Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2920/2023 25.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “iş stajına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “iş stajına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında” ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun Sumqayıt Üst Trikotaj Fabrikində xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Maraqlı şəxs1 maraqlı şəxs kimi göstərilmişdir. Məhkəmə Maraqlı şəxs2 ASC-ni maraqlı şəxs kimi işə cəlb etmişdir. Ərizəçi məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin xx.xx.2023-cü il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi “iş stajına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında” ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. "xxxx" ASC-nin terminalı vasitəsilə xx.xx.2023-cü il tarixli GPP ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2920/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2920/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver