Məhkəmə qərarları › İş №2(004)-2912/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2912/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2912/2023 27.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “qərarın verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “qərarın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 593-cü məhəllədə inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6 mərtəbəsində yerləşən ümumi sahəsi 190,6 kv.m olan 5 otaqlı 9 saylı mənzilin satılması barədə kooperativin üzlərinin ümumi yığıncağının qərarının cavabdeh "xxxx" Mənzil-tikinti kooperativindən ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o rəsmi qaydada ərizə ilə cavabdehə müraciət edərək xahiş etmişdi ki, ona xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 593-cü məhəllədə inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6 mərtəbəsində yerləşən ümumi sahəsi 190,6 kv.m olan 5 otaqlı 9 saylı mənzilin satılması barədə cavabdeh "xxxx" Mənzil-tikinti kooperativinin üzlərinin ümumi yığıncağının qərarının verilməsi barədə göstəriş versin. Müraciətdən 8 aydan artıq müddətin keçməsinə baxmayaraq ona heç bir rəsmi cavab verilməmişdir. Belə ki, işin faktiki hallan bundan ibarətdir ki, xx.xx.2016-cı il tarixdə mənimlə cavabdeh "xxxx" Mənzil-tikinti kooperativi arasında Kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 593-cü məhəllədə inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6 mərtəbəsində yerləşən ümumi sahəsi 190,6 kv.m olan 5 otaqlı 9 saylı mənzil ona satılmışdır. Mənzilin dəyəri 49.464 ABŞ dolların manat kursu onun tərəfindən cavabdehə ödənilmişdir. Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh tərəfindən ona xx.xx.2016-cı il tarixli 555 saylı maliyyə Arayışı verilmişdir. Halhazırda ona müqaviləyə əsasən Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 593-cü məhəllədə inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6 mərtəbəsində yerləşən ümumi sahəsi 190,6 kv.m olan 5 otaqlı 9 saylı mənzilin satılması barədə cavabdeh "xxxx" Mənzil-tikinti kooperativinin üzlərinin ümumi yığıncağının qərarı lazımdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 24 avqust 2016-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən tərəflər “kooperativ” Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 593-cü məhəllədə yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasında 9 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqında vaxtında ödənilməsi barədə razılığa gəlmişlər. "xxxx" MTK-nın 24 avqust 2016-cı il tarixli 555 nömrəli arayışdan görünür ki, "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 593-cü məhəllədə inşa etdiyi yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 190,6 kv.m yaşayış sahəsi 116,1 kv.m olan 9 saylı 5 otaqlı mənzilin dəyəri tam ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İddiaçı göndərdiyi 15 mart 2022-ci il tarixli **********43 nömrəli məktubdan görünür ki, mənzil-tikinti kooperativləri tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzil sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə isə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Odur ki, iddia tələbi təmin edilərək xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 593-cü məhəllədə inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 190,6 kv.m olan 5 otaqlı 9 saylı mənzilin satılması barədə kooperativin üzvlərinin ümumi yığıncağının qərarını İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, mMəhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 593cü məhəllədə inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 190,6 kv.m olan 5 otaqlı 9 saylı mənzilin satılması barədə kooperativin üzvlərinin ümumi yığıncağının qərarını İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar