Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2884/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin nümayəndəsi və eyni zamanda vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı X16rşı əmrin və əmək müqaviləsinə dəyişiklil və əlavələr edilməsi barədə müqavilənin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinə (sonradan - Kollec) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02.11.2020-ci il tarixdən “Müalicə işi” və “Tibbi Profilaktika” şöbələrinin birləşdirilməsi və şöbə müdiri X2 təyin edilərək onun şöbə müdiri vəzifəsindən azad edilməsi barədə Kollecin direktoru Dilarə Məmmədəliyevanın 30.10.2020-ci il tarixli 188-K №-li əmrinin, eyni zamanda 02.11.2020-ci il tarixdən şöbə müdiri vəzifəsindən azad edilərək 1,0 vahid həcmində 630 saat dərs yükü ayrılmaqla müəllim vəzifəsinə keçirilməsi barədə onunla Kollecin direktoru Dilarə Məmmədəliyeva arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 30.10.2020-ci il tarixli müqavilənin ləğv edilməsi və onun əvvəlki iş yerinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2 №li X15 «Tibbi profilaktika» şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh Kollecə 1998-ci idə saat hesabı dərs keçməklə müəllim, 01.09.1999-cu il tarixdə daimi iş yeri kimi müəllim, 06.09.2016-cı il tarixdən metodist, 14.09.2017-ci il tarixdə isə «Tibbi profilaktika» şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində qanunla üzərinə düşən vəzifə öhdəliklərini lazımınca və vicdanla yerinə yetirmiş, barəsində heç vaxt inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Kollecin ictimai həyatında aktiv iştirak etmiş, nümunəvi işçi kimi kollektivin hörmətini qazanmışdır. Sadaladığı hallar Kollecin direktoru Dilarə Məmmədəliyevanın barəsində təqdim etdiyi təqdimatda da öz əksini tapmışdır. 2020-ci ilin sonlarında direktor sözbət əsnasında ona tələbələrin sayının normativlərə cavab verməməsi səbəbindən müdiri olduğu şöbənin ləğv edilə bilmə ehtimalı barədə fikirlərini bölüşmüş, lakin hələ konkret nəticəyə gəlmədiyini dilə gətirərək 2021-ci ilin qəbul göstəriciləridən sonra bu barədə konkret qərar qəbul edilə biləcəyini qeyd etmişdir. 2020-ci ilin mart ayında isə ona məlum olmuşdur ki, direktorun 30.10.2020-ci il tarixli 188-k saylı əmrinə əsasən 02.11.2020-ci il tarixdə «Müalicə işi» və müdiri olduğu «Tibbi profilaktika» şöbələri birləşdirilmiş və şöbə müdiri X3 təyin edilərək o şöbə müdiri vəzifəsindən azad edilmişdir. Əmrin qəbulu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27.04.1998-ci il tarixli 97 №li qeydiyyatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.1998-ci il tarixli 203 №li “Orta ixtisas dövlət müəssissələrinin şöbələri haqqında” Əsasnamə ilə əsaslandırılmışdır. Bundan başqa, 30.10.2020-ci il tarixdə guya 02.11.2020ci il tarixdə şöbə müdiri vəzifəsindən azad edilərək 1,0 vahid tarif həcmində 630 saat dərs yükü ayrılmaqla müəlli vəzifəsinə keçirilməyi barədə onunla kollecin direktoru arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklər və əlavələr edilməsi haqqında müqavilə bağlanmışdır. Bildirir ki, sözügedə əmrin qəbulundan və əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında müqavilənin tərtibindən tamamilə məlumatsız olmuş, nə həmin əmrin, nə də qeyd olunan müqavilənin surəti bu günədək də ona rəsmi şəkildə təqdim olunmamış və o, əmək müqaviəsinə dəyişiklik edilməsi haqqında 30.10.2020-ci il tarixli müqavilənin tərtibatından məlumatsız olduğu üçün tərəf və işçi olaraq imzalamamışdır. Sadəcə olaraq 2021-ci ilin mart ayında müdir vəzifəsindən azad edilməyi barədə əmrin verilməsindən xəbər tutduqdan sonra kadrlar şöbəsinə yaxınlaşıb əmrin surətini ona təqdim edilməsini tələb etsə də, bundan imtina edilmiş, yalnız israrlı tələbindən sonra şəxsi işinə baxış keçirilməyinə şərait yaradalımşdır ki, o da telefon vasitəsilə şəxsi işindəki sənədlərin fotolarını çəkdikdən sonra barəsində verilən 30.10.2020-ci il tarixli 188-k saylı əmrin və guya onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında 30.10.2020-ciil tarixli müqavilənin məzmunu ilə tanış ola bilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1, 77.3, 78.1, 83, 84, 65, 74.2, 239, 296-cı maddələrinin tələblərinə əsasən hesab edir ki, qeyd edilən əmr və müqavilə əmək qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmaqla verildiyindən və tərtib olunduğundan onlar ləğv olunmalı və o əvvəlki iş yeri və vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun müdir vəzifəsində çalışdığı şöbədə 138 nəfər aktiv tələbə var idi. Əgər hərbi xidmətdə olan tələbləri sayılsa daha çox olardı. Lakin bildirildi ki, ancaq aktiv tələblərin sayı lazımdır. Ona bildirilmişdir ki, bu məsələ 1 müddət açıq qalacaqdır. Belə ki, əgər yayda həmin fakultəyə tələbələr gələrsə və tələbələrin sayında artım olarsa, o zaman onun şöbəsi birləşdirilməyəcəkdir. O, başqa müəllimlər kimi online dərslərə qoşulur, tələbələrə dərs deyirdi. 2020-ci ilin noyabr ayında əmək haqqını alarkən əmək haqqında azalma müşahidə etmişdir. Belə ki, ona zəng edərək otağını təhvil verməsini bildirmişlər və o da, öz növbəsi buna etiraz etməyərək, açarları təqdim etmişdir. X6 bu işdə təcrübəsi az olduğu üçün köməklik də göstərmişdir. Fevral ayında kollecə gələrkən kabinetinin üstündən adını çıxartdıqlarını və ora “Müalicə işi və Tibbi Profillaktika” şöbəsinin müdiri İlahə Allahverdiyevanın adını vurduqlarını görmüşdür. O zaman ona məlum olmuşdur ki, onun şöbəsi ləvğ edilməmiş, digər şöbə ilə birləşdirilmişdir. Həmin vaxtadək o müdür vəzifəsindən də, çıxarıldığını bilməmişdir. Bildirir ki, müalicə işi şöbəsində tələbələrin sayı daha az idi. Əslində həmin şöbə onun şöbəsinə birləşdirilməli idi. 138 tələbə ilə şöbənin birləşdirilməsi mümkün deyildir. Bundan əvvəlki illlərdə əczaçılıq fakultəsində 103 tələbə olmuşdur. Lakin o şöbə birləşdirilməmişdir. Eləcə də başqa şöbələrdə daha az tələbə sayı olmasına baxmayaraq, heç biri birləşdirilməmişdir. 138 tələbə ilə hər hansı şöbənin birləşdirillməsi indiyə kimi olmamışdır. Bundan başqa bu məsələ ilə bağlı həmkarlar ittifaqının iclası da keçirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin nümayəndəsi və eyni zamanda vəkili X12 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmədiyindən göstərilənlərlə razı deyil. Belə ki, 2020-ci ilin sentyabr ayının sonunda (23.09.2020-ci il tarixində) direktoryanı şuranın iclasında 2020/2021-ci tədris ilinin tələbə qəbulu planı və şöbələrə ayrılan yerlər haqqında, o cümlədən İddiaçı iştirakı ilə məlumat verilmişdir. İclasdan sonra İddiaçı Direktor, Tədris-tərbiyə işləri üzrə direktor müavini, Həmkarlar İttifaqı Komitəsinin sədri və Tədris hissə müdiri tərəfindən söhbət əsnasında çatdırılmışdır ki, “Tibbi profilaktika” şöbəsinə tələbə qəbulu cəmi 25 nəfər oldu və bildirildi ki, istənilən şöbədə tələbələrin sayı 150 nəfərdən az olduğu halda “Şöbə müdiri” vəzifəsi ləğv olunur və həmin şöbə başqa bir şöbə ilə birləşdirilir. Eyni zamanda qeyd olunur ki, X10 Komitəsinin 15.10.2020-ci il tarixdə keçirilmiş iclasının gündəliyinə 2 məsələ daxil edilmişdir - Silahlı Qüvvələrə maddi yardım və “Tibbi profilaktika” şöbəsinin bağlanması. Hər iki məsələ iclasda müzakirə olunmuş və yekun olaraq qanunvericiliyə uyğun olaraq “Tibbi profilaktika” şöbəsinin bağlanması və "Müalicə” işi şöbəsi ilə birləşdirilməsi təklif olunmuşdur. "Tibbi profilaktika” şöbə müdirinin fəaliyyətini dayandırıldığı üçün İddiaçı tam dərs yükü ilə təmin edilməsi irəli sürülmüşdür. Daha sonra Kollecin direktorunun 188-K №li 30.10.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Ədliyyə və Təhsil Nazirliyinin “Orta ixtisas təhsil müəssisələrinin maddi texniki təchizatı, kadr potensialı və strukturuna qoyulan minimum” normalarına əsasən “Tibbi profilaktika” şöbəsində tələbələrin sayı bu normativlərə cavab vermədiyi üçün 02.11.2020-ci il tarixdən “Müalicə işi” və “Tibbi profilaktika” şöbələri birləşdirilmiş və şöbə müdiri X3 təyin edilmişdir. Eyni zamanda Şöbə müdiri İddiaçı bu vəzifədən azad edilərək müəllim vəzifəsinə keçirilməklə müəllimin 1.0 vahid tarif həcmində dərs yükü 500 saat olduğu halda İddiaçı 630 saat - 1.25 vahid tarif həcmində dərs yükü ayrılmışdır. Bu haqda direktorun kabinetində rəhbər işçilərin iştirakı ilə İddiaçı məlumat verilmiş, akt tərtib olunmuşdur. Cavabında iddiaçı ona bir başqa vəzifəyə keçirilməsi haqqında arzusu olduğunu bildirmişdir. Tutduğu vəzifədən azad olunduğuna görə (02.11.2020) İddiaçı kollecə daha gəlməmiş, yalnız müəllim kimi dərslərini onlayn şəkildə aparmışdır. İşdən azad olunmasını bilməsəydi, o hər gün işə gəlib ən azından tabeli imzalayardı və şöbə müdiri vəzifəsinə aid olan işləri, yəni, “Tibbi profilaktika” şöbəsinə yeni qəbul olunmuş tələbələrin qruplaşdırılması (03.11.2020), İ kursa qəbul olunmuş tələbələrin “Tələbə bileti’ləri, dərs jurnalları, tədris formaları ilə bağlı Təsərrüfat işləri üzrə direktor müavini E.F.Nadirxanova tələbnamələrin yazılması, həmin sənədlərin götürülməsi və yazılması, təqaüd komissiyasına tələbələrin təqaüdlə təmin olunması haqqında məlumatın verilməsi, “Təhsil xərclərinin ödənilməsindən azad olunma Komissiyası”na imtiyazlı tələbələrin ərizə və sənədlərin toplanılıb təqdim edilməsi, ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqının ödəməsi haqqında arayışların toplanması, 2020/2021 -ci tədris ilində dərslərə və tələbələrin dərslərdə iştirak etmələrinə nəzarət edilməsi, 2020/2021-tədris ilinin (dekabr avının sonunda) Payız imtahan sessiyasına tələbələrin buraxılması və sessiyanın nəticələri haqqında (fevral) məlumatın təqdim olunması, 2020/2021-tədris ilinin tələbələrin Yaz semestrinə buraxılması haqqında məlumatın təqdim olunması (fevral), Diplomqabağı istehsalat təcrübəsinə tələbələrin buraxılması haqqında məlumatın təqdim olunması (fevral), 2020/2021-ci tədris ilinin Yaz semestrinin dərs cədvəllərinin, məlumatların və s. şöbəyə aid olan bütün işlərin yerinə yetirilməsini icra edərdi. Halbuki, bu işlər şöbə müdiri İ.E.Allahverdiyeva tərəfindən görülmüşdür. Yuxarıda qeyd olunanları İddiaçı bilmədiyi halda İ.E.Allahverdiyeva onun yerinə vəzifəsini necə icra edə bilərdi? İddiaçı tərəfindən müdiri olduğu Şöbəyə aid keçmiş illərin sənədləri (dərs jurnalları, təqaüd qovluğu, imtahan vərəqələri, təhsil haqqının ödənilməsinə dair arayışlar və s.) yeni Şöbə müdirinə ardıcıllıqla təhvil verilmişdir və 23.12.2020-ci il tarixində bu haqda müvafiq akt tərtib olunmuşdur (Kollecin Tədris-tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə). Eyni zamanda iddiaçının müəllim vəzifəsinə keçirildiyi tarixdən əmək haqqında nəzərə çarpacaq dəyişiklik olduğundan həmin şəxsin baş vermiş dəyişikliklərdən xəbərdar olmaması məntiqli deyil. Həmçinin hesab edirlər ki, Kollec tərəfindən hər hansı maddi hüquq normalarının pozuntusu baş verməmiş, iddiaçı ilə Kollec arasında əmək münasibətləri pozulmamışdır. Belə ki, iddiaçı hazırda Kollecdə müəllim vəzifəsində öz əmək fəaliyyətini davam etdirməkdədir. İddiaçının istinad etdiyi qanunvericilik normaları isə əmək münasibətlərinə xitam verilən zaman nəzərə alınmalı olan münasibətləri tənzimləyir. İddiaçının mübahisə predmeti olan əmrin qəbulu üçün əsas olan Əsasnamədə şöbələrin ləğvi və ya birləşdirilməsi mexanizmi nəzərdə tutulmamamasına dair mövqeyi də əsassızdır. Qüvvədə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25.02.1997-ci il tarxili 126 Jsh-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 04.03.1997-ci il tarixdə 35 nömrə altında qeydiyyata alınmış “Orta ixtisas dövlət təhsili müəssisələrinin şöbələri haqqında” Əsasnamə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 203 №- li 20.04.1998-ci il tarixli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 97 nömrə altında 27.04.1998-ci il tarixdə qeydiyyata alınmış “Orta ixtisas təhsili müəssisələrinin maddi texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum” Normalar kimi normativ sənədlərdə hansı hallarda Şöbənin mövcud ola bilməsi öz əksini tapmışdır. Həmçinin həmin normativlərə riayət olunmamasının məsuliyyətə səbəb olacağı da qeyd olunmuşdur. Məlumat üçün bildirilir ki, Kollecin strukturunda Şöbələrin yaradılması, birləşdirilməsi və ya ləğv edilməsi ilk dəfə baş verməmişdir. Belə ki, tələbə kontingentinin sayma görə 2006-2017-ci illərdə “Ortopedik stomatologiya” şöbəsi “Əczaçılıq” şöbəsi ilə, 2007-2011 -ci illərdə “Tibbi profilaktika” şöbəsi “Laboratoriya diaqnostikası” şöbəsi ilə birləşdirilmişdir. Hazırda isə “Tibbi profilaktika” şöbəsi üzrə 2020/2021-ci tədris ili üzrə tələbə kontingenti 137 nəfər, yəni normativlərdən az olduğundan digər şöbəyə birləşdirilməsi qərara alınmışdır. Həmçinin həmin aparılmış prosedurlar barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məlumatlandırılmış və Nazirlik tərəfindən həmin struktur dəyişikliklərinə etiraz olunmamışdır və məqsədə uyğun hesab edilmişdir. Göründüyü kimi Kollec tərəfindən Şöbə birləşdirilən zaman qüvvədə olan normativlərin tələblərinə riayət edilmişdir. Şöbə müdiri təyinatı zamanı niyə məhz onun yox, Allahverdiyeva İlahənin təyin olunması ilə bağlı arqument əsassızdır. Belə ki, Allahverdiyeva İlahə 09.06.2016-cı il tarixdən, İddiaçı isə 14.09.2017-ci il tarixdən şöbə müdiri vəzifəsinə keçirilmişdir. X4 Şuşa rayonundan məcburi köçkün düşmüşdür. Eyni zamanda qeyd olunmalıdır ki, Əsasnaməyə əsasən şöbə müdiri vəzifəsinə kimin təyin olunması məsələsi birbaşa olaraq direktorun səlahiyyətindədir. Hazırki vəziyyətdə isə direktor ona verilmiş hüquqdan istifadə edərək məhz İ.E.Allahverdiyevanı həmin vəzifəyə təyin etmişdir. İddiaçı Şöbə müdiri vəzifəsinin təyinatı zamanı attestasiya keçirilməli olduğunu qeyd etsə də həmin hal attestasiyanın təsiri altına düşmür. Qeyd olunduğu kimi, şöbə müdiri birbaşa olaraq direktor tərəfindən həyata keçirildiyindən attestasiya normalanm hazırki mübahisəyə aidiyyəti yoxdur. 02.11,2020-ci il tarixdən etibarən Kollecin Kadrlar şöbəsinin baş mütəxəssisi tərəfindən iddiaçıya əmək müqaviləsinə əlavənin imzalanması dələlərlə təklif olunmuş, telefon bağlantıları yaradılmışdır. Eyni zamanda şöbəyə aid sənədlərin təhvil-təslim zamanı İddiaçı kollecdə olmasına baxmayaraq və Kadrlar şöbəsinin baş mütəxəssisi M.Əmrahova şəxsən onu gördükdə öz otağına dəvət etdiyi halda o, hər dəfə tələsdiyini bəhanə edərək heç-bir narazılığını bildirmədən həmin əlavəni imzalamaqdan yayınmışdır, bununla bağlı akt tərtib olunmuşdur. Həmçinin pandemiya ilə əlaqədar distant tədris mövcud olduğundan bu günə qədər də həmin əlavəni imzalamağa təşəbbüs göstərməmişdir. Lakin, iddiaçının 2020-ci ilin noyabr ayından etibarən müəllim kimi vəzifə funksiyalarını icra etməsi buna dəlalət edir ki, o, əmək şəraitinin dəyişdirilməsinə susmaqla razılığını bildirmişdir. 16.02.2021-ci il tarixindən İddiaçı xəstə olduğunu kollecə bildirmiş və yalnız 09.03.2021-ci il tarixində xəstə olduğu halda kadrlar şöbəsinə gəldikdə əmək müqaviləsinin dəyişikliyinin şəklini çəkmiş və imza etməkdən imtina etmiş 05.04.2021-ci il tarixində İddiaçı kadrlar şöbəsinə xəstəlik haqqında bağlanmış vərəqini təqdim etmişdir (19.02.2021-17.03.2021-ci il tarixə qədər Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi 3 saylı Şəhər Xəstəxanası). İddiaçı kollecə gələrək 17.03.2021-ci il tarixindən bu günə qədər xəstə olduğunu bildirmiş və yeni xəstəlik haqqında vərəqəni gətirəcəyini bildirmişdir. Hazırda mübahisə predmeti olan əmrdən 09.03.2021-ci il tarixdə məlumatlı olması əsassızdır. Belə ki, buna dair iddiaçı tərəfindən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Yuxarıda sadalanan hallardan belə aydın olur ki, Şöbə müdiri kimi məsul vəzifədə işləyən bir şəxsin, onun vəzifədən azad olunmasından yalnız 5 ay sonra məlumatının olması inandırıcı görünmür. Həmçinin iddiaçı tərəfindən lıazırki mübahisə üzrə məhkəməyə iddia ərizəsi verilməsinə dair tələb olunan iddia müddəti ötürülmüşdür. Göstərilən halları nəzərə almaqla və iddia müddətini tətbiq etməklə İ.R.İddiaçı Kollecə qarşı iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevanın 30.10.2020-ci il tarixli 188-K №-li əmrindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Təhsil Nazirliyinin “Orta ixtisas təhsilli müəssisələrin maddi texniki təhcizatı, kadr potensialı və strukturuna qoyulan minimum» normalarına əsasən tibbi profilaktika» şöbəsində tələbələrin sayı bu normativlərə cavab vermədiyi üçün 02.11.2020-ci il tarixindən «Müalicə işi» və «Tibbi profilaktika» şöbələri birləşdirilmiş və şöbə müdiri X3 təyin edilmişdir. Şöbə müdiri İddiaçı bu vəzifədə azad edilərək müəllim vəzifəsinə keçirilsin və 630 saat dərs yükü verilsin. Əmrin verilməsiə əsas Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27.04.1998-ci il tarixli 97 №li qeydiyyatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.1998-ci il tarixli 203 №li “Orta ixtisas dövlət müəssissələrinin şöbələri haqqında” Əsasnamə göstərilmişdir. - Kollecin “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən dəyişiklik və əlavələr haqqında Kollecin direktoru Dilarə Məmmədəliyeva arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 30.10.2020-ci il tarixli müqavilədən görünür ki, o, 02.11.2020-ci il tarixindən şöbə müdiri vəzifəsindən azad edilərək (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27.04.1998-ci il tarixli 97 №li qeydiyyatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.1998-ci il tarixli 203 №li “Orta ixtisas dövlət müəssissələrinin şöbələri haqqında” Əsasnaməyə əsasən tələbə sayının 150-dən aşağı olması ilə əlaqədar) 1,0 vahid həcmində 630 saat dərs yükü ayrılmaqla müəllim vəzifəsinə keçirilmişdir. Müəllimin əmək funksiyası kimi müxtəlif forma və üsullardan istifadə etmək, tədris planlarını və proqramlarını yerinə yetirmək, dərslərin yüksək səviyyədə keçirilməsini və tələbələr tərəfindən mənimsənilməsini təmin etmək, əməyin təhlükəsizliyi və qaydalarına əməl etməsi göstərilmişdir. Əmək müqaviləsinə edilmiş bu dəyişikliyin 02.11.2020-ci il tarixindən qüvvəyə minməsi və bağlanmış əmək müqaviləsinin tərkib hissəsini təhkil etməsi göstərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb X5 Komitəsinin bürosunun 15.10.2020-ci il tarixli 17 saylı protokolundan görünür ki, gündəlikdə olan məsələlərdən biri də “Tibbi profilaktika” şöbəsinin bağlanması haqqında olmuş, iclasın qərarı ilə həmçinin şöbənin fəaliyyəti dayandırıldığı üçün kollecin müəllimi İddiaçı tam dərs yükü ilə təmin edilməsi qərara alınmışdır. - 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, tədris-təribyə işləri üzrə direktoru müavini Vəfa Əliyeva, Həmkarlar İttifaqının sədri Simuz Zeynalova, Tədris işləri üzrə böük mütəxəssis Xanım Məmmədova, kadrlar üzrə böyük mütəxəssis Mehparə Əhmədovanın imzaladıqları 30.10.2021-ci il tarixli aktdan görünür ki, “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı şöbədə tələbə sayının az olması ilə əlaqədar olaraq həmin şöbənin “Müalicə işi” şöbəsi ilə birləşdirilməsi haqqında məlumatlandırılmış və ona müəllim kimi 650 saat dərs yükü verilmişdir. - 2 nömrəli Bakı Baza Tibb Kollecinin tədris-təribyə işləri üzrə direktoru müavini Vəfa Əliyeva, “Müalicə işi” şöbəsinin müdiri X3, həmin şöbənin laborantı X11 imzaladıqları 23.12.2021-ci il tarixli aktdan görünür ki, onların iştirakı ilə 2020-ci ilin noyabr-dekabr ayları ərzində (bəzi sənədlər olmadığına görə) ardıcıllıqla “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı şöbəyə aid normativ sənədləri İ.E.Allahverdiyevaya təhvil vermişdir.(dərs jurnalları, təqaüd qovluğu, imtahan vərəqələri, təhsil haqqının ödənilməsinə dair arayışlar və s.) - 2 nömrəli Bakı Baza Tibb Kollecinin kadrlar üzrə böyük mütəxəssis Mehparə Əhmədovanın direktor Dilarə Məmmədəliyeva yazdığı 16.03.2021-ci il tarixli izahatından görünür ki, 30.10.2020-ci il tarixli 188 №li əmrə əsasən “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı müəllim keçməsi ilə əlaqədar sənədində imzanı ala bilməmidir. Dərslərin onlayın olması səbəbindən İddiaçı zəng edərək onun kollecə gəlib imza atmalı olduğunu bildirmişdir. O isə heç bir etiraz etmədən gələcəyini bildirmişdir. Bu haqda isə sizə bir məlumat verməmişdir. Sonra o onu kollecdə görüb kadrlara qalxmanın və sənədi imzalayacağını yenə də ona bildirmişdir. O isə tələsdiyini bildirərək gələcəyini demişdir. Mart ayının 9-u isə kadrlara gəlib birdən-birə imza atmayacağını bildirdi. Bu barədə onlara heç bir məlumat vermədiyi üçün özünü günahkar bilir və hər bir inzibati tənbeh ilə cəzalanmağına hazır olduğunu bildirmişdir. - 2 nömrəli Bakı Baza Tibb Kollecinin kadrlar üzrə böyük mütəxəssis M.Z.Əmrahovanın, kadrlar üzrə mütəxəssis A.X.İsmayılovanın və laborant F.Y Süleymanovanın imzaladıqları 28.12.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı dəfələrlə zəngedilmiş və müəllim keçməsi haqqında sənədləri imzalaması üçün məlumat verilmişdir. İddiaçı gələcəyini bildirmiş, sonradan kollecə gəlmiş və foyedə Əmrahova ilə qarşılasanda tələsdiyini bildirərək çıxıb getmiş və sonra gələcəyini bildirmişdir. şöbədə tələbə sayının az olması ilə əlaqədar olaraq həmin şöbənin “Müalicə işi” şöbəsi ilə birləşdirilməsi haqqında məlumatlandırılmış və ona müəllim kimi 650saat dərs yükü verilmişdir. - Binəqədi RİH Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə şöbənin 19.05.1999-cu il tarixli 2 №li Tibb məktəbinə verdikləri arayışdan görünür ki, X1 rayonunda məcburi köçkün olmaqla Biləcəri qəs. Y.Hüseynov küç. Ev 98 m. 6-da məskunlaşmışdır. - 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris işləri üzrə böük mütəxəssisi Xanım Məmmədovanın imzaladığı 03.11.2020-ci il tarixli sənədlərdən görünür ki, 2020\2021-ci tədris ilində “Tibbi profilaktika” şöbəsi üzrə tələbə kontigentinin 137 nəfər, “Müalicə işi” şöbəsi üzrə 220 nəfərdir. - 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris işləri üzrə böük mütəxəssisi Xanım Məmmədovanın imzaladığı 16.04.2021-ci il tarixli sənəddən görünür ki, tələbə kontingetinin sayına görə 2006\2017-ci tədris ilində “Ortopedik stomatologiya” şöbəsi “Əczaçılıq” şöbəsi ilə, 2007-2011-ci illərdə “Tibbi profilaktika” şöbəsi “Laboratoriya” şöbəsi ilə birləşdirilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoruna ünvanladığı 31.03.2021-ci il tarixli məktubundan görünür ki, tibbi profiliktika şöbəsində tələbə sayı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 126 №li 25 fevral 1997-ci il tarixli əmri ilə təsdiq olunmuş “Orta ixtisas dövlət təhsil müəssisələrinin şöbələri haqqında Əsasnamə”sinə və 203 №li 20 aprel 1998-ci il tarixli əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsilli müəssisələrin maddi-texniki təhcizatı, kadr potensialı və struktu”na uyğun gəlmədiyi üçün tibbi profilaktika şöbəsinin müalicə işi şöbəsi ilə birləşməsinə etiraaz etmir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh Kollecdə 14.09.2017-ci il tarixdən fəaliyyətini «Tibbi profilaktika» şöbəsinin müdiri vəzifəsində davam etdirdiyi halda direktorun 30.10.2020-ci il tarixli 188-k saylı əmrinə əsasən 02.11.2020-ci il tarixdə «Müalicə işi» və müdiri olduğu «Tibbi profilaktika» şöbələrinin birləşdirilməsi və şöbə müdiri kimi X3 təyin edilərək onun da şöbə müdiri vəzifəsindən azad edilməsinin qanuniliyini mübahisələndirir və bu barədə ona 2020-ci ilin mart ayında məlum olmasını göstərir. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən əmrin və X2 hər iki birləşdirilmiş şöbənin müdiri kimi fəaliyyət göstərməsinin ona 2020-ci ilin mart ayında məlum olmasını təsdiq edən hər hansı sübutlar təqdim etməmişdir. İddiaçının 2021-ci ilin mart ayında müdir vəzifəsindən azad edilməyi barədə əmrin verilməsindən xəbər tutduqdan sonra ona əmrin surətinin verilməməsi, yalnız israrlı tələbindən sonra şəxsi işinə baxış keçirilməyinə şərait yaradılarkən o da telefon vasitəsilə şəxsi işindəki sənədlərin fotolarını çəkdikdən sonra barəsində verilən 30.10.2020-ci il tarixli 188-k saylı əmrin və məzmunu ilə tanış ola bilməsinə dair izahatlarını məhkəmə inandırıcı saymır, bunların onun subyektiv mülahizələri kimi qiymətləndirir. Belə ki, iddiaçının bununla bağlı irəli sürdüyü dəlillərin əsassız olmaqla inandırıcı olmaması cavabdeh tərəfin izahatları və təqdim etdiyi sənədlərlə tam təkzib edilir. Belə ki, işin materiallarından görünür ki, 2 nömrəli Bakı Baza Tibb Kollecinin əməkdaşlarının tərtib edərək imzaladıqları 30.10.2021-ci il tarixli aktda “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı şöbədə tələbə sayının az olması ilə əlaqədar olaraq həmin şöbənin “Müalicə işi” şöbəsi ilə birləşdirilməsi haqqında məlumatlandırılması və ona müəllim kimi 650 saat dərs yükü verilməsi göstərilmişdir. Həmçinin işin araşdırılmış hallarından görünür ki, iddiaçı tutduğu vəzifədən azad olunduğuna görə 02.11.2020-ci il tarixindən kollecə daha gəlməyərək yalnız müəllim kimi dərslərini onlayn şəkildə aparmışdır. Bu müddət ərzində isə “Tibbi profilaktika” şöbəsinə aid olan bütün işlərin yerinə yetirilməsi şöbə müdiri İ.E.Allahverdiyeva tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, 02.11.2021-ci il tarixdən iddiaçı “Tibbi profilaktika” şöbəsinin müdiri kimi üzərinə düşən vəzifələri yerinə yetirməməsi faktı mövcuddur və iddaçı bu halı təkzib edən hər hansı sübut təqdim etməmiş, 06.04.2021-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə prosessual normaların tələblərini nəzərə alıb bu nəticəyə gəlir ki, iddiaçı göstərilən normaların dispozisiya şərtlərini pozmuş, tərəfindən iddia qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzürlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Cavabdeh tərəf də iddianın həmçinin bu əsasla da rədd edilməsini yazılı izahatında göstərmişdir. Məhkəmə iddia dəlillərinə hüquqi qiymət vermək məqsədi ilə hesab edir ki, iddiaçı tərəfindən məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunduğu təqdirdə belə onun iddia tələbləri əsaslı sayıla bilməz. Belə ki, iddiaçı tələbində əvvəlki iş yerinə bərpa edilməsi üçün əsas olan digər 2 məsələnin qanuniliyini mübahsələndirmişdir: 1) 02.11.2020-ci il tarixdən “Müalicə işi” və “Tibbi Profilaktika” şöbələrinin birləşdirilməsi və şöbə müdiri X2 təyin edilərək onun şöbə müdiri vəzifəsindən azad edilməsi barədə Kollecin 30.10.2020-ci il tarixli 188-K №- li əmrinin ləğv edilməsi; 2) 02.11.2020-ci il tarixdən şöbə müdiri vəzifəsindən azad edilərək 1.0 vahid tarif həcmində 630 saat dərs yükü ayrılmaqla müəllim vəzifəsinə keçirilməsi barədə iddiaçı ilə Koll arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 30.10.2020-ci il tarixli müqavilənin ləğv edilməsi Məhkəmə 30.10.2020-ci il tarixli 188-K №- li əmrin ləğv edilməsi ilə əlaqədar qeyd edir ki, qüvvədə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25.02.1997-ci il tarxili 126 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 04.03.1997-ci il tarixdə 35 nömrə altında qeydiyyata alınmış “Orta ixtisas dövləət təhsili müəssisələrinin şöbələri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinin şöbələri qanunvericilikdə müəyyən olunmuş qaydada açılır, təşkil edilir və ləğv olunur. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinin gündüz şöbəsi bir və ya bir neçə uyğun ixtisas üzrə ən azı 150 tələbə olduqda açılır. Həmçinin qüvvədə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 203 №- li 20.04.1998-ci il tarixli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 97 nömrə altında 27.04.1998-ci il tarixdə qeydiyyata alınmış “Orta ixtisas təhsili müəssisələrinin maddi texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum” Normaların 4-cü bölməsinə əsasən orta ixtisas təhsili müəssisələrinin gündüz şöbəsi bir və ya bir neçə uyğun ixtisas üzrə ən azı 150 tələbə olduqda açılır. Həmin Normaların 5-ci bölməsinə əsasən bu Standartın tələblərinə əməl edilməsində Dövlət Nəzarəti Azərbaycan Respublikası qanunvericiliyi ilə həll olunur. Bu standartın tələblərinə əməl olunmasına X7 müvafiq Nazirlik və İdarələrlə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyi həyata keçirir. Standartın tələblərinə riayət etmədən orta ixtisas təhsili müəssisələri qanunvericiliyə görə məsuliyyət daşıyırlar. Göründüyü kimi, normativ sənədlərdə hansı hallarda şöbənin mövcud ola bilməsi öz əksini tapmışdır. Həmçinin həmin normativlərə riayət olunmamasının məsuliyyətə səbəb olacağı da qeyd olunmuşdur. Təqdim edilmiş sənədlərdən də görünür ki, hələ 2006-2007 və 2010-2011-ci tədris illərindən Kollecin şöbələrinin bəzilərinin birləşdirilməsi halları baş vermiş və bu birləşdirmələrin həyata keçirilməsi üçün müəyyən əsaslar da olmuşdur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, 2020\2021-ci tədris ilində “Tibbi profilaktika” şöbəsi üzrə tələbə kontigenti 137 nəfər, “Müalicə işi” şöbəsi üzrə isə 220 nəfərdir. İşin materiallarından görünür ki, X10 Komitəsinin 15.10.2020-ci il tarixdə keçirilmiş iclasının gündəliyinə həmçinin “Tibbi profilaktika” şöbəsinin bağlanması salınmış, bu məsələ də iclasda müzakirə olunmuş və yekun olaraq qanunvericiliyə uyğun olaraq “Tibbi profilaktika” şöbəsinin bağlanması və "Müalicə” işi şöbəsi ilə birləşdirilməsi təklif olunaraq "Tibbi profilaktika” şöbə müdirinin fəaliyyətini dayandırıldığı üçün İddiaçı tam dərs yükü ilə təmin edilməsi irəli sürülmüş, daha sonra Kollecin direktorunun 188-K №-li 30.10.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Ədliyyə və Təhsil Nazirliyinin “Orta ixtisas təhsil müəssisələrinin maddi texniki təchizatı, kadr potensialı və strukturuna qoyulan minimum” normalarına əsasən “Tibbi profilaktika” şöbəsində tələbələrin sayı bu normativlərə cavab vermədiyi üçün 02.11.2020-ci il tarixdən “Müalicə işi” və “Tibbi profilaktika” şöbələri birləşdirilmiş və şöbə müdiri X3 təyin edilmişdir. Eyni zamanda cavabdeh tərəfin izahatından görünür ki, şöbə müdiri İddiaçı bu vəzifədən azad edilərək müəllim vəzifəsinə keçirilməklə müəllimin 1.0 vahid tarif həcmində dərs yükü 500 saat olduğu halda İddiaçı 630 saat - 1.25 vahid tarif həcmində dərs yükü ayrılmışdır. İddiaçı 30.10.2020-ci il tarixli 188-k saylı əmrin ləğvinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları» adlanan 77- ci maddəsinin İ və İİİ hissələrinə, “İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər» adlanan 78-ci maddəsini İ hissəsinə istinad etməsini məhkəmə düzgün saymır. Belə ki, əvvəla iddiaçıya münasibətdə cavabdeh kollecdə işçilərin sayının və ştat ixtisarı olunması halı deyil, bir işdən başqa işə keçirilmə halı baş vermişdir. Bu halda isə Əmək Məcəlləsinin 77-ci maddəsi hazırki işə şamil edilə bilməz. Məhkəmə göstərilən qənaətə gələrkən nəzərə alır ki, iddiaçı ilə Kollec arasında əmək münasibətləri pozulmamış, iddiaçı hazırda Kollecdə müəllim vəzifəsində öz əmək fəaliyyətini davam etdirməkdədir. Bundan əlavə, işçilərin ixtisarı olunmadığı üçün birləşdirilmiş şöbəyə məhz iddiaçının deyil, başqa şəxsin təyin edilməsinin qanuniliyi də Əmək Məcəlləsinin 78-ci maddəsini müddəaları baxımından qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25.02.1997- ei il tarxili 126 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 04.03.1997-ci il tarixdə 35 nömrə altında qeydiyyata alınmış “Orta ixtisas - dövlət təhsili müəssisələrinin şöbələri haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən şöbə müdiri kifayət qədər pedaqoji staj və səriştəsi, yüksək səviyyəli nailiyyətləri və göstəriciləri olan, həmin Şöbədə hazırlanan ixtisaslara uyğun mütəxəssislərdən orta ixtisas təhsili müəssisəsi direktorunun əmri ilə təyin olunur. Məhkəmə qeyd edir ki Əsasnamədən də göründüyü kimi, şöbə müdiri vəzifəsinə kimin təyin olunması məsələsi birbaşa olaraq direktorun səlahiyyətindədir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi İ.E.Allahverdiyevanın şöbəsi deyil, İ.İddiaçı şöbəsi birləşdirmənin təsirinə məruz qalmışdır. Belə ki, “Tibbi profilaktika” şöbəsindən (137 nəfər) fərqli olaraq “Müalicə işi” şöbəsində tələbə kontingenti 220 nəfər olmuşdur. Həmçinin, cavabehin təqdim etdiyi sənədlərdən də görünür ki, Allahverdiyev İlahə 09.06.2016-cı il tarixdən, İddiaçı isə 14.09.2017-ci il tarixdən şöbə müdiri vəzifəsinə keçirilmişdir. X4 Şuşa rayonundan məcburi köçkün statusuna malik olmuşdur. Beləliklə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə direktor ona verilmiş hüquqdan istifadə edərək həmin vəzifəyə nəyə görə iddiaçını deyil, məhz İ.E.Allahverdiyevanı təyin etməsini əsaslandırmağına hüquqi əsas olmamış və bununla da heç bir qanun pozuntusuna yol verməmişdir. Məhkəmə iddiaçının 30.10.2020-ci il tarixli 188-k saylı əmrin qanunsuz olmasına dair irəli sürdüyü dəlillərə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, cavabdehin əməllərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin İİ hissəsinin və 84-cü maddəsinin İ hissəsinin müddəalarının pozulması halları olmadığı üçün həmin əmr 84-cü maddəsinin İİ hissəsinə əsasən də etibarsız sayılması üçün də hüquqi əsaslar mövcud deyildir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi halı baş verməmişdir. Göstərilən normalar isə əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu tənzimləyir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinin pozulması ilə bağlı qeyd edir ki, şöbə müdiri birbaşa olaraq direktor tərəfindən həyata keçirildiyindən attestasiya normalarının hazırki mübahisəyə aidiyyəti yoxdur. Belə ki, qeyd edilən norma işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtlərini tənzimləyir ki, hazırki halda da şöbələrin birləşdirilməsi zamanı hər iki şöbənin müdirinin hansının birləşdirilmiş şöbəyə təyin edilməsi zamanı attestasiya keçirilməsinin mütləq olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddiaçı barəsində verilən əmrin qanunsuz olmasının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün də iddiaçının 30.10.2020-ci il tarixli 188-k saylı əmrin qanunsuz olmasına dair dəlillərinin əsaslı olmaması nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin 02.11.2020-ci il tarixdən şöbə müdiri vəzifəsindən azad edilərək 1.0 vahid tarif həcmində 630 saat dərs yükü ayrılmaqla müəllim vəzifəsinə keçirilməsi barədə onunla Kollec arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 30.10.2020-ci il tarixli müqavilənin ləğv edilməsi dəlilinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-ci hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Məhkəmə qeyd edir ki, Kollecin “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən dəyişiklik və əlavələr haqqında Kollecin direktoru Dilarə Məmmədəliyeva arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 30.10.2020-ci il tarixli müqaviləsində iddiaçının imzası olmaması faktı mövcuddur. Lakin məhkəmə hesab edir ki, bu halın mövcudluğu da iddiaçının tələbinin bu hissəsinin əsaslı olması üçün yetərli deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2020-ci ilin noyabr ayından etibarən müəllim kimi vəzifə funksiyalarını icra etməyə başlamış və buna uyğun əmək haqqı almışdır. Başqa sözlə, işin araşdırılmış halları və tərəflərin tələbin bu hissəsi əlaqədar verdikləri izahatlardan aydın olur ki, iddiaçı 02.11,2020-ci il tarixdən etibarən artıq şöbə müdiri vəzifəsində işləmədiyini bilirdi, lakin iddiaçıya həmin müqaviləyə əlavənin imzalanması müxtəlif formalarda ( telefonla, şifahi surətdə) dələlərlə təklif edilməsinə baxmayaraq o bu sənədi imzalamalı olduğu halda bundan yayınmış və sonradan pandemiya ilə əlaqədar distant tədris mövcud olduğundan bu günə qədər də həmin əlavəni imzalamağa təşəbbüs göstərməmişdir. Bütün bu hallar ona dəlalət edir ki, iddiaçı əmək şəraitinin dəyişdirilməsinə susmaqla razılığını bildirmişdir. Əks halda iddiaçı bununla əlaqədar olaraq vaxtında həmin müqaviləyə edilən əlavə və dəyişikliyi mübahisələndirmək hüququndan istifadə edərdi. Lakin yuxarıda qeyd edildiyi kimi iddiaçı bununla bağlı məhkəməyə müraciət müddətini də buraxmışdır. Məhkəmə iddiaçının 02.11.2020-ci il tarixdən etibarən artıq şöbə müdiri vəzifəsində işləmədiyini, bununla bağlı əmək müqaviləsinə əlavə və dəyişiklik edilməsi ilə əlaqədar onu imzalamalı olmasını bildiyi halda, sözügedən müqavilədə imzasının olmamasından istifadə edərək məhkəməyə müraciət müddətini ötürməklə hazırki iddianı qaldırmasını hüquqdan sui-istifadə kimi qiymətləndirir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Müılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X13 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Azərbaycan Respublikasının MPM-nin: - 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı X16rşı əmrin və əmək müqaviləsinə dəyişiklil və əlavələr edilməsi barədə müqavilənin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2884/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2884/2021
07.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver