Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2853/2020 27.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin onun və qeyrilərinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, **********452400 nömrəli əmrinin ona münasibətdə hissəsinin ləğv edilməsi, onun əmək müqaviləsinə xitam verilənədək işlədiyi Vergilər nazirliyinin Bakı şəhəri X4 üzrə baş idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinə dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunmağı, xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 icraata xitam verilməsi barədə vəsatət verərək, bildirdi ki, İddiaçı dövlət qulluqçusu olmuş və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15.1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.Bununla bağlı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Həmçinin, iddiaçı dövlət qulluqçusu olmaqla yanaşı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etdiyi üçün, iş inzibati mübahisə olduğundan mübahisələndirmə haqqında iddia ilə inzibati məhkəməyə müraciət edilməli idi. Belə ki, İddiaçı dövlət qulluqçusu olması və inzibati orqanın qəbul etdiyi inzibati aktı mübahisələndirməsi səbəbi ilə həmin iş üzrə icraatın Yasamal rayon Məhkəməsi tərəfindən aparılması qanunamüvafiq deyildir. Ona görə də o məhkəmədən mülki işə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili ərizəyə etiraz edərək, vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, iddiaçının tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi” tələbidir. Beləliklə, iddia ərizəsi inzibati məhkəmə icraat qaydasında inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh inzibati orqan olduğu üçün iddiaçının tələbinə inzibati məhkəmə tərəfindən baxılmalı, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2853/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2853/2020
27.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver