Məhkəmə qərarları › İş №2(004)-2814/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2814/2020

23.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2814/2020 23.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2rşı “işə bərpa və əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2rşı “işə bərpa və əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 barəsində qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 278/ii nömrəli əmrinin ləğv edilməsi və onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Göygöl X9 X4 üzrə baş mütəxəssis vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi bərədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafi Departamenti Göygöl X9 X4 üzrə Baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən xəstəxanada olduğu zaman ona bildirilmədən iştirakı olmadan işdən azad edilmişdir. Lakin, bu günə qədər tələb etməyinə baxmayaraq o, nə işə buraxılmamış, nəd ə ki, işdən çıxmağı barədə əmrin sürəti, əmək kitabçası, axırıncı haqq-hesab ona verilməmişdir. Məhkəməyə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli cavabdehə yazdığı ərizənin sürətindən və göndərilməsinə dair poçt qəbzindən görünür ki, o, cavabdehdən işə girmək və işdən çıxmaq əmrlərinin surətlərini isdəsə də bu günə kimi həmin əmirlərin surətləri ona verilmir. O, həmin əmri qanunsuz və ədalətsiz hesab etdiyindən məhkəməyə işə bərpaya dair iddia ərizəsi ilə müraciət edir. Cavabdeh tərəfindən onun işdən çıxmağı barədə hansı əmrin verildiyini o, bilmir. Hətta lap mövcud olsa belə cavabdeh tərəfindən AR ƏM-nin 80ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda alınmamışdır. Çünki o, həmkarlar ittifaqının üzvüdür. Hər ay əmək haqqından həmin təşkilata tutulmalar edilirdi. Cavabdeh tərəfindən qanunun bu tələbinə də riayət edilməmiş və bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, iddiaçı işdən azad olunma barədə əmrin verildiyi vaxt əməliyyat olmuş və əmək qabiliyyət olmamamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 isə qanunvericiliyin tələbini pozaraq iddiaçını işdən azad etmişdir. Qanunvericiliyin tələbinə əsasən, İddiaçı işə bərpa olunmalı və onun barəsində verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 278/ü saylı əmr ləğv olunmalı, eyni zamanda ona məcburi iş buraxma dövrləri üçün əmək haqqı ödənilməlidir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, əmək qabiliyyətinin olmaması vəqərəsində xəstəlik tarixçəsinin açılması tarixi xx xxxxxxx 2019-cu il tarix qeyd edilməsinə baxmayaraq, həmin tarixdən əvvəlki tarixə yəni, xx xxxxxxxx 2019-cu il tarixə xəstəlik tarixçəsi qeyd edilmişdir. Lakin, digər əmək qabiliyyətinin olmaması vərəqələrində xəstəlik dövrü xəstəlik tarixçəsinin açılması tarixdən sonrakı dövrləri əhatə edir. Həkim şəxsi müalicə etməmişdən əvvəlki dövr üçün stasionar müalicədə olmasını təsdiqləyən sənəd verə bilməz. Əgər belə bir sənəd vermişdirsə də, həmin sənəd özlüyündə etibarsız olan sənəddir. Həmin tarixlərin uyğun olmaması bunu deməyə əsas verir ki, iddiaçı onun barəsində həmkarlar ittifaqı təşkilatı tərəfindən tədbir görülməsindən məlumatlı olmuş, gələcəkdə işdən azad olunma barədə əmri mübahisələndirmək üçün xəstəxanaya müraciət edərək, saxta əmək qabiliyyətinin olmaması vəqərəsi almışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 278/ü saylı, xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 378190, 496386, 496630, 496786 saylı Əmək qabiliyyətli olmaması vərəqəsindən görünür ki, İddiaçı hipertoniya xəstəliyindən stasionar və ambulator müalicə almaq üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə, xx.xx.2019-cu ilədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu tarixdən xx.xx.2019-cu tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işdən azad edilmişdir. Bundan əlavə iş materiallarında məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X11 Bğölmələrini X8 X10 X12 tərəfindən verilmiş cavab məktubuna qoşma edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər X7 terapiya şöbəsində arterial hipertoniya xəstəliyindən müalicə almışdır. Gəncə Regional HİV diaqnostika laboratoriyasına müayinə üçün göndərişdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə qan nümunəsi götürülmüşdür. Həmçinin xəstənin Müşahidə gündəliyindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdə qədər həkim müşahidəsində olmuşdur və 21.09.19-23.09.19 tarixlərdə (məhz işdən çıxarma barədə əmrin tarixinə təsadüf edən tarix) iddiaçı barədə xəstəxananın müşahidə gündəliyində müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. HəminMəcəllənin 70-cimaddəsinin«ç» bəndinəəsasənişçiözünün əmək funksiyasını və ya əmək müqaviləsiüzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsiişəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-cimaddəsininikincihissəsinəəsasənbu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerindəişin, istehsalın, əmək vəicra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habeləəmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bundan əlavə həmin Məcəllənin 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafi Departamenti Göygöl X9 X4 üzrə Baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 278/ü saylı, xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2rşı “işə bərpa və əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 278/ü saylı, xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmçinin İş materaillarında olan 378190 saylı Əmək qabiliyyətli olmaması vərəqəsindən görünür ki, 378190, 496386, 496630, 496786 saylı Əmək qabiliyyətli olmaması vərəqəsindən görünür ki, İddiaçı hipertoniya xəstəliyindən stasionar və ambulator müalicə almaq üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu ilədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işdən azad edilmişdir. Bundan əlavə iş materiallarında məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X11 Bğölmələrini X8 X10 X12 tərəfindən verilmiş cavab məktubuna qoşma edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər X7 terapiya şöbəsində arterial hipertoniya xəstəliyindən müalicə almışdır. Gəncə Regional HİV diaqnostika laboratoriyasına müayinə üçün göndərişdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə qan nümunəsi götürülmüşdür. Həmçinin xəstənin Müşahidə gündəliyindən görünür ki, İddiaçı xx.xx.2019-cu il taridən xx.xx.2019-cu il tarixdə qədər həkim müşahidəsində olmuşdur. Bütün bu sənədlər onu təsdiq edir ki, İddiaçı əmək müqaviləsinə xitam verildiyi tarix onun X7 stasionar müalicə aldığı (əmək qabiliyyətini itirdiyi) tarixlə üst üstə düşür. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır. Ona görə də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 278/ü saylı, xx.xx.2019-cu il tarixli əmri qanunsuzdur və həmin əmr İddiaçı aid hissədə ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X9 X4 üzrə baş mütəxəssis vəzifəsinə bərpa olunmalı, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı İddiaçı cavabdeh tərəfindən ödənilməlidir. AzərbaycanRespublikasıMPM-in 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MülkiProsessualMəcəllənin77.1-cimaddəsinəəsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. HəminMəcəllənin88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 xx.xx.2019-cu il tarixli, 278/ü nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X9 X4 üzrə baş mütəxəssis vəzifəsinə bərpa olunsun, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı İddiaçı cavabdeh tərəfindən ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar