Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2944/2024 13.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X1 məskunlaşmış - Nazlının xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmasına, atasının və anasının naməlum olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs kimi göstərmişdir. Məhkəmə ərizədə uşağın anası olması ehtimal edilən Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb etmişdir. Maraqlı şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya TƏBİB-in tabeliyində olan tibb müəssisələrində (doğum evləri) 2021-2022-ci illərdə uşaq dünyaya gətiribgətirməməsi barədə məhkəməyə məlumat verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və TƏBİB-ə sorğu vermişdir. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 məhkəmə yazılı etiraz göndərərək bildirmişdir ki, o, X7 ilə xx.xx.1993-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan övladları vardır. Lakin xx.xx.2022-ci il tarixdə dünyaya uşaq gətirməmişdir. Məhkəmənin icraatında olan iş üzrə ərizədə doğum faktının müəyyən edilməsi göstərilən xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş Nazlının anası deyildir. Odur ki, onun iş üzrə maraqlı şəxs kimi cəlb edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xx.xx.2024-cü il tarixli 3-28/2-5560/2024 nömrəli məktubla məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, X5 sisteminin “Doğum haqqında tibbi şəhadətnamələrin elektron registri”ndə Maraqlı şəxs2 2021- 2022-ci illərdə uşaq dünyaya gətirməsini təsdiq edən tibbi sənəd müəyyən edilməmişdir. “TƏBİB” PHŞ-in xx.xx.2024-cü il tarixli 18-1/2-7001/2024 nömrəli məktubla məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, tibb müəssisələrinin cavabına əsasən xx.xx.1973-cü il təvəllüdlü Maraqlı şəxs2 2021-2022-ci illərdə uşaq dünyaya gətirməsi faktı qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı iş üzrə ərizədə doğum faktının müəyyən edilməsi göstərilən xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş Nazlı adlı uşağın anasının - xx.xx.1973-cü il təvəllüdlü Maraqlı şəxs2 olmadığı təsdiq edildiyinə görə, məhkəmə Maraqlı şəxs2 iş üzrə maraqlı şəxs qismində iştirakına xitam verir. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X1 məskunlaşmış xx.xx.2022-ci il təvəllüdlü Nazlının (soyadı və atasının adı məlum deyil) doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə zamanı məlum olmuşdur ki, özünü adı çəkilən uşağın anası kimi təqdim edən X4 dayə kimi uşağın qayğısına qalması üçün onu X6 adlı şəxsə təhvil vermiş və sonradan uşaq ilə maraqlanmamışdır. Bu səbəbdən Z.Pirizadə Xəzər Rayon Polis İdarəsinə müraciət edərək uşağın müəssisəyə yerləşdirilməsini xahiş etmişdir. Xəzər Rayon Polis İdarəsi tərəfindən Sığınacağa üvanlanmış məktub əsasında uşaq xx.xx.2022-ci il tarixdə Sığınacağa yerləşdirilmişdir. Sığınacaq tərəfindən Xəzər RPİ-nə uşağın valideynlərinin tapılması istiqamətində köməklik göstərilməsi ilə bağlı ünvanlanmış xx.xx.2022-ci il tarixli 194 nömrəli məktuba cavab olaraq göndərilmiş Xəzər RPİnin xx.xx.2022-ci il tarixli 056-15399-1222 nömrəli məktubunda uşağın valideynlərinin tapılmasının mümkün olmadığı bildirilmişdir. Uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli 3-17/2-1624/2024 nömrəli məktubla Maraqlı şəxs1nə müraciət olunmuşdur. Maraqlı şəxs1 Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-19-429/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün onun övladlığa verilə bilən statusu almasının mümkün olmadığını nəzərə alaraq, “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X1 məskunlaşmış - Nazlının xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmasına, atasının və anasının naməlum olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, doğum akt qeydində, soyadı, atasının adı, valideynləri (ana və ata) qrafalarının boş saxlanılması, xx.xx.2022ci il tarixdə Bakı şəhərində doğulmuş Nazlıya doğum haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, məraqlı şəxs qismində cəlb edilmiş və işdə iştirakına xitam verilmiş xx.xx.1973-cü il təvəllüdlü Maraqlı şəxs2 yazılı etirazını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi xx.xx.2022-ci il tarixli 056- 10812-1222 nömrəli məktubu ilə vətəndaş X6 tərəfindən təhvil verilən sahibsiz olan Nazlı adlı təxminən 3 aylıq olan körpə sığınacaqda saxlanması üçün “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X2 təhvil verilmişdir. “Umid Yeri” Xeyriyyə Cəmiyyətinin sədri Nigar Mənsimova xx.xx.2022-ci il tarixli 194 nömrəli məktubla Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə münaciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X3 (dayə) müraciətinə əsasən Nazlı kimi adlandırılan təxminən 3 aylıq olan körpə 1-ci polis şöbəsinin əməkdlaşlarının iştirakı ilə “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X2 təhvil verilmişdir. Dəyənin verdiyi məlumata əsasən ana övladını dayənin yanında qoyub getmiş və geri gəlməmişdir. Uşaq müəssisəyə təhvil verilən zaman polis əməkdaşları tərəfindən uşağın valideynləriinin kimliyinin araşdırılacağı bildirilmişdir. Nazlı kimi adlandırılan körpənin valideynlərinin tapılıb-tapılmaması haqqında “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinə məlumat verilməsi xahiş edilmişdir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi xx.xx.2022-ci il tarixli 056-15369- 1222 nömrəli məktubu ilə “Umid Yeri” Xeyriyyə Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 194 nömrəli məktubuna cavab verərək bildirmişdir ki, vətəndaş X6 tərəfindən təhvil verilən 3 aylıq körpənin valideynlərini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-09-429/24 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.2022-ci il təvəllüdlü Nazlı adlı uşaq barədə heç bir məlumat aşkar edilməmişdir. Doğum haqqında tibb şəhadətnamə olmadığına görə doğum haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və iş materiallarından müəyyən edilir ki, Yasamal rayon qediyyat şöbəsi tərəfindən doğum faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə uşağa doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Uşağın doğum aktı valideynləri tərəfindən müvafiq orqana müraciət edərək qeydə alınmadığına görə, ərizəçi uşağın doğulması haqqında hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Belə ki, uşağın valideynlərinin atasının və anasının kim olduğu müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X1 məskunlaşmış - Nazlının xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmasına, atasının və anasının naməlum olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Doğum akt qeydində, soyadı, atasının adı, valideynləri (ana və ata) qrafaları boş saxlanılmalıdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş Nazlıya doğum haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X1 məskunlaşmış - Nazlının xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmasına, atasının və anasının naməlum olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Doğum akt qeydində, soyadı, atasının adı, valideynləri (ana və ata) qrafaları boş saxlanılsın. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş Nazlıya doğum haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2944/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2944/2024
13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver