Məhkəmə qərarları › İş №2(004)-2811/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2811/2022

29.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2811/2022 29.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X21 oğlunun katibliyi ilə İddiaçı1 İddiaçının nümayəndəsi və vəkili X6 Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı “mənzilə köçürülmə, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun və İddiaçı2 yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Səmədova Mədinə Gündüz qızı və xx.xx.2007-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X12 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi qüvvədə saxlanılmaqla, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə 4Ə-119 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X12 iddia tələbinin dəqiqləşdirilməsinə dair yenidən ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi qüvvədə saxlanılmaqla, Cavabdeh2 ilə digər Cavabdeh3 arasında Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bilidrmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsi cavabdeh X11 tərəfindən digər Cavabdeh2 Zelabdin oğluna satılmış, Cavabdeh2 Zelabdin oğlu tərəfindən isə digər cavabdeh X1. Cavabdeh1 aldığı torpaq sahəsi onların birgə əmlakı sayılır. Həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən satılarkən onun razılığı alınmamışdır. Torpaq sahəsini alan şəxslər isə vicdanlı alıcılar deyillər. Bu səbəbdən də onun həmin evə köçürülməyi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, izahatı hüquqlarını müdafiə etdiyi şəxsin izahatına uyğundur. Mübahisə predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsinin cavabdeh X11 tərəfindən digər Cavabdeh2 Zelabdin oğluna satılmış, Cavabdeh2 Zelabdin oğlu tərəfindən isə digər cavabdeh X1. Cavabdeh1 tərəfindən həmin torpaq sahəsi satılarkən hüquqlarını müdafiə etdiyi şəxsin razılığı alınmamışdır. Alıcılar isə vicdanlı alıcı deyillər. Bu səbəbdən də hüquqlarını müdafiə etdiyi şəxsin həmin evə köçürülməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsini Cavabdeh1 ona satmışdır. O Cavabdeh1 tanıdığı zaman o səfil həyatı yaşamış, ailəsi tərəfindən tərk edilmişdir. Cavabdeh1 torpağı ona satarkən iddiaçıdan razılıq alınmaması ilə bağlı məlumatı olmamışdır. Daha sonra o, həmin torpaq sahəsini Cavabdeh3 satmış, satdığı zaman həmin torpaq sahəsinin mübahisə predmeti olduğundan tam xəbərsiz olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsinin Cavabdeh2 Zelabdin oğlundan almışdır. Torpaq sahəsinin pulunu tam şəkildə F.Zelabdin oğluna vermişdir. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı2 və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin cavabdeh ünvan 1 ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Qubadlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli Vİ-ЖГ № 481185 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə X2 xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 170 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Səmədova soyadı verilmişdir. İş materilalarında olan Asan3 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE № 12590767 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçı1dir. İş materilalarında olan Asan3 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE № 12768415 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçı1dir. İş materilalarında olan satıcı X13 ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsini alıcıya 3000 manata satmış və bu barədə reyestrdə 4Ə-1993 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materilalarında olan satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsini alıcıya 5470 manata satmış və bu barədə reyestrdə 4Ə-119 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materilalarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materillarında olan satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsini alıcıya 3000 manata satmış və bu barədə reyestrdə 4Ə-1586 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materilalarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli 1888/d saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh1, X5, X3 və digərləri ilə Yasamal rayon İcra Hakimiyyəti arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və yuxarıda adları qeyd olunan şəxslərə ümumilikdə 88192 manat kompensasiya, eyni zamanda 18035 manat maddi yardım ödənilmişdir. Məhkəmə, tərflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə qanunvericiliyin tələblərini, Konstitusiya Məhkəməsinin Plenum Qərarını mülki iş materiallarında olan sənədlərlə paralel qiymətləndirib belə qərara gəlir ki, Cavabdeh1 anasının mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu Akademik Qarayev küçəsində yerləşən 28 saylı evin 5 saylı mənzilinin dövlət ehtiyacları üçün plana düşməsi nəticəsində xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, mənzilin mülkiyyətçisinə verilmiş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2018-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətçisi olduğu torpaq sahəsi üzərində Cavabdeh1 fərdi yaşayış evi inşa etmiş, qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququ qeydə alınmasa da, cavabdehin həmin evə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Göründüyü kimi, mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsi 0.01 ha torpaq sahəsi İddiaçı1 ilə Cavabdeh1 birgə nikah dövründə əldə olunmamış, həmin torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi Cavabdeh1 şəxsi pul vəsaiti hesabına alınmış və inşa edilmişdir. Məhkəmə, iddiaçıların fərdi yaşayış evinə köçürülmə tələbi ilə bağlı qeyd edir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olmuş olsa da, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınmasa da onun həmin ev üzərində mülkiyyət hüququ gözlənilən hüququ olmuşdur. Göründüyü kimi, alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsini almış sonuncu Cavabdeh3 vicdanlı alıcı kimi torpaq sahəsini almış, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Bu səbəbdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu Saray qəsəbəsi 0.01 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış 4Ə-119 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Saray qəsəbəsi 0.01 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış 4Ə-1586 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması barədə tələbləri əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddiaçıların iddia tələblərinin fərdi yaşayış evinə köçürülmə tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Akademik Qarayev küçəsi 28 saylı evin 5 saylı mənzilinin plana düşməsi nəticəsində aldığı pul vəsaitinin hesabına Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsini almış və üzərində yerləşən fərdi yaşayış evini də həmin pul vəsaiti hesabına inşa etdirmişdir. Göründüyü kimi, iddiaçıların köçürülmələrinin arzuladığı mübahisə predmeti təşkil edən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olmuş torpaq sahəsinin üzərində yerləşir və həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə də, Cavabdeh1 qeyd olunan evə gözlənilən mülkiyyət hüququ olduğu halda həmin hüququnu dövlət qeydiyyatına aldırmadan torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə Cavabdeh2 satmaqla həmin daşınmaz əmlaklara mülkiyyət hüququnu itirmişdir. Bu səbəbdən də, Cavabdeh1 da mülkiyyət hüquqlarının itirildiyi, iddiaçıların isə həmin evə köçürülməsini arzu etdikləri fərdi yaşayış evinə münasibətdə iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq) 32-ci maddəsinə əsasən, 32.1. nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin maddənin 5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaçıların və yetkinlik yaşına çatmayan xx.xx.2003cü il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi, 0,01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri, Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə 4Ə-119 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması, Cavabdeh2 Zelabdı oğlu ilə digər Cavabdeh3 arasında olan xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar