Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3035/2023 13.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcu qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcu qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, hissə-hissə borc kimi verdiyi 15.340 manat pulun və ödədiyi 136 manat dövlət rüsumu olmaqla, cəmi 15.476 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, 2016-cı ildən cavabdehin atası Sahibxan İmanovla birgə kommersiya fəaliyyəti ilə məşğul olub. Bakı şəhəri Nəsimi rayonu Ə.Qasımzadə küçəsi 72 üvanda yerləşən qeyri-yaşayış sahəsində ortaq geyim mağazası işlətmişlər. O, həmin mağazanı xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən 5 illik müddətə olmaqla xx.xx.2019-cu il tarixədək icarəyə götürmüşdür. Cavabdehin atası tez-tez mağazaya gəlib-getmişdir. Onlar mağazada tanış olmuşlar və münasibətləri yaranmışdır. 2016-cı ilin təxminən fevral-mart ayında Sahibxan İmanov 13.000 manat pul verərək mağazadakı mallara şərik olmuşdur. Onlar təxminən 1 il müddətində mağazanı ortaq işlətmişlər. O, X1 də onun yanına gətirmişdir ki, işi öyrənsin. O, Sahibxan İmanova etibar etdiyinə görə bununla razılaşmışdır. Cavabdeh əvvəl tez-tez mağazaya gəlsə də, daha sonra atası Sabirxan xəstələndiyinə görə gecgec gəlməyə başlamışdır. 2017-ci ilin əvvələrində Sahibxan İmanov vəfat etmişdir və onların birgə fəaliyyətinə xitam verilmişdir. Sahibxan İmanov vəfat etdikdən təxminən 30-40 gün sonra, onun oğlu - Cavabdeh, arvadı Nümayəndə və qaynı mağazaya gələrək, Sabirxandan miras qalan pay hissəsini ondan tələb etmiş və şəriklikdən çıxdıqlarını bildirmişlər. O, bildirmişdir ki, şərikli mülkiyyətlərində olan əmlak mağazada satışda olan paltarlardan ibarətdir. Cavabdeh təklif etmişdir ki, atasını əvəz etsin və onunla birgə fəaliyyət göstərməyi davam etsin, satılan mallardan atasına düşən 13.000 manatlıq pay hissəsinə sahib çıxsın. Lakin onlar bu şərtlərə razılaşmamış, atasından miras qalan paltarların dəyərini nəğd pulla hesablanaraq onlara ödənilməsini tələb etmişdir. Bundan sonra onlar mağazada satışda olan bütün əşyaların inventarlaşmasmı aparmışlar, qalıq malların ümumi maya dəyərini hesablayaraq müəyyən etmişlər ki, mağazada satışda olan şərikli malların ümumi dəyəri 26.000 manat təşkil edir. Malların dəyəri bərəbər paylara bölünərkən, məhrum Sabirxan İmanovun payına düşən malın dəyəri - 13.000 manat təşkil etmişdir. O, cavabdehin atasından miras qalan 13.000 manat dəyərində malları natura şəkildə cavabdehə təhvil vermək istəsə də, cavabdeh malları təhvil almaq istəməmiş, malların dəyərinin pulla ödənilməsini ondan tələb etmişdir. Bundan sonra o, mağazanı təkbaşına işlətmiş və satılan malların pulundan hissə-hissə cavabdehə pul ödəməyə başlmışdır. Yəni, cavabdehin atasının payına düşən pulları ödəməyə başlamışdır. O, cavabdehə hissə-hissə ümumi olaraq 15.340 manat pul ödəmişdir. İlk olaraq Sabirxan İmanovun vəfatından əvvəl, cavabdehin özünün xahişi ilə onun bağ evində işləyən fəhlələrin 800 manat əmək haqqını şəxsən ödəmişdir. Həmin pulları ustaya poçt vasitəsilə göndərmişdir. 2017-ci ilin aprel ayından 2018-ci ilin dekabr ayına qədər, yəni 20 ay müddətində hər ay 350 manat ödəməklə, cəmi 7.000 manat pulu onlara ödəmişdir. 2019-cu ilin aprelindən 2020-ci ilin martına qədər 10 ay müddətində cavabdehə hər ay 200 manat olmaqla 6 dəfə Cavabdeh, 6 dəfə də anası Nümayəndə ödəməklə, ümumi olaraq 2.000 manat pul ödəmişdir. Bundan əlavə, cavabdeh onun mağazasından 640 manatlıq paltar götürmüş, cavabdehin dayısı 400 manatlıq gödəkçə, ayaqqabı və cins şalvar götürüb. O, Hüseynə və anası Təranəyə ümumilikdə 12.200 manat pul vermişdir. Bundan əlavə, cavabdeh onun tanışı X2 mağazasından 2.000 manat dəyərində “İPHONE” markalı telefon götürmüş və ondan xahiş etmişdir ki, telefonun dəyərini ödəsin. O, cavabdehin xahişi ilə onun aldığı telefonnun pulunu Fərid Məmmədova şəxsən ödəmişdir. Bundan əlavə, yol verdiyi inzibati xətaya görə, cavabdehin avtomobili yol polisləri tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Avtomobili cərimə meydançasından çıxarılması üçün o, cavabdehin xahişi ilə onun əvəzinə 500 manat ödəmişdir. Cavabdeh həmin pulu qısa müddətdə qaytaracağına söz versə də, hələ də pulu qaytarmamışdır. Birgə işlədikləri müddətdə cavabdehin yaranmış cərimə borclarına görə 1.518 manat pul ödəmişdir. 2017-ci ilin mart ayında cavabdeh ondan pul istədiyinə görə 2.000 manat borca pul taparaq ona ödəmişəm. O, 2018-ci ilin dekabrında mağazanı bağlamışdır. Cavabdeh ondan hissə-hissə aldığı cəmi 15.340 manat borcu qaytarmamışdır. Bu azmış ki, cavabdehin onun verdiyi xx.xx.2019-cu il tarixli qəbzdən sui-istifadə edərək 13.000 manat pulun ona ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il tarixli qəbzə əsasən ondan Cavabdeh xeyrinə 12.500 manat pul tutulması qət edilmişdir. O, şəriklikdən ayrılarkən borclu qaldığı 13.000 manat puldan 12.200 manatını hissə-hissə cavabdehə və anasına ödəməsinə baxmayaraq, cavabdeh onun verdiyi xx.xx.2019-cu il tarixli borc barədə qəbzə istinad etməklə eyni məbləği yenidən ondan tələb etdiyinə görə, o, nağd ödədiyi 12.200 manat pulu və cavabdehin əvəzində ödədiyi cərimə, telefon pulu və sair ümumilikdə 15.340 manatın qaytarılmasını cavabdehdən tələb edir. Onun cavabdehə borcu yoxdur, əksinə cavabdehin ona borcu yaranmışdır. Onun 12.200 manat pulu cavabdehə ödəməsinə dair yazılı sənədi yoxdur. O, 12.200 manat pulu cavabdehə və onun anasına ödəməsinə baxmayaraq, onlar təzədən iddia qaldıraraq ondan 13.000 manatı istədiklərinə görə o, şəriklikdən çıxmaqla bağlı ödədiyi pulları geri istəyir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi verilmişdir. Lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, Şirvan İnzibati Məhkəməsində xx.xx.2023-cü il tarixdə başqa işə baxılmasında iştirak etməli olduğu üçün məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işə baxılmasını təxirə salınması xahiş etmişdir. Lakin bu halı təsdiq edən məhkəmə bildirişini ərizəsinə əlavə etməmişdir. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və yekun məhkəmə aktı çıxarılmasını tələb etdi. Azərbaycan Respublikası MPM-in 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının və onun vəkilinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi, işə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdi və izahatında bildirdi ki, onun əri Sabirxan İmanov bir-iki dəfə İddiaçı mağazasından mal almışdır. Daha sonra onlar şifahi razılaşmış və oğlu Cavabdeh iddiaçının mağazasında onunla birlikdə işləmək üçün getmişdir. Sabirxan İmanov İddiaçı 20.000 manat pul vermiş və dükanda olan mallara şərik olmuşlar. Oğlu Cavabdeh şərik olduqları dövrdə iddiaçının mağazasına gedib-gəlirdi, onlar ikisi qazancları və xərcləri öz aralarında bölürdülər. 2017-ci ildə əri Sabirxan İmanov xəstələnmiş və vəfat etmişdir. Oğlu Cavabdeh tələbə olduğuna görə Ukraynaya gedib-gəlirdi. O, bağda işləyən briqadirin pulunu ödəmək üçün İddiaçı mağazadan onlara çatası puldan 2000 və ya 3000 manat götürüb briqadirin pulunu ödəmişlər. 2019-cu ildə oğlu Cavabdeh Ukraynadan qayıtmış və artıq əsgərliyə getməyi planlaşdırmışdır. Bu səbəbdən o, kürəkəni və oğlu Cavabdehla birlikdə iddiaçının mağazasına getmişlər. Malların ümumi qiymətini hesablamışlar və məlum olmuşdur ki, mağazada 34.000 manatlıq mal var. 2019cu ilin aprelində öyrənmişdir ki, iddiaçı mağazanı bağlayıb, qaçmaq istəyir. Ona görə iddiaçını götürüb birlikdə onun evinə getmişlər. Hesabat aparmışlar və iddiaçının onlara 13.200 manat borcu olduğunu müəyyən etmişlər. Onlar İddiaçı 13.200 manatı hər ay hissə-hissə olmaqla Cavabdeh qaytarmasına razılaşmışlar. O, gələcəkdə narazılıq olmasın deyə İddiaçı 13.200 manat borclu olmasına dair xx.xx.2019-cu il tarixdə qəbz almışdır. Bundan sonra Zöhrab hissə-hissə olmaqla 700 manatı qaytarmış, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə etmişdir. 2021-ci ilin əvvəlində onunla əlaqə saxlayaraq qalan borcu qaytarmasını tələb etmişlər, lakin İddiaçı qalan 12.500 manatı qaytarmaqdan yayınmışdır. Bu səbəbdən məcbur qalaraq iddia tələbi ilə Tovuz rayon Məhkəməsinə müraciət etmişlər. Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-171/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 12.500 manat pul tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hazırda qətnamə icraya verilmişdir. İşə baxılarkən İddiaçı məhkəmədə şəxsən iştirak etmişdir. İddiaçı qətnamənin icrasından yayınmaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, iddia tələbində 2017-ci ildən 2019-cu il də daxil olmaqla İddiaçı Cavabdeh hissə-hissə olmaqla, cəmi 15.340 manat borc pul verdiyi, cavabdehin həmin məbləği qaytarmaqdan imtina etdiyi iddia edilir. İddiaçı Cavabdeh 2017-ci ildən 2019-cu ilə kimi hissə-hissə 15.340 manat borc pul verməsinə dair tərəflərin arasında Mülki Məcəllənin 740.2ci maddəsinin tələbinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə və ya tərəflərin imzası olan sadə yazılı formada tərtib edilmiş hər hansı yazılı sənəd mövcud deyildir. Əksinə Cavabdeh nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli qəbz və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə qəbz yazaraq Cavabdeh 13.200 manat borcu olduğunu etiraf etmişdir. Belə olan halda, İddiaçı 2017- 2019-cu illər ərzində Cavabdeh 15.340 manat borc verməsi ağlabatan və inandırıcı deyildir. İddiaçı xx.xx.2019-cu il tarixli qəbzdə göstərilən 13.200 manat borcdan hissə-hissə xx.xx.2019-cu il tarixə kimi 700 manatını Cavabdeh qaytarmış, 12.500 manatını isə qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən Cavabdeh borcun qaytarılması üçün iddia tələbi ilə Tovuz rayon Məhkəməsinə müraciət etmişlər. Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-171/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 12.500 manat pul tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2111/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Tovuz rayon Məhkəməsinə müraciət etmişlər. Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-171/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-893/2023 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2111/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2017-ci ildə yarandığına görə 15.340 manat borcun verilməsinə dair tərəflər arasında Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq mütləq borc müqaviləsi yazılı formada bağlanmalı idi. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi xüsusatlar mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilə, iddiaçının cavabdehə 2017-2019-cu illər ərzində hissə-hissə 15.340 manat borc pul verməsini təsdiq edən sübut kimi qəbul edilə və iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, Mülki Məcəllənin 740-cı maddəsində və Azərbaycan Respublikası MPM-in 81-ci maddəsində nəzərdə tutulan mötəbər yazılı müqavilələr və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “hissə-hissə borc kimi verdiyi 15.340 manat pulun və ödədiyi 136 manat dövlət rüsumu olmaqla, cəmi 15.476 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 136 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3035/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3035/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver