Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2833/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1986-cı ildə Lerik rayonu Piran kəndində anadan olmuşdur. 27 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin əmrinə əsasən Lerik Meşəbəyliyinin 23a saylı meşə dolayısında meşə gözətşisi vəzifəsinə təyin olunmuşdur. X8 X6 direktoru 02 aprel 2019-cu il tarixdə 60 saylı əmri ilə əsassız və qanunsuz olaraq işdən azad edilmişdir. Lənkəran rayon Məhkəməsi qarşısında qaldırdığı iddia ərizəmə əsasən 31 iyul 2019-cu il tarixli qətnaməyə əsasən Lənkəran Regional X6 direktoru 02 aprel 2019-cu il tarixdə 60 saylı əmri ləğv edilərək işə bərpa olunmuşdur. 03 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Lənkəran Regional X6 direktoru 34 saylı əmrə əsasən Gürdəsər meşəbəyliyinin 23a saylı meşə dolay gözətçisi vəzifəsindən azad edilərək Razvandobad meşəbəyliyinə meşəbəyi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmişdir. Lakin Yasamal rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(004)-648/2021 nömrəli qətnaməsinin icrası məqsədilə Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021 -ci il tarixli 162/Ü nömrəli əmrinin 1-ci bəndi ləğv olunaraq X1 Regional Meşə X2 meşəbəyliyinin meşəbəyisi vəzifəsinə 28 dekabr 2021-ci il tarixdən bərpa olunaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti tərəfindən X10 X3 meşəbəyliyinin meşəbəyi olduğum əmək müqaviləsinə əsassız və qanunsuz olaraq xitam vermişdir. Əmək mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Azərbaycan Respublikası Mediasiya Şurası 08 aprel 2022-ci il tarixli arayış vermişdir. Göstərilənlərə əsasən X10 X3 meşəbəyliyinin meşəbəyi olduğu bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin 28 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, X10 Təsərrüfatı Mərkəzində işlədiyi meşə gözətçisi vəzifəsinə bərpa edilməsi və 28 dekabr 2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işə buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun diplomu olmadığına görə tutduğu vəzifəsində azad etmişlər və bildirmişlər ki, onun müvafiq sahədə işləməsi üçün diplomu yoxdur. Bu səbəbdən də dekabr ayının 28-i onu tutduğu vəzifədən azad etmiş və elə həmin gün də əmr ona təqdim edilmişdir. Lakin onun əmək kitabçası ona təqdim edilməmişdir. Yanvar ayının 5-i Əmək Müfəttişliyinə müraciət etmiş və bundan sonra onun əmək kitabçası verilmişdir. Ona müfəttişlikdən 30 gün müddətində araşdırılma aparılması bildirilmişdir. O, yenidən fevral ayının 28-i müfəttişlik ilə əlaqə saxlamış və həmin gün ona müraciətinə cavabdehin göndərildiyi bildirilmiş və məktubu o mart ayının 9-u əldə etmişdir. Bir gün sonra mart ayının 10-u müdiasiya təşkilatına müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilk öncə meşə gözətçisi vəzifəsində işləmiş, daha sonra isə meşəbəyi işinə təyin edilmişdir. Bir müddət sonra iddiaçıdan müşəbəyi vəzifəsində işləməsi üçün diplom tələb edilmiş, lakin sonuncu tərəfindən müvafiq diplom onlara təqdim edilməmişdir. Bundan sonra onlar Təhsil Nazirliyinə müraciət etmiş və iddiaçının ümumiyyətlə ali təhsili barədə diplomunun olmaması müəyyən edilmişdir. Daha sonra 28 dekabr tarixində o, iddiaçını qəbul etmiş və ona müvafiq olaraq əvvəlki işi üzrə, meşə gözətçisi vəzifəsində iş təklifi edilmiş, lakin iddiaçı bundan imtina etmişdir. Bildirir ki, iddiaçının azad edilmiş olduğu meşəbəyi vəzifəsinə məhkəmə qətnaməsi ilə başqa şəxs təyin edilmişdir. Göründüyü kimi iddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur. Bundan başqa sonuncu da etiraf edir ki, əmri aldıqdan iki aydan çox müddət sonra mediasiya şurasına müraciət etmişdir və bununla da məhkəməyə qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra hazırki işə bərpa iddiası ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbi əsassız olduğudan və eləcə də iddia müddəti ötürüldüyündə, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb tədqiq edərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 7ü-cü maddəsinin b-ci bəndinə əsasən əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı vəsatət ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı iki aydan artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli, 332/Ü saylı, əmrinə əsasən, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-648/2021 nömrəli qətnaməsinin icrası məqsədi ilə Qəribov tərlan Mizəhəsən oğlu X11 X2 meşəbəyilinin meşəbəyisi vəzifəsinə xx.xx.2021-ci il tarixdən bərpa edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM 74-cü maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Sözü gedən əmr iş üzrə iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmiş və bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə X7 Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etmiş, müvafiq idarədən ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Sözü gedən bu hallar iş üzrə iddiaçının etiraf edici izahatı ilə öz təsdiqini tapmışdır. Hazırda iddiaçı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 X3 meşəbəyliyinin meşəbəyi olduğu bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin 28 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, X10 Təsərrüfatı Mərkəzində işlədiyi meşə gözətçisi vəzifəsinə bərpa edilməsi və 28 dekabr 2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işə buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin əsassız olması və eləcə də məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı tərəf iddia müddətinin buraxılmasını səbəbini müxtəlif qurumlara müraciət etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360- 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2833/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2833/2022
28.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver