Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-281/2025 13.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs1) “xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəyə dair mülki iş (açar sözlər: xəbərsiz itkin düşmə faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs1) “xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi (Maraqlı şəxs1) “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx xxxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək 05 aprel 1077-ci il təvəllüdlü qardaşı Maraqlı şəxs2 xəbər itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı Maraqlı şəxs2 2013-cü ilin yanvar ayında yaşadığı ünvan 1 ünvanındakı evdən çıxıb gedib. Bir müddətdən sonra o, telefon vasitəsi ilə onlara Suriyada olduğunu bildirib. Ara-sıra etdiyi zənglərdən onun orada evləndiyini bilmişlər. Evləndiyi qadın əslən Azərbaycanlı olan Azərbaycan Respublikasının vətəndaşı 03 dekabr 1987-ci il təvəllüdlü X9, 2014-cü ilin əvvəlində Azərbaycana gəlmiş və onlarla görüşmüşdür. Görüş zamanı qardaşı ilə vətəndaş nikahında olduğunu (molla kəbini kəsdirdiyini) və hazırda da hamilə olduğunu bildirmişdir. Onun dediklərindən qardaşının Suriyada silahlı qruplaşmada döyüşdüyünü bilmişlər. Hamiləlik dövrü başa çatdıqdan sonra iki uşağı (əkiz) doğulmuş onlardan biri doğuşdan sonra ölmüşdür. Qısa müddətdən sonra Şəfəq qız övladını da (Güldanə adlı) özü ilə götürüb Azərbaycanı tərk etmişdir. Bir müddət sonra isə onun qardaşının yanına getdiyini bilmişlər. Sonradan onların birgə münasibətlərindən daha iki uşaqları da anadan olub. Suriyada olan Şəfəqin bacısı (hazırda Türkiyədə yaşayan və bildiklərinə görə oranın vətəndaşı olan) 2019-cu ildə onlara zəng edərək uşaqların Suriyada Əlhol adlı düşərgədə olduqlarını qardaşının və Şəfəqin isə öldürüldüyünü bildirib. Ona görə də onlar qırmızı xaç cəmiyyətinə, ombdusmana və sair qurumlara müraciət etmişlər. Müraciətləri cavabsız qalmamış 2021-ci ilin sonları uşaqlar hər üç uşaq (xx.xx.2024-cü il təvəllüdlü X5, 23 avqust 2016-cı il təvəllüdlü X6 və 15 may 2018-ci il təvəllüdlü X6) Azərbaycana gətirilərək bizə təhvil verilib. Həmin gündən də uşaqlar onlarladır, yəni onun ailəsinin himayəsindədir. Onlardan məktəb yaşlı olan ikisi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 38 saylı tam orta məktəbə, digər daha azyaşlı olanı isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 77 saylı uşaq baxçasına gedir. Himayələrində olan uşaqların qəyyumluq və himayəçilk məsələlərinin həlli üçün, eləcə də ümumiyyətlə uşaqların problemlərinin həlli ilə əlaqədar uşaqların valideynləri haqqında onlardan məlumat tələb olunur. Baxmayaraq ki, qardaşımın və onunla faktiki nikah münasibətində olmuş Şəfəq Həsənovanın 2019- cu ilin əvvəllərində Suriyada vəfat etmələri barədə deyimlmələr var, lakin onların övladlarının Azərbaycana gətirildiyi tarix 2021-ci il tarix olmaqla yanaşı, uşaqlara təyin qəyyum təyin olunması əsanası ilə toplanmış sənədlərdə də qardaşım xx xxxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs2 konkret pölməsi barədə hər hansı sənəd yoxdur, eləcə də onun Suriyaya gedib qayıtmadığı barədə sənədlərdə keçən hallara görə də ümumi müddətin beş il olmadığı ortaya çıxır.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
4. Ərizəçi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
6. Məhkəmə tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. - 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. - 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. - 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. AZE seriyalı ******* nömrəli Azərbaycan Repsublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən Maraqlı şəxs2 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.
9. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs2 sonuncu dəfə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmişdir.
10. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, DİN-in İMAS sisteminə əsasən Maraqlı şəxs2 xx.xx.2018-ci il tarixdə “vətəndaşlıqdan məhrum olunma” səbəbi ilə deaktivləşdirilmişdir.
11. Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X2 Əlaqədar Dövlət Komissiyasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 adları 9 sentyabr 2021-ci ildə Suriya Ərəb Respublikasından Azərbaycana repatriasiya olunmuş şəxslərin siyahısından keçir. xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs2 həlak olması və ya sağ qalması ilə bağlı Dövlət Komissiyasında hər hansı məlumat mövcud deyildir.
12. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 601 nömrəli, 13 oktyabr 2021-ci il tarixli sərəncamına əsasən Suriyə Ərəb Respublikasından repatriasiya olunmuş xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017ci il təvəllüdlü X7 üzərində X10 qəyyum təyin edilmişdir.
13. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyət başçısının xx.xx.2021-ci il tarixli qəyyum təyin etmə barədə sərəncamına əsasən X10 qohumları,xx.xx.2007-ci il təvəllüdlü X11,xx.xx.2014-cü il təvəllüdlü X5,xx.xx.2016-cı il təvəllüdlü X6,xx.xx.2017-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir.
14. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən müraciətlə əlaqədar ərizəçi şəhər İcra Hakimiyyətində qəbul edilərək söhbət aparılmış və müvafiq sənədlər əldə olunmuşdur.Müəyyən edilmişdir ki,ərizəçi,yoldaşının övladları xx.xx.2007-ci il təvəllüdlü X11,xx.xx.2014-cü il təvəllüdlü X5,xx.xx.2016-cı il təvəllüdlü X6,xx.xx.2017-ci il təvəllüdlü X1 Rəşid Baxış oğlu ilə X4 birgə nikah münasibətlərindən doğulmuşlar.Azyaşlıların valideynləri bir neçə il öncə Suriya Ərəb Respublikasına getmiş və bir daha geri qayıtmamışlar.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər.
16. Həmin Məcəllənin 40.2-ci məddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır.
17. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi qardaşı Maraqlı şəxs2 2013-cü ildə Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Maraqlı şəxs2 ara-sıra atası ilə telefon əlaqəsi saxlasa da, 2019-cu ildə onlara Maraqlı şəxs2 və birgə münasibətdə olduğu X4 öldürüldüklərini bildirmişlər. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı və xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.2-ci maddəsində qeyd edildiyi kimi son məlumat 2019-cu ilin əvvəllərində alınmışdır. Həmin ayı müəyyənləşdirmək mümkün olmadığından həmin ildən sonrakı ilin yanvarın 1-dən, yəni 2020-ci ilin yanvarın 1-dən xəbərsiz itkin düşmüş hesab edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
20. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
22. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2020-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil