Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2838/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxslər Maraqlı şəxs5 Rafik oğlunun və İbrahimova (Məmmədova) Ləman Rafik qızının iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 53 saylı Notariat ofisi, Maraqlı şəxs2 Rafik qızı, İbrahimova (Məmmədova) Ləman Rafik qızı, Maraqlı şəxs4 Rafik qızı və Maraqlı şəxs5 Rafik oğluna qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 53 saylı Notariat ofisi, Maraqlı şəxs2 Rafik qızı, İbrahimova (Məmmədova) Ləman Rafik qızı, Maraqlı şəxs4 Rafik qızı və Maraqlı şəxs5 Rafik oğluna qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 09 mart 2022-ci il tarixində vəfat etmiş mərhum yoldaşı X1 miras qalmış qeydiyyat tarixi xx.xx.2012-ci il qeydiyyat nömrəsi ********** nömrəli, seriya MA ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Salyan şəhəri, Şeyxül-islum Ohməd Hüseynzadə küçəsində yerləşən 0.05 ha torpaq sahəsində olan fərdi yaşayış evi, qeydiyyat tarixi 01,09.2016-cı il, qeydiyyat nömrəsi ********** nömrəli, seriya RX ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.33 ha torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** nömrəli, seriya RX ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.32 ha torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.075 ha torpaq sahəsində olan fərdi yaşayış evi, buraxılış ili 2008-ci il tarixli, **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı “PEUCEOT-4007" minik markalı avtomobil və buraxılış ili 2013-cü il tarixli **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı “FORD EXPLORLR' minik markalı avtomobillərin tərəfindən faktiki miras kimi qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o mərhum yoldaşı xx.xx.1959-cu il təvəllüdlü X4 ilə xx.xx.1983-cü il tarixində rəsmi nikaha daxil oluraq ailə həyatı qurmuşdu. Birgə nikahdan xx.xx.1985-ci il təvəllüdlü Əhədova (Məmmədova) Fidan Rakif qızı, xx.xx.1988-ci il təvəllüdlü Maraqlı şəxs4, xx.xx.1990-cı il təvəllüdlü İbrahimova (Məmmədova) Ləman Rakil qızı və xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs5 adında 4 (dörd) övladı olmuşdur. Mərhum yoldaşı X4 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Mərhum yoldaşı ilə vəfat edənə kimi müxtəlif daşınar və daşınmaz əmlaklar almışdı ki, o, vəfat edəndən sonra onun adına olan qeydiyyat tarixi xx.xx.2012-ci il, qeydiyyat nömrəsi ********** nömrəli, seriya MA ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Salyan şəhəri, Şeyxül-İslam Əhməd küçəsində yerləşən 0.05 ha torpaq sahəsində olan fərdi yaşayış evi, qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** nömrəli, seriya RX № ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.33 ha torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** nömrəli, seriya RX Nv ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.32 ha torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2020-ci il qeydiyyat nömrəsi ********** nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.075 ha torpaq sahəsində olan fərdi yaşayış evi, buraxılış ili 2008-ci il tarixli **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı " PEUCEOT-4007“ minik markalı avtomobil və buraxılış ili 2013cü il tarixli **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı •‘FORD EXPLORER“ minik markalı avtomobil miras qalmışdır. Qeyd edilən torpaq sahələrini, fərdi yaşayış evlərini və avtomobilləri mərhum yoldaşı vəfat edən gündən faktiki olaraq o qəbul etmiş, mən idarə edir. Hətta bunu digər vərəsələr olan övladları da bilir və onlarda miras əmnlakların tam olaraq onun adına keçirilməsinə etiraz etmirlər. Vərəsəliyin qəbulu ilə bağlı hətta maraqlı şəxs olan 53 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixində XV 70 saylı vərəsəlik işidə açılmışdır. Lakin maraqlı şəxs olan Əhədova (Məmmədova) Fidan Rakif qızı əvvəlcə miras əmlakın tərəfimdən qəbul edilməsinə etiraz etmişdir və notariat ofisinə müraciət etmişdir. Daha sonra 53 saylı Notariat ofisi ona müddəti ötürdüyü üçün imtina etmişdir. Bu hadisələrdən sonra notariat hərəkətlərinin davam etdirilməsi və miras əmlakın adına rəsmləşdirilməsi üçün maraqlı şəxs olan qızı Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixdə vəfal etmiş mərhum yoldaşı X2 qalmış miras əmlaklardan imtina etdiyini və bununla bağlı gələcəkdə mübahisə etməyəcəyi barədə ərizə yazaraq notariat ofisinə ərizə təqdim etmişdir. Daha sonra o mirasın qəbulu və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün vərəsəlik işini davam etdirərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini iş üzrə maraqlı şəxs olan Bakı şəhəri 53 saylı Notarat ofisindən tələb etdi. Lakin notariat ofisi xx.xx.2022-ci il tarixində maraqlı şəxs olan Maraqlı şəxs2 verilmiş imtinanı nəzərə alaraq hazırda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etdiyini və bu səbəbdən də məhkəməyə müraciət etməyini bildirilmişdir. Məlumat üçün bildirir ki, qeyd edilən miras əmlaklar tərəfindən qəbul edilmişdir və vərəsəlik işinin içərisində olan razılıq ərizələrindən də görsənir ki, buna etiraz edən maraqlı şəxs də yoxdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs5 Rafik oğlu və İbrahimova (Məmmədova) Ləman Rafik qızı ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Digər maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.32 ha torpaq sahəsi X3 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Salyan şəhəri, Şeyxül-İslam Əhməd küçəsində yerləşən 0.05 ha torpaq sahəsində olan fərdi yaşayış evi X3 adına qeydə alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətindən görünür ki, **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı " PEUCEOT-4007“ minik markalı və **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı “FORD EXPLORER“ minik markalı avtomobillər X3 adına qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 5234 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum – X3 adına xx.xx.2022-ci il tarixində 8V/70 saylı vərəsəlik işi açılmışdır. xx.xx.2022-ci il tarixində Maraqlı şəxs2 verilmiş imtinanı nəzərə alaraq bildirilmişdir ki, vərəsələr arasında mübahisə olduğundan hazırki vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyri-mümkündür. İş materiallarında olan Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş **********893 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs2 Rafik qızı atası X3 vəfatından sonra miras qalmış heç bir əmlakı qəbul etməmiş və buna da ehtiyacı yoxdur. Bütün daşınar və daşınmaz əmlakdan pay istəmir. Gələcəkdə də müddətin bərpası üçün məhkəməyə şikayət etməyəcək. Bu ərizə onun sözləri ilə tərtib edildi, ərizəni oxudu və imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş **********747 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs3 Rafik qızı atası X3 vəfatından sonra ona miras qalmış əmlakdan imtina etmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş **********800 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs4 Rafik qızı atası X3 vəfatından sonra miras qalmış heç bir əmlakı qəbul etməmiş və etməyəcəkdir. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş **********363 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs5 Rafik oğlu atası X3 vəfatından sonra ona miras qalmış heç bir əmlakı qəbul etməmiş və etməyəcəkdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.32 ha torpaq sahəsi, Salyan şəhəri, Şeyxül-İslam Əhməd küçəsində yerləşən 0.05 ha torpaq sahəsində olan fərdi yaşayış evi, **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı " PEUCEOT-4007“ minik markalı avtomobil və **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı “FORD EXPLORER“ minik markalı avtomobillər X3 adına qeydə alınmış və X4 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra Maraqlı şəxs2 Rafik qızı, İbrahimova (Məmmədova) Ləman Rafik qızı, Maraqlı şəxs4 Rafik qızı və Maraqlı şəxs5 Rafik oğlu ərizə ilə miras qalmış əmlaklarından imtina etdiklərini və Ərizəçi tərəfindən əmlakların miras kimi qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Odur ki, maraqlı şəxslərin müraciət edərək miras qalmış əmlakların Ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etmədiklərini bildirdiklərindən ərizə əsaslı olmaqla, təmin edilməli və 09 mart 2022-ci il tarixində vəfat etmiş mərhum yoldaşı X1 miras qalmış qeydiyyat tarixi xx.xx.2012-ci il qeydiyyat nömrəsi ********** nömrəli, seriya MA ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Salyan şəhəri, Şeyxül-islum Əhməd Hüseynzadə küçəsində yerləşən 0.05 ha torpaq sahəsində olan fərdi yaşayış evi, qeydiyyat tarixi 01,09.2016-cı il, qeydiyyat nömrəsi ********** nömrəli, seriya RX ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.33 ha torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** nömrəli, seriya RX ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.32 ha torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.075 ha torpaq sahəsində olan fərdi yaşayış evi, buraxılış ili 2008-ci il tarixli, **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı “PEUCEOT-4007" minik markalı avtomobil və buraxılış ili 2013-cü il tarixli **- SR-*** dövlət qeydiyyat nömrə nişanlı “FORD EXPLORLR” minik markalı avtomobillərin Ərizəçi tərəfindən faktiki miras kimi qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 09 mart 2022-ci il tarixində vəfat etmiş mərhum yoldaşı X1 miras qalmış qeydiyyat tarixi xx.xx.2012-ci il qeydiyyat nömrəsi ********** nömrəli, seriya MA ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Salyan şəhəri, Şeyxül-islum Əhməd Hüseynzadə küçəsində yerləşən 0.05 ha torpaq sahəsində olan fərdi yaşayış evi, qeydiyyat tarixi 01,09.2016-cı il, qeydiyyat nömrəsi ********** nömrəli, seriya RX ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.33 ha torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** nömrəli, seriya RX ******* nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.32 ha torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** nömrə ilə qeyd olunan çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.075 ha torpaq sahəsində olan fərdi yaşayış evi, buraxılış ili 2008-ci il tarixli, **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı “PEUCEOT-4007" minik markalı avtomobil və buraxılış ili 2013-cü il tarixli **- SR-*** dövlət qeydiyyat nömrə nişanlı “FORD EXPLORLR” minik markalı avtomobillərin Ərizəçi tərəfindən faktiki miras kimi qəbul edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2838/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2838/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver