Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2946/2022 29.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 3 saylı Bakı ASAN Xidmət mərkəzi notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 3 saylı Bakı ASAN Xidmət mərkəzi notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qohumu miras qoyan X5 xx.xx.2020-ci il tarixində ürək çatmamızlığı səbəbindən vəfat etmişdir. Miras qoyan Sevil Mustafayeva vəfat edənə qədər uzun illərdir ki, onunla eyni ünvanda yaşamışdır. S.Mustafayeva onun yaxın qohumu idi. Belə ki, S.Mustafayevanın atası və onun anası doğma bacı-qardaşdı. Lakin əvvəldən onların valideynlərinin doğum haqqında şəhadətnamələrin olmaması səbəbindən sənəd üzrə bu qohumluq faktının sübut olunması mümkün deyildir. Qeyd etmək istəyir ki, miras qoyan S.Mustafayeva "xxxx" MTK-a ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil əldə etmiş və ölənə qədər də həmin mənzil miras qoyanın sahibliyində idi. Həmin mənzildə də həm özü, həm də onun ailəsi ilə birgə yaşamışdır. Bu günlərdə də o, ailəsi ilə birgə həmin mənzildə yaşayır. Miras qoyan S.Mustafayeva onu özünə yaxın qohum hesab etdiyinə görə hələ sağlığında bu əmlakı adına keçirtmək istəmiş, lakin həmin mənzilə dair çıxarış olmadığından (ancaq mənzil orderi var) vaxtında əmlakı onun adına keçirtmək imkanı olmamışdır. Qeyd etmək istəyir ki, bu mənzil 2005-ci il tarixində “Kooperativ Mənzil Tikintisi Haqqında” Müqaviləyə əsasən miras qoyan Sevil Mustafayeva tərəfindən əldə edilmişdir. Bir neçə il bundan öncə də miras qoyan mülkiyyətində olmuş başqa bir mənzili onun adına vəsiyyət etmişdir, lakin müəyyən səbəblərə görə həmin mənzili satmaq istədiyinə görə vəsiyyətnaməni ləğv etmişdir. Miras qoyan S.Mustafayevanın vəfatı ilə əlaqədar ilk növbədə aidiyyatı üzrə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə vərəsəlik işinin açılması ilə əlaqədar müraciət edərək, mirasqoyan (dayısı qızı) X3 vəfatı ilə əlaqədar miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair müvafiq vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin onun təqdim etdiyi sənədlərdə qohumluğu sübut edən sənədlərdə çatışmazlıq olduğu üçün vərəsəlik işinin açılması mümkün olmamışdır. Qeyd etmək istəyir ki, miras qoyan X12 şəhərində anadan olmuşdur. Ona görə Azərbaycan Respublikasında doğum faktı ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydiyyat olmamışdır. S.Mustafayevanın doğum haqqında şəhadətnaməsi də vaxtı ilə itmişdir. Eyni zamanda həm S.Mustafayevanın atası Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlunun, eləcə də onun anası X1 da doğum haqqında şəhadətnamələri yoxdur. Bununla bağlı hər iki şəxsin doğum faktlarının müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Tarix Arxivinə vəkil sorğusu ilə müraciət olunmuşdur. Sorğuda xx.xx.1896-cı ildə Bakı şəhərində (keçmiş Bakı quberniyası, Rusiya İmperiyası) anadan olan Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlunun və 1917-ci il tarixində Bakı şəhərində anadan olan onun bacısı hesab edilən X1 doğum faktları üzə bütün məlumatın (onların valideynləri haqqında) verilməsi xahiş olunmuşdur. Lakin sorğuda qeyd olunan şəxslərin 1895-1897-ci və 1915-1917-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında doğum tarixinə dair heç bir məlumat aşkar olunmadığı xx.xx.2022-ci il tarixli, TA-00203-2022 nömrəli cavab məktubunda bildirilmişdir. Beləliklə, onun anasının və mirasqoyan şəxs S.Mustafayevanın atasının bacı-qardaş olması faktının məhkəmədən kənar qaydasında müəyyənləşdirilməsi qeyrimümkündür. Təbii ki, bir çox şahid var ki, onun anası X4, Sevil Mustafaeyvanın atası Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlu qohum olaraq doğma bacı-qardaşdırlar. Amma təbii ki, bu kifayət etmir və həmin hüquqi fakt məhz qanuna müvafiq qaydada müəyyən olunmalıdır. Nəzərə alınsa ki, bu faktın digər yolla müəyyən olunması mümkün deyildir. Göstərilənlərə əsasən miras qoyan X3 atası xx.xx.1896-cı il təvəllüdlü Həsənağa (Həsən) Hacı Ağa oğlu ilə onun anası 1917-ci il təvəllüdlü X4 arasında qohumluq münasibətiləri faktının (doğma qardaş-bacı olması haqqında) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizənin məzmununa uygun izahat verərək məhkəmədən rəmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iş üzrə maraqlı şəxs 3 saylı Bakı ASAN Xidmət mərkəzi notariat ofisi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçi onun bibisi oğlu, Məryəm isə bibisidir. Sevil Mustafeyava isə onun əmisinin qızıdır. Sevil Mustafayevanın atası Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlu onun əmisidir. Həsənin atası Hacı Ağa idi və ona görə də, Həsənə də Həsənağa deyirdilər. Həsən həmişə Bakı şəhərində yaşamış və Böyük Teatrda rəssam işləmişdir. Sevil Mustafayevanın nə zaman öldüyünü dəqiq bilmir. Belə ki, o həmin yas mərasimində iştirak etməmişdir. Təsdiq edir ki, X4 ilə Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlu bacıqardaşdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirdi ki, ərizəçi onun doğma qardaşıdır. X4 onların anasıdır və anaları rəssam olmuşdur. Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlu onların dayılarıdır və dayıları da anası kimi rəssam olmuşdur. Hətta dayısı qızı Sevil Mustafaeyva da, rəssam olmuşdur. Dayısı onların evində qalmış və orada rəhmətə getmişdir. Sevil dayısının tək qızı idi və Tofiq adlı şəxs ilə ailə qurmuş, birgə nikahlarından uşaqları olmamışdır. Təxminən 5-6 ay bundan qabaq dayısı qızı Sevil rəhmətə getmişdir. Qardaşı, yəni ərizəçi dayısının qızı Sevilə baxmış, daima onlarla birlikdə yaşamışdır. X4 ilə Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlunun bacıqardaş olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun əmisi oğludur. Ərizəçinin anası Məryam Mustafayev, atası Əli Əliyevdir. O, ərizəçinin dayısının Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlu olduğunu bilir, lakin onun görməmişdir. Ərizəçinin anası 2001-ci ilin fevral ayının 5-də rəhmətə getmişdir. Sevil isə ərizəçinin dayısı qızıdır. X4 ilə Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlunun bacıqardaş olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə həm qonşu, həm də dostdur. O, ərizəçinin anası Məryəm xanımı, Sevil xanımı və onun dayısını Həsənağanı tanıyır. Düzdür o Aydən Əliyevin dayısı Həsənağa müəllimi şəxsən görməmiş, lakin onun qızı Sevil xanım ilə daima münasibətləri olmuş, onun ad günündə iştirak etmişdir. Əvvəllər Sevil xanım İçərişəhərdə yaşamış, sonradan isə 2005-ci il tarixdə oranı sataraq, 5-ci paraleldə yerləşən mənzilə köçmüşlər. Son gününə kimi Sevil xanıma Aydın baxmış, onun dəfn mərasimini də özü təşkil etmişdir. Təsdiq edir ki, X4 ilə Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlu bacı-qardaşdır. İş materiallarında olan: xx.xx.1920-ci il tarixli doğum haqqında qeydiyyat aktının surətindən görünür ki, Sevil Mustafayeva xx.xx.1929-ci il tarixdə andan olmuş, akt qeydiyyatının ata qrafasında X11 qeyd edilmişdir. 282522 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X7 xx.xx.1979-cu il tarixdə nikah bağlamışlar. İİ-JQ seriyalı, 365272 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. AZ-İİ seriyalı, 132545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə durğunluq ürək çatışmazlığından Bakı şəhərində vəfat etmişdir. AZ-İİ seriyalı, 187705 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2001-ci il tarixdə kəskin ürək-damar çatışmazlığından Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri məscidlərinin 1916-1919-cu illərə dair doğum aktlarının qeydiyyat kitablarında X2 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. 036221 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X24, ana qrafasında isə Məryəm Mustafayeva qeyd edilmişdir. 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinin Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 20 noyabr 2020-ci ildə vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X3 adına V-443/2021 saylı vərəsəlik işi açılmışdır. S.Mustafayeva 08 noyabr 1929-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədilə 22 yanvar 1993-cü il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında “ Minsk Konvensiyasına əsasən, 08 noyabr 1929-cu ildə Moskva şəhərində anadan olmuş X3 doğumu haqqında akt qeydləri, o cümlədən, onun valideynləri barədə məlumatların müvafiq vətəndaşlıq vəziyyəti aktları şöbəsindən əldə edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri məscidlərinin 1895-1897-ci illərə dair aktlarının qeydiyyat kitablarında Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlunun. Eyni zamanda 1915-1917-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X2 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Beləliklə, iş üzrə toplanmış sübutlarla və eləcə də, şahid ifadələri ilə təsdiq olunur ki, Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlu (xx.xx.1896-cı il təvəllüdlü) ilə X4 (1917ci il təvəllüdlü) doğma bacı-qardaşdır. Azərbyacan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Buna görə də, məhkəmə hesab edir ki, Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlu (xx.xx.1896-cı il təvəllüdlü) ilə X1 (1917-ci il təvəllüdlü) doğma bacı-qardaş olmaları faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mustafayev Həsənağa (Həsən) Hacı Ağa oğlu (xx.xx.1896-cı il təvəllüdlü) ilə X1 (1917-ci il təvəllüdlü) doğma bacı-qardaş olmaları faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2946/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2946/2022
29.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver