Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2957/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2 Elmidar oğluna və Cavabdeh4 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb edilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 68 manat, Cavabdeh1 18 manat, Cavabdeh2 Elmidar oğlundan 54 manat, Cavabdeh4 234 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi və ödənilmiş 30.40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X9 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli MAS-2968 saylı “Daxili lizinq” müqaviləsinə əsasən A.Məmmədzadənin müvəqqəti sahiblik və istifadəsinə “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(061)- 942/2022 saylı qətnaməsi ilə İddiaçı MMCnin iddasının qismən təmin edilərək cavabdehdən ümumilikdə 823,41 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq alanın müraciəti əsasında lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair cavabdehlərə etibarnamələr verilmişdir. Qeyd edilən nəqliyyat vastəsi cavabdehlər tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar AR X14 və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimə olunmuşdurlar. Bu faktı DYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. X14 və BNA tərəfindən qeydə alınmış aşağıdakılardan ibarətdir: X6: EQ ******* saylı protokola görə 36 manat və BNA ******* saylı protokola görə 32 manat; Cavabdeh1: EQ ******* saylı protokola görə 18 manat; Cavabdeh2 Elmidar oğlu: BNA ******* saylı protokola görə 18 manat və BNA ******* saylı protokola görə 36 manat; Cavabdeh4: BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat və BNA ******* saylı protokola görə 18 manat. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 374 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr İddiaçı MMC ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X12 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. X12 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır’’. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə X9 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli MAS-2968 saylı Daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, lizinq təhviltəslim aktı imzalandığı vaxtdan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmçinin, müqavilənin 5.2-ci bəndinə əsasən, bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır’. İş materiallarında olan 18 may oktyabr 2020-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı MMC ilə X9 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli MAS-2968 saylı Daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idarə edilməsi üçün X1 verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı MMC ilə X9 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli MAS-2968 saylı Daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idarə edilməsi üçün Cavabdeh4 səlahiyyət verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı MMC ilə X9 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli MAS-2968 saylı Daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idarə edilməsi üçün Cavabdeh1 səlahiyyət verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı MMC ilə X9 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli MAS-2968 saylı Daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idarə edilməsi üçün Cavabdeh2 Elmidar oğluna səlahiyyət verilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X3 EQ ******* saylı protokola görə 36 manat və BNA ******* saylı protokola görə 32 manat; Cavabdeh1 EQ ******* saylı protokola görə 18 manat; Cavabdeh2 Elmidar oğlunun BNA ******* saylı protokola görə 18 manat və BNA ******* saylı protokola görə 36 manat; Cavabdeh4 BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat və BNA ******* saylı protokola görə 18 manat cərimə məbləğləri İddiaçı MMC tərəfindən Daxili İşlər Nazirliyi BDYPİ-nə və Bakı Nəqliyyat Agentliyinə ödənilmişdir. İş materiallarında olan 27 mart 2023-cü il tarixli pretenziya məktublarının surətindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ödənilmiş AR X13 cərimələrinə görə ödənilmiş pulun geri ödənilməsi, əks təqdirdə həmin pulun məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 2(061)-942/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin cavabdeh X8 qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş və cavabdeh X5 469,91 manay gecikdirilmiş əsas borc, 307,2 manat gecikdirilmiş mükafat, 10 manat dəbbə pulu, ümumilikdə 787,16 manat məbləğində pul vəsaitinin və ödənilmiş 36,25 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsio nəzərdə tutulmasın.” Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozlmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçn çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir)”. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən “hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərəin əvəzini ödəməlidir”. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s. nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi çəxsin öhdəsinə qoyulur. X12 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus nəqliyyat vasitəsininin idarə edilməsi zamanı törədilmiş inzibati xəta ilə əlaqədar AR X14 və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimə edildiyindən və cərimə məbləğləri onlar tərəfindən ödənilmədiyindən, bunun nəticəsində nəqliyyat vasitəsinin saxlanılmasının qarşısının alınması üçün həmin cərimə məbləğləri İddiaçı MMC tərəfindən ödənildiyindən, inzibati xəta haqqında protokollara görə ödənilmiş cərimə məbləğləri müvafiq olaraq cavabdehlərdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 Elmidar oğlundan və Cavabdeh4 müştərək qaydada tutlaraq İddiaçı MMC-yə verilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 68 (altmış səkkiz) manat, Cavabdeh1 18 (on səkkiz) manat, Cavabdeh2 Elmidar oğlundan 54 (əlli dörd) manat, Cavabdeh4 234 (iki yüz otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 Elmidar oğlundan və Cavabdeh4 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2957/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2957/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver