Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2821/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Salamova Azadə Telman qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X24 iştirakı ilə, Ərizəçi maraqlı şəxs olaraq cəlb etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “şəxslərin qohumluq münasibətinin təsdiq edilməsi və miras qalmış əmlakın faktiki qəbul edilməsi faktının təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “şəxslərin qohumluq münasibətinin təsdiq edilməsi və miras qalmış əmlakın faktiki qəbul edilməsi faktının təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1888-ci ildə doğulmuş və 14.09.1983-ci ildə vəfat etmiş X39 nəticəsi xx.xx.1943-cü il tarixində Bakı şəhərində doğulmuş Ərizəçi ilə qohumluq münasibətlərinin müəyyən edilməsi və mərhumdan miras əmlak kimi qalmış ümumi 168.8 kv.m sahəsi olan ünvan 1in ½ hissəsini faktiki qəbul etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili X33 ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X39 X16 anası olması və X16 X39 qızı olması və ərizəçi X4 X39 nəticəsi olması faktının müəyyən edilməsi və mərhum X34 miras əmlak kimi qalmış ümumi 168.8 kv.m sahəsi olan ünvan 1in ½ hissəsini faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X33 ərizənin məzmununua uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində 22.06.2021-ci il tarixdə keçirilmiş iclasda ifadə verən X13 bildirmişdir ki, Əliyeva Puta onun ulu nənəsi olub. O Putanı görüb. Putanın Fatmaxanım adında bir qızı olub. Fatmaxanımın isə Məmmədhüseyn adında bir oğlu olub. Özü isə Məmmədhüseynin qızıdır. Fatmaxanımın ərinin adı Əliabbas olub. Putanın ərinin adı Abbasmirzə olub, amma onu görməyib. Fatmaxanım əvvəllər balerina olub, sonradan doğum evində tibb bacısı işləmişdir. Əliabbasın isə dəmir yolunda işlədiyini bildirib. Şahid bildirib ki, anasının adı Nailədir və onlar 4 bacıdırlar. Fatmaxanım, nənəsi Xuramanın bacısı Xanımanı çox istəyirmiş, özünün qızı olmadığına görə həmişə onu qızı kimi əzizləyirmiş. Bu səbəbdən evini Xanımana vermişdi. İş üzrə şahid qismində 22.06.2021-ci il tarixdə keçirilmiş iclasda ifadə verən X40 bildirmişdir ki, o 1979-cu ildə Yasamal rayonu, Nərimanov döngəsi, 17 saylı evə gəlin köçüb. Əliyeva Putanı görüb, 1983-cü ildə rəhmətə gedib. X38 adında qızı var idi, bir yerdə qalırdılar. Amma onun ərini görməyib. Oğlu Məmmədhüseyn kişini görüb, 93 yaşında rəhmətə gedib. Şahid X12 edənin sualına cavab olaraq bildirmişdir ki, həmin evdə Fatmaxanımın 1 oğlu və 4 nəvəsi yaşayıb. Fatmaxanımın uşaqlarının adları yadında qalmayıb. Dostluq münasibəti bir tək Xanıman ilə olub. İş üzrə şahid qismində 22.06.2021-ci il tarixdə keçirilmiş iclasda ifadə verən X35 bildirmişdir ki, 50 ildir Xanımanı tanıyır, qonşusudur. 1971-ci ildə Yasamal rayonu, Nərimanov döngəsi, 13 saylı evə gəlin köçüb. Əliyeva Putanı və qızı Fatmaxanımı tanıyıb. Ev Putanın olub. Putanın neçə uşağı olduğunu bilmir. Amma Xanımangil 4 bacıdırlar, anası Nailə, atası Məmmədhüseyndir. İş üzrə şahid qismində 25.06.2021-ci il tarixdə keçirilmiş iclada ifadə verən Ağazadə Tənzilə Məmməd qızı bildirmişdir ki, Əliyeva Puta onun ulu nənəsi olub. Onun atası Məmmədhüseyn, anası isə Nailə olub. Onlar Sovetski adlanan ərazidə yaşayıblar. Sonradan Əmircan qəsəbəsinə köçüblər. Puta isə onun nənəsi Fatmaxanımla birlikdə Sovetskidə qalırmiş. O, universitetə qəbul olduqdan sonra Puta nənəsinin yanına köçüblər. Puta ilə birlikdə o, ölənə qədər yaşayıblar. Putanın Fatmaxanımdan başqa uşağı olmayıb. İş üzrə şahid qismində 25.06.2021-ci il tarixdə keçirilmiş iclada ifadə verən X6 bildirmişdir ki, Puta onun ulu nənəsi olub. O Putanı görüb. Puta rəhmətə gedəndə onun təxminən 30 yaşı olub. Abbasmirzə Putanın əri olub, Nənəsinin dediyinə görə o, paronda işləyib. Putanın Fatmaxanım adında bircə qızı olub. Puta ölənə qədər Sovetski deyilən ərazidə yaşayıb. Fatmaxanım böyük bacısı Xanımanı çox istədiyindən evini ona bağışlayıb. Maraqlı şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında təkrar iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İİ ЖГ № 405656 seriya nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X54 15 sentyabr 1983-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ №104924 seriya nömrəli, Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X25 10 aprel 2001-ci il tarixdə ürəkdamar çatışmazlığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 aprel 2001-ci il tarixdə 418№-ilə qeyd edilmişdir. İş materiallarında olan 27.12.2013-cü il tarixli AZ-İ №639083 saylı ölüm haqqında şəhadətnamənin sürətinə əsasən müəyyən olunur ki, X17 18.12.2011-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan AA№ 312436 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, 07.07.1943-cü il X2 atası Əsgərov Məmmədhüseyn, anası isə Sərəfəliyeva Nailədir. İş materiallarında olan çıxarışa əsasən müəyyən olunur ki, X41 ilə Muradova X42 09.11.1983-cü il tarixdə 993№-li akt qeydi kitabında qeyd edilməklə nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 24.05.2021-ci il tarixli 05|2-4165|13 nömrəli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, X26 1905-ci ildə, Əsgərov Məmmədhüseyn isə 1923-cü ildə doğulmuşdur. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən M.X11 ilə birgə nikahından doğulmuş 07.10.1945-ciil təvəllüdlü Xuraman Əskərovanın, 09.03.1952-ci il təvəllüdlü Tənzilə Əskərovanın, 16.12.1954-cü il təvəllüdlü Məlikəxanım Əskərovanın və 04.12.1957-ci il təvəllüdlü Rauf Əskərlinin doğumlarının Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. İnformasiya sistemində axtarış aparılarkən F.Əskərovanın doğumu, nikahı və övladları haqqında hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestirndən RX seriyalı ******* saylı çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, 21 saylı evə Əliyeva Puta ½ hissədə, Ərizəçi 5/16 hissədə, Ağa-zadə Tənzilə Məmməd qızı 1/16 hissədə, X5, 1/16 hissədə, X13 1/16 hissədə pay hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən göndərilmiş sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X39 doğum tarixinə dair heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X20 və X39 doğum tarixlərinə dair heç bir məlumat aşkarlanmamışdır. İş materiallarnda olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş 12.04.2014-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, “Azərbaycan Respublikası Ədliyyə Naziliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları arxiv idarəsi” arxiv fondunda mühaizə edilən sənədlərində 1923-cü ilə dair Bakı Sovetinin inzibati şöbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 15 may 1923-cü ildə doğulan X7 təvəllüdü qeyd olunur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Yasamal rayonu, İcra hakimiyyəti, Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 22.01.2021-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, Ərizəçi Məmməd qızı 2-ci Nərimanov döngəsi, 21 saylı evdə yaşayır və onunla birlikdə oğlu X44, nəvəsi X36, bacıları X13, X8, nəvəsi X47, qohumları Ağa-zadə Cavanşir Eldar oğlu, Ağazadə Dinara Cavanşir qızı, X48, X55, X49, X37 və X50 həmin ünvanda daimi qeydiyyatdadırlar. İş materiallarında olan 26.02.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, 10.04.2021-ci il tarixdə vəfat etmiş X20 vərəsələri Ağa-zadə Tənzilə Məmməd qızı, X5, X9r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03.06.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, ünvan 1 ünvanına dair ******* seriyalı çıxarışın verilməsinə əsas olmuş sənədlər 26.02.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və 26.02.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədir. 26.02.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, 09.01.1993-cü ildə təsdiq edilən və reyestrdə 2V-07 №-ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 10.04.2001-ci il tarixdə vəfat etmiş X20 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Ərizəçidır. Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun 14/2014 №-li notariat işinə əlavə edilmiş Ərizəçi tərəfindən ünvan 2 ünvanlanmış ərizədən görünür ki, Ərizəçi nənəsi X20 vərəsələri olaraq Ərizəçi, Ağa-zadə Tənzilə Məmməd qızı, X1 və X10 göstərmiş və başqa vərəsə olmadığı qeyd etmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatına, şahidlərin ifadələrinə, işdə olan fotoşəkilə və digər sübutlara məcmuu halda hüquqi qiymət verərək hesab edir ki, X39 X16 anası olması və X16 X39 qızı olması və Ərizəçi X39 nəticəsi olması faktının müəyyən edilməsi barədə ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına və şahid ifadələrinə, işdə olan fotoşəkilə və digər sübutlara əsasən müəyyən olunur ki, Əliyeva X3 anasıdır. X18 oğlu X14 ilə X31 birgə nikahından Əskərova Xuraman, Əskərova Tənzilə, Əskərova Məlikəxanım, Əskərova (Muradova) Xanıman və Əskərli Rauf adlı övladları doğulmuşdur. Beləliklə, iş materialları ilə Muradova X30 X18 nəvəsi, X39 nəticəsi olması sübuta yetirilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2821/2021 saylı 02.07.2021-ci il tarixli qərardadı ilə ərizə mərhum X34 miras əmlak kimi qalmış , ümumi 168.8 kv.m sahəsi olan ünvan 1in ½ hissəsini faktiki qəbul edilməsi hissəsində baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339- 341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. X39 X16 anası olması və X16 X39 qızı olması və Ərizəçi X39 nəticəsi olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2821/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2821/2021
02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver