Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2919/2023 11.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladı - xx.xx.2020-ci il təvəllüdlü X8 ilə birlikdə onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 63 nömrəli evin 45 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli elektron çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 63 nömrəli evin 45 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzil xx.xx.2012-ci il tarixdə vəfat etmiş atası X3 ona miras qalmış və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun mülkiyyətinə keçmişdir. Cavabdeh onun qardaşı X1 arvadı olmuşdur. Onlar 2005-ci ildə nikaha daxil olmuşlar. Cavabdeh qardaşı ilə birlikdə həmin mənzildə yaşamışlar. Mərhum atasının sağlığında cavabdeh həmin mənzilə qeydiyyata düşmüşdür. Son illər cavabdehlə qardaşının münasibətləri pisləşmişdir, xx.xx.2020-ci il təvəllüdlü X8 dünyaya gələndən sonra təxminən 2020-ci ilin mart ayında təsadüf nəticəsində cavabdehin hamilə olan vaxtdan Cəmil Hüseynovu aldadaraq, ona xəyanət etməsi məlum olmuşdur. Bu səbəbdən ailə dağılmışdır. Üç ildən artıqdır ki, onlar faktiki olaraq ayrılmışlar. Cavabdeh yaşadıqları Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 63 nömrəli evin 45 nömrəli mənzilini tərk etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-254/2023 nömrəli qətnaməsi ilə X9 ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal VVADQ şöbəsində 17 avqust 2005-ci il tarixdə 682 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladı 06 fevral 2020-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanılmışdır. X2 hərbi qulluqçu olduğu üçün 1992-ci ildən ev yövbəsinə yazılmışdır və 2019-cu ilin yanvar ayında dövlət tərəfindən X6 Abşeron rayonu Məmmədli kəndi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi 6 nömrəli evin sahəsi 82,10 kv.m olan 2 otaqlı 37 nömrəli mənzili verilmişdir. 2019-cu il aprel ayında cavabdehin hamilə olması ilə əlaqədar qardaşı Cəmil Hüseynov dövlətin ona verdiyi Abşeron rayonu Məmmədli kəndi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi 6 nömrəli evin sahəsi 82,10 kv.m olan 2 otaqlı 37 nömrəli mənzilini Cavabdeh bağışlamışdır. Cavabdehin xəyanəti ilə üzləşdikdən sonra qardaşı mənzili ona bağışlamağına çox peşman olmuşdur. İlk vaxtlar cavabdeh hədiyyə etdiyi mənzili geri qaytarmağa razı olsa da, sonradan bundan imtina etmişdir. Bağışlama müqaviləsinin ləğv edilməsi və mənzilin qaytarılması ilə əlaqədar qardaşı Cəmil Hüseynov məhkəmədə iddia qaldırsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Abşeron rayonu Məmmədli kəndi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi 6 nömrəli evin sahəsi 82,10 kv.m olan 2 otaqlı 37 nömrəli mənzili xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Cavabdeh artıq özünə məxsus mənzili vardır. Qardaşı ilə boşandığı üçün artıq onun ailə üzvü sayılmır. Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 63 nömrəli evin 45 nömrəli mənzilindən 3 ildən artıqdır ki, könüllü şəkildə çıxıb getmişdir. Lakin uzun müddətin keçməsinə baxmayaraq cavabdeh bu günə kimi onun mənzilindən qeydiyyatdan çıxmamışdır. Cavabdehin azyaşlı uşağı - xx.xx.2020ci il təvəllüdlü X8 da onun mənzilində qeydiyyatda qalmışdır. Cavabdehlə artıq heç bir əlaqəsi olmadığına, mənzilində yaşamadığına baxmayaraq, cavabdeh əsassız olaraq bu günə kimi pasport qeydiyyatından çıxmamışdır. Bu bir mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Müraciət etdiyi Yasamal rayon Polis İdarəsi xx.xx.2023cü il tarixli məktubunda məhkəmənin müvafiq aktı olmadan həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığını bildirir, bunun üçün istifadə hüququnun məhkəmə qaydasında xitam olunmasının zəruri olduğunu söyləyirlər. Ümumiyyətlə, cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun narahat edir, onun qeydiyyatdan çıxarılması üçün məhkəmə qaydasında cavabdehin və azyaşlı uşağının istifadə hüququna xitam verilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvana, qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 2 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş göndərilmişdir. Həmçinin “AZEMİS” vasitəsilə **********; ********** nömrəli mobil telefonuna SMS bildirişi göndərilməklə məlumat verilmişdir, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları, iddiaçının izahatından və rəsmi sənədlərdən müəyyən edilir ki, cavabdeh iddiaçının qardaşının keçmiş arvadıdır. Cavabdeh iddiaçının atasının sağlığında Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 2 ünvana qeydiyyata düşərək yaşamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********91-05101-093004 reyestr nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 63 nömrəli evin 45 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Həmin mənzil İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun mülkiyyətinə keçmişdir. X9 ilə X7 arasında xx.xx.2005-ci il tarixdə 682 nömrəli akt qeydi ilə nikah bağlanmış, arvada Hüseynova soyadı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi 6 nömrəli evin 37 nömrəli mənzili xx.xx.2019-cu il tarixdə X5 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X9 xüsusi mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi 6 nömrəli evin 37 nömrəli mənzilini Cavabdeh bağışlamışdır. Abşeron rayonu Məmmədli kəndi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi 6 nömrəli evin sahəsi 82,10 kv.m olan 2 otaqlı 37 nömrəli mənzili xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3430/2022 nömrəli qətnaməsi ilə iddiaçı X5 mülkiyətində olmuş və sonradan Cavabdeh bağışlanmış Abşeron rayonu Məmmədli kəndi "xxxx" MMC tərəfindən tikilmiş 82,1 kv. m olan 2 otaqlı daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və sözügedən əmlakın iddiaçıya qaytarılması haqqında iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-254/2023 nömrəli qətnaməsi ilə X9 ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal VVADQ şöbəsində 17 avqust 2005-ci il tarixdə 682 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladı 06 fevral 2020-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanılmışdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-254/2023 nömrəli qətnaməsinə əsasən 06 fevral 2020-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanıldığına görə, Mülki Məcəllənin 27.2-ci maddəsinin tələbinə uyğun olaraq 06 fevral 2020-ci il təvəllüdlü X4 yaşayış yeri anası Cavabdeh yaşayış yeri sayılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli arayışa əsasən Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 2 ünvanda X9, Cavabdeh, İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X10 qeydiyyatdadırlar. Üç ildən artıqdır ki, Cavabdeh azyaşlı övladı - 06 fevral 2020-ci il təvəllüdlü X8 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 63 nömrəli evin 45 nömrəli mənzilini tərk etmişdir. Cavabdeh və azyaşlı övladının yaşaması üçün keçmiş əri X9 (iddiaçının qardaşı) tərəfindən bağışlanmış və xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi 6 nömrəli evin sahəsi 82,10 kv.m olan 2 otaqlı 37 nömrəli mənzili vardır. Bununla da Cavabdeh azyaşlı övladı - 06 fevral 2020-ci il təvəllüdlü X8 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 63 nömrəli evin 45 nömrəli mənzilində olan yaşayış sahəsinə ehtiyacları aradan qalxmışdır. İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra cavabdeh həmin mənzildə yaşamamış və iddiaçıya münasibətdə mənzilə dair hər hansı hüquq əldə etməmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya məxsus mənzilə olan istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkündür. Cavabdeh iddiaçının ailə üzvü deyildir, onunla birlikdə həmin mənzildə yaşamır və iddiaçıya münasibətdə mənzildən istifadə hüququ əldə etməmişdir. Cavabdeh azyaşlı övladı ilə birlikdə iddiaçıya məxsus mənzildən köçüb digər yaşayış sahəsinə getdikləri vaxtdan istifadə hüquqlarını itirmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, cavabdeh iddiaçının qardaşı ilə nikahda olduğu dövrdə iddiaçının mülkiyyətindəki mənzilə qeydiyyata alınsa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə gəlin-qayın arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamış və halhazırda iddiaçının qardaşı ilə cavabdehin ailə münasibələrinə də xitam verilmişdir. Odur ki, məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh azyaşlı övladı - xx.xx.2020-ci il təvəllüdlü X8 ilə birlikdə İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 63 nömrəli evin 45 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh azyaşlı övladı - xx.xx.2020-ci il təvəllüdlü X8 ilə birlikdə İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 63 nömrəli evin 45 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilsin. Bu qətnamə, Cavabdeh və onun azyaşlı övladı - xx.xx.2020-ci il təvəllüdlü X4 Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 63 nömrəli evin 45 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2919/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2919/2023
11.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver