Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2978/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin sentyabr ayının ortalarında iş yoldaşı X3 öz qızını Xırdalan şəhəri, 9 saylı tam orta məktəbə müəllim düzəltmək üçün onun evinə dəfələrlə gələrək münasib adam tapmağı ondan xahiş etmişdir. O, bu məsələni qonşuluğunda yaşayan əslən Şuşa rayon sakini X1 bildirmişdir. Hüseyn Baxşəliyev də ona Prezident Administrasiyasında işləyən Cavabdeh tanıdığını bildirmişdir. Onlar həmin adamla Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki parkda görüşmüş və məsələni ona daşınmışlar. Cavabdeh da onlara bildirmişdir ki, onun Təhsil Naziri ilə yaxın əlaqələri vardır və bu işi düzəldə bilər. Bu işin düzəlməsinə 6000 manat pul istəmişdir. Onlar bu məsələni Kəmalə xanıma bildirmiş və o da bununla razılaşmışdır. O, qonşusu Baxşəliyev Hüseynlə birgə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Heydər Əliyev parkına gedərək Cavabdeh ilə görüşmüş və həmin məbləği ona vermişdir. Xatirə isə bildirmişdir ki, Seyidova Kəmalənin qızını 20 sentyabr 2018-ci il tarixə kimi Xırdalan şəhər 9 saylı tam orta məktəbə müəllim düzəldəcəkdir. Lakin həmin dediyi vaxtdan çox keçməsinə baxmayaraq bu işi həll etməmişdir. Hər dəfə də soruşanda müxtəlif bəhanələr gətirmişdir. Sonra başa düşmüşdürlər ki, bu şəxs onları aldatmış və heç yerdə işləmir. Bu işlə bağlı Binəqədi rayon Polis idarəsinə də bu barədə müraciət etmişlər. Göstərilənlərə əsasən Cavabdeh 6000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh pulu 2018-ci ilin sentyabr ayında vermişdir. Lakin pulu cavabdehə verən zaman ondan verdiyi pula dair hən hansı bir formada qəbz almamışdır. Belə ki, o pulu Hüseyn müəllimə arxayın olub cavabdehə vermişdir. Cavabdeh Hüseyn müəllimə Badamdar ərazisində olan torpağını sataraq pulu verəcəyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki o, Mübarizlə Hüseyn vasitəsi ilə tanış olmuşdur. Mübariz Nərimanov rayonu ərazisində iş yoldaşının X10nın imtahan nəticələrini yoxlatmaq üçün sənədlərini ona təqdim etmişdir. Vüsalə Seyidova imtahandan aşağı bal toplamışdır. O, Mübarizə Vüsalənin nəticələrini yoxladacağını bildirmişdir. Onun nəticələrini yoxlatdıqdan sonra Vüsalə Seyidovanı onların istədiyi məktəbə yox, başqa bir məktəbə müvəqqəti düzəltməyin, daha sonra isə istədiyi məktəbə yerini dəyişməyin mümkün olduğunu bildirmişdir. Nəticələri yoxlatdıqdan sonra onların sənədini qaytarmışdır. Lakin aralarında hər hansı pul söhbəti olmamışdır. X9 müəllim tanış etmişdir. Hüseyn müəllim polisdə izahat verərək bildirmişdir ki, Mübarizin ona pul verməyini görməmişdirdir. Həmin vaxt o, Mübarizlə maşında əyləşərək söhbət etmiş, hüseyn müəllim isə həmin vaxt kənarda dayanmışdır. Mübariz ondan başqa bir neçə adamı da bu cür şantaj etmişdir. Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Abşeron Rayon Polis İdarəsi cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Mübariz ona bu işin müsbət həll olunacağı təqdirdə kiçik hədiyyə verəcəyinə söz vermişdir. Lakin həmin hədiyyə də iddiaçı tərəfindən ona verilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, iddiaçı onun qonşusu, cavabdeh isə yerlisidir. Cavabdehlə təsadufi tanış olmuşdur. Xatirə bildirmişdir ki, guya Milli Məclisdə, Prezident Aparatında işləyir. Deyirdi ki, Hadı Rəcəblinin işçisidir. Onlarda ona inanmışdır. Mübarizin iş yoldaşının qızını işə düzəltmək lazım idi. Xatirə xanım da bildirmişdir ki, onu işə düzəldəcəkdir. Bir yerdə Biləcəri qəsəbəsində görüşmüşlər. Mübariz Xatirəyə maşında 6000 manat pul vermişdir. Pul Xatirəyə verildiyi zaman o, Xatirənin yanında gələn adamla çay içirdi, həmin ərəfədə isə Mübariz və Xatirə maşında oturub söhbət edirdi. Mübariz pulu onun yanında verməsə də, pulun Xatirəyə verdiyini bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən 3 saylı orta məktəbdə müəllimə işləyir. X10 NDU-nu bitirmişdir və o, qızına münasib iş axtarırdı. Vüsalə müəllimə kimi işə qəbul üçün 2018-ci ilin yay ayında imtahan vermiş və bu imtahandan 51 bal toplamışdır, lakin buna baxmayaraq Vüsalə hələ 2-ci turdan keçməli idi. O da, Vüsalənin işə düzəlməsi ilə bağlı maraqlanırmış və bu məsələdən də iş yoldaşlarının məlumatı var idi. O, iş yoldaşı Mübarizə bu barədə demiş və hətta bildirmişdir ki, 6000 manat da pul verə biləcəkdir. Bu məqsədlə 2018-ci ilin sentyabr ayının əvvəllərində Mübarizə yaşadığı ünvanda 6000 manat pul vermişdir. Mübariz də ona bu barədə narahat olmamağı bildirərək arxayın etmişdir. Təxminən bir-iki həftədən sonra qızı Vüsalə imtahandan yaxşı nəticə əldə etdiyi üçün bu məqsədlə Binə qəsəbəsi 136 say orta məktəbə işə qəbul edilmişdir. Ondan sonra o, Mübarizdən ona vermiş olduğu 6000 manat pulu geri istəyən zaman Mübariz ona pulu Xatirəyə vermiş olduğunu bildirmişdir. O da Xatirəylə telefonda danışmış, lakin Xatirə onu telefonda hədələmişdir. Qarşılığında o da, baş vermiş hadisə ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. İş materiallarında olan Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 28.12.2018-ci il tarixli qərardan görünür ki, Abşeron rayonu, Xərdalan şəhəri, YYM fərdi yaşayış evində yaşayan X3 DİN-in 102 saylı xidmətinə zəng vuraraq, 13.09.2018-ci il tarixdə X10nı müəllimə işinə düzəltmək üçün tanışı Mübariz adlı şəxsə 6000 manat pul verməsinə baxmayaraq sonuncu onu aldadaraq dələduzluq etməsi ilə bağlı məlumat vermiş və toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X3, X10nı məktəmə müəllimə düzəltmək üçün öz iş yoldaşı İddiaçı bildirmiş, sonuncu da, bu barədə tanışı Hüseyn Baxşəliyeva demişdir. H. Baxşəliyev Cavabdeh adlı tanışının onlara bu işdə kömək edə biləcəyini bildirmiş və bu səbəbdən də, cavabdehə müraciət etmişdir. Cavabdeh Əhmədova X4 Vüsalənin nəticələrini yoxladacağını demiş və onun nəticələrini yoxlatdıqdan sonra Vüsalə Seyidovanı onların istədiyi məktəbə yox, başqa bir məktəbə müvəqqəti düzəltməyin, daha sonra isə istədiyi məktəbə yerini dəyişməyin mümkün olduğunu bildirmişdir. Daha sonra V.Seyidova imtahandan yaxşı nəticə əldə etdiyi üçün Binə qəsəbəsi 136 say orta məktəbə işə qəbul edilmişdir. X3 İddiaçı ona verdiyi 6000 manat məbləğində pulunu geri tələb etmiş, lakin sonuncu həmin məbləği cavabdehə verdiyini bildirmişdir. K.Seyidova cavadbehə zəng edərək verilmiş məbləği geri qaytarmasını tələb etsə də, cavabdeh ona heç bir məbləğin verilməməsini bildirmişdir. Bundan sonra K.Seyidova DİN 102 xidmətinə zəng vuraraq cavabdehin dələduzluq edərək onlardan 6000 manat məbləğində pul vəsaiti alması barədə şikayət etmişdir. Vətəndaş K.Seyidavanın şikayəti əsasında Abşeron RPİ-də araşdırma aparılmış və 28.12.2018-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı həmin məbləği cavabdehdən geri tələb etsə də, sözü gedən məbləği cavabdehə verməsini təsdiq edən heç bir mötəbər və tutarlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə şahid ifadələrinə də qiymət verərək qeyd edir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə hesab edir ki, şahid ifadələrinin məzmunu iddia tələblərinin mahiyyəti baxımından iş üçün əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2978/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2978/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver