Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2964/2023 05.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nizami qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 85də yaşayan Cavabdeh kooperativə kommunal xidmətlərə görə olan 770 manat əsas borc və 103 manat isə müamilə pulunun ödəməsi və kommunal xidmət üçün işlətmə müqaviləsini imzalaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ilin yanvar ayından etibarən “ünvan 1 ünvanında tikilmiş yaşayış binasında əhali məskunlaşmışdır. Həmin dövrdən kooperativin ümumi yığıncağının qərarına əsasən binada yaşayanlardan kommunal xidmət haqqları yığılır. Kommunal xidmət haqqının dəyəri mənzilin hər 1 m3 üçün 30 qəpik sakinlər tərəfindən kooperativə ödənilməsi müəyyən edilmişdir. Həmin ünvanın blok C, mənzil 85-də yaşayan Cavabdeh 2020-ci ildən indiyədək kommunal xidmət haqqlarını ödəməmişdir. Dəfələrlə kooperativ tərəfindən ona şifahi və yazılı olaraq bildirilsə də, kommunal haqlarını ödəməyir.Bu da kooperativin işində ciddi problemlər yaradır. Bu halda, kooperativdə çalışanların əmək haqqlarının, vergi, işıq, su və digər ödənişlərin vaxtıvaxtında ödənişində problemlər yaradır. İddiaçı "xxxx" MMC daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 85-də yaşayan Cavabdeh kommunal xidmətlərdən istifadəyə görə olan 770 manat və gecikdirilmiş faiz borcuna görə 103 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385, 386.1, 1091-1095-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin 0105-P129-43250 nömrəli dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" MTK ******* eyniləşdirmə nömrəsi ilə 13 iyun 2005-ci il tarixdən qeydiyyata alınmışdır. "xxxx" MTK-nın 08 dekabr 2010-cu il tarixli ümumi yığıncağının 7 nömrəli protokolundan görünür ki, "xxxx" MTK-nın yaşayış binalarında son tamamlama işlərinin ləng aparılması tikinti təşkilatının nəzərına çatdırılması, "xxxx" MTK-nın idarə heyətinə X3 sədr təyin edilməsinin tapşırılması və mənzil sahiblərindən kommunal xərclər təmir işləri aparanlar yaşayanlar üçün 1m3 üçün 30 qəpik, təmirə başlamayanlar isə 15 qəpik ödənilməsi qərara alınmışdır. "xxxx" MTK-nın sədri ilə "xxxx" MMC-nin arasında bağlanmış 01 may 2015-ci il tarixli 1 nömrəli kommunal xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən aşağıdakı kimi razılığa gəlmişlər: “1.Lift xidməti. Liftlərin işlək vəziyyətdə olması üçün lift servisi xidməti ilə müqavilənin bağlanması və texniki xidmətin göstərilməsi. Liftlərin elektrik enerjisi ilə təminatı və enerji haqqının "xxxx" ASC-nə ödənilməsi. 2.Mənzillərin su təchizatı ilə təmin olunması. Su nasoslarının texniki servis xidməti. Su nasoslarının elektrik enerjisi ilə təminatı və enerji haqqının "xxxx" ASC-nə ödənilməsi. Su-kanalizasiya xətlərindən istifadəsi üçün rayon su- kanalizasiya idarəsi ilə müqavilənin bağlanması və ödənişlərin olunması 3.MTK-ya aid elektrik transformatorlarına texniki servis xidmətinin göstərilməsi. 4.Blokların və mərtəbələrin işıqlandırılması, elektrik enerji haqqının "AZƏR İŞİQ” ASC-nə ödənilməsi. Blokların və mərtəbələrin elektrik enerjisi ilə təmin olunması, lampaların, plafonların və digər elektrik mallarının alınmasının təmin olunması. Blokların, liftlərin təmizlənməsi və məişət tullantılarının atılmasının təmin olunması. Blokların və liftlərin təmizlənməsi üçün yuyucu maddələrin, zibil paketlərinin alınması. 5.Məişət tullantılarının atılması üçün Bakı Şəhəri İcra Hakimiyyəti Kommunal Departamenti ilə müqavilənin bağlanması və kommunal ödənişlərin həyata keçirilməsi. 6.Yaşayış binasının həyətyanı və binanın küçə hissəsində olan sahələrinin təmizlənməsi. 7.Mühafizə xidmətinin sutka ərzində mütəmadi olaraq təmin olunması. 8.Sakinlərin ofisdən lazımı arayış, çıxarışlar və digər sənədlərin verilməsi və dəftərxana malları ilə təmin etmək. 9.MTK-ya məxsus su hovuzlarının yuyulub təmizlənməsi. 10.Binanın zirzəmi hissəsinin işıqlandırılması və təmizlik işlərinin aparılması. 11.Qeyd olunan xidmətlərin göstərilməsi üçün işçi personalının əmək haqqlarının ödənilməsi. Vətəndaşlar, fiziki şəxslər, hüquqi şəxslər MTK tərəfindən yaşayış sahələrinin verildiyi (Müqavilə bağlandığı andan) mənzil kommunal xərclərini ödəməlidir. Bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir. Bu müqavilə tərəflərin qarşılıqlı razılığına əsasən 15 il müddətinə bağlanılır.” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, giriş C, mənzil 85 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. "xxxx" MMC-nin Cavabdeh 31 mart 2023-cü il tarixdə göndərilən xəbərdarlıqdan görünür ki, Cavabdeh kommunal xidmətlərə görə 770 manat təşkil edir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MTK-nın səlahiyyətlərini hazırda "xxxx" MMC həyata keçirir. Həmçinin "xxxx" MTK-nın 08 dekabr 2010-cu il tarixli ümumi yığıncağının 7 nömrəli protokoluna əsasən "xxxx" MTK-nın yaşayış binalarında son tamamlama işlərinin ləng aparılması tikinti təşkilatının nəzərına çatdırılması, "xxxx" MTKnın idarə heyətinə X3 sədr təyin edilməsinin tapşırılması və mənzil sahiblərindən kommunal xərclər təmir işləri aparanlar yaşayanlar üçün 1m3 üçün 30 qəpik, təmirə başlamayanlar isə 15 qəpik ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, giriş C, mənzil 85 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. Həmçinin "xxxx" MMC-nin Cavabdeh 31 mart 2023-cü il tarixdə göndərilən xəbərdarlıqdan görünür ki, Cavabdeh kommunal xidmətlərə görə 770 manat təşkil edir. Hazırda iddiaçı "xxxx" MMC Cavabdeh kommunal xidmətlərdən istifadəyə görə olan 770 manat və gecikdirilmiş faiz borcuna görə 103 manat pulun tutulmasını xahiş edir. Beləliklə, mənzil qanunvericiliyinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Tutulmalı kommunal ödənişlərinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Mənzil Məcəlləsinin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Məcəllənin 137.7-ci maddəsinə əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Həmin Məcəllənin 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Beləliklə, iddia tələbi əsaslı və qanuni olmaqla qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 85-də yaşayan Cavabdeh kommunal xidmətlərdən istifadəyə görə 770 (yeddi yüz yetmiş) manat məbləğində pul vəsaiti və 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 85-də yaşayan Cavabdeh kommunal xidmətlərdən istifadəyə görə 770 (yeddi yüz yetmiş) manat məbləğində pul vəsaiti və 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2964/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2964/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver