Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2940/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçının İddiaçı, onun vəkiliTumasov Vüqar Əjdər oğlunun, cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “198” saylı Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin verilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “198” saylı Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 198 saylı MTK tərəfindən tikilmiş binanın birinci mərtəbəsində yerləşən boş olan 2 otaqlı mənzilin ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci il tarixdə ailəsi üçün mənzil əldə etmək məqsədi ilə adı çəkilən koperativin üzvülüynə daxil olmuşdur. Tikilməkdə olan mənzilin hələ tikintisi başlamamış kooperativ yaşayış bınasında düşəcək mənzilin dəyərinin 30%-ni, yəni 6000 rublu xx.xx.1991-ci il tarixdə ödəmişdir. Tikinti işləri əvvəllər dayandırılmış, sonradan ona məlum olmayan vaxtda davam etdirilmiş, lakin ona məlumat verilməmişdir. Lakin mənzil hazır olduqdan sonra payçılara paylanılmış və bu barədə ona məlumat verilməmişdir. Payçı kimi qeydiyyata alınmamışdır. Lakin nəzərə almaq lazımdır ki, pulu məhz 198 saylı MTK-ya ödəmişdir. Mənzilin ayrılması ilə bağlı MTK rəhbərliyinə müraciət etmiş, 30 faiz ödədiyini və mənzilin real dəyərinin qalan məbləğini də ödəməyə hazır olduğunu bildirmişdir. Sonradan ona müxtəlif bəhanələr gətirərək bildirdilər ki, guya onarəsmi məlumat göndərilmiş və ölkə hüdudlarından kənarda olduğu üçün məlumatlar ona çatmamışdır. Qeyd etmək istəyir ki, 1992-ci il tarixdən hazırda yaşadığı ünvanı dəyişdirməmişdir və ünvanına heç bir teleqram və məktub göndərilməmişdir. Halbuki, dəflərlə MTK sədrinin yanında olmuş, əlaqə nömrəsi və ünvanı barədə məlumat vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil X1 məktubla bağlı müraciət etmişdir. Lakin ona cavab verilmişdir ki, BŞİH-nin MKT İdarəsində olan 198 saylı MKT-nm payçılar siyahısında adı aşkarlanmamışdır. Göründüyü kimi 198 saylı MKT-nin rəhbərliyi tərəfindən əsassız olaraq payçılar siyahısından heç bir əsası olmadan çıxarılmışdır. MTK-nın bu hərəkəti qanunsuzdur. Çünki heç vaxt payçılar siyahısından çıxarılması barədə məlumat verilməmiş, ümumiyyətlə payçıların yığıncağına dəvət olunmamışdır. Göründüyü kimi, MTK-nın rəhbərliyi onu əsassız olaraq payçılar siyahısından çıxarmışdır. Lakin əlində ödədiyi qəbz vardır. Ödəniş 198 saylı MTK-ya ödənilmişdir. Qalan məbləği, yəni mənzilin dəyərinin 70%-ni ödəmək istəyir. Lakin mənzil aynlmadığı üçüri o, öz payını ödəməkdə çətinlik çəkir. Mənzilin mülkiyyətinə verilməsini istəyir. Pay haqqının qalan məbləğini tam şəkildə ödəməyi öhdəsinə götürür. Təqdim edilməli mənzil ünvan 1 ünvanında yerləşən binanın birinci mərtəbəsində yerləşməli idi. Lakin mənzilin nömrəsi ona bildirilməmişdi. İşə məhkəmə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 7-ci Alatava, 76 ünvanında 198 saylı MTK tərəfindən tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən 6 saylı, 2 otaqlı mənzilin ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “198” saylı Mənzil Tikinti Kooperativi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı özünün 198 saylı MTKnın payçısı kimi təqdim etsə də, iddia ərizəsinəəlavə edilən sənədlərdə bunu təsdiq edən hər hansı sübut yoxdur. Etiraza əlavə olunan 198 saylı MTK-nın nizamnaməsindən görünür ki, İddiaçı həmin MTK-nm payçıları sırasında deyldir. Eyni zamanda, mövcud qanunvericiliyin tələbləri baxımından, iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar da yoxdur. Çünki, qanunvericiliyin tələbləri baxımından iddia tələbinin təmin edilməsi üçün, həmin MTK-da payçı olmaqla yanaşı, eyni zamanda mənzilin dəyəri də ödənilməlidir. Göründüyü kimi, İddiaçı iddia etdiyi mənzilin nəinki dəyərini ödəməmişdir, eyni zamanda nə üçün 198 saylı MTK tərəfindən tikilmiş binanın birinci mərtəbəsində yerləşən 6 saylı, 2 otaqlı mənzilin ayrılaraq ona veilməsini əsaslandırmamışdır. Yuxarıda qeyd olunan halları nəzərə alaraq iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, tikilməkdə olan mənzilin hələ tikintisi başlamamış kooperativ yaşayış bınasında düşəcək mənzilin dəyərinin 30%-ni, yəni 6000 rublu xx.xx.1991-ci il tarixdə ödəmişdir. Bu illər ərzində binanın tikilməsi barədə ona məlumat verilməmişdir. Daha sonra o, son illərdə növbədə duran şəxslərə MTK tərəfindən evlərin verilməsini eşitmiş və ev tələbinə dair şifahi qaydada MTK-ya müraciət etmişdir. O zaman MTK rəhbərliyi ona binanın 1-ci mərtəbəsində iki otaqlı boş mənzil olmasını bildirərək, həmin mənzilin qarşılığında 40000 manat pulun ödənilməsini təkli etmiş, lakin o zaman onun kifayət qədər imkanı olmadığından tələb edilən məbləği gec toplamış və təxminən il yarımdan sonra MTK-ya təkrar müraciət etmiş, lakin bu dəfə mənzilə görə ondan 50000 manat tələb edilmişdir. Düzdür korperativ payı üçün 6000 rubl ödədiyi mənzil o zamanki Darvin küçəsində tikilsə də, hazırki 198 saylı MTK pul ödədiyi 198 saylı korperativin hüquqi varisi olduğundan onun öhdəlikləri üçün də məsuliyyət daşıyaraq onu mənzillə təmin etməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda, iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyəərizə təqdim edərək, iddia tələbinin əsassız olduğu və iddia müddəti ötürülməklə verildiyi üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdrıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1991-ci il tarixli, 21 saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən pay haqqı qismində 198 saylı MTK-nın hesabına 6000 rubl məbləğində vəsait köçürülmüşdür. 198 saylı MTK-nın xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş Nizamnaməsinin surətindən görünür ki, kooperativ Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 3/103 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış 198 saylı MTK-nın bazasında yaradılmışdır və onun hüquqi varisidir. Kooperativin 55 nəfər üzvünün sırasında İddiaçı adı yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı MKTİ-nin xx.xx.2014-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə baxılmış və onun adının 198 saylı MTK-nın payçılarının siyahısında olmadığının aşkar edildiyi, MTK-nın yaşayış binasının inşasının payçıların öz vəsaiti hesabına aparıldığı bildirilmişdir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin: 109-cu maddəsinəəsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar mənzil-tikinti kooperativinə daxil olmaq və orada mənzil almaq ixtiyarına malikdirlər. 110-cu maddəsinin 2-ci hissəsinəəsasən mənzil-tikinti kooperativinə daxil olmaq istəyən vətəndaşlar onların yaşayış yerində yerli xalq-deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə yaxud iş yerində yanında kooperativ təşkil olunan müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittİfaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. 112-ci maddəsinin 5-ci hissəsinə görə təşkil edilən mənzil-tikinti kooperativinə daxil olan şəxslərin xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunmuş siyahısına daxil edilmiş vətəndaşlar nizamnamənin qeydə alındığı vaxtdan həmin kooperativin üzvü sayılırlar. Mövcud mənzil-tikinti kooperativinə qəbul olunmuş vətəndaşlar ümumi yığıncağın qərarını müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiq etdiyi vaxtdan onun üzvü sayılırlar. 115-ci maddəsinin 1-ci hissəsinə görə isə mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinəəsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyəəsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109.5-ci maddəsinəəsasən mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək vəəsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. Həmin Məcəllənin 109-2.1-ci maddəsinəəsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı vəəmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinəəsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyəəsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Həmin Məcəllənin 109.6-cı maddəsinəəsasən mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.7-ci maddəsinə görə üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Həmin Məcəllənin 112.1-cü maddəsinə görə kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə isə mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinəəsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrəəmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların vəəqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinəəsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılmasının əsası qoyulmuşdur. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rublla paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" x xxxxxx 2005-ci il tarixli Fərmanına uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidləəlaqədar 1 yeni manat AZN 5000 köhnə AZN-ə bərabər tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinəəsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1 və 373.2-ci maddələrinin tələbinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinəəsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəəsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədəərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışında araşdırılmış sübutlarla İddiaçı xx.xx.1991-ci il tarixdə 198 saylı MTKnın hesabına 2 otaqlı mənzilə görə pay haqqının 30%-i miqdarında, yəni 6000 rubl məbləğində haqqı ödəməsi təsdiq olunsa da, onun həmin mənzil-tikinti kooperativinə üzv qəbul olunmaması, MTK tərəfindən binanın payçıların vəsaiti hesabına tikintisinə razılıq verilməsi, İddiaçı tərəfindən pay haqqının tam ödənilməməsi müəyyən edilmişdir. Göstərilənlərəəsasən məhkəmə hesab edir ki, İddiaçı 198 saylı MTK-dan 2 otaqlı mənzil tələb etmək hüququ heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Həmçinin, cavabdeh ərizə verərək iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan, habelə, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1,80,81-ci maddələrinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinəəsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinəəsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərəəsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “198” saylı Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin verilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2940/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2940/2020
03.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver