Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2825/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı X8, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı X8 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X12 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehi təxminən 35 ildir ki, tanıyır və atasının yaxın tanışı olub. Cavabdehlə münasibətləri iddiaçıya məxsus olan Xaçmaz rayonu, Şimali kəndində yerləşən bağ evində hər yay fəsilində istirahət məqsədilə ailələri ilə birlikdə qalıb qonaq olublar. İddiaçı özü yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Onun qardaşı Hacəliyev Samir Sabir oğlunun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhkəmə prosesi gedirdi. Həmin vaxt cavabdeh bunlardan xəbərdar idi. Onlara bildirdi ki, o uzun müddət prokuror işləmişdir. Dostu-tanış çoxdur, istəsələr danışıb kömək etsin. Onlar da cavabdehi tanıdıqları üçün razılaşdılar. Cavabdeh onlara bildirdi ki, “5000 (beş min) manat verin işi həll edim, onu cəzadan azad edim”. İddiaçı ticarətlə məşğul olduğu pulun üzərindən, cavabdehə 5000 (beş min) manat pulu vermişdi. Lakin cavabdeh işi həll edə bilmədi, onlara özünü vəkil kimi çıxış edəcəyini bildirmişdi, lakin məlum oldu ki, vəkil deyilmiş. İş alınmayandan sonra o cavabdehdən verdiyi 5000 (beş min) manat pulu geri istəmişdir. Cavabdeh bildirmişdi ki, anası xəstədir, karantindir, təxminən bir il müddətinə pulu qaytaracaqdır. Ancaq bunlara baxmayaraq pulu qaytarmayıb. İddiaçı poilis şöbəsinə müraciət etmişdir və cavabdeh polis şöbəsində də etiraf etmişdir, lakin yenə də olan məbləği qaytarmamışdır. Sonradan iddiaçı yenə polis şöbəsinə müraciət etmişdir, Cavabdeh hətta dilindən qəbz də yazmışdır ki, 5000 (beş min) manat məbləğində pulu qaytaracdıq. Lakin qaytarmır. İddiaçı cavabdehin dediyi vaxtları gözləmiş, lakin cavabdeh hələ də onun pulunu qaytarmayıb. Hər dəfə müxtəlif bəhanələr gətirir.İddiaçı bu barədə Xaçmaz rayon Yalama polis şöbəsinə də məlumat vermişdir. Cavabdeh ona ümumilikdə 5000 (beş min) manat ziyan vurmuşdur. Cavabdeh hələ də ona olan borcunu ödəməkdən yayınır və iddiaçıya xeyli miqdarda ziyan vurmuş olur. Hər dəfə müxtəlif bəhanələr gətirir.Cavabdeh iddiaçıya vurduğu ziyanı, yəni borclu olduğu 5000 (beş min) manat pulu qaytarmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. İlk növbədə onu qeyd etmək lazımdır ki, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrini qeyd etməkdə haqlı olmamışdır. Belə ki, cavabdeh iddiaçının anası (hazırda mərhum) X4 ilə hüquqi yardım göstərilməsinə dair şifahi şəkildə xidmət müqaviləsi bağlamış, bu məqsədlə X4 xx.xx.2017-ci il tarixdə cavabdehə notarial qaydasında təsdiq olunmuş müvafiq etibarnamə vermişdir. Xidmət haqqı olan pul məbləği isə X4 tərəfindən hissə-hissə cavabdehə müxtəlif şəxslər vasitəsilə, o cümlədən hazırki iddiaçı da daxil olmaqla verilmişdir. Başqa sözlə, X2 ilə cavabdeh arasında mülki xidmət müqavilə münasibətləri yaranmışdır. Cavabdeh şifahi müqavilə ilə üzərinə düşən hüquqi xidmət sahəsində lazımi xidmətləri göstərmiş, əvəzində ona çatacaq xidmət haqqı almışdır. Hazırda İddiaçı əsl iddiaçı deyil. Daha sonra, hazırki İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə istinad edir ki, bunun da hüquqi əsası yoxdur. Belə ki, cavabdehə verilmiş pul vəsaiti xidmət haqqı olaraq şifahi müqaviləyə əsasən verilmişdir. Daha iddia ərizəsində göstərilən borc kimi verilməmişdir.Bütün bu qeyd olunanlar ona dəlalət edir ki, iddiaçının tələbi əsassızdır, İddiaçı əsl iddiaçı deyil. AZEMİS informasiya sistemi vasitəsilə məhkəməyə Cavabdeh iddia müddətinin tətbiqi haqqında ərizəsi daxil olmuşdur. Ərizədə göstərilmişdir ki, cavabdeh iddiaçının anası (hazırda məhrum) X5 ilə hüquqi yardım göstərilməsinə dair şifahi şəkildə xidmət müqaviləsi bağlamış, bu məqsədlə X4, xx.xx.2017-cı il tarixdə cavabdehə notarial qaydasında təsdiq olunmuş müvafiq etibarnamə vermişdir. Xidmət haqqı olan pul məbləği isə X4 tərəfindən hissə-hissə cavabdehə müxtəlif şəxslər vasitəsilə, o cümlədən hazırki iddiaçı da daxıl olmaqla verilmişdir. Cavabdeh tərəf hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. Həmçinin, cavabdeh tərəf hesab edir ki, hazırki iddia tələbi məhkəmədə qaldırılarkən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. Məhkəməyə təqdim edilmiş etibarnamədən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə cavabdehə notarial qaydasında təsdiq olunmuş müvafiq etibarnamə vermişdir. X2 ilə cavabdeh arasında mülk, xidmət müqavilə münasibətləri elə həmin tarixdən, yəni xx.xx.2017-ci il tarixdən yaranmış hesab olunmalıdır. Başqa sözlə, iddia tələbi qaldırılanadək artıq 6 il keçmişdir. Halbuki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri uzrə iddia müddəti 3 ildir, iddia müddətinin axımının kəsilməsi barədə isə heç bir məlumat yoxdur. İddiaçı X8 hazırki iddia tələbinə iddia müddətini tətbiq edilərək iddia tələbinin bütövlükdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sərdlik edənin sualına cavab olaraq bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qardaşına 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildikdən sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (105)- 140/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə həmin hökm qüvvədə qalmışdır. Bundan sonra cavabdehə 5000 manat məbləğində pul vermişdir ki, Ali Məhkəməyə kassasiya şikayəti verərək, cəzanın azaldılmasına nail olsun. Lakin sonradan məlum oldu ki, heç bir şikayət verməmişdir. Heç həmin vaxt vəkil də olmamışdır. Sədrlik edənin saulına cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarını aldıqdan sonra 4 ilə yaxın müddətdə məhkəməyə müraciət etməməsinin səbəbi hər dəfə cavabdehin pulu ödəyəcəyi barədə ona vədlər verməsi olmuşdur. Bununla bağlı 2019-cu ilin noyabrında Binəqədi Polis İdarəsinə müraciət etmiş, lakin onun şikayətinə baxmamışlar. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil çıxış edərək, bildirmişdir ki, hazırda mülki iş üzrə iddiaçı olan İddiaçı əsl iddiaçı deyil. Çünki Cavabdeh etibarnamə X4 tərəfindən verilmişdir, ancaq bilindiyi kimi hazırda X4 vəfat etmişdir. Buna görə də İddiaçı əsl iddiaçı olmadığını hesab edirlər. Həmçinin qeyd edir ki, X4 tərəfindən etibarnamə Cavabdeh 2017-ci ildə verilmiş, 2018-ci ildə isə cavabdehə pul ödənilmişdir və buna görə də iddia müddətinin də buraxıldığını nəzərə alıb iddia müddətinin tətbiq edilərək tələbin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 05 iyun 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, X2 xx.xx.2017-ci il tarixdə cavabdehə notarial qaydasında təsdiq olunmuş müvafiq etibarnamə vermişdir. Ərizələrin, şikayətlərin yazılması baxımından ona tapşırılan işləri lazımınca yerinə yetirmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin vəkilinin çıxışını, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş X8 daxil olmuş ərizələri üzrə toplanmış materialda mülki-hüququ öhdəliklərin yaranması müəyyən olunduğundan, tərəflər arasında olan tələb mülki xarakterli olduğundan, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh adından tətib edilmiş qəbzdə qeyd olunur ki, o, vətəndaş X1 nümayəndəsi olmaqla (xx.xx.2017-ci ildən) onun oğlu Hacəliyev Samir Sabir oğlunun cinayət işi ilə bağlı hər cür hüquqi yardım göstərilməsi və Samirə minimum cəza verməsi istiqamətində hər cür köməklik göstərilməsi məqsədi ilə X6 2018-ci ilin avqust ayında 5000 (beş min) manat pul almışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 bir sıra səlahiyyətləri həyata keçirməyi Cavabdeh etibar etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər X7 tərəfindən vətəndaş Həcəliyeva Mayaya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 438 nomrəli məktubdan müəyyən olunur ki, Cavabdeh adlı şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığından araşdırma aparılması imkan xaricindədir. Odur ki, aidiyyatı hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(004)- 1012/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən müəyyən olunur ki, Hacəliyev Samir Sabir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (105)-140/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, Hacəliyev Samir Sabir oğlunun apellyasiya şikayəti təmin olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1673/2019 saylı, xx.xx.2019-cu il tarxili qərarından müəyyən olunur ki, Hacəliyev Samir Sabir oğlu kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarını dəyişdirilmədən saxlanılması qərara almışdır. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. İddiaçının hazırda tələb etmiş olduğu 5000 manat məbləğində pul 2018-ci ilin avqust ayında iddiaçının qardaşına hüquqi xidmətin göstərilməsi məqsədilə verilmişdir. Ali Məhkəmənin qərarı isə xx.xx.2019-cu il tarixdə qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, müqavilənin icrasının bitmə tarixi iş üzrə yekun məhkəmə qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarının çıxarıldığı xx.xx.2019cu il tarix nəzərə alınmalıdır. İddiaçı tərəf qərardan narazı qalaraq cavabdehin lazimi hüquqi xidmət göstərmədiyini ən son həmin tarixdən bildiyi halda təxminən 03 il 06 ay sonra hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə iddianın iddia müddəti tətbiq edilərək rədd edilməsi nəticəsinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 Cavabdeh qarşı 5000 (beş min) manat məbləğində pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2825/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2825/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver