Məhkəmə qərarları › İş №2(004)-2972/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2972/2020

18.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2972/2020 18.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktlarının müəyyən edilməsi və doğum haqqında şəhadətnamələrin verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktlarının müəyyən edilməsi və doğum haqqında şəhadətnamələrin verilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun qardaşı X5 ilə X6 birgə nikahından doğulmuş övladları - X7 xx.xx.2014-cü ildə Türkiyə Respublikasında; X2 xx.xx.2016-cı ildə İraq Respublikasında; X3 xx.xx.2017-ci ildə İraq Respublikasında doğulmalarına dair hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilməsi; xx.xx.2014-cü ildə Türkiyə Respublikasında doğulmuş X7; xx.xx.2016-cı ildə İraq Respublikasında doğlumuş X2 və xx.xx.2017-ci ildə İraq Respublikasında doğulmuş X3 doğum akt qeydlərində “ata” bəndində - X5 - azərbaycanlı; “ana” bəndində - X13 - azərbaycanlı yazılmaqla, X7, X2 və X3 adlarına doğum haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş X5 onun doğma qardaşıdır. Qardaşı Elməddin xx.xx.2013-cü il tarixdə xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş X8 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Nikah bağlandıqdan sonra Gülüstana “Hüseynova” soyadı verilmişdir. Gülüstan birinci uşağa hamilə olan zamanı Elməddinlə birlikdə Tükiyə Respublikasına getmişdir. xx.xx.2014-cü ildə Türkiyə Respublikasında qardaşının birinci uşağı - X14 doğulmuşdur. Sonradan isə, qardaşı Elməddin ailəsi ilə birlikdə İraq Respublikasına köçmüş və orada onun xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı daha iki oğlu doğulmuşdur. O, qardaşı və onun ailəsi ilə tez-tez əlaqə saxlamış, video görüntü ilə danışmışdır. İraq Respublikasında müxtəlif siyasi müharibələr baş verdiyinə görə o, qardaşına və onun ailəsinə görə çox narahat olmuşdur. Elməddinlə əlaqə kəsiləndən sonra o, Azərbaycan Respublikasının müvafiq aidiyyati orqanlara dəfələrlə müraciət etmiş, qardaşı Elməddin Hüseynovun və onun ailə üzvlərinin tapılaraq Azərbaycan Respublikasına gətirilməsini xahiş etmişdir. 2020-ci ilin əvvəli onunla əlaqə saxlanılmış və bildirilmişdir ki, X1 və X6 birgə nikahından doğulmuş və İraq Respublikasında yerləşən kampda saxlanılan uşaqları Faruk, Furkan və Burhan tapılmışdır. 2020-ci ilin fevral-mart aylarında İraq Respublikasından Azərbaycan Respublikasına azyaşlı uşaqların repatriasiya prosesi həyata keçirilmişdir. Bunun nəticəsində, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 78 nömrəli sərəncamı ilə o, uşaqların bibisi olaraq qardaşı Elməddin Hüseynovun övladları - xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir. Hazırda uşaqların üçü də onun yanında qalır. O, uşaqların tələbatlarını ödəyir və qayğıları ilə məşğul olur. Dövlət tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X10 məktəbəqədər hazırlıqların maneəsiz şəkildə həyata keçirilməsi üçün planşet verilmişdir. Hazırda Faruk həmin cıhaz vasitəsilə onlyan dərslər alır və gələcəkdə imtahanı uğurla keçərsə, Faruk məktəbə 1-ci sinfə daxil olacaq və məktəbə gedəcəkdir. Həmçinin, şifahi olaraq ona bildirilmişdir ki, onun doğma qardaşı Elməddin və gəlini Gülüstan hazırda İraq Respublikasının “Rusafa” həbsxanasında saxlanılırlar. Uşaqların adına doğum haqqında şəhadətnamələr verilmədiyindən, hazırda həmin sənədlərin alınmasına zərurət yaranmışdır. Bu səbəbdən o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Maraqlı şəxs (əvvəlki Oktyabr rayonu) tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ№ 326818 nömrəlivə xx.xx.1991-ci il tarixdə verilmiş XVİ-ЖГ № 350745 nömrəli doğum haqqında şəhadətnamələrinin surətlərindən müəyyən edilir ki, xx.xx.1991-ci il təvəllüdlü X5 ərizəçi - xx.xx.1986-cı il təvəllüdlü X4 doğma qardaşıdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/76-831/13 nömrəli məktubla məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş X5 ilə xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş X8 arasında xx.xx.2013-cü il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 97 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlanandan sonra arvada Hüseynova soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 78 nömrəli sərəncamına əsasən X1 və X6 birgə nikahdan doğulmuş uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 üzərində bibiləri Ərizəçi qəyyum təyin edilmişdir. 2020-ci ilin fevral-mart aylarında İraq Respublikasından Azərbaycan Respublikasına repatriasiya prosesi həyata keçirilməsi üçün, Bağdad şəhərində yerləşən Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adına xx.xx.2020-ci il tarixdə AA0148142, AA0148143 və AA0148144 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətanmələri verilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/76-773/15 nömrəli məktubu ilə xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 doğum faktlarının qeydiyyata alınmasından imtina edilmişdir və Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin məhkəmə iclasında verdiyi izahatdan və işdə olan rəsmi sənədlərdə müəyyən edilir ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş X5 ərizəçinin doğma qardaşıdır. E.Hüseynov xx.xx.2013-cü il tarixdə G.Hüseynova ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. X13 birinci uşağa hamilə olan zamanı əri X5 ilə birlikdə Tükiyə Respublikasına getmişdir. xx.xx.2014-cü ildə Türkiyə Respublikasında ərizəçinin qardaşının birinci uşağı - X14 doğulmuşdur. Sonradan isə, Hüseynov X9 ailəsi ilə birlikdə İraq Respublikasına köçmüş və orada onun xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı daha iki oğlu doğulmuşdur. Ərizəçi dəfələrlə Azərbaycan Respublikasının müvafiq aidiyyati orqanlara müraciət etmiş, qardaşı X1 və onun ailə üzvlərinin tapılaraq Azərbaycan Respublikasına gətirilməsini xahiş etmişdir. 2020-ci ilin əvvəli ərizəçi ilə əlaqə saxlanılmış və bildirilmişdir ki, X1 və X6 birgə nikahdan doğulmuş və İraq Respublikasında yerləşən kampda saxlanılan uşaqları Faruk, Furkan və Burhan tapılmışdır. 2020-ci ilin fevral-mart aylarında İraq Respublikasından Azərbaycan Respublikasına azyaşlı uşaqlarının repatriasiya prosesi həyata keçirilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 78 nömrəli sərəncamı ilə Ərizəçi qardaşının uşaqlarının üzərində qəyyum təyin edilmişdir. Ərizəçi uşaqların tələbatlarını ödəyir və qayğıları ilə məşğul olur. Uşaqların doğum aktı Azərbaycan Respublikasında qeydə alınmadığına görə, ərizəçi uşaqların doğulması haqqında hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş X5 (FİN 5JT9QAB) ilə xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş X6 (FİN 5N1UK6Z) arasında 97 nömrəli akt qeydi ilə bağlanmış nikahdan doğulmuş övladları - X7 xx.xx.2014-cü ildə Türkiyə Respublikasında; X2 xx.xx.2016-cı ildə İraq Respublikasında; X3 xx.xx.2017-ci ildə İraq Respublikasında doğulmalarına dair hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. xx.xx.2014-cü ildə Türkiyə Respublikasında doğulmuş X7; xx.xx.2016-cı ildə İraq Respublikasında doğlumuş X2 və xx.xx.2017-ci ildə İraq Respublikasında doğulmuş X3 doğum akt qeydlərində “ata” bəndində - X5 (FİN 5JT9QAB) - azərbaycanlı; “ana” bəndində - X13 (FİN 5N1UK6Z) - azərbaycanlı yazılmaqla, X7, X2 və X3 adlarına doğum haqqında şəhadətnamələrin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar