Məhkəmə qərarları › İş №2(004)-297/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-297/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-297/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək,Cavabdeh1 ilə “xxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24-KTKDX-1-0-59-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 24-KTKDX-1-0-59-15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 199.899,69 manat əsas borc, 35.009,68 manat faiz borcu, 60.952,20 manat cərimə olmaqla, cəmi 295.861,57 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilməsi; tutmanın ipoteka predmeti olan və cavabdehlər Cavabdeh2, X11 və Cavabdeh4 məxsus olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 199.899,69 manat əsas borc, 35.009,68 manat faiz borcu, 60.952,20 manat cərimə olmaqla, cəmi 295.861,57 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, X11 və Cavabdeh4 həmin mənzildən olan istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi; Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzili hərracda satdıqdan sonra əldə olunmuş vəsaitin borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalıq hissəsinin ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, iddiaçı “xxxx” İKB ASC-nin adı - İddiaçı ASC adına dəyişdirilmişdir. Sonradan İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü madəsinin tələbinə əsasən idia tələbinin həcminin artırılması barədə ərizə verərək, X6 da cavabdeh kimi göstərməklə, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 199.899,69 manat əsas borc, 41.112,24 manat faiz borcu, 88.813,76 manat cərimə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5% hesablanmış 832,75 manat əldən çıxmış fayda olmaqla, cəmi 330.658,44 manat borcun tutulmasını, digər tələblərlə yanaşı tutmanın həmçinin mərhum X2 mülkiyyətində olan və vərəsəsi X8 tərəfindən faktiki qəbul edilmiş miras əmlak olan ipoteka qoyulmuş Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinə də yönəldilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, “xxxx” İKB ASC-nin 12 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24-KTKDX-1-0-59-15 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 300.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə kredit limiti ayrılmışdır. Həmin müqavilə əsasında Cavabdeh1 xx.xx.2015-ci il tarixdə illik 7% ödəmək şərti ilə 60 ay müddətinə 200.000 manat kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilini ipoteka saxlayan “xxxx” İKB ASC-nin qarşısında ipoteka ilə yüklü etmişlər. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan X9 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilini ipoteka saxlayan “xxxx” İKB ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq olunmuş, dövlət reyestrində qeydə alınmışdır. X9 xx.xx.2018-ci ildə ölmüşdür. X9 ilə X8 xx.xx.1985-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. X9 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilini ipoteka ilə yüklü edərkən, X8 mənzilin ipoteka ilə yüklü edilməsinə xx.xx.2015-ci il tarixdə notarial qaydada razılıq vermişdir. İddiaçı ASC mirasın açıldığı yer üzrə notariat kontorlarına müraciət etmişdir. X7 dair vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. X8 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən X2 qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsəsidir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə ödənilməmiş 199.899,69 manat əsas borc, 35.009,68 manat faiz borcu, 60.952,20 manat cərimə olmaqla, cəmi 295.861,57 manat borcu yaranmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixə ödənilməmiş 199.899,69 manat əsas borc, 41.112,24 manat faiz borcu, 88.813,76 manat cərimə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5% hesablanmış 832,75 manat əldən çıxmış fayda olmaqla, cəmi 330.658,44 manat borcu yaranmışdır. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli LP-141/20 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinin bazar qiyməti 210.000 manat və likvid dəyəri 178.000 manat müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsində Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinin qiyməti 130.000 manat müəyyən edilmişdir. Hesab edir ki, ipoteka predmetləri qeyd olunan qiymətlərlə hərraca çıxarılmalıdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 10.000 manat ödəniş etmişdir. Bu ödənişin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi, həmçinin “AZEMİS” vasitəsilə mobil telefonlarına “SMS” bildirişi göndərilməklə xəbərdarlıq edilmişdir. Lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin həqiqi hallarından göründüyü kimi, “xxxx” İKB ASC-nin 12 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24-KTKDX-1- 0-59-15 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 300.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə kredit limiti ayrılmışdır. Həmin müqavilə əsasında Cavabdeh1 xx.xx.2015-ci il tarixdə illik 7 % ödəmək şərti ilə 60 ay müddətinə 200.000 manat kredit götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İpoteka saxlayan “xxxx” İKB ASC ilə ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilini ipoteka saxlayan “xxxx” İKB ASC-nin qarşısında ipoteka ilə yüklü etmişlər. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzili 210.000 manat dəyərində qiymətləndirilmişdir. İpoteka saxlayan “xxxx” İKB ASC ilə ipoteka qoyan X9 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə X9 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilini ipoteka saxlayan “xxxx” İKB ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. X8 əri X2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq vermişdir. X9 ilə X8 xx.xx.1985-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. X9 xx.xx.2018-ci ildə ölmüşdür. X1 miras qalmış və ipoteka ilə yüklü olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilini onun arvadı X8 qanun üzrə birinci növbə vərəsə kimi faktiki qəbul etmişdir. Hər iki mənzilə dair bağlanmış ipoteka müqavilələri notarial qaydada təsdiq olunmuş və dövlət reyestrində qeydə alınmışdır. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İddiaçı ASC mirasın açıldığı yer üzrə notariat kontorlarına müraciət etmişdir. X7 dair vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. X8 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən X2 qanun üzrə birinci növbə vərəsəsi olmaqla, ipoteka ilə yüklü olan miras əmlakı faktiki olaraq idarəçiliyə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsə X3 mülkiyyəti sayılır. X8 əmlakın ipotekaya qoyulmasına yazılı razılıq vermiş və həmin əmlakı ipoteka ilə yüklü vəziyyətdə miras əmlak kimi qəbul etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ASC tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində müraciət etmiş və mənzillərə tutmanın yönəldilməsi haqqında bildirişlər qeydə alınmışdır. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 199.899,69 manat əsas borc, 35.009,68 manat faiz borcu, 60.952,20 manat cərimə olmaqla, cəmi 295.861,57 manat borcu yaranmışdır. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 xx.xx.2021ci ildə 10.000 manat ödəniş etmişdir. Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə ödənilməmiş 165.399,69 manat əsas borc, 44.616,5 manat faiz borcu, 98.499,79 manat cərimə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5% hesablanmış 2.502,45 manat əldən çıxmış fayda olmaqla, cəmi 308.515,98 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış 98.499,79 manat cərimə azaldılaraq 5.000 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizasının aparılması müstəqil qiymətləndirici “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli LP-141/20 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh2, X11 və Cavabdeh4 paylı (hər birinin payı 1/3 hissə) mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinin hazırkı real bazar qiyməti 210.000 manat, likvid qiyməti 178.000 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə “xxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021ci il tarixə yaranmış 165.399,69 manat əsas borc, hesablanmış 41.112,24 manat faiz borcu, 5.000 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 211.573,93 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tutma ipoteka predmeti olan və cavabdehlər Cavabdeh2, X11 və Cavabdeh4 paylı (hər birinin payı 1/3 hissə) mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə və mərhum X2 mülkiyyətində olan və hazırda faktiki olaraq onun qanun üzrə birinci növbə vərəsəsi olan arvadı X3 istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinə yönəldilməlidir. Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinin ilkin satış qiyməti bazar qiyməti 210.000 manat və likvid dəyəri 178.000 manat və Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinin ilkin satış qiyməti 130.000 manat müəyyən edilməklə, mənzillər açıq hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 cəmi 211.573,93 manat borcu İddiaçı ASC-yə ödənilməlidir. Artıq qalan vəsait mənzillərin mülkiyyətçiləri Cavabdeh2, X11, Cavabdeh4 və X5 qaytarılmalıdır. Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2, X11 və Cavabdeh4 Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməli və onlar həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq yeni alıcıya təhvil verilməlidir. Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan 1 ay sonra, mənzil boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Mənzillər hərracda satdıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilməlidir. İddia tələbi qalan hissələrində rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 300 manat pul Cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə “xxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24-KTKDX-1-0-59-15 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 24-KTKDX-1-0-59-15 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 165.399,69 manat əsas borc, hesablanmış 41.112,24 manat faiz borcu, 5.000 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 211.573,93 (iki yüz on bir min beş yüz yetmiş üç manat doxsan üç qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan və cavabdehlər Cavabdeh2, X11 və Cavabdeh4 paylı (hər birinin payı 1/3 hissə) mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə və mərhum X2 mülkiyyətində olan və hazırda faktiki olaraq onun qanun üzrə birinci növbə vərəsəsi olan arvadı X3 istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinə yönəldilsin. Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinin ilkin satış qiyməti bazar qiyməti 210.000 (iki yüz on min) manat və likvid dəyəri 178.000 (yüz yetmiş səkkiz min) manat və Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinin ilkin satış qiyməti 130.000 (yüz otuz min) manat müəyyən edilməklə, mənzillər açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 cəmi 211.573,93 (iki yüz on bir min beş yüz yetmiş üç manat doxsan üç qəpik) manat borcu İddiaçı ASC-yə ödənilsin, artıq qalan vəsait mənzillərin mülkiyyətçiləri Cavabdeh2, X11, Cavabdeh4 və X5 qaytarılsın. Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2, X11 və Cavabdeh4 Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar, mənzil boşaldılaraq yeni alıcıya təhvil verilsin. Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan 1 ay sonra, mənzil boşaldılsın və yeni alıcıya təhvil verilsin. Mənzillər hərracda satdıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilsin. İddia tələbi qalan hissələrində rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 300 (üç yüz) manat pul Cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN **********, Bank: “xxxx” ASC Yasamal filialı, VÖEN: ********** (bankın VÖENİ), kod: 512565, hesablaşma hesabı: AZE30AZRT********************, müxbir hesabı: AZE02NABZ ********************, SWİFT: AZTRAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar