Məhkəmə qərarları › İş №2(004)-2998/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2998/2021

27.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2998/2021 27.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə və maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə və maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 17 avqust 2020-ci il tarixdən “ştatdankənar işçi” vəzifəsinə təyin olunmağı və 20 noyabr 2020-ci il tarixdən işdən azad olunmağı barədə əmrlərin ləğv olunaraq həmin tarixdən müddətsiz müqavilə ilə Fondun Xaçmaz xidmət nümayəndəliyində ən azı mütəxəssis vəzifəsinə təyin olunması; işləmədiyi və əmək haqqı ödənilməyən bütün müddət üçün əmək haqqının ödənilməsi; göstərilən tarixdən ona ödənilən faktiki əmək haqqı ilə mütəxəssis vəzifəsinin əmək haqqı arasındakı fərqin ödənilməsi; nazirliyin əmrinə əsasən 29.07.2020-ci il tarixdən işdən azad olunmağına və Fondun əmrinə əsasən 17.08.2020-ci il tarixdən işə başlamağı nəzərdə tutulsa da faktiki olaraq 30.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixə kimi işə çıxıb vəzifə funksiyalarını yerinə yetirdiyi üçün həmin müddətin əmək haqqının mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi və göstərilən tələblərin yerinə yetirilməsi barədə öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması və Fondun bütün əmrləri razılaşdırmalı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 05 may 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı Nazirlik tabeliyində Fondun Xaçmaz xidmət nümayəndiliyinə 14 avqust 2020-ci il tarixində öz ərizəsi əsasında işə qəbul olunmuşdur. Həmin ərizə Nazirlik tabeliyində Fonda 12 avqust 2020-ci il tarixdə daxil olmuşdur. İşəgötürən tərəfindən İddiaçı əmək fəaliyyətinə başlaması ilə bağlı **********6 nömrəli 14 avqust 2020-ci il tarixli əmr verilmişdir. Əmək müqaviləsinin bildirişi sistemə xxxxxxx000200 nömrə ilə 15.08.2020-ci il tarixdə daxil edilmişdir. İşçi ilə bağlanılmış əmək müqaviləsində göstərilən müddət qurtardığından işəgötürən əmək müqaviləsinin davam etdirilməsini deyil, xitam verilməsini tələb etmiş və buna dair işəgötürən tərəfindən 20.11.2020-ci il tarixli əmr verilmişdir. Əmək münasibətlərinin davam etdirilməsi və ya əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququdur. İşəgötürən isə öz hüququndan istifadə edərək əmək münasibətlərini davam etdirməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr izmalamışdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izaha verərək bildirmişdir ki, məhkəmədən 17 avqust 2020-ci il tarixdən “ştatdankənar işçi” vəzifəsinə təyin olunmağı və 20 noyabr 2020-ci il tarixdən işdən azad olunmağı barədə əmrlərin ləğv olunaraq həmin tarixdən müddətsiz müqavilə ilə Fondun Xaçmaz xidmət nümayəndəliyində ən azı mütəxəssis vəzifəsinə təyin olunmağı, işləmədiyi və əmək haqqı ödənilməyən bütün müddət üçün əmək haqqının ödənilməsi, göstərilən tarixdən mənə ödənilən faktiki əmək haqqı ilə mütəxəssis vəzifəsinin əmək haqqı arasındakı fərqin ödənilməsi, Nazirliyin əmrinə əsasən 29.07.2020-ci il tarixdən işdən azad olunmağına və Fondun əmrinə əsasən 17.08.2020-ci il tarixdən işə başlamağı nəzərdə tutulsa da faktiki olaraq 30.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixə kimi işə çıxıb vəzifə funksiyalarımı yerinə yetirdiyi üçün həmin müddətin əmək haqqının mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi və göstərilən tələblərin yerinə yetirilməsi barədə öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması və Fondun bütün əmrləri razılaşdırmalı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlandırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ona ərizə yazdırıblar, ərizəsi əsasında Dövlət qulluğuna 29 iyul tarixində xitam verilib. İşdən azad olunmağına dair ərizəni özü orqanla problem yaratmamaq və işə davam etmək istəyinin olduğu üçün özü yazmışdır. 12 avqustda ştatdankənar işə götürülməyi barədə ərizə yazmışdır. Nazirliklə mübahisə olmasın deyə sturuktur dəyişikliyinə görə ərizəni yazmışdır. Əmək Məcəlləsinə görə ona yeni müqavilə təqdim olunmamalıydı. O, 40 ildir işlədiyi üçün, onunla müddətsiz əmək müqaviləsi davam etdirilməliydi. O, ayın 17-si işə başlayıb, işə götürülməyi barədə müraciət etməyib. Onun müddətli müqaviləyə razılığı olmayıb. Cavabdehin nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, 29 iyuldan 17 avqusta kimi işə gedib, hər gün də tabel cədvəlinə imza edib. O əmrdə ştatdankənar göstərilsə də, elektron sistemdə mütəxəssis kimi göstərilib. Əmək haqqı 600 manat olmuşdur. Müqavilə vaxtında ona təqdim olunsaydı imza etməzdi. Elektron sistemdə 3 aylıq işə götürüldüyünü görüb. Məhkəmə iclasında iştirak edən cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh publik hüquqi şəxs arasında 14 avqust 2020-ci il tarixdə bir ay sınaq müddəti olmaqla 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. 16 noyabr 2020-ci il tarixdə müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq işinə xitam veriləcəyi barədə elektron qaydada xəbərdar edilmişdir. Məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının ali təhsili olmadığına görə mütəxəssis götürülə bilməzdi. Ərizəsi əsasında əmək müqaviləsinə xitam verilib, sonra da işlə təmin olunub, yazılı əmək müqaviləsi yoxdur, elektron sistemdə olub. İş materiallarında olan 27 iyul 2020-ci il tarixli **********6№-li AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrinə əsasən müəyyən olunur ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh yerli bölmələrinin işçiləri,həmçinin İddiaçı 29 iyul 2020-ci il tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilmiş və müvafiq olaraq onlarla bağlanılmış əmək müqavilələrinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh idarə heyətinin sədri X2 ünvanlanmış 12.08.2020-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, İddiaçı Nazirliyin tabeliyində Cavabdeh müvafiq işlə təmin olunması barədə mürəciət etmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 14 avqust 2020-ci il tarixli **********6№-li əmrinə əsasən müəyyən olunur ki, bu əmrə əlavə olunan 1 nömrəli siyahıda adları qeyd edilən şəxslər, həmçinin İddiaçı 17 avqust 2020-ci il tarixdən tərəflərin razılığı ilə 1 (bir) ay sınaq müddəti müəyyən edilməklə 3 (üç) ay müddətinə Fondun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyin edilmişlər. 14 avqust 2020-ci il tarixli **********6№-li əmrdən çıxarışa əlavəyə əsasən İddiaçı Xaçmaz rayon xidmət nümayəndəliyinə ştatdankənar işçi kimi qəbul olunmuşdur. İş materiallarında olan işəgötürən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh idarə heyətinin sədri X4 ilə işçi İddiaçı arasında bağlanılmış 14.08.2020-ci il tarixli xxxxxxx000300№-li, imzalanmamış, əmək müqaviləsinə əsasən müəyyən olunur ki, işçi əsas iş yeri üzrə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Xaçmaz rayon xidmət nüməyəndəliyinə ştatdankənar işçi vəzifəsinə qəbul edilmiş və tərəflərin razılığı ilə 14.08.2020-ci il tarixdən 3(üç) ay müddətinə bağlanmış, işçiyə aylıq vəzifə maaşı 600 manat məbləğində təyin edilmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, onunla bağlanılmış 14.08.2020-ci il tarixli əmək müqaviləsinin müddəti 14.11.2020-ci il tarixdə qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə uyğun son haqq hesab aparılacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan işəgötürən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 20 noyabr 2020-ci il tarixli **********8№ li əmrinə əsasən müəyyən olunur ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh struktur bölmələrində çalışan adları siyahıda qeyd olunan bir sıra işçiləri, həmçinin İddiaçı müddətli əmək müqavilələrinin müddəti qurtardığına görə tutduqları vəzifədən azad edilmiş və onlarla bağlanılmış 4 avqust 2020-ci il tarixli əmək müqavilələrinə 20 noyabr 2020-ci il tarixdə xitam verilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 20 noyabr 2020-ci il tarixli **********8№ li əmrində çıxarışa əlavəyə əsasən müəyyən X1 rayon Xidmət nümayəndəliyində ştatdankənar işçi vəzifəsindən azad olunmuşdur. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı izahatında özü bildirmişdir ki, öz ərizəsi əsasında işdən azad olunmasını istəyib, səbəb kimi orqanla gələcəkdə problem yaşamamaq və işlə təmin olunmaq istəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı öz iradəsi əsasında işdən azad olunduğundan və iradə ifadəsində hər hansı qüsur məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə 27 iyul 2020-ci il tarixli **********6№-li AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrini qanuni hesab edir. Daha sonra İddiaçı 12.08.2020-ci il tarixdə müvafiq işlə təmin olunması barədə publik hüquqi şəxsə müraciət etmiş və onu müddətli müqavilə ilə işə götürmüşlər. Daha sonra müddətin bitməsinə görə müqaviləyə xitam verilmişdir. Məhkəmə qeyd edilən hərəkətlərlə bağlı cavabdehin qanunsuz hərəkətlərini müəyyən etməmişdir. İlkin olaraq, tərəflər arasında əmək münasibtələrinin olduğu sübuta yetirilmir. Belə ki, iş üzrə əmək müqaviləsi təqdim olunsa da, onun imzalanmış forması məhkəmənin təklifinə əsasən iddiaçı və cavabdeh tərəfindən məhkməyə təqdim edilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi bildirmişdir ki, belə bir müqavilə mövcud deyildir, yalnız sistemdən çıxarış mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərinin münasibətlərini müəyyənləşdirən əmək müqaviləsi olmadığından, iddiaçı əmək məcəlləsinə istinad edərək hüquqularının müdafiəsini istəyə bilməz. Lakin cavabdehin nümayəndəsi öz-özlüyündə etibarsız olan əmək müqaviləsinin mövcud olmasını mübahisələndirməmiş və belə münasibətlərin mövcud olmasını təsdiq etmişdir. Belə olan halda da cavabdehin müddətin bitməsi ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsində məhkəmə cavabdehin qanunsuz hərəkətlərini aşkar etmir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 20 noyabr 2020-ci il tarixli **********8№ li əmrində də məhkəmə hər hansı qanunazidd hərəkət müəyyən etmir və əmri qanuni hesab edir. İddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrlər qanunvericiliyin tələblərinə uyğun olduğundan, həmçinin, müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçirilməsi üçün qanuni əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia ərizəsində həmin tələbdən doğan əmək haqqıya dair tələblər də rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin Məcəlləsin 83-cü maddəsinin 1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçının 17 avqust 2020-ci il tarixdən “ştatdankənar işçi” vəzifəsinə təyin olunması və 20 noyabr 2020-ci il tarixdən işdən azad olunması barədə əmrlərin ləğv olunaraq həmin tarixdən müddətsiz müqavilə ilə Fondun Xaçmaz xidmət nümayəndəliyində ən azı mütəxəssis vəzifəsinə təyin olunması, işləmədiyi və əmək haqqı ödənilməyən bütün müddət üçün əmək haqqının ödənilməsi, göstərilən tarixdən ona ödənilən faktiki əmək haqqı ilə mütəxəssis vəzifəsinin əmək haqqı arasındakı fərqin ödənilməsi, Nazirliyin əmrinə əsasən 29.07.2020-ci il tarixdən işdən azad olunmağına və Fondun əmrinə əsasən 17.08.2020-ci il tarixdən işə başlamağı nəzərdə tutulsa da faktiki olaraq 30.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixə kimi işə çıxıb vəzifə funksiyalarını yerinə yetirdiyi üçün həmin müddətin əmək haqqının mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi və göstərilən tələblərin yerinə yetirilməsi barədə öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması və Fondun bütün əmrləri razılaşdırmalı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlandırılması barədə İddiaçı iddia tələbi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar