Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2827/2021 16.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı Rəşid-zadə Səbinə Abusət qızının, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Rəşid-zadə Səbinə Abusət qızının Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rəşid-zadə Səbinə Abusət qızı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC tərəfindən verilmiş 213 saylı 16.03.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki tutduğu vəzifəyə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq Cavabdeh MMC-dən alınıb ona verilməsi barədə qətnamə xahiş etmişdir. İddiaçı X3 iddiasını onunla əsaslandırmışdır ki, o, 01.11.1996-cı il tarixdən 22.06.2015-ci il tarixədək Cavabdeh İstehsalat Birliyində müxtəlif vəzifələrdə işləmiş, 22.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Komitəsinin 183 saylı Sərəncamı ilə Cavabdeh İstehsalat Birliyinin təşkilati-hüquqi forması dəyişdirilərək Cavabdehnə çevrilmişdir. O, Cavabdeh İstehsalat Birliyinin təşkilati-hüquqi forması dəyişdirilərək Cavabdehnə çevrilməsindən sonra da, 16.03.2021- ci il tarixədək həmin Cəmiyyətdə işləməyə davam etmiş. 16.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə əmək müqaviləsinə xitam verilmiş və “əmək müqaviləsinə xitam verilməsi haqqında” Cavabdeh MMC-nin 213 saylı 16.03.2021ci il tarixli əmri ilə o işdən azad edilmiş. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. O, sözügedən qurumda 25 ildir ki, işləyir. Bu səbəbdən işəgötürənin onunla bağladığı əmək müqaviləsi qanunvericiliyin tələbinə əsasən müddətsiz hesab olunmalıdır. Cavabdeh olan Cavabdeh MMC-nin onun müqavilə müddətinin bitməsi ilə işdən azad etməsi qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı onun hüquqlarının da kobud şəkildə pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Rəşid-zadə Səbinə Abusət qızı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə yazılı etiraz təqdim edərək göstərmişdir ki, X4 Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə 213 saylı, 16.03.2021-ci il tarixli əmrin ləğv edilməsi, əvvəl tutduğu vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı öz iddia ərizəsində onunla bağlanmış əmək müqaviləsinin müddətsiz olduğunu və bu səbəbdən müqavilə müddətinin bitməsi ilə əlaqdar işdən çıxarılmasının əsassız olduğunu bildirmişdir. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmədiyindən göstərilənlərlə razı deyillər və bu səbəbdən də iddiaya etiraz edirlər. Belə ki, iddiaçı Cavabdeh MMC-nin 16.01.2018-ci il tarixli, 19 nömrəli əmri ilə Cəmiyyətin Kommersiya departamentinin müştəri xidmətləri şöbəsinin çağrı mərkəzi sektoruna çağrı mərkəzi üzrə təmsilçi vəzifəsinə qəbul edilmişdir. İddiaçının bundan əvvəlki iş yeri isə X5 Stansiya (BATS) olmuşdur. Adıçəkilən qurum Cavabdeh MMC-yə tabe olsa da, müstəqil hüquqi şəxsdir və işçi ilə müstəqil şəkildə əmək müqaviləsi bağlayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının Cavabdeh MMC ilə ilə bağlanmış müqavilənin müddəti 5 ildən az olmuşdur. Bu səbəbdən də iddiaçının BATS-da işlədiyi illərin Cavabdeh MMC-də işlədiyi illər kimi qeyd edilməsi ilə bağlı iddiası əsassızdır. Göstərilənləri nəzərə alaraq X1 Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş 213 saylı, 16.03.2021-ci tarixli əmrin ləğv edilməsi, əvvəl tutduğu vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçı Rəşid-zadə Səbinə Abusət qızına məxsus əmək kitabçasının surətindən görünür ki, Rəşid-zadə Səbinə Abusət qızı 16.01.2018-ci il tarixli, 19 nömrəli əmri ilə AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi Cavabdeh MMC-nin Kommersiya departamentinin müştəri xidmətləri şöbəsinin çağrı mərkəzi sektoruna çağrı mərkəzi üzrə təmsilçi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan 213 saylı, 16.03.2021-ci il tarixli əmrin surətindən görünür ki, X4 ilə Cəmiyyətin Kommersiya departamenti Müştəri xidmətləri şöbəsinin Çağrı mərkəzinin çağrı mərkəzi üzrə təmsilçisi 16.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, işçiyə hesablanmış son haqq-hesab (istifadə etmədiyi məzuniyyət günləri üçün 4 təqvim günü nəzərə alınmaqla) ödənilməsi əmr edilmişdir. İş materiallarında olan 16.03.2021-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinə dair bildirişin surətindən görünür ki, X4 ilə Cavabdeh MMC arasında bağlanmış 16.01.2018-ci il tarixli əmək müqaviləsinə 16.03.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan X2 ünvanlanmış “Əmək münasibətlərinə xitam verilməsi barədə” bildirişdən görünür ki, Əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq onunla bağlanmış 16.01.2018-ci il tarixili 83 saylı Əmək müqaviləsinin müddətinin 16.03.2021-ci il tarixində başa çatmasını və həmin tarixdən (16.03.2021) onunla olan əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan çıxarışdan görünür ki, Cavabdeh MMC (VÖEN **********) məhdud məsuliyyətli cəmiyyətdir. İş materiallarında olan İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan çıxarışdan görünür ki, Cavabdeh MMC-nin X5 Stansiyası (VÖEN **********) kommersiya təşkilatıdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, X4 16.01.2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi Cavabdeh MMC ilə 3 ay müddətinə bağlanılmış əmək müqaviləsi əsasında işə qəbul olunmuş və 16.03.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Onun qanunsuz hesab edilməsi üçün əsas yoxdur. İddiaçı işinin daimi olduğunu qeyd etsə də, iş materialları ilə onun əvvəl Cavabdeh MMC-nin tabeliyində ayrıca hüquqi şəxs olan X5 Stansiyasında çalışdığı müəyyən edilmiş, müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçirilməsi üçün qanuni əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin Məcəlləsin 83-cü maddəsinin 1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Rəşid-zadə Səbinə Abusət qızının Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2827/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2827/2021
16.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver