Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2925/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi iştirakı ilə, İddiaçı "xxxx" MMC cavabdeh Borclu qarşı “rabitə xidmətlərindən istifadəyə görə ödənilməmiş xidmət və abunə haqqının tutulması tələbinə dair” iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kreditor "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 601,48 manat abunə və xidmət haqqının, 120,28 manat gecikmə faizi və 10 manat dövlət rüsumu olmaqla, cəmi 731,76 manat pulun iddiaçının xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Borclu "xxxx" MMC ilə bağladığı xx.xx.2009-cu il tarixli. 0211325/D saylı GSM müqaviləsinə əsasən kreditorun rabitə xidmətlərindən istifadə edərək 50 ***-**-** nömrəli mobil telefonla danışıqlar aparmış və nəticədə 601,48 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 5.1. bəndinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə abunə və xidmət haqqını MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Müqavilənin 5.3.-cü bəndinə əsasən ödəniş müddəti abonent tərəfindən pozularsa, son ödəmə tarixindən sonrakı ilk təqvim günündən başlayaraq ödənişin gecikdirildiyi hər təqvim günü üçün ödəniş məbləğinin 0,1 % dərəcəsi miqdarında gecikmə faizi hesablanır. Borclunun öz borcunu ödəməsinin son tarixi xx.xx.2009-cu il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-8268/2013 saylı, xx.xx.2010-cu il tarixli əmri ilə ərizə təmin edilmişdir. Daha sonra Borclu məhkəməyə etiraz ərizəsi təqdim edərək, müvafiq əmrin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən ümumi iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6850/2010 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə etiraz təmin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə təqdim olunmuş sənədlərə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 427.3, 442ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırmasında müəyyən edildi ki, cavabdeh Borclu iddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2009-cu il tarixli. 0211325/D saylı “Abunə müqaviləsi”nə əsasən 50 ***-**-** nömrəli mobil nömrə vasitəsi ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 601,48 manat məbləğində abunə və xidmət haqqı və 120,28 manat gecikmə faizi borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması– öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdeh X1 Pillaidən cavabdeh Borclu 601,48 manat abunə və xidmət haqqının, 120,28 manat gecikmə faizi və 10 manat dövlət rüsumu olmaqla, cəmi 731,76 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh cavabdeh Borclu 601,48 manat abunə və xidmət haqqı, 120,28 manat gecikmə faizi və 10 manat dövlət rüsumu olmaqla, cəmi 731,76 (yeddi yüz otuz bir manat 76 qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nın xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2925/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2925/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver