Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2826/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı akt qeydinin bərpa edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı akt qeydinin bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 09.05.1946-cı ildə Ermənistan Respublikası, Vedi rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməni itirmişdir. Hal-hazırda ona şəxsiyyət vəsiqəsi lazımdır. Bildirir ki, şəxsiyyət vəsiqəsinin verilməsi üçün onun doğum haqqında şəhadətnaməsi təqdim edilməlidir. Maraqlı şəxsnə doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Həmin şöbə tələb olunan sənədləri təqdim etmədiyinə görə müvafiq qanunvericiliyin tələbinə əsasən ona rəsmi şəkildə imtina haqqında məktub ünvanlamış və həmin məktubda bu müraciətinin onlar tərəfindən icra edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O da, bu əsasla hüquqlarının bərpa edilməsi məqsədi ilə doğum haqqında akt qeydinin bərpa edilib şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən onun 09.05.1946-cı il tarixdə Ermənistan Respunlikası, Vedi rayonunda anadan olması, ata qrafasında X4, milliyyəti azərbaycanlı, ana qrafasında X2, milliyyəti azərbaycanlı kimi qeyd olunaraq doğum haqqında akt qeydinin bərpa edilməsi və şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Ermənistan Respublikasından qaçqın gəldikdən sonra onda olan SSSR pasportu ilə uzun müddət yaşamışdır. Məsuliyyətsizlik edərək həmin sənədləri yenisi ilə əvəz eləməmişdir. Bundan bir neçə il öncə də, həmin sənədləri itirmiş və bu barədə polisə də müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X3 ərizə ilə bağlı bildirdi ki, ərizəçi tərəfindən doğum haqqında akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər, həmçinin şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi üçün, ərizəçiyə doğum haqqında akt qeydinin bərpa edilməsi və şəxsiyyətin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, ərizəçi onun böyük qardaşıdır. Belə ki, onun atası iki dəfə ailə həyatı qurmuşdur. Birinci ailəsindən hazırki ərizəçi olan Ərizəçi, ikinci ailə həyatından isə o, dünyaya gəlmişdir. Onların ataları eyni şəxs olsa da, anaları fərqli adamlardır. Qardaşı, yəni iş üzrə Ərizəçi 09.05.1946-cı il tarixdə Ermənistan Respunlikası, Vedi rayonunda anadan olmuşdur. Onun atası X4, ana isə X2 olmuşdur. Onların atası 2005-ci il tarixdə Bakıda, ərizəçinin anası isə 1983-cü il tarixdə Ermənistan Respublikasında vəfat etmişdir. Ərizəçi 88-89 cu illərdə Ermənistandan qaçqın düşərkən sənədləri itirmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 31.03.2021-ci il tarixli, 05/76-970/15 nömrəli məktubdan görünür ki, baxılan məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Pİ-nin 16-cı polis bölməsinin 28.03.2020ci il tarixli arayışından görünür ki, Ərizəçi 24.03.2020-ci il tarixdə Nərimanov RPİ 16-cı PBnə ərizə ilə müraciət edərək, 16.03.2020-ci il tarixdə Gənclik metrosunun yanında özünə məxsus SSRİ pasportunu naməlum şəraitdə itirdiyini bildirmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış 15.04.2021-ci il tarixli məktubdan görünür ki, ərizəçi tərəfindən doğum haqqında akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər, həmçinin şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi üçün, ərizəçiyə doğum haqqında akt qeydinin bərpa edilməsi və şəxsiyyətin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət edilməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, akt qeydinin bərpası barədə ərizələrə MPM-in 37 fəslinin – «Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» qaydalarına uyğun xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həm də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Ərizəçi 09.05.1946-cı il tarixdə Ermənistan Respunlikası, Vedi rayonunda anadan olmuş, illər öncə Azərbaycan SSRİ vətəndaşlıq pasportunu, eləcə də digər sənədlərini itirmiş, şəxsiyyət vəsiqəsinin alınması məqsədilə, həmçinin akt qeydinin bərpa edilməsi barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin qeydin əvvəllər olması ilə bağlı sübutlar təqdim edə bilməməsi səbəbindən Maraqlı şəxs tərəfindən ona imtina edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli, Ərizəçi 09.05.1946-cı il tarixdə Ermənistan Respublikasının, Vedi rayonunda doğulmasına dair akt qeydi bərpa edilməli, atası qrafasında X4, ana qrafasında X2, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi (şəxsiyyət vəsiqəsi olmaması nəzərə alınmaqla) Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 09.05.1946-cı il tarixdə Ermənistan Respublikasının, Vedi rayonunda doğulmasına dair akt qeydi bərpa edilsin. Atası qrafasında X4, ana qrafasında X2, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi (şəxsiyyət vəsiqəsi olmaması nəzərə alınmaqla) Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2826/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2826/2021
07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver