Məhkəmə qərarları › İş №2(004)-2858/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2858/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2858/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X10 qızının katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən olunmasına dair” mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, 1964-cü il təvəllüdlü X5 barəsində doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnaməsinin atası qrafasında “X5”, anası qrafasında “X6” kimi qeyd aparılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01.05.2018-ci il tarixli 2(004)- 1956/2018 saylı qətnaməsinə əsasən X5 ilə X6 arasında nikah pozulmuş, 02.04.2003-cü il təvəllüdlü X1 anasının himayəsində qalması müəyyən edilmiş, cavabdeh X2 onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulması, “Kia Sportage” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində tərəflərin hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. X5 19.12.2020-ci il tarixində vəfat etmişdir. “Kia Sportage” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin əldə edilməsi zəruridir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün tələb olunan sənədlərdən biri doğum faktını müəyyən edən doğum haqqında şəhadətnamədir. Doğum haqqında şəhadətnamənin olmaması avtomobilin qanun üzrə vərəsəlik şəhadətnaməsinin əldə edilməsini qeyri-mümkün etmişdir. Doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, doğum haqqında aktın bərpa edilməsinin qeyri-mümkün olması qeyd edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən X4 20.09.1966-cı il tarixdə Ermənistan SSR Spitak rayonunun Saral kəndində anadan olması faktının müəyyən edilməsi, ata qrafasında “X9”, ana qrafasında isə “X8”, milliyyəti “Azərbaycanlı” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2, 308-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü və 14-cü bəndlərini nəzərə alaraq, müəyyən etmişdir ki, Ərizəçi atası X4 20.09.1966-cı il tarixdə Ermənistan SSR Spitak rayonunun Saral kəndində anadan olması faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs 19.01.2021-ci il tarixli, 05/Q- 174/15 saylı sorğuya cavab məktubundan görünür ki, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün qeydıyyat şöbəsınə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ına əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfındən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Mülki prosessual qanunvericiliyə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, ərizəçi haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadıtnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında “X5”, anası qrafasında “X6” qeyd edilmişdir. 29.12.2020-ci il tarixli ölüm haqqında şəhadıtnamənin surətindən görünür ki, X5 19.12.2020-ci il tarixində vəfat etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə həmin fakt həm şahid ifadələri, həm də iş materialları ilə sübuta yetirildiyindən ərizə əsaslı olub təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X4 doğumu bərpa edilsin. X4 20.09.1966-cı il tarixdə Ermənistan SSR Spitak rayonunun Saral kəndində anadan olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında “X9”, ana qrafasında isə “X8”, milliyyəti “Azərbaycanlı” qeyd edilməklə, ona yeni doğum haqqında şəhadətnamə verilsin. Edilmiş qeydiyyat Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar