnozu ilə təcili tibbi yardım vasitəsilə 4 saylı doğum evinə çaldırılmış, orada hamiləliyin 1-ci trimestrinin ultrasəs müayinə protokolunda retroxorial hematoma diaqnozu qoyulmuş və təcili abort məsləhət görülmüşdür. Sonra o, qeydiyyatda olduğu qadın məsləhətxanasına getmiş və həkimin verdiyi göndəriş vərəqəsi ilə Məlikov adına 6 saylı xəstəxanada həmin diaqnoz ilə abort əməliyyatı keçirmişdir. Həmin günü iddiaçı öz övladını itirmiş və bu onun həm səhhəti ilə bağlı fiziki əzab çəkməyinə, həm də sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Onun bu vəziyyəti ailə üzvlərinin, ən əsası anasının da səhhətinə mənfi təsir göstərdi, belə ki bunu bilən anasının təzyiqinin yüksəlməsi nəticəsində vəziyyəti pisləşmiş və təcili yardım göstərilmişdir. Hər dəfə işəgötürən tərəfindən iddiaçının iş yerinə buraxılmamağı, onu işdən çıxarılacağı ilə hədələyərək ünvanına göndərilən məktublar, ona şər ataraq barəsində prokurorluğa edilən şikayət və buna görə prokurorluğa çağırılması xəstə, yaşlı anasının stres, sarsıntı və əzab çəkməsinə səbəb olmuş və bu hər dəfə anasının səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. İddiaçı hələ də bətnindəki övladını itirməklə yaşadığı sarsıntı və iztirab hisslərinin təsiri altında psixoloji gərginlik keçirir, artıq özünü öldürmək həddinə çatmışdır. Cavabdeh "xxxx" MMC etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC-də vergidən yayınmaq məqsədi ilə kiminsə əmək haqqının qəsdən azaldılması və ya az rəsmiləşdirilməsi sadəcə olaraq böhtandır. Cəmiyyətin fəaliyyətində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş iş vaxtından artıq işlərə cəlb etmə kimi müəyyən edilmiş situasiyalar mövcud deyildir. Cəmiyyətin istehsal sahələrində iş ahənginin fasiləsiz təşkilinə ehtiyac yarandığı hallarda isə növbəli iş rejimi tətbiq edilir. İddiaçı kadrlarla iş üzrə şöbənin müdiri vəzifəsində işləmişdir və onun fəaliyyət göstərdiyi şöbənin və ya şəxsən özünün əlavə iş saatlarında işə cəlb edilməsinə hər-hansı ehtiyac yaranmamışdır. Müvafiq olaraq, iddiaçının iş vaxtlarından artıq işlərə cəlb edilməsi ilə bağlı hər-hansı əmr və ya şifahi tapşırıq verilməmişdir. Cəmiyyətdə işə cəlb etmə və s. ilə bağlı əmrlər işlədiyi dövrdə məhz elə iddiaçı tərəfindən hazırlanmış, iş vaxtının uçotu da onun tərəfindən aparılmış, uçot məlumatları onun tərəfindən hazırlanıb rəhbərliyə və mühasibatlığa təqdim edilmişdir. Həmin dövrdə onunla bağlı iş vaxtından artıq işlərə cəlb edilmə ilə bağlı əmr olmadığı kimi, özü tərəfindən iş vaxtından artıq işlədiyinə dair rəhbərliyə heç bir qeyd təqdim edilməmişdir və bu xüsusat Əmək Müfəttişliyi tərəfindən tam şəkildə araşdırılmışdır. Əməkdaşlarının əmək müqaviləsi bildirişləri və o cümlədən, əmək haqqı məlumatlarını elektron imza vasitəsi ilə ƏƏSMN-nin elektron sisteminə daxil edilməsi iddiaçının səlahiyyətində olmuşdur və əgər əmək haqqı 700 manat deyil, onun iddia etdiyi kimi 1500 manat idisə, o, bu məlumatları elektron sistəmə daxil edə bilərdi. Halbuki, iddiaçı məhz elektron imzadan istifadə edərək, müəssisə rəhbərliyinin bu barədə əmri olmadığı halda, özünün əmək haqqını 500 manatdan 700 manata qaldırmış və bu əmək haqqının ona ödənilməsinə nail olmuşdur. Bu xüsusat da müvafiq orqanlar tərəfindən araşdırılmışdır. Digər tərəfdən, iddiaçı qeyd edilən məsələlərlə bağlı hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmazdan əvvəl də müxtəlif orqanlarına, o cümlədən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 də müraciət etmiş, məsələlər araşdırılmış və iddiaçının iddia etdiyi məsələlərin heç biri öz təsdiqini tapmamışdır. İddiaçının istinad etdiyi ƏƏSMN-nin inzibati xəta haqqında protokolu isə iddiaçının hamiləliyi dövründə ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməsinin rəsmiləşdirilməməsi ilə bağlı olmuşdur ki, bu da əslində iddiaçının vəzifə borcu idi ki, bu əmrin hazırlanaraq imzalatdırılmasını təmin etməmişdir. Faktik olaraq qısaldılmış iş vaxtından istifadə etdiyi halda, güman ki, qəsdən rəsmiləşdirilməni həyata keçirməmiş, sonradan bunu öz xeyrinə istifadə etməyə çalışmışdır. İddiaçının digər bir iddiası əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair ona təqdim edilən bildirişin və əmrin qanunsuz olması, bunun əmək müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsi olması və Əmək Məcəlləsinin 79-cu maddəsinə zidd olması ilə bağlıdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə hər-hansı dəyişiklik edilməmişdir, onun hüquq və vəzifələri olduğu kimi qalır. İddiaçının sosial məzuniyyətdən qayıtmaqla işə başlamasına dair əmrdən də göründüyü kimi, onun əmək münasibətlərini əmək müqaviləsində göstərilən eyni şərtlərlə davam etdirildiyi göstərilir. Yəni iddiaçının vəzifəsi, iş funksiyaları, əmək haqqı və s. əmək müqaviləsində göstərilən hallar dəyişməz olaraq qalır. Eyni zamanda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi Əmək Məcəlləsinin 56-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin 1-ci bəndinə görə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin maddənin 2-ci bəndində isə göstərilmişdir ki, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Qeyd olunan maddədən görünür ki, işəgötürən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hüququna malikdir. Lakin bu yalnız Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində göstərilən zərurətdən irəli gəlməli, həmçinin işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işində dəyişikliyə səbəb olmamalıdır. "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 6əşir. Cəmiyyət tikinti materiallarının istehslı ilə məşğul olmaqla, bir neçə istehsal və satış sahəsindən, eləcə də bir neçə ofis sahəsindən istifadə etməkdədir. İddiaçının işlədiyi və rəhbərlik etdiyi “kadrlar şöbəsi” əvvəllər "xxxx" MMC-nin zavodlarından biri olan Qaradağ rayonu ərazisindəki “Ağdağ” zavodunun ərazisindəki ofis sahəsində fəaliyyət göstərmişdir. Lakin son dövrlər “Ağdağ” zavodunun gücünün artırılması və genişləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Xüsusən də Azərbaycan Respublikasının Prezidenti X5 iştirakı ilə “Yeni Ağdağ” zavodunun açılışından sonra zavodun fəaliyyəti ilə bağlı onlarla yeni işçi işə qəbul edilmişdir. Zavodun ərazisindəki ofis sahəsinin bütün işçilərin fəaliyyəti üçün kifayət etmədiyi nəzərə alınaraq yalnız bilavasitə zavodun cari fəaliyyətinə cəlb edilən işçilərin həmin ofis sahəsində saxlanılması, digər struktur bölmələrinin və onların işçilərinin fəaliyyətinin isə Cəmiyyətin istifadəsində olan digər ofis sahələrində təşkil edilməsi qərara alınmışdır. O cümlədən, iddiaçının işlədiyi və rəhbərlik etdiyi şöbənin fəaliyyəti də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 11B ünvanında yerləşən ofisdə təşkil edilmişdir. Cəmiyyətin bir sıra digər struktur bölmələri də fərqli ünvanlardakı ofis sahələrində fəaliyyət göstərir və texnologiyanın hazırki inkişafından istifadə ilə struktur bölmələrinin fərli ünvanlarda yerləşməsi müəssisənin fəaliyyəti üçün hər-hansı problem yaratmır. Binəqədi rayonu, Binəqədi şossesi 11B ünvanı isə “Ağdağ” zavodu ərazisindən heç də çox uzaq məsafədə yerləşmir və Bakı şəhərinin ərazisi hüdudlarındadır. "xxxx" MMC-nin əmək şəraitinin şərtlərində dəyişiklik təklifi qanunvericiliyin tələblərinə, qanunla işəgötürənə verilən hüquqlara tam uyğundur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Cavabdeh 02/16 saylı, xx.xx.2016-cı il tarixli əmrindən görünür ki, "xxxx" MMC-də referent vəzifəsində çalışan İddiaçı 19 yavar 2016-cı il tarixdən etibarən Kadrlar şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçıın əmək haqqı 700 manat təşkil edir. X2 iddiaçının müraciətinə **********5 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, hüquq pozuntuları ilə əlaqədar olaraq Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və iddiaçıya ödənilməli olan iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi ilə bağlı cavabdehə məktub ünvanlanmışdır. Bundan əlavə məktubda qeyd olunmuşdur ki, cavabdeh əmək haqqının bir hissəsinin (700 manat) əmək haqqı bank kartına edilmiş köçürmələr ilə, digər hissəsini isə nağd formada aldığını təsdiq edən sübutları təqdim etmədiyindən, məsələni aydınlaşdırmaq mümkün olmamışdır. Cavabdeh 47/M saylı, xx.xx.2023-cü il tarixli əmrində qeyd olunur ki, sosial məzuniyyətdən qayıdan İddiaçı "xxxx" MMC-nin kadrlar şöbəsinin müdiri vəzifəsi üzrə əmək fəaliyyəti "Avanqard N” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə davam etdirsin, işçinin əmək müqaviləsi elektron sistemdə bərpa olunsun, işçi xx.xx.2023-cü il tarixdən işə başlasın və "xxxx" MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan şossesi ünvanında yerləşən zavod ərazisindəki ofis sahəsinə yeni istifadəyə verilmiş Alçıpan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq onun bir ay müddətində məsafədən (evdən) işləməyinə icazə verilsin. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 79/1K saylı əmrindən görünür ki, MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan Şössesi ünvanda yerləşən zavod ərazisindəki “Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq 10 işçinin iş yerinin 02 mart 2023-cü il tarixindən Cəmiyyətin Sabunçu rayonu, Binəqədi şosessi 11 B ünvanında yerləşən ofis sahəsində təşkil edilməsi əmr edilmişdir. Əmrdən görünür ki, əmr “Cəmiyyətin kardla iş şöbəsinin fəaliyyətinin təşkili haqqında” adlandırılmasına baxmayaraq əmrlə iş yeri Sabunçu rayonuna dəyişdirilmiş 10 işçi arasında kardlar şöbəsinin əməkdaşları yoxdur. Əmrin ikinci bəndi ilə kardlar şöbəsinin əməkdaşlarına əmək şəraitinin şərtlərində baş verən dəyişikliklə bağlı bildiriş təqdim edilməsi əmr edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 nömrəli bildirişində yeni istifadəyə verilmiş Alçıpan zavodunun texniki işçi və inzibati heyətinin sayının artması nəzərə alınaraq Sabunçu rayonu, Binəqədi şossesi 11B ünvanında yeni ofis götürülməsi və zavodun fəaliyyəti üçün texniki və inzibati işçi heyəti vacib olduğundan kadrlar şöbəsinin yuxarıda göstərilən ünvanda yerləşən ofisə keçirilməsi və kadrlar şöbəsinin müdiri kimi İddiaçı da əmək funksiyalarını həmin ünvanda davam etdirməsi qərara alınmışdır. Bildirişdə əlavə olaraq göstərilmişdir ki, İddiaçı 1 ay ərzində baş vermiş bu dəyişikliyə razı olması və ya bundan imtina etməsi barədə yazılı məlumatı təqdim etməlidir və xx.xx.2023-cü il tarixdən kadrlarla iş şöbəsinin yeni ofisində işə çıxmadığı təqdirdə, bu əmək şəraitinin şərtlərinə etiraz kimi qiymətləndiriləcəkdir. "xxxx" MMC-nin 203/K saylı, xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı (Kadrlar şöbəsini müdiri) ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "c" bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xx.xx.2023-cü il tarixindən xitam verilmiş, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdə olmadığı nəzərə alınmış, istifadə edilməmiş 7 (yeddi) əsas məzuniyyət gününün pul əvəzinin ödənilməsi, işçiyə son haqqhesabın hesablanıb ödənilməsi mühasibatlıq şöbəsinə həvalə edilmişdir. "xxxx" MMC-nin 204/K saylı, xx.xx.2023-cü il tarixli əmri ilə, xx.xx.2023-cü il tarixli 203/K №-li əmrə dəyişiklik edilmiş, əmrin 4-cü bəndinə “İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilsin” cümləsi əlavə edilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının xx.xx.2022-ci il təvəllüdlü X1 adlı övladı vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması...
2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi... Maddə 91. Qısaldılmış iş vaxtı
1. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
2. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla... Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə "xxxx" MC-yə işə qəbul olunmuş, 2016-cı il tarixdən kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır, 2022-ci il tarixdə övladı dünyaya gəlmişdir. Analıq məzuniyyətindən sonra ona iş yerinin Qaradağ rayonundan Sabunçu rayonuna keçirilməsi və vəzifəsinin həmin ünvanda yerləşən ofisdə davam etdirilməsi təklif edilmişdir. İddiaçı yeni uşağa hamilə olması və hamiləliyinin ağır keçməsi ilə bağlı həmin təklifdən imtina etmişdir. "xxxx" MMC Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə tam əməl etmədən, yəni iddiaçı iş yerinin dəyişdirilməsinə razılıq vermədiyindən əvvəlcə onu başqa vəzifəyə keçirməli olduğu halda bunu etməmiş və iddiaçının birbaşa əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Bundan əlavə məhkəmə tərəfindən təklif edildikdən sonra cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə “Cəmiyyətin kardla iş şöbəsinin fəaliyyətinin təşkili haqqında”"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 79/1K saylı əmri məhkəməyə təqdim edilmişdir. Həmin əmrdən görünür ki, MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan Şössesi ünvanda yerləşən zavod ərazisindəki “Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq 10 işçinin iş yerinin 02 mart 2023-cü il tarixindən Cəmiyyətin Sabunçu rayonu, Binəqədi şosessi 11 B ünvanında yerləşən ofis sahəsində təşkil edilməsi əmr edilmişdir. Əmrdən görünür ki, əmr “Cəmiyyətin kardla iş şöbəsinin fəaliyyətinin təşkili haqqında” adlandırılmasına baxmayaraq əmrlə iş yeri Sabunçu rayonuna dəyişdirilmiş 10 işçi arasında kardlar iş şöbəsinin əməkdaşları yoxdur. Əmrin ikinci bəndi ilə kardlar şöbəsinin əməkdaşlarına əmək şəraitinin şərtlərində baş verən dəyişikliklə bağlı bildiriş təqdim edilməsi əmr edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 nömrəli bildirişində iddiaçının iş yerinin Sabunçu rayonuna dəyişdirilməsinin qərara alınması göstərilsədə cavabdeh tərəfindən həmin bildirişdə, eyni zamanda iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə həmin qərara və cavabdehin yuxarıda istinad olunan xx.xx.2023-cü il tarixli 79/1K saylı əmrinə istinad olunmamışdır. Bu hal isə belə bir qərarın mövcud olmaması, xx.xx.2023-cü il tarixli 79/1K saylı əmrin isə sonradan geri tarixlə tərtib edilməsini təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə əmək müqaviləsinin ləğv edilməsi əsasları pozularaq xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə iddiası əsaslıdır və təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AN/X/O/74/2023 nömrəli bildirişi, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında digər ofisin təşkil edilməsi barədə Qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişiklik edilərək, iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməsi barədə irəli gələn əmr və digər aktları etibarsız hesab edilməli və İddiaçı “Avanqard N" MMC-nin Bakı-Qazax Şossesi 27 ünvanında yerləşən inzibati binasında əmək fəaliyyəti bərpa olunmalı və onun iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçının hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda işə cəlb olunması təsdiq edildiyindən və cavabdeh Əmək Müfəttişliyinin göstəriş məktubunun icra olunaraq iddiaçıya iş vaxtından artıq vaxtda işə cəlb olunmasına görə əmək haqqının ödənilməsini təsdiq edən sübutları təqdim etmədiyindən iddiaçının hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda işə cəlb olunmasına görə əmək haqlarının hesablanaraq ödənilməsi vəzifəsinin "xxxx" MMC-yə həvalə edilməsi tələbi də əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, əmək haqqının tam hissəsinin (1500 Azn) rəsmi formada əmək haqqı kartına köçürülməsi, hamiləlik və doğuma görə müavinətin 1500 manatdan hesablanaraq ödənilməmiş qalan hissəsinin ödənilməsi tələbləri iddiaçının əmək haqqısının 1500 manat olmasına dair sübutlar, eyni zamanda 18000 manat maddi zərər tələbi bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, «Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.» “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il 7 saylı Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) ,habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının işsiz qalmasını, iddiaçının məcbur olaraq vəkilə və məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 3000 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri [ 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar... Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilmiş tələblərin məbləğində mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ :
İddia qismən təmin edilsin. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi haqqında 11 may 2023-cü il tarixli 203/k əmri ləğv edilsin, İddiaçı kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AN/X/O/74/2023 nömrəli bildirişi, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında digər ofisin təşkil edilməsi barədə Qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişiklik edilərək, iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməsi barədə irəli gələn əmr və digər aktları etibarsız hesab edilsin. İddiaçı “Avanqard N" MMC-nin Bakı-Qazax Şossesi 27 ünvanında yerləşən inzibati binasında əmək fəaliyyəti bərpa olunsun və onun iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilsin. İddiaçı hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi "xxxx" MMC-yə həvalə edilsin. "xxxx" MMC–dən mənəvi zərərə görə 3 000 (üç min) manat tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova