Məhkəmə qərarları › İş №2(004)-295/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-295/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-295/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əsgərova Təhminə Xeybər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23955 manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 162 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Moskva Ticarət Mərkəzi”də qızıl əşyalarının satışı ilə məşğul olur. Onun qonşusu olan X2 2023-cü il fevral ayında onu Cavabdeh ilə tanış etdi. Cavabdeh ona bildirdi ki, o, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Ondan nisyə qızıl-zinət əşyaları almaq istəyir. Həmçinin bildirdi ki, ondan aldığı qızıl-zinət əşyalarının pulunu ən geci 1-2 ay ərzində ödəyəcəkdir. Cavabdeh X1 tanışı olmasını nəzərə alıb, Şəfəqin onun barəsində dediyi sözlərə inanaraq, Cavabdeh güvənib ona nisyə qızıl-zinət əşyaları satmağa başladı. İlk vaxtlarda ticarəti qaydasında getsə də, lakin getdikcə cavabdeh ondan nisyə aldığı qızıl-zinət əşyalarının pulunu ödəməyi gecikdirməyə başladı. Daha sonra isə ümumiyyətlə aldığı qızıl əşyalarının pulunu ödəməyi dayandırdı. Onun tərəfindən Cavabdeh nisyə satılan və dəyəri ödənilməyən qızılzinət əşyaları qeyd olunanlardan ibarətdir: 1) 585 əyarlıqqızıldan hazırlanmış 1 üzük, 1 klon, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbağdan ibarət, ümumi çəkisi 22,64 qram olan qızıl dəst – qiyməti 2350 manat; 2) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 1,61 qram olan 1 ədəd sep – qiyməti 160 manat; 3) 585 əyarlıq qızıldan hazırlanmış, 9,2 qram olan 1 ədəd qolbağ – qiyməti 920 manat; 4) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 15,2 qram olan 1 ədəd üzük, 1 ədəd klon və 1 cüt sırğadan ibarət qızıl dəst – qiyməti 1520 manat; 5) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 4,28 qram olan 1 ədəd qolbağ – qiyməti 410 manat; 6) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 3,53 qram olan 1 ədəd üzük – qiyməti 340 manat; 7) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 4,1 qram olan 1 ədəd üzük – qiyməti 400 manat; 8) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 5,44 qram olan 1 ədəd qolbağ – qiyməti 480 manat; 9) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 4,47 qram olan 1 cüt sırğa – qiyməti 395 manat; 10) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 13,13 qram olan 1 ədəd üzük, 1 ədəd klon və 1 cüt sırğadan ibarət qızıl dəst – qiyməti 1250 manat; 11) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 3,03 qram olan 1 ədəd sırğa – qiyməti 270 manat; 12) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 4 qram olan 1 ədəd sırğa – qiyməti 355 manat; 13) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 4,21 qram olan 1 ədəd qolbağ – qiyməti 370 manat; 14) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 2,09 qram olan 1 ədəd qolbağ – qiyməti 185 manat; 15) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 3,75 qram olan 1 cüt sırğa – qiyməti 330 manat; 16) 750 əyarlıq qızıldan hazırlanmış, çəkisi 9,38 qram olan 1 cüt sırğa – qiyməti 1025 manat; 17) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 3,19 qram olan 1 ədəd qolbağ – qiyməti 320 manat; 18) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 4,9 qram olan 1 ədəd qolbağ – qiyməti 490 manat; 19) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 2,6 qram olan 1 ədəd sep – qiyməti 210 manat; 20) 750 əyarlıq qızıldan hazırlanmış, çəkisi 2,8 qram olan 1 ədəd üzük – qiyməti 370 manat; 21) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 4,47 qram olan 1 cüt sırğa – qiyməti 450 manat; 22) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 3,54 qram olan 1 cüt sırğa – qiyməti 355 manat; 23) 585 əyarlıq qızıldan hazırlanmış, çəkisi 19,2 qram olan 1 ədəd üzük, 1 ədəd klon, 1 cüt sırğa və 1 ədəd qolbağdan ibarət qızıl dəst – qiyməti 2200 manat; 24) 585 əyarlıq qızıldan və 0,65 karat briliantdan hazırlanmış, çəkisi 16,15 qram olan 1 ədəd üzük, 1 ədəd qolbağ, 1 cüt sırğa, 1 ədəd kalyedən ibarət dəst – qiyməti 4000 manat; (4000 manatdan 500 manatını ödəyib, 3500 manat borclu qalıb); 25) 750 əyarlıq qızıldan və 4 karat 45 sot briliantdan hazırlanmış, çəkisi 21,04 qram olan 1 ədəd üzük, 1 ədəd qolbağ, 1 ədəd klon, 1 cüt sırğadan ibarət dəst – qiyməti 4000 manat; (4000 manatdan 200 manatını ödəyib, 3800 manat borclu qalıb); 26) 750 əyarlıq qızıldan və 1 karat briliantdan hazırlanmış, çəkisi 24 qram olan 1 ədəd üzük, 1 ədəd qolbağ, 1 cüt sırğa, 1 ədəd klon və sepdən ibarət sədəfbriliant dəst – qiyməti 4000 manat; (4000 manatdan 2500 manatını ödəyib, 1500 manat borclu qalıb). Cavabdeh satdığım qızıl-zinət əşyalarının ümumi dəyəri 27155 manat təşkil edir. Cavabdeh həmin məbləğindən 3200 manat ödəniş etsə də, lakin bu günə kimi ondan aldığı qızıl-zinət əşyalarının dəyərindən 23955 manatı ödənilməmiş qalır. Cavabdeh ilə dəfələrlə əlaqə saxlayıb həmin əşyaların dəyərini ödəməsini tələb etsə də, o, hər dəfə ona söz verərək alınan qızıl əşyalarının dəyərini ödəyəcəyini bildirmişdir. Son vaxtlarda isə Cavabdeh onun zənglərinə cavab vermir. Belə olan halda o da məcburiyyət qarşısında qalraq polisə şikayət etməli oldu. Nəsimi RPİ-nin 19-cu PB-də izahatı alınan Cavabdeh ondan nisyə qızıl-zinət əşyaları almasını, həmin əşyalara görə ona borclu olmasını etiraf etmişdir. Cavabdeh ondan qızıl-zinət əşyalarının dəyərindən ödənilməmiş qalan 23955 manat pulu ona ödəməkdən yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. İddiaçıya borcu 7000 manatdır. O iddiaçını bu ilin yanvar ayının sonundan başqa bir adam vasitəsilə tanımışdır. Vaxtaşırı olaraq qızıl-zinət əşyası alıb hissə-hissə qaytarmışdır. Lakin sonuncu dəfə malları götürüb pulu qaytara bilmədikdə, iddiaçı mallarını tələb etdi. O da iyul ayında malların bir hissəsini qaytardı. Hansı ki həmin malları alanda ilkin ödənişlər etmişdi. O, malları alanda etdiyi həmin ilkin ödənişlərin ona qaytarılmayacağını bildirdi. Bundan başqa iddiaçının yanında işləyən, hazırda adını xatırlamadığı bir nəfər xanımdan da qızıl-zinət əşyası götürmüşdü. Lakin həmin malların hamısını qaytarmışdı. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iddiaçıya 7000 manat borcunun olmasını etiraf edir və iddianı həmin hissədə qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı cəmi 163 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh etiraf etdiyi həcmdə, yəni 7000 manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 7000 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsi qalan pulun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən tələb etdiyi pulun həqiqətən ona verilməsi və qaytarılmaması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin iddianın 162 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən 7000 manat məbləğində təmin edildiyindən dövlət rüsumu da həmin məbləğə mütənasib olaraq 162 manat məbləğində deyil 90 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti və odənilmiş 90 (doxsan) manat dövlət rüsuçu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar