Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2895/2022 30.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı “mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X5 ilə 27 nart 2013-cü il tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində akt qeydi ilə qeydə alınmış ikah bağlamışdır. Birgə nikahdan 24 avqust 2013-cü il tarixdə X7 və 03 mart 2017-ci il tarixdə isə X9 doğulmuşdu. Birgə nikah dövründə 2019-cu il tarixdə cavabdehlə nikahda olduqları dövrdə ünvan 2 ünvanında yerləşən 30 saylı mənzili almışlar. Həmin mənzil birgə nikah dövründə əldə olunduğundan onların birgə əmlakıdır. Bundan sonra cavabdehlə aralarında narazılıqlar yarandığı üçün Yasamal rayon məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(004)-4540/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin cavabdeh onu mənzilə buraxmamışdır. Hazırda kirayədə yaşayır. Uşaqların alimentini verməkdə çətinlik çəkir. Həmin mənzilin alınmasında ilkin ödənişi və digər ödənişləri iddiaçı ödəmişdir. Lakin həmin mənzildən yaşamaq hüququndan məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, şəhid övladı olduğu üçün mənzili güzəştli ipoteka krediti vasitəsilə 2019-cu ilin fevral ayının 15-də əldə etmişlər. İddiaçı mənzildə 5-6 ay yaşamış, hərbiçi olduğu üçün hərbi xidmət üçün getmişdir. İddiaçı uşaqlarını görmək üçün belə gəlmir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-4540/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək, X5 ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Hacıqabul Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 100 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24 avqust 2013-cü il təvəllüdlü X7 və 03 mart 2017-ci il təvəllüdlü X4 anaları X2 yanında saxlanılması və 24 avqust 2013-cü il təvəllüdlü X7 və 03 mart 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər biri üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil X2 adına ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə əldə edilmiş əmlak barədə məlumatdan görünür ki, Cavabdeh adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil "xxxx" ASC – nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 24 avqust 2013-cü il il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahdan uşaqları - 24 avqust 2013-cü il təvəllüdlü X7 və 03 mart 2017-ci il təvəllüdlü X9 anadan olmuşlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuşdur. Mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə "xxxx" MMC –dən güzəştli ipoteka krediti vasitəsilə alqı-satqı yolu ilə əldə edilmiş, xx.xx.2019-cu il tarixdə Niftalıyeva (Eynalova) Şəhla Ağasəf qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh nikahda olduqları dövrdə mübahisəli mənzildə yaşamışdır. Göründüyü kimi, mübahisəli mənzil cavabdehlə iddiaçının birgə nikahları müddətində əvəzli şəkildə, ilkin ödəniş edilməklə güzəştli ipoteka krediti vasitəsilə alqı-satqı yolu ilə əldə edildiyindən, göstərilən mənzil tərəflərin birgə ümumi mülkiyyətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ərarvadın ümumi birgə mülkiyyətindir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaklara dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakların bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak olan mübahisəli mənzil onların ümumi mülkiyyətidir. Buna görə də məhkəmə hesab edir ki, mübahisəli mənzil tərəflərin ümumi mülkiyyəti olduğundan, İddiaçı, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik və istifadə hüququna malikdir. Lakin, Cavabdeh onu mübahisəli mənzilə buraxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı özünün mübahisəli mənzilə köçürülmələrini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilə köçürülməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2895/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2895/2022
30.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver