Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-298/2020 16.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətində olan əmlakların naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, onunla cavabdehin paylı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin və ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin dövlət reyestrində müəyyən edilmiş nisbətə uyğun olaraq 2/5 hissə onun, 3/5 hissə cavabdehin olmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, onunla cavabdehin paylı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin, ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin daşınmaz əmlakın dövlət reyestrində müəyyən edilmiş nisbətə uyğun olaraq 2/5 hissə onun, 3/5 hissə Cavabdeh olmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh İddiaçı arvadıdır. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)-14/2018 nömrəli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur. Mübahisə predmeti olan daşınmaz əmlaklar birgə nikah dövründə əldə olunmuş əmlakdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-10492/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin, ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin 2/5 hissəsi İddiaçı, 3/5 hissəsinə isə Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Qətnamə icra edilmiş və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli elektron çıxarışlar verilmişdir. Hazırda həmin daşınmaz əmlaklardan tərəflərin birgə istifadə etmələri qeyri-mümkündür. İddiaçı daşınmaz əmlakların naturada bölgüsünün könüllü həyata keçirilməsi, yəni bağ evinin tam şəkildə onun mülkiyyətinə verilməsi, mənzillərin isə cavabdehə verilməsini təklif etsə də, cavabdeh buna razılaşmamışdır. Həmçinin cavabdehin iddiaçıya başqa yerdə iki otaqlı mənzil alıb verməsi şərti ilə iddiaçının öz payını cavabdehə verməsinə dair təklifini iddiaçı qəbul etmir. İddiaçının təqdim etdiyi “X10” MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəylərinə əsasən Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin qiyməti 570.000 manat, ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin qiyməti 240.000 manat və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin qiyməti isə 410.000 manat təşkil edir. İddiaçı hesab edir ki, onun payına düşən hissəyə uyğun olaraq daşınmaz əmlakların dəyərindən 2/5 hissəsi 480.000 təşkil edir, bu məbləğ nağd şəkildə iddiaçıya əvvəlcədən ödənilərsə, iddiaçı öz payını cavabdehin adına keçirməyə razıdır. Cavabdehin təklif etdiyi kimi Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin satılmasından sonra iddiaçıya 500.000 manat vəsait ödənilməsi ilə razı deyildir. Çünki, həmin evin satılması üçün müştəri gələcəyi təqdirdə cavabdeh mənzilin satılmasına şərait yaratmayacaq və mənzilin satılması baş tutmayacaq. İddiaçı isə faktiki olaraq yenə də mülkiyyətindən istifadə edə bilməyəcəkdir. Bu səbəbdən tərəflər arasında barışıq əldə edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 10492/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin, ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin 2/5 hissəsi İddiaçı, 3/5 hissəsinə isə Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Qətnamə icra edilmiş və tərəflərə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. Cavabdeh iddiaçının təklif etdiyi qaydada naturada bölgü aparılmasına razı deyildir. Cünki, cavabdeh heç vaxt iddiaçıya əmlaklardan istifadə etməsinə maneə yaratmamışdır. Cavabdeh iddiaçıya 60.000-80.000 manat dəyərində iki otaqlı mənzil alıb verməyə razıdır və ya cavabdeh paylı mülkiyyətdə olan Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin satılmasına və satışdan əldə olunacaq vəsaitdən iddiaçıya 500.000 manat vəsait ödəməyə razıdır. Bu şərtlə ki, iddiaçı digər əmlaklardakı payını cavabdehə versin. Cavabdeh həmin mənzilin satılmasına etiraz etmir. Əvvəlcədən iddiaçıya nağd şəkildə pul ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən tərəflər arasında mübahisəni sülh yolu ilə həll etmək mümkün olmamışdır. Daşınmaz əmlakların dəyəri iddiaçının təqdim etdiyi kimi “X10” MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəylərində göstərildiyi kimi Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin qiyməti 570.000 manat, ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin qiyməti 240.000 manat və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin qiyməti isə 410.000 manat deyildir. Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin qiyməti 1.500.000- 1.900.000 manat arasında dəyişir. Hazırda hesab edir ki, əmlakların texniki cəhətdən bölünməsi mümkün deyildir. Bağ evində cavabdehin valideynləri yaşayır. Əslində bütün evləri cavabdehin valideynləri almışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, nümayəndəsi və vəkili X3 izahatı ilə razı olduğunu bildirdi. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin mübahisənin sülh yolu ilə həll edilməsi üçün tərəflərə verdiyi vaxt ərzində, mübahisəni sülh yolu ilə həll etmək mümkün olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiarədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakların üzərində məhkəmə qaydasında tərəflərin payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-10492/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin, ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin 2/5 hissəsi İddiaçı, 3/5 hissəsinə isə Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Qətnamə icra edilmiş və tərəflərin adlarına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********65-05101-093002 daşınmaz əmlakın reyestr nömrəli, xx.xx.2019-cu il tarixli **********03-05301-093027 daşınmaz əmlakın reyestr nömrəli və xx.xx.2019-cu il tarixli **********97-11301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışlarına əsasən Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin; ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin 2/5 hissəsi İddiaçı və 3/5 hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı paylı mülkiyyətdə olan daşınmaz əmlaklardan öz paylarının naturada ayrılmasını tələb edir. Tərəflər əmlakların öz aralarında bölünməsinə dair könüllü razılıq əldə edə bilməmişlər. Məhkəmə mübahisəli predmeti olan daşınmaz əmlaklar paylı mülkiyyətçilərin paylarına uyğun olaraq naturada real bölgüsünün aparılmasının texniki cəhətdən mümkün olub-olmamasını müəyyən etmək, həmçinin həmin əmlakların real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki (inşaat) və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 30856 nömrəli eksperti rəyində göstərilir ki, Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin; ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin paylı mülkiyyətçilər İddiaçı (payı 2/5 hissə), Cavabdeh (pay 3/5 hissə) paylarına uyğun olaraq naturada real bölünməsi və payın naturada ayrılması inşaat norma və qaydalarına uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin daxilində bir və iki mərtəbəli yaşayış evlərinin və yardımçı tikilərinin ibarət olduğu müəyyən edilmişdir. A literli yaşayış evi 2 mərtəbəlidir, 12 tikilidən ibarət olmaqla ümumi sahəsi 293 kv.m-dən ibarətdir. B literli tikili isə 11 tikilidən ibarət olmaqla ümumi sahəsi 211,6 kv.m-dən ibarətdir. A və B literli tikililər ümumilikdə 504,6 kv.m sahədən ibarətdir. Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin A və В literli yaşayış evlərinin planlı yerləşmələrini, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə təmin olunmasını, yaşayış evlərinin biri birindən təcrid olduğunu nəzərə alaraq yaşayış evlərinin naturada paylarına münasib real bölünməsi inşaat Norma və Qaydaları 2,08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyəni-tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün yaşayış evlərinin yerləşən torpaq sahəsinin daxilindən 28,0 metr uzunluğunda 25,0 metr enində sərhəd hasarı çəkilməli və küçə tərəfə qapı quraşdırılmalıdır. Qeyd olunur ki, tədqiq olunan tikililərə baxış keçirilən zamanı A və В liteli yaşayış evlərinin arasında olan sərhəd hasarının bir hissəsi sökülmüş vəziyyətdə və əlavə yaradılmış giriş-çıxış üçün nəzərdə tutulmuş qapı boşluğu hörülmüş vəziyyətdə olmuşdur. Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin tərəflərin paylarına münasib təcrid mənzillər şəklində 2/5 və 3/5 hissəyə natura qaydasında bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bax rəyə əlavə olunmuş plan sxemə. Məhkəmə xx.xx.2020-ci il tarixli 30856 nömrəli eksperti rəyinin - Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin; ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin paylı mülkiyyətçilər İddiaçı (payı 2/5 hissə), Cavabdeh (pay 3/5 hissə) paylarına uyğun olaraq naturada real bölünməsinin və payın naturada ayrılmasının inşaat norma və qaydalarına uyğun olaraq texniki cəhətdən mümkün olmaması ilə razılaşır və ekspert rəyini bu hissədə əsaslı hesab edir. xx.xx.2020-ci il tarixli 30856 nömrəli eksperti rəyinin - Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin tərəflərin paylarına münasib təcrid mənzillər şəklində 2/5 və 3/5 hissəyə natura qaydasında bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Çünki, ekspert rəyində 863 nömrəli bağ evinin 0,010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 504,6 kv.m olan - A literli yaşayış evinin 2 mərtəbəli, 12 tikilidən ibarət olmaqla ümumi sahəsi 293 kv.m-dən ibarət olması; B literli tikilinin isə 11 tikilidən ibarət olmaqla ümumi sahəsi 211,6 kv.m-dən ibarət olması qeyd olunsa da, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********97-11301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 863 nömrəli bağ evi - 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m-dən ibarət olmaqla, 863 nömrəli bağ evinin 2/5 hissəsi İddiaçı və 3/5 hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ekspertiza rəyində göstərilən əlavə tikililər və 0,010 ha torpaq sahəsinin 0,009 ha hissəsi və 0,010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 504,6 kv.m olan A və B literli yaşayış evinin 232,52 kv.m hissəsi istisna olmaqla, qalan hissələri tərəfin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən qeydiyyata alınmayan torpaq sahəsi və onun üzərində inşa edilən tikililər tərəflərin arasında bölünə bilməz. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan və təqdim edilmiş xx.xx.2002-ci il tarixli 8130 nömrəli bağ icarə müqaviləsindən və bağ sahəsinin sxemindən müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,25 ha torpaq sahəsində yerləşən A və B literli tikililərdən ibarət 863 nömrəli bağ evi ilkin olaraq xx.xx.2002-ci il tarixdə X5 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 863 nömrəli bağ evi X1 adına qeydiyyata alınsa da, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********97-11301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 863 nömrəli bağ evi kimi yalnız - 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m-dən ibarət yaşayış evi və həmin evin yerləşdiyi 0,0010 hektar torpaq sahəsi tərəflərin paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır və tərəflərin yalnız qeydiyyata alınmış əmlak barədə mülkiyyət hüquqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı və Cavabdeh paylı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin; ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin paylı mülkiyyətçilər İddiaçı (payı 2/5 hissə), Cavabdeh (pay 3/5 hissə) paylarına uyğun olaraq naturada real bölünməsi və payın naturada ayrılması inşaat norma və qaydalarına uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Bu səbəbdən iddia rədd edilməlidir. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362, 443.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********65-05101-093002 daşınmaz əmlakın reyestr nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətinə olan Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin; xx.xx.2019-cu il tarixli **********03-05301-093027 daşınmaz əmlakın reyestr nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətinə olan ünvan 1 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və xx.xx.2019-cu il tarixli **********97-11301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətinə olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin daşınmaz əmlakın dövlət reyestrində müəyyən edilmiş nisbətə uyğun olaraq 2/5 hissə İddiaçı, 3/5 hissə Cavabdeh olmaqla naturada bölünməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-298/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-298/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver