Məhkəmə qərarları › İş №2(004)-2844/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2844/2024

06.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2844/2024 06.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı iddia tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin məzmunundan və tərtibatından görünür ki, iddia tələbi üzrə cavabdeh (lər) qeyd edilməmiş, iddia tələbinin mahiyyəti və nəticə hissəsi anlaşılmaz formada tərtib edilmişdir. Məhkəmə iddiaçıya izah edir ki, iddia tələbinin yönəldiyi şəxs (lər) (cavabdeh) barədə ətraflı məlumatlar və iddiaçının məhkəmədən xahişi (tələbi) aydın şəkildə qeyd edilməlidir ki, məhkəmə tələb üzrə mübahisənin mövcudluğunu və mahiyyətini yəqin etməklə icraata qəbul edə bilsin. Bundan əlavə, iddiaçı iddia ərizəsi üzrə Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən dövlət rüsumu ödəməmiş və həmin Qanunun 9-cu maddəsinin tələblərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilməsi barədə müvafiq sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin yenidən, mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməklə, həmçinin cavabdehin rekvizitləri barədə məlumatlar və qeyd olunan nöqsanlar barədə zəruri hüquq müəyyən edici sənədlər əlavə edilməklə məhkəməyə təqdim edilməsi hüququ hüququ izah olunaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.3, 152.1.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar