Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2891/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs XXX nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs XXX cəlb edilməklə “1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonuna kimi Azərbaycan Respublikası XXX milis nəfəri kimi məşqçi müəllim işləməyi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası XXXcəlb edilməklə “1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonuna kimi Azərbaycan Respublikası XXX və X2 Hazırlayan Məktəbdə milis nəfəri kimi məşqçi müəllim işləməyi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək mülki işə mahiyyəti üzrə baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası XXX və X2 Hazırlayan Məktəbin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-8274/2018 nömrəli qərarına əsasən müəyyən edilir ki, Ərizəçi Atabala oğlu “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonuna kimi X1 Alayında milis nəfəri kimi xidmət keçməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən A.Məmmədov, iş 2(004)-8072/2016) ərizə təmin edilmişdir. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Məhərrəmova və İ.Vəliyev, iş № 2(103)- 8797/2016) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı ilə (hakimlər Ərizəçi (sədrlik edən və məruzəçi), A.İskəndərov və İ.Dəmirov, iş № 2(102)-3940/2018) Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 19 sentyabr 2018-ci il tаrixli qərardadı ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)- 8853/2018) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-8072/2016 saylı iş üzrə 07 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan kassasiya şikayət verilsə də, qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-16/2025 nömrəli qərarına əsasən müəyyən edilir ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Belə ki, həmin iş üzrə iddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arxivinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqaüd alması üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qəbul edilməsini və tələbinin “xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1946-cı ildə anadan olmuşdur. 1974- 1992-ci illərdə XXX-də çalışmışdır. 1974-1980-ci ilə kimi Dinamo cəmiyyətində muzdlu məşqçi cüdo idman növü üzrə işləmişdir. Maaşı 105 manat olmuşdur. XXX-nin Milli Komandasını cüdo və fiziki hazırlıq yarışlarına hazırlamışdır. 1974-cü ilin iyul ayında onu DİN-nin Tədris Mərkəzində kursa göndərmişlər. 1975-ci ildə Tədris Mərkəzini bitirəndən sonra ona DİN-də əmr vermişlər və onun adına tapança pistolet-makarova, 2 ədəd sandıqca və 16 patron-1975-ci il tapançanın vəsiqəsini adına yazmışlar. XXX-nin arxivində heç bir sənəd qalmamışdır. Necə ola bilər ki, polis işçilərinin sənədləri itsin, ya da yoxa çıxsın. Əgər yandırılıbsa, onda akt tərtib olunmalı, sıra-sıra dalbadal hər bir sənədin və polis işçisinin adı qeyd olunmalı idi. Ona görə onun təqaüdə çıxmağı üçün sənəd qalmamışdır. 1987-ci ildə əmr verilmişdir ki, 1975-ci ildə tapançanı onun adına yazmışlar, lakin indi deyirlər ki, sənədin əsası yoxdur. Ona görə ona təqaüd verə bilmirlər. XXX-nin Tədris Mərkəzinə tapançanın verilməsi haqqında sənədin, yəni 1987-ci ildəki əmrin ona verilməsi ilə bağlı ərizə yazmışdır. Ona bu sənədi verməyə səlahiyyətlərinin olmadığı, tapançanın sənədinin mülki şəxslərə verilmədiyi, yalnız polisdə çalışanlara verildiyi bildirilmişdir. Belə ki, tapançanın vəsiqəsi məhkəmədə təsdiq olunsa, o, təqaüd ala bilər. 1974-cü il iyul ayından 1992-ci il 16 yanvaradək polisdə çalışmışdır, onun ümumi stajı XXX-də 21 il 9 aydır. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)- 8274/2018 nömrəli qərarına əsasən müəyyən edilir ki, ərizəçinin eyni məzmunlu, eyni faktiki və hüquqi əsaslara söykənən, eyni dövrləri əhatə edən ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad qanuni qüvvəyə minmişdir. Deməli, məhz eyni faktiki və hüquqi əsaslar baxımından sözügedən məsələyə baxılmış və yekun məhkəmə aktı qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 261.0.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs XXx cəlb edilməklə “1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonuna kimi XXX milis nəfəri kimi məşqçi müəllim işləməyi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2891/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2891/2025
29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver