Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2999/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində borcun, 3600 manat vurulmuş zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan xx xxxxxx 2019-cu il tarixdə yazılı şəkildə 5000 manat borc almışdır. Borc məbləği 1 il müddətinə yazılı müqavilə əsasında alınmış, aralarındakı müqavilədə də borcun tam qaytarılmasına qədər hər 30-35 gündən bir, təxminən hər ayın tamamında 600 manat gəlir verməyi vəd etmişdir. Lakin bu günə qədər cavabdeh iddiaçıya heç heç bir məbləğ geri ödəməmiş, ödəməkdən yayınmışdır. İddiaçı cavabdehin onun etibarından sui-istifadə edərək aldatdığını görüb müvafiq polis qurumuna şikayət etmişdir. Şikayət araşdırılmış və məsələ ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin xx xxxxxx 2020-ci il tarixli məkbutu ilə ona məkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq iddia tələbini təsdiq edən sübutu- tərəflər arasında bağlanmış müqaviləni məhkəməyə təqdim edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, təqdim olunmuş AA135 saylı, xx xxxxxx 2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, həmin müqavilə İddiaçı ilə “xxxxxxxxxxxx” MMC arasında bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı “xxxxxxxxxxxx” MMC-yə 5000 manat məbləğində ödəniş etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə “xxxxxxxxxxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən İddiaçı “xxxxxxxxxxxx” MMC-nin idarə etdiyi youtube kanalına dəstək olmaq məqsədi ilə işlərin görülməsi üçün sonuncuya 5000 manat məbləğində pul vəsaitinin verilməsini öz öhdəsinə götürmüşdür. Sonuncu iddiaçıya onun youtube kanalına elədiyi maddi dəstəyi üçün ödəniş verildiyi tarixdən başlayaraq hər 30-35 ci günlər arasında minimum 600 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi kimi çıxış edən Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı ilə “xxxxxxxxxxxx” MMC arasında bağlanmış müqavilə “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Cavabdeh tərəfindən imzalanmasına baxmayaraq, qeyd olunan müqavilə üzrə borc öhdəliyi həmin müqavilə üzrə tərəf olmayan Cavabdeh qarşı yönəldilə bilməz. Qeyd olunan öhədlik “xxxxxxxxxxxx” MMC-nin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin məhkəmə iclasında iddiaçı, Cavabdeh əsl cavabdeh “xxxxxxxxxxxx” MMC-ilə əvəz edilməsinə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52-ci maddəsinə əsasənhüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə, yəni Cavabdeh qarşı verildiyindən əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı təfərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2999/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2999/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver