Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2998/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X13 oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili X4 Cavabdehin nümayəndəsi X1 Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Evroscon ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Evroscon ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DSMF-yə köçürülməli olan 27096,09 manat (iyirmi yeddi min doxsan altı manat doqquz qəpik) pul vəsaitinin cavabdeh "xxxx" ASC-nin hesabından tutularaq DSMF-nin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin tələbinə dair iddia müddəti əmək mübahisələrində maddi tələblərlə bağlı bir il təşkil edir, lakin iddiaçı bu müddəti ötürmüşdür. Bu səbəbdən, cavabdeh, iddia müddətinin tətbiq edib iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs ƏƏSMN-in DSMF-nin Sosial Sığorta və X14 mülahizə təqdim edərək bildirmişdir ki, işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən əmək hüquqlarının pozulması halları iddia olunur. Həmçinin, sığortaedən tərəfindən verilən rüblük hesabatlarda göstərilən əməkhaqqı ilə işçilərə faktiki ödənilən əməkhaqqı arasında məbləğ fərqi varsa, məcburi dövlət sosial sığortası ilə yanaşı vergi ödənişlərindən də yayınma halı mövcuddur. Məhkəmə prosesinin gedişində bu nüansların hərtərəfli və obyektiv araşdırılması zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclsasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 27096,09 manat pul vəsaitinin Evroscon ASC-nin hesabından tutularaq DSMF-nin hesabına köçürülməsi tələbi əsassızdır. İddiaçı tərəfindən müəyyən edilmiş müddət ötürülmüşdür. Əmək Məcəlləsinin tələbinə dair iddia müddəti əmək mübahisələrində maddi tələblərlə bağlı bir il təşkil edir. Lakin iddiaçı bu müddəti ötürmüşdür. Bu səbəbdən iddia müddətini tətbiq edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 iddianın təmin olunub olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan Əmək müfəttişliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilir ki, sığortaedən Avro X9 "xxxx" ASC (SUN**********5) tərəfindən təqdim edilmiş 2014-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) və 2017-2019-cu illərin İ-İV rübləri, 2020-ci ilin İ-İİ rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda sözügedən tərəfindən qeyd edildiyi kimi məcburi dövlət sosial sığortaya cəlb olunan iddiaçının gəliri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları **********633 nömrəli fərdi şəxsi hesabında və Nazirliyin təqdim etdiyi www.esosial.az internet portalının “Fərdi şəxsi hesab” bölməsində əks olunmuşdur. Həmçinin məktubda bildirilmişdir ki, müraciətin araşdırılması üçün İddiaçı aid sənədlərin təqdim olunması məqsədilə X3 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. İş materiallarında olan sosial arayışdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X3 "xxxx" ASC-də baş energetik vəzifəsində işləmişdir. İş materiallarında olan “Azərkörpü” açıq tipli səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri İsmayıl-X6 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 43 nömrəli əmək müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı ******* (bir milyon) manat aylıq əmək haqqı olmaqla idarəetmə aparatına baş energetik vəzifəsinə işə təyin edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. Hal-hazırda iddiaçı ilə cavabdeh arasındakı mübahisə əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması zamanı yaranan fərdi əmək mübahisəsidir və mübahisənin predmetini pul tələbi təşkil edir. Belə ki, iddiaçı işlədiyi müddətdə əmək haqqından DSMF-yə köçürülməli olan məbləğdən az məbləğ köçürüldüyünü və beləliklə də DSMF-də fərdi hesabının sığorta hissəsində olan məbləğlə köçürülməli olan məbləğ arasında fərq yarandığını, bu səbəbdən də yaranmış fərqin cavabdehdən tutularaq DSMF-yə, dolayısı ilə DSMF-dəki fərdi hesabına köçürülməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, fərdi əmək mübahisəsinin predmetini dolayısı ilə pul tələbi təşkil etdiyindən və iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad olunsa da, qanunvericilikdə nəzərdə tutulmuş 1 il ərzində cavabdehə qarşı həmin tələblə iddia qaldırmadığından iddia müddəti ötürülmüş hesab edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.2-ci maddəsinin a bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. Həmin Məcəllənin 288-ci maddəsinin e bəndinə əsasən bu Məcəllə ilə əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı DSMF-yə köçürülməli olan 27096,09 manat pul vəsaitinin cavabdeh Evroscon ASC-dən tutularaq DSMF-nin şəxsi hesabına köçürülməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2998/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2998/2022
22.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver