Məhkəmə qərarları › İş №2(004)-2901/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2901/2025

21.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2901/2025 21.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X9 və Cavabdeh1na qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X9 və Cavabdeh1na qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın ləğvi və miras payların yenidən müəyyən edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, N.Aşurbəyova küçəsi, ev 160 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Reyestrdə 2V-İ07 nömrə ilə qeyd edilmiş 09 sentyabr 2019-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, payların cavabdeh olan Cavabdeh3 və qızı Cavabdeh4 qızma 3/8, Cavabdeh2 3/8 və İddiaçı 3/8 hissədə olmaqla 3 bərabər hissədə bölünərək yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsinin 5 saylı Notariat ofisinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mərhum atası vəfat etmədən əvvəl hazırda miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, N.Aşurbəyova küçəsi, ev 160 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 8 hissədən ibarət payı olmaqla xüsusi mülkiyyətində olmuşdur. Mərhum atası vəfat edəndə onları yığaraq şifahi olaraq vəsiyyət etmişdir ki, vəfat edəndən sonra onun mülkiyyətində olan pay hüququ cavabdeh olanların yəni cavabdeh olan Cavabdeh3 və qızı Cavabdeh4 bir pay, digər övladları olan o və Cavabdeh2 hər birilərinə ayrı-ayrılıqda bir pay olmaqla 3 bərabər hissədə payların bölünməsini istədiyini bildirmişdir. Mərhum atası vəfat edəndən sonra qardaşı olan Cavabdeh2 cavabdeh olan 5 saylı Notariat orqanına müraciət etmiş və vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açılanda da onlara xəbərdarlıq edilməmişdir. Sonradan o, vərəsəlik şəhadətnaməsi almaq üçün cavabdeh olan 5 saylıl Notariat ofisinə yaxınlaşmışdır. Bu zaman ona artıq vərəsəlik işinin açıldığı və hətta vərəsə olan qardaşına vərəsəlik şəhadətnaməsi verildiyi bildirildi, hətta qalan hissənin də bərabər deyil 1/2 hissəsinin yenidən 3 hissə olmaqla bölünərək şəhadətnamə veriləcəyi bildirilmişdir. Bu zaman o, mərhum atasının şifahi olaraq bütün vərəsələr arasında miras əmlakın qeyd etdiyi qaydada bölünməsinin istəyi olduğunu bildirmiş və buna uyğun olaraq pay bölgüsünün aparılaraq yeni vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etmişdir. Hətta payların qeyd edildiyi kimi bölünməsində cavabdeh olan bütün vərəsələrin buna razı olduğunu nəzərlərinə çatdırmışdır. Bütün bunlara baxmayaraq, cavabdeh olan 5 saylı Notariat ofisi artıq şəhadətnamənin verildiyini, ləğv edə bilmək səlahiyyətinin olmadığını və qanundan kənar vərəsəlik payları barədə mübahisə və tələbləri olduğu üçün yeni vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilərək bununla bağlı məhkəməyə müraciət etməyi rəsmi məktubla bildirmişlər. Hesab edir ki, yuxarıda qeyd edilənləri və hər bir vərəsənin buna razı olduğunu nəzərə alınaraq vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş Çıxarış ləğv edilməli, payların cavabdeh olan Cavabdeh3 və qızı Cavabdeh4 bir pay. digər övladları olan o və Cavabdeh2 hər birilərinə ayrı-ayrılıqda bir pay olmaqla, 3 bərabər hissədə bölünərək yeni vərəsəlik şəhadətnaməsinin verilməsi notariat ofisinə həvalə edilməlidir. Daha sonra İddiaçı elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, vərəsələr üzrə yenidən pay bölgüsünü mərhum X1nun şifahi vəsiyyətinə uyğun aparılması üçün xx.xx.2019-cu il tarixində qardaşı Cavabdeh2 Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüquqi haqqında şəhadətnaməni və 8/1 pay qeyd olunmaqla xx.xx.2025-ci il tarixində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən alınmış ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul edərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 iddianı qəbul edərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş XXİ-ЖГ 263529 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 3113 nömrə ilə qeyd edilmişdir. X1, anası X4r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş XXİ-ЖГ 263528 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh2 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmişdir. X1, anası X4r. İş materiallarında olan Vİİ-ЖГ 443639 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə X8 xx.xx.2001-ci il tarixdə nikahlarını Bakı şəhəri Yasamal rayonu VVAQ şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 254 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Xalıqov", arvada "Xalıqova" soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş İ 006261 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh4 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 726 nömrə ilə qeyd edilmişdir. X1, anası Cavabdeh3dır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ 006491 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 467 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2019 tarixdə ölmüş X3 vərəsəsi oğlu - Cavabdeh2 Oglu - Bakı şəh., Yasamal ray., ( AA*******, xx/xx/2019 - BAKİ-ASAN3, FİN:) və o miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə X5 verilmiş **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 289.9 kv/m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə qalan hissə paydan ibarətdir. 1/2 hissə paya mülkiyyət şəhadətnaməsi və 3/8 hissə paya qanun üzrə vərəsəlik şəhadətnaməsi veriləcəkdir. İş materiallarında olan Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 225 nömrəli məktubuna əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmış fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alma ilə əlaqədar ərizəyə baxılmışdır. Lakin digər vərəsələrlə mübahisə etdiyi üçün şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Aşurbəyova küçəsi, ev 160 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 289.90 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 1/8 pay hissədə Cavabdeh2 adına xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehlərin iddianı etiraf etməsini nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, cavabdehlərin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 adına verilmiş Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V- 107 nömrə ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 adına verilmiş Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-107 nömrə ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2025ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar