Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2991/2020 23.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən sığorta ödənişi qismində verilməli olan 8236 manat, ödədiyi dövlət rüsumu 30 manat cəmi 8266 manat pul məbləğinin tutularaq ona ödənilməsi haqqından qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC ilə xx.xx.2015-ci il tarixli 1863 saylı alqı-satqı müqaviləsinə əsasən “Chanqan CS-35” markalı, 2014-cü buraxılış ili, tipi universal, dövlət qeydiyyat nişanı **-AK-*** olan nəqliyyat vasitəsini 23189 ABŞ dollara almışdır. xx.xx.2016-ci il tarixində baş vermiş avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşən avtomobil Cavabdeh MMC-yə təhvil verilmişdir. Avtomobil üçün cavabdehə ödədiyi məbləğin qaytarılması barədə Cavabdeh MMC ilə aramızda mübahisə yarandığı səbəbdən o iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.1 1.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, həmin iddia üzrə ödənilmiş rüsumunun İddiaçı Mais oğluna aid edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 150 manat ekspertiza xərcinin İddiaçı Mais oğlundan tutaraq dövlət nəfinə ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Mais oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1863 saylı alqı- satqı müqaviləsinin ləğv olunması, müqavilənin predmeti olan 1 ədəd “Chanqan CS- 35” markalı, 2014-cü buraxılış ili, tipi universal, rəngi ağ, dövlət qeydiyyat nişanı **-AK-*** olan minik avtomaşına görə İddiaçı Mais oğlundan Cavabdeh MMC-nin xeyrinə 2016-cı ilin iyun-avqust ayları üzrə əsas borc üzrə 1367 manat, hər gecikdirilən günə görə cərimə üzrə 10 manat cəmi 1377 manat məbləğində pul vəsaitinin tutulması, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 8,35%-i, yəni 2 manat 50 qəpiyinin Cavabdeh MMC-yə aid edilməsi, qalan 91,65%, yəni 27 manat 50 qəpik məbləğində pul vəsaitinin İddiaçı Mais oğlundan tutularaq Cavabdeh MMC-yə ödənilməsi, qalan hissədə Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.Birinci instansiya məhkəməsinin bu qərarından o, Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə “müqavilənin predmeti olan 1 ədəd “Chanqan CS-35” markalı, 2014-cü buraxılış ili, tipi universal, rəngi ağ, dövlət qeydiyyat nişanı **-AK-*** olan minik avtomaşına görə İddiaçı Mais oğlundan Cavabdeh MMC-nin xeyrinə 2016-cı ilin iyun- avqust ayları üzrə əsas borc üzrə 1367 manat, hər gecikdirilən günə görə cərimə üzrə 10 manat cəmi 1377 manat məbləğində pul vəsaitinin tutulması, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 8,35%-i, yəni 2 manat 50 qəpiyinin Cavabdeh MMC-yə aid edilməsi, qalan 91,65%, yəni 27 manat 50 qəpik məbləğində pul vəsaitinin İddiaçı Mais oğlundan tutularaq Cavabdeh MMC-yə ödənilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməsi qərara alınmışdır. Həmçinin məhkəmə kollegiyasının həmin qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Mais oğluna qarşılıqlı iddia tələbi “müqavilənin predmeti olan 1 ədəd “Chanqan CS-35” markalı, 2014-cü buraxılış ili, tipi universal, rəngi ağ, dövlət qeydiyyat nişanı **-AK-*** olan minik avtomaşına görə İddiaçı Mais oğlundan Cavabdeh MMC-nin xeyrinə 2016-cı ilin iyun-avqust ayları üzrə əsas borc üzrə 1367 manat, hər gecikdirilən günə görə cərimə üzrə 10 manat cəmi 1377 manat məbləğində pul vəsaitinin tutulması” hissədə təmin edilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəmə iclasinda Cavabdeh MMC-nin nümayəndəsi göstərmişdir ki, avtomobilin “Kasko” sığortasının həyata keçirilməsi üçün İddiaçı 924 manat məbləğində ödəniş qəbul edilmiş, lakin texniki səbəblərdən avtomobil üçün sığorta şirkəti ilə müqavilə bağlanılmamışdır. Həmçinin, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Mais oğlu tərəfindən avtomobil alınarkən ilkin olaraq 2475 manat avtomobilin dəyərindən, 385 manat nömrə pulu kimi, 90 manat icbari sığortaya görə və 924 manat “Kasko” sığortasına görə, sonradan isə 2015-ci ilin sentyabr ayından xx.xx.2016-cı il tarixədək isə umümilikdə 4362 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənişlər edilmişdir. Göründüyü kimi, cavabdehdən aldığım avtomobilə görə o, iki, yəni, İcbari və Kasko sığorta xərclərini aparmış, cavabdehin günahı ucbatından isə avtomobilin Kasko sığortalanması üçün sığorta şirkəti ilə müqavilə bağlanılmamışdır. Cavabdeh səhvini etiraf etmiş və bunu hansısa texniki səbəblərlə izah etmişdir.Apelyasya məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş ziyanın əvəzinin tutulması ilə əlaqədər Cavabdeh MMC tərəfindən yol-nəqliyyat hadisəsinin törətmiş olduğu avtonəqliyat vasitəsinin mülkiyyətçisi olan “xxx” MMC-yə qarşı iddia qaldırmiş və 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə sonuncu Cəmiyyətdən vurulmuş zərərin əvəzi olaraq 6372 manat məbləğində pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmiş, eyni zamanda icbari sığorta əsasında 2285 manat “xxxxxxx” Sığorta Şirkəti tərəfindən xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-yə ödənilmişdir. Nəzərə alaraq ki, avtomobili alarkən o, İcbari və Kasko sığortası ödənişlərini cavabdehə ödəmişdir, Kasko sığortası isə səbəbindən asılı olmayaraq avtomobilə dəymiş ziyanın əvəzini ödəyir, cavabdehə dəymiş zərər tam ödənilmişdir amma onun çəkdiyi xərclər ona qaytarılmamışdır bununla da nəticədə o, avtomobilsız qalmış, üstəlik cavabdeh 8236 manat məbləğdə mənə ziyan vuraraq əsassız varlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, avtomobilin “Kasko” sığortasının həyata keçirilməsi üçün o, Cavabdeh MMC-yə 924 manat məbləğində ödəniş etmiş, lakin texniki səbəblərdən avtomobil üçün sığorta şirkəti ilə müqavilə bağlanılmamışdır. Bundan əlavə 90 manat icbari sığortaya görə ödəmişdir. O, cavabdehdən aldığı avtomobilə görə iki, yəni, icbari və Kasko sığorta xərclərini ödəmiş, cavabdehin günahı ucbatından isə avtomobilin Kasko sığortalanması üçün sığorta şirkəti ilə müqavilə bağlanılmamışdır. Cavabdeh səhvini etiraf etmiş və bunu hansısa texniki səbəblərlə izah etmişdir. Həmçinin yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş ziyanın əvəzinin tutulması ilə əlaqədər Cavabdeh MMC tərəfindən yol-nəqliyyat hadisəsinin törətmiş olduğu avtonəqliyat vasitəsinin mülkiyyətçisi olan “xxx” MMC-dən yə qarşı iddia qaldırmış və məhkəmənin qətnaməsi ilə vurulmuş zərərin əvəzi olaraq 6372 manat məbləğində pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmiş, eyni zamanda icbari sığorta əsasında 2285 manat “xxxxxxx” Sığorta Şirkəti tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. O, avtomobili alarkən icbari və kasko sığortası ödənişlərini cavabdehə ödəmiş, kasko sığortası isə səbəbindən asılı olmayaraq avtomobilə dəymiş ziyanın əvəzini ödəyir, cavabdehə dəymiş zərər tam ödənilmişdir, amma onun çəkdiyi xərclər ona qaytarılmamışdır, bununla da nəticədə o, avtomobilsız qalmış, həmçinin cavabdeh 8236 manat məbləğdə ona ziyan vuraraq əsassız varlanmışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək və yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, bu mübahisə Bakı Apelyasiya Məhkəməsi tərəfindən araşdırılmışdır. Eyni predimet, eyni müqavilə barəsində eyni tərəflər arasında mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Avtomobilin mülkiyyətçisi Cavabdeh MMC-dir. Sığortalanan və faydalanan şəxs də Cavabdeh MMC-dir. İddiaçı ilə bağlanmış müqavilədə bütün şərtlər mövcuddur. Bakı Apelyasiya Məhkəməsi tərəfindən bu mübahisə üzrə qəbul olunmuş qətnamədə iddiaçı tərəfindən nə qədər ödənişin edilməsi göstərilmişdir. İddiaçı yolnəqliyyat hadisəsindən əvvəlki üç ay üçün aylıq ödənişləri ödəməmişdir. Bunun üçün də ona etibarnamə verilməmişdir. Əgər avtomobil “kasko” sığorta olunsa idi belə, etibarnaməsi olmadığı üçün ona ödəniş edilməyəcəkdi. Avtomobilin “kasko” sığorta olunmamasının cavabdeh şirkətin nümayəndəsinin təqsiri ucbatından olduğunu qəbul etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına olan xx.xx.2015-ci il tarixli, 1863 saylı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Alqı-satqı müqaviləsindən görünür ki, Changan CS 35 AT markalı, **-AK-*** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh MMC tərəfindən İddiaçı satılmışdır. İş materiallarına olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1278/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mais oğlu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı ödənilmiş məbləğin geri qatarılması, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı 'Cavabdeh”MMC ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mais oğluna qarşı alqı-satqı müqaviləsinin ləğvi və pul tələbinə dair iddia ərizələri məhkəməyə müraciət etmişdir. ilkin iddia tələbi təmin edilməməsi, qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015ci il tarixli 1863 Ne-li alqı-satqı müqaviləsinin ləğv olunması, müqavilənin predmeti olan 1 (bir) ədəd Changan CS-35 markalı, 2014 buraxılış tipi universal, rəngi ağ, dövlət qeydiyyat nişanı **-AK-*** olan minik avtomobilə görə, ilkin iddia üzrə İddiaçı Cavabdeh MMC-nın xeyrinə 2016-ilin iyun-avqust ayları üzrə (90 gün) əsas borc üzrə 1367 manat, (hər gecikdirilən günə görə cərimə üzrə 10 (on) manat (9.52 ABŞ dolları), cəmi 1377 manat (1311.42 ABŞ dolları) məbləğində pul vəsaitinin tutulması qət eidlmişdir. İş materiallarına olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 2337/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Yasamal Rayon Məhkəməsinin 2(004)- 1278/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi apelyaisya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-1278/2018 saylı qətnaməsi qarşılıqlı iddia tələbi üzrə müqavilənin predmeti olan 1 ədəd “Changan CS-35" markalı, 2014-cü buraxılış ili, tipi universal, rəngi ağ, dövlət qeydiyyat nişanı **-AK-*** olan minik avtomaşına görə İddiaçı “Cavabdeh" MMC-nin xeyrinə 2016-ci ilin iyun-avqust ayları üzrə (90 gün) əsas borc üzrə 1367 manat (1302 ABŞ dolları), hər gecikdirilən günə görə cərimə üzrə 10 manat (9,52 ABŞ dolları), cəmi 1377 manat (1311,42 ABŞ dolları) məbləğində pul vəsaitinin tutulması, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 8.35%-i, yəni 2 manat 50 qəpiyinin Cavabdeh MMC-yə aid edilməsi, qalan 91,65%-i, yəni 27 manat 50 qəpik məbləğində pul vəsaitinin İddiaçı tutularaq “Cavabdeh" MMC-yə ödənilməsi" hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşılıqlı iddia tələbi “müqavilənin predmeti olan 1 ədəd “Changan CS-35" markalı, 2014cü buraxılış ili, tipi universal, rəngi ağ, dövlət qeydiyyat nişanı **-AK-*** olan minik avtomaşına görə İddiaçı “Cavabdeh" MMC-nin xeyrinə 2016-ci ilin iyun-avqust ayları üzrə (90 gün) əsas borc üzrə 1367 manat (1302 ABŞ dolları), hər gecikdirilən günə görə cərimə üzrə 10 manat (9,52 ABŞ dolları), cəmi 1377 manat (1311,42 ABŞ dolları) məbləğində pul vəsaitinin tutulması” hissəsində təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-1278/2018 saylı qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına olan 2(004)-5699/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı “Cavabdeh" MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Lakin iş materiallarına olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3679/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-5699/2019 saylı qərardadı ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixli, 1863 saylı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Alqı-satqı müqaviləsindən görünür ki, Changan CS 35 AT markalı, **-AK-*** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh MMC tərəfindən İddiaçı satılmışdır. 04.08.206-cı il tarixdə baş vermiş avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşərək, Cavabdeh MMCyə təhvil verilmişdir. İddiaçı cavabdehə İcbari və Kasko sığortası ödənişlərini cavabdehə ödədiyini və sığorta şirkəti tərəfindən cavabdehə dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 8236 manat məbləğində pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, iddia tələbini Cavabdeh MMC-yə kasko sığortası edilməsi üçün 924 manat məbləğində pulun verilməsi və həmin sığortanın MMCnin öz günahı ucbatından edilməməsi hissəsində etiraf edir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 924 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı Changan CS 35 AT markalı, **-AK-*** dövlət qeydiyyat nömrəli avtomobilə çəkdiyi xərclərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilən Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq “X4” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən 924 (doqquz yüz iyirmi dörd) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2991/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2991/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver