Məhkəmə qərarları › İş №2(004)-2913/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2913/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2913/2022 05.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X8, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və X1rşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və X1rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və X2 "xxxx" MMC-nin sifarişi ilə çəkildiyi reklam çarxları üçün ona vəd edilən 2.000 manatdan qalan 1400 manat və əlavə olaraq icazəsi olmadan qanunsuz olaraq bildordlarda və jurnallarda surətinin əks etdirilməsinə görə 2.000 manat olmaqla, ümumilikdə 3.400 manatın, eləcə də iddia ərizəsinə görə ödənilən 54 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin yay aylarında X6 adlı şəxs ona "xxxx" MMC şirkətinin model olaraq muzd müqabilində reklam çarxında çəkilməyi təklif etmişdir. Təklifdə bildirilmişdir ki, model olaraq foto və video şəkilləri yalnız sosial şəbəkələrdə nümayiş etdiriləcəkdir. O, təklifə 2.000 (iki min) manat müqabilində razılıq vermişdir. Həmin çəkilişlər Cavabdeh1 MMC tərəfindən aparıldığına görə Anastasiya sözügedən şirkətin rəhbəri Fərid adlı şəxslə onu tanış etmiş və ünvan 1 ünvanında yerləşən mənzildə çəkilişlər başlamışdır. Çəkiliş zamanı kamera qarşısında poz verdiyi anda Anastasiya tələsik şəkildə ona yaxınlaşaraq “bu sənədə imza çək” deyərək hansısa kağız üzərində tərtib edilmiş mətnə ona imza etdirmişdir. Çəkiliş qurtardıqdan sonra o, Anastasiyadan həmin imzaladığı sənədi tələb etsə də, müxtəlif bəhanələrlə ona göstərməkdən yayınmışdır. Bir müddət sonra çəkildiyi reklam sosial şəbəkələrdə yox, həm də icazəsi olmadan Azərbaycanın müxtəlif yerlərində küçələrdə quraşdırılmış reklam bilbordlarında (bildiriş və elanlar üçün lövhə) və jurnallarda da nümayiş etdirilmişdir. Baxmayaraq ki, Anastasiya ilə razılaşmalarında yalnız sosial şəbəkələrdə surətinin əks etdirilməsinə görə ona 2.000 manat muzd veriləcəyi vəd edilmişdi. Buna baxmayaraq tək sosial şəbəkələrdə göstərilən reklama görə vəd edilən məbləğdən Anastasiya ona cəmi 600 manat pul vermişdir. O pulun qalan hissəsini-1400 manatı, eləcə də icazəsi alınmayan əlavə bilbord və jurnallarda nümayiş etdirilən reklama görə ödənişi tələb etsə də, heç bir nəticə olmamışdır. Vəziyyəti belə gördükdə Cavabdeh1 MMC-nin rəhbəri Fəridlə telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Söhbət əsnasında məlum olmuşdur ki, Fərid Anastasiyaya ona çatacaq 2.000 manat məbləği tam ödəmiş və eləcə də Fərid bildirmişdir ki, bilbordlarda və jurnallarda surətinin əks olunmasına guya Anastasiyaya müqavilə əsasında razılıq vermişdir. Reklam şirkətləri yeni simalar axtarır və bir dəfə bu növ reklamda çəkilən şəxsə daha müraciət edilmir, belə lövhələr üçün çəkilişə yüksək qonorar ödənildiyi üçün gələcəkdə o, bu fürsətdən məhrum olunur. Cavabdeh1 MMC-yə vəkil sorğusu ilə müraciət edilərək "xxxx" MMC-nin reklam çarxında çəkilişlərin aparılması üçün razılığını təsdiq edən sənədlərin surətinin ona göndərilməsi xahiş edilmişdir. Cavab olaraq adı müqavilə olsa da, forması və məzmununa görə müqaviləyə uyğun olmayan saxta bir sənəd göndərilmişdir. Hadisə ilə bağlı Nəsimi RPİ-nə şikayət ərizəsi ilə müraciət etmiş və Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Valeh Abdullayev tərəfindən aparılan araşdırma nəticəsində Cavabdeh1 MMC-nin rəhbəri İsmayılov Fəridin görülən işlərə görə ona çatası 3.950 manat pulu Anastasiyaya verdiyi məlum olmuşdur. Hesab edir ki, Anastasiya Sədrəddinova və Cavabdeh1 MMC onun etibarından sui-istifadə edərək qanunsuz qazanc əldə etmək üçün onu aldatmış, surətindən istifadə edərək görülən işlərin qarşılığında ona vəd etdikləri məbləği və eləcə də, əlavə olaraq bilbordlarda və jurnallarda icazəsi olmadan çəkildiyi foto və videoların qonorarını ödəmədiklərinə görə məsuliyyətə cəlb edilməlidirlər. Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etirazla müraciət edərək İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, ilkin olaraq nəzərə alınmalıdır ki, onunla iddiaçı arasında heç bir yazılı və şifahi razılaşma və əqd olmamışdır. O, iddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. Onun X6 ilə əməkdaşlığı olmuşdur. X6 və İddiaçı arasında hər hansı razılaşma barədə onların məlumatı olmamışdır. Göründüyü kimi, iddiaçı mülki hüquqlarından sui-istifadə edərək aralarında heç bir razılaşma olmadığı, onun qarşısında öhdəliyi olmadığı halda ona qarşı əsassız iddia qaldırmışdır. İddiaçı onlara qarşı öz iddia tələbini heç cür əsaslandırmadan əsassız və qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, çəkiliş zamanı arada fasilə olduğu vaxt Anastasiya və Cavabdeh1 MMC-nin əməkdaşı ona yaxınlaşaraq oxuya bilmədiyi sənədə imza etdirmişlər. O, imzaladığı sənəd Azərbaycan dilində tərtib edildiyindən, həmin vaxt Azərbaycan dilini sərbəst bilmədiyindən onlardan sənədin nə ilə bağlı olmasını soruşduqda, ona bildirilmişdir ki, şəkillərin sosial şəbəkələrdə və instaqramda yayımlanması üçün onun razılaşmasıdır. Hətta ona narahatçılığa əsas olmadığını əmin etmişlər. Hətta həmin vaxt otaqda çəkilişlərdə iştirak edən kostyumprodüseri Səbinə və Cavabdeh1 MMC-nin rəhbəri Fərid də olmuşdur. Çəkilişlər fasiləsiz davam etdiyindən o, tələsik ona təqdim edilən razılaşmanı oxumadan imzalamışdır. Ümumi soruşduqda isə ona bildirilmişdir ki, narahatçılığa əsas yoxdur, videonun yayımlanması ilə bağlı razılıqdır. Lakin ona şəkillərinin bilbordlarda yayımlanacağı barədə məlumat verilməmişdir. Verilmiş suallara əsasən o, qeyd etmişdir ki, razılaşmanı Cavabdeh1 MMC-nin əməkdaşı gətirsə də, Anastasiyanın göstərişi ilə imzalamışdır. Razılaşmanın şərtləri, ona ödəniləcək qonarar barədə o, Anastasiya ilə danışıb razılaşmışdı. Çəkiliş zamanı Anastasiya ona ilkin olaraq 600 manat ödəniş etmiş, qalan 1400 manatı isə çəkilişdən sonra ödəyəcəyini vəd etsə də, bu vədinə əməl etməmişdir. Anastasiya ilə qonarar barədə danışıqlarının şahidi kostyum-prodüseri Səbinə olmuşdur. Göstərilənlərlə yanaşı o, Cavabdeh1 MMC ilə münasibətlərdə onu təmsil etməsi haqqında Anastasiyaya səlahiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X12 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq izahatında bildirdi ki, müqavilənin məzmununda çəkiliş saatları və ya çəkiliş sayları göstərilmədiyindən, eləcə də əlverişsiz şərtlərlə bağlandığından etibarsızdır, lakin bu hal onların mənafeyinə uyğun olmadığından bu barədə tələb yoxdur. Bundan başqa hazırki iddia tələbi cavabdehlər həm Cavabdeh1 MMC, həm də X1rşı olsa da, əsas çəkişmə iddiaçı ilə Anastasiya arasında olmuşdur. Çünki iddiaçı ilə bütün danışıqları Anastasiya aparmışdır. Cavabdeh Anastasiya isə onun tələbinə qarşı məhkəməyə sübutlarını təqdim edəcəyini bildirsə də, hər hansı sübut təqdim etməmişdir. O, həmçinin qeyd etmişdir ki, məhkəmədən əvvəl Anastasiya barəsində polis bölməsinə şikayət etmiş və müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, şirkət Anastasiyaya 3950 manat ödəniş etmişdir. Lakin Anastasiya iddiaçının pulunu tam ödəməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X10 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, rəhbərlik etdiyi şirkət reklam işləri ilə məşğul olur. Bunun üçün onlar mütəmadi olaraq işin təşkili üçün model agentləri ilə əlaqədə olur. X5 da agent olaraq tanıdığından "xxxx" şirkətinin sifarişi ilə reklam çarxı hazırlanması üçün ona model tapmasını xahiş etmişdir. Lakin onun Anastasiya ilə razılaşmasına dair hər hansı formada müqavilə bağlanmamışdır. Anastasiyanın işi yalnız modelləri tapıb onlarla danışıqlar aparılması olmuşdur. İddiaçı Anastasiya vasitəsilə tanımış və Cavabdeh1 MMC-nin hər hansı səlahiyyətli nümayəndəsi tərəfindən danışıqlar aparılmamışdır. Çünki bu işi Anastasiya görürdü. Çəkilişdən sonra o, videoçarxda çəkilən iki model, yəni Vüqar və Nigara qonarar kimi ödənilməsi üçün 3950 manat pul vəsaiti vermişdir. İddiaçının bilbordlarla bağlı tələbinə gəldikdə isə qeyd edir ki, iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən ona təqdim edilmiş 30 noyabr 2020-ci il tarixli “Hüquqların verilməsi haqqında müqavilə”ni X3 və kostyum meneceri Səbinə Məhərrəmlinin iştirakları ilə könüllü şəkildə imzalamışdır. Həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh1 MMC-yə onun pozlarının, hərəkət və görünüşlərinin yazılmasına, çəkilməsinə və eləcə də şəkillərinin, siluetinin, fiziki cəhətdən ona oxşayan materialların “X16” reklam çarxında istifadəsinə icazə vermişdir. İddiaçı həmçinin yuxarıda təsvir olunan materialların istənilən mövcud olan və gələcəkdə icad olunacaq qurğular vasitəsilə limitsiz reklam, promouşen, sərgiləndirmə məqsədilə istifadə hüququnu Cavabdeh1 MMC-yə və "xxxx" MMC şirkətlərinə vermişdir. Müqavilədən də göründüyü kimi iddiaçı onun təmsil olunduğu reklam çarxının və fotoşəkillərinin limitsiz şəkildə istifadə hüququnu şirkətə vermişdir. Onun iddiaçı qarşısında icra edilməmiş hər hansı öhdəliyi yoxdur. Çünki modellərə ödənilməsi üçün qonarar olaraq iki aktyor üçün 3950 (üç min doqquz yüz əlli) manatı o, X4 vermişdir. Göründüyü kimi iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, 30 noyabr 2020-ci il tarixli “Hüquqların verilməsi haqqında müqavilə”ni o, şəxsən özü aktyorlar Nigar və Vüqara təqdim etmişdir. Lakin aktyorlarla danışıqları Anastasiya apardığından onlar 3950 manat ödənişi Anastasiyaya vermişlər. Lakin Anastasiyanın onlara nə qədər verəcəyi barədə məlumatları olmamışdır. Nigara isə müqaviləni imzalayarkən bütün şərtlər izah edilmişdir və o, müqaviləni könüllü olaraq imzalamışdır. Şirkətə qarşı tələb əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X4 məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclaslarına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh X6 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, reklam agentliyi ilə məşğul olmaqla, proyektlər əsasında reklam şirkətlərindən sifariş götürür. Hazırki iş üzrə Cavabdeh1 MMC-nin sifarişi əsasında reklam çarxı üçün öz modellərini təklif etmiş, kişi modelləri arasında onun modeli olan Vüqarı şirkət bəyənsə də, lakin qadin modelləri bəyənməmişdir. Bunun üçün o, şirkətə kənardan model axtarmış və ümumi tanışlarının məsləhəti ilə Nigarı model olaraq təklif etmiş və şirkət onu bəyənmişdir. Lakin o, yalnız öz modeli Vüqarı təmsil etmiş, Nigarla şirkət arasında aparılan danışıqlarda marağı olmadığından iştirak etməmiş, nə şirkət ona, nə də o, şirkətə pul verməmişdir. Nigarın müqaviləsi barəsində isə onu qeyd etmişdir ki, o, öz modelinə görə çəkilişlərdə iştirak etdiyi üçün onun müqaviləni könüllü imzalamasının şahidi olmuşdur. Gedən danışıqlardan eşidib bilmişdir ki, Nigara 800 manat ödəniş edilmişdir. Sonrakı danışıqlardan anlamışdır ki, Nigar az məbləğə razılıq verdiyi üçün peşman olmuş və bu qaydada onlardan pul tələb edir. Bundan başqa onun şirkətlə heç bir müqaviləsi olmamış, çünki o, şirkətə yalnız modelləri tapmaqda vasitəçilik etmiş, çəkilişlərdə isə agenti olduğu Vüqara görə iştirak etmişdir ki, onunla müqaviləsi mövcuddur. X6 Cavabdeh1 MMC tərəfindən ona 3950 manat ödəniş edilməsini təkzib etdi. Odur ki, göstərilənlərə əsasən ona qarşı iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, hazırki çəkilişə onu Anastasiya kostyum meneceri olaraq dəvət etmişdir. Çəkilişlər zamanı fasilə ərəfəsində MərkəzProduction” MMC-nin əməkdaşı Nicatın iştirakı ilə Anastasiyanın ona təqdim etdiyi müqaviləni imzalamasını görmüşdür. Həmin vaxt Nigarla Anastasiya arasında gedən danışıqlar zamanı, Anastasiya Nigara demişdir ki, 600 (altı yüz) manatı həmin gün, qalan 1400 (bir min dörd yüz) manatı isə çəkiləşlərdən sonra ona verəcəkdir. Verilmiş suallar əsasında şahid bildirmişdir ki, kostyum menecer olaraq onun əmək haqqını şirkət ödəmişdir. Lakin modellərin ödənişinin kim tərəfindən həyata keçirilməsi barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iddia ərizəsini və iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 30 noyabr 2020-ci il tarixli İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış “Hüquqların verilməsi müqaviləsi”ndən görünür ki, İddiaçı Cavabdeh1 MMC şirkətinə oyun pozalarının, hərəkət və görünüşlərinin yazılmasına, çəkilməsinə və eləcə də, şəkillərinin, siluetinin, fiziki cəhətdən ona oxşayan materialların “X16” reklam çarxında istifadəsinə icazə vermişdir. O, həmçinin hazırda təsvir olunmuş materialların istənilən mövcud olan və gələcəkdə icad olunacaq qurğular vasitəsi ilə limitsiz reklam, promouşen, sərgiləndirmə məqsədilə istifadə hüququnu Cavabdeh1 MMC və "xxxx" MMC şirkətlərinə vermişdir. - "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi X9 ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilədə İddiaçı ümumiyyətlə tərəf kimi qeyd olunmamışdır. - Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Valeh Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Cavabdeh1 MMC-nin nümayəndəsi orada verdiyi izahatında da 2 model üçün Anastasiyaya 3.950 manat pul verməsini təsdiq etmişdir. - Məhkəməyə təqdim edilmiş yazışmalardan müəyyən edilir ki, watsapp proqramı vasitəsilə göndərilmiş səsyazılarında iddiaçı ilə danışıqlarında Anastasiya onunla iddiaçı və ya şirkət arasında müqavilə bağlanmadığını bildirmişdir. - Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən və reklam çarxından müəyyən edilir ki, iddiaçının fotoşəkilləri ölkə ərazisi üzrə müxtəlif reklam lövhələrində yerləşdirilmiş və videoçarx yayımlanmışdır. Beləliklə hazırki işin faktiki halları ilə müəyyən edilir ki, 30 noyabr 2020-ci il tarixli “Hüquqların verilməsi müqaviləsi”nə əsasən iddiaçı ilə bilavasitə Cavabdeh1 MMC arasında müqavilələrindən irəli gələn öhdəliklər yaranmışdır. Həmçinin işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh X6 arasında hər hansı formada müqavilə və ya razılaşma bağlanmamış, həmçinin 3-cü şəxslər qarşısında onu təmsil etmək səlahiyyəti verilməmişdir. Belə ki, Cavabdeh1 MMC-nin nümayəndələri məhkəmə iclasında verdikləri izahatlarında cavabdeh X3 İddiaçı təmsil etmək səlahiyyətinin olmaması barədə məlumatlı olduqlarını etiraf etmişlər. Dolayısı ilə cavabdeh Anastasiya iddiaçı Nigarın adından ödənişi qəbul etməsi üçün ixtiyarlı şəxs olmamışdır. Belə olan halda Cavabdeh1 MMC müqavilə əsasında üzərinə götürdüyü öhdəliyini ixtiyarlı şəxsə münasibətdə icra etməmiş hesab olunur. Bu nöqteyi nəzərdən öhdəlik o zaman icra edilmiş hesab edilir ki, borc ya kreditora ödənilib, ya da kreditorun müəyyənləşdirdiyi ixtiyarlı şəxsə ödənilibdir. Hazırda isə Cavabdeh1 MMC-nin X4 görülmüş işin müqabilində 3950 manat ödəniş etdiyi halda, o, öhdəliyini icra etmiş şəxs hesab oluna bilməz. Həmçinin məhkəmə araşdırması, yəni tərəflərin verdiyi izahatlar və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MMC tərəfindən “X16” reklam çarxında model olaraq çəkilmiş İddiaçı və digər aktyora verilməsi üçün cavabdeh X4 3950 manat pul vəsaiti verilmişdir. Belə ki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Fərid İsmayılov izahatında 3950 manat pul vəsaitini digər cavabdeh Anastasiya Aleksandrovnaya verdiyini, İddiaçı isə cavabdeh Anastasiya Aleksandrovnanın ona 600 manat ödəniş etməsini etiraf etmişlər. X15 isə ifadəsində bildirmişdir ki, o, tərəflər arasında gedən danışıqlardan müəyyən etmişdir ki, çəkiliş zamanı cavabdeh Anastasiya Aleksandrovna İddiaçı 600 manat vermiş, qalan 1400 manat pul vəsaitini çəkilişlərdən sonra verəcəyini demişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı sözügedən reklam çarxında 2000 manat müqabilində çəkilməyə razılaşmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh Anastasiya Aleksandrovna izahatında nə Cavabdeh1 MMC-dən pul almadığını, nə də İddiaçı hər hansı məbləğdə ödəniş etmədiyini bildirməsinə baxmayaraq, işin faktiki hallarından görünür ki, onun göstərdiyi məlumatlar digər tərəflərin ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə onun izahatını sübut olaraq qəbul etmir. Məhkəmə hesab edir ki, cavabdeh X6 ilə iddiaçı arasında hər hansı öhdəlik münasibətləri yaranmadığından ona qarşı iddia tələbi əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Lakin Cavabdeh1 MMC-nin X4 ödəniş etməsi, onu İddiaçı münasibətdə öhdəliyin icrasından azad edə bilməz. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, 30 noyabr 2020-ci il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı Cavabdeh1ndən 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, 30 noyabr 2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı “X16” reklam çarxı ilə bağlı görüntülərinin limitsiz olaraq reklam, promouşen, sərgiləndirmə vasitələrində yayımlanmasına könüllü şəkildə razılıq vermişdir. İddiaçı bunun əksini sübut edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 433.1-ci maddəyə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddəyə görə əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3-cü maddəyə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırki iddia tələbi qismin təmin edildiyindən iddia tərəfindən ödənilmiş 54 manat dövlət rüsumunun iddia tələbinin təmin olunduğu hissəsi, yəni 34 manatı cavadehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1ndən 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin olunduğu hissədə 34 manat tutularaq İddiaçı xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1ndən 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin olunduğu hissədə 34 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar