Məhkəmə qərarları › İş №2(004)-2831/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2831/2020

25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2831/2020 25.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Bakı Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ̇qızının maraqlı şəxs 2 saylı Bakı Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ev 157, mənzil 21-də yerləşən, ümumi sahəsi 34,6 m2 yaşayış sahəsinin miras əmlak qismində qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili X3 izahat verərək bildirir ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ev 157, mənzil 21-də yerləşən, ümumi sahəsi 34,6 m2 yaşayış sahəsi ərizəçinin mərhum qaynanası X4 mülkiyyətidə olmuşdur. X5 Azad qızı xx xxxxx 2003-cü il tarixdə vəfat etmiş və onun dəfn mərasiminin xərclərini mərhum əri X10 ilə birlikdə çəkmişlər. Mərhum əri 2016-cı il tarixdə vəfat etmişdir. Qeyd edir ki, ərizəçi X4 vəfat etdiyi vaxtdan etibarən onun mirasını faktiki olaraq qəbul etmişdir və orada ailəsi ilə birgə yaşayır və miras əmlakını şəksiz idarə edir. Ərizəçi qaynanası vəfat etdikdən sonra miras payda məcburi pay hüququ olan uşaqları ilə birlikfə notariat kontoruna gedərək orada vərəsəlik işinin açılması üçün 2 saylı Bakı ASAN Xidmət mərkəzinə müraciət edən zaman notarius onlara bildirmişdir ki, AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən qanunvericiliyin tələbində göstərilən 3 ay ərzində mirasın qəbulu müddəti ötürülmüşdür. Əlavə olaraq qeyd edir ki, qaynanası ilə birlikdə qeyd edilən edə yaşamışlar. Vəfat etdikdən sonra yas mərasimində iştirak etmişdir və 40 mərasiminədək həmin evdə yaşamaqla miras əmlakı o və uşaqları birlikə faktiki qəbul etmişdir. Bunları rəhbər tutaraq ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs 2 saylı Bakı Maraqlı şəxs ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqıl şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin çıxarışının notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 157, 21 saylı mənzil xx.xx.2016-cı il tarixdə X9 və xx.xx.2019-cu il tarixdə X4 adına 1 yaşayış otağı payına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmiş və bu barədə akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, AZ-İ №980062 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X6 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 2 saylı Bakı Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1336 saylı məktuba əsasən, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakdan xx.xx.2016-cı il tarixdə vəfat etmiş X7 çatası mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliyin tələbində göstərilən 3 ay ərzində mirasın qəbulu müddəti ötürüldüyündən mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon MKTB-in 15 saylı Mənzil Kommunal İstismar Saəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 211 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi S.Əsgərova 157, 21 saylı mənzildə ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır, kommunal xərcləri özü ödəyir. AR Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi xx.xx.2020-ci il tarixli, 05/3399-11 saylı məktubunda bildirir ki, X4 vəfatı ilə əlaqədar xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı Maraqlı şəxsndə fəasiyyət göstərən notariat ofisində vərəsəlik işi açılmışdır. Notariat ofisində Ərizəçi, Solmaz Quliyeva, Kamran Əhədov, Günel Hüseynxanova və Faiq Əhədov mərhumun vərəsələri kimi müəyyən edilmişlər. Beləliklə, işin mübahisəsiz halları odur ki, X4 vəfatı ilə əlaqədar xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılmışdır. Hazırki iş üzrə Ərizəçi mərhumun vərəsələrindən biri kimi müəyyən edilmişdir. Digər vərəsələr ərizəçinin övladları və əridir. Lakin, ərizəçinin əri Faiq Əhədov vəfat etmişdir. Vərəsələr qanunla nəzərdə tutulmuş müddət ərzində müraciət etmədiklərinə görə vərəsəlik şəhadətnaməsi əldə edə bilməmişlər. Hazırda ərizəçi məhkəməyə müraciət edərək X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ev 157, mənzil 21-də yerləşən, ümumi sahəsi 34,6 m2 yaşayış sahəsinin miras əmlak qismində qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli, 08 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarına əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Qərarın 10.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. AR MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi brədə işlərə baxır. Beləliklə, məhkəmə Ərizəçi X4 vərəsəsi kimi müəyyən edilməsini və ondan qalan mirası qəbul etmək üçün müddəti ötürdüyünü nəzərə alaraq qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ev 157, 21 saylı mənzilin Ərizəçi tərəfindən miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ev 157, 21 saylı mənzilin Ərizəçi tərəfindən miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar