Məhkəmə qərarları › İş №2(004)-2943/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2943/2022

01.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2943/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X34 oğlunun katibliyi Ərizəçi Ərizəçinin vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və sair” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və sair barədə” ərizə ilə məhkəməyə müraciət edərək, atası Məmmədov X11 miras qalmış ünvan 1al rayonu, Qədirli küçəsində yerləşən 145 №-li evin 1/10 hissəsinə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin Ərizəçi münasibətdə uzadılması, həmin evin miras əmlakı qismində Ərizəçi tərəfindən qəbul faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, atası Məmmədov X11 miras qalmış ünvan 1al rayonu, Qədirli küçəsində yerləşən 145 nömrəli evin miras əmlak qismində onun təərfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil ərizəçi ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə şahid qismində ifadə verən X6 bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Yasamal rayonu, Qədirli küçəsi ev 145 ünvanında yerləşən mənzil atasından miras qalmışdır. O da həmin evdə yaşamışdır və oradada qeydiyyatdadır. Vahidin ailəsi də orada yaşayır. Qardaşına hörmət edərək evdən imtina eləmişdir. Bacısının da etirazı yoxdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 3 qardaş 1 bacıdırlar. Orada nə vaxtdan yaşadığı yadında deyildir. Bir əmisinin orada 2, 1 əmisinin də 1 payı vardır. İş üzrə şahid qismində ifadə verən X8 bildirmişir ki, Ərizəçi onun qardaşıdır. Özüm 2-ci Alatava ev 103 ünvanında yaşayır. ünvan 1al rayonu, Qədirli küçəsi ev 145 ünvanında yerləşən mənzil atamnan miras qalmışdır. Atamsı rəhmətə getdiyi zaman qardaşı orada yaşayırdı. Onun evim olduğundan ona düşən payı qardaşına vermiş və mirasdan imtina etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 3 qardaş 1 bacıdırlar. Atası 2ci Alatavada rəhmətə getmişdir. Atası rəhmət gedəndə Vahid Bakı şəhəri Qədirli küçəsi 145-də yaşayırmış. Vahid 13 ildir orada yaşayır. İş materiallarında olan AZ-İ № 489983 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X12 1990-cı ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ № 164515 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Məmmədov X18 xx.xx.2010-cu il tarixində vəfat etmişdir. İş materiallarında olan AЗ № ******* seriya nömrəli Doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi atası Məmmədov X18, anası isə X4r. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilən xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, ünvan 1al rayonu, Qədirli küçəsində, 145 saylı fərdi yaşayış evi X1 adına (2/5 hissə) xx.xx.2005-ci il tarixdə, X5 adına (3/10 hissə) xx.xx.2011-ci il tarixdə, X2 adına (1/10 hissə) xx.xx.2011-ci il tarixdə, X3 (1/10 hissə) xx.xx.2012-ci il tarixdə və X7 adına (1/10 hissə) xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan Bakı Şəhəri 12 saylı Notariat Ofisi tərəfindən Ərizəçi göndərilən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 maddəsində göstərilən mirasın qəbul etmə müddəti Ərizəçi tərəfindən buraxılmış, həmçinin mərhumun digər vərəsələri miras paylarını Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)3199/2011 iş nömrəli qətnaməsi əsasında rəsmiləşdirmişdirlər. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli 397 saylı arayışa əsasən müəyyən olunur ki, Ərizəçi həqiqətən Yasamal rayon, Qədirli küçəsi, 145 №-li evin mənzilində qeydiyyatdadır və orada yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-3199/2011 saylı qətnaməsinin surətinə əsasən müəyyən olunur ki, ərizəçi X2 nənəsi X5 X14 ilə eyni şəxs olması faktının müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi 145 saylı evin 1/10 hissəsinin miras əmlak qismində X6 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin evin 1/10 hissəsinin X2 mülkiyyəti sayılması, qeyd edilən evin 1/10 hissəsinin paylı mülkiyyət hüququnun X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan X8, X6 və X9 tərəfindən Notariat ofisinə göndərilən xx.xx.2021-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, həmin şəxslər ataları Məmmədov X11 miras qalmış ünvan 1al rayonu, Qədirli küçəsi, ev 145 ünvanında olan evin 1/10 hissəsinin qardaşları Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etmirlər. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17 saylı Vəkil Bürosuna göndərilən xx.xx.2022-ci il tarixli, **********08 saylı sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, ünvan 1al rayonu, Qədirli küçəsi, 145 saylı fərdi yaşayış evinin 2/5 hissəsi X13 Əl i oğlunun, 3/10 hissəsi X5, 1/10 hissəsi X2, 1/10 hissəsi X3, 1/10 hissəsi X7 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək, ərizəçinin və onun vəkilinin izahatlarını, şahidlərin ifadələrinı dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları və şahid ifadələri ilə Ərizəçi miras qoyanın vəfat etməsi zamanından əmlaka sahiblik etməsi və əmlakı idarə etməsi və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Məmmədov X11 miras qalmış ünvan 1al rayonu, Qədirli küçəsində yerləşən 145 №li evin 1/10 hissəsinə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət Ərizəçi münasibətdə uzadılmalı, həmin evin miras əmlakı qismində Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi haqqında işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339- 341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. Məmmədov X11 miras qalmış ünvan 1al rayonu, Qədirli küçəsində yerləşən 145 №li evin 1/10 hissəsinə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət Ərizəçi münasibətdə uzadılsın, həmin evin miras əmlakı qismində Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar