Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3053/2024 09.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi Ermənistan Respublikasının Uluxanlı qəsəbəsində anadan olması, anasının X6, atasının X8 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1972-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Həmin vaxt onun üçün açılmış doğum haqqında şəhadətnamə sonradan naməlum şəraitdə itmişdir. Həmin doğum haqqında şəhadətnamənin bərpası barədə 13 aprel 2024-cü il tarixdə 1 saylı Asan Xidmət Mərkəzinə müraciət etsə də, hüquqi faktı müəyyən etmək mümkün olmadığı üçün ona bu barədə 21 aprel 2024-cü il tarixli 3-16-5/8-915/24 saylı imtina məktubu təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı oğludur, bacısının ilk övladıdır, xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Masis rayonunda doğulmuşdur və onun doğumunda iştirak etmişdir. İş materiallarında olan Ermənistan Respublikası Masis rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli, İİİ-СЛ 261969 saylı doğum haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Zəngilər kəndində doğulmuşdur. X1, anası X3r. İş materiallarında olan Yasamal RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03249389 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, X6 xx.xx.1947-cü il tarixdə Ermənistan, Masis rayonunda doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 468423 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X8 ilə X6 arasında olan nikah xx.xx.1979-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.1986-cü il tarixdə 163 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ 738784 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X8 11 may 2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 391 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ 404055 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X6 18 mart 2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 603 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1989-cu il tarixdə tərtib edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasında Ərizəçi xx.xx.1972-ci il tarixdə doğulduğu qeyd edilmişdir. İş materiallarında olan Yasamal rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli НЗ ******* saylı hərbi biletdə Ərizəçi xx.xx.1972-ci il tarixdə, Masis rayonunda doğulduğu qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-915/24 nömrəli məktubuna əsasən, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsinə baxılmış və müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyinə görə doğum haqqında qeydinin bərpası mümkün olmadığı bildirilərək, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsində doğum yerinin Ermənistan Respublikasının Uluxanlı qəsəbəsi kimi müəyyən edilməsini xahiş etsə də, ərizəsini bu hissədə əsaslandırmamış və bu barədə sübutlar təqdim etməmişdir. İş materiallarından görünür ki, bacısı X4 doğum yeri Ermənistan Respublikası, Masis rayonu, Zəngilər kəndi, mərhum anası X2 doğum yeri Ermənistan, Masis rayonudur. Ərizəçinin təqdim etdiyi sənədlərdə də özünün doğum yeri olaraq Masis rayonu göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Masis rayonunda doğulmuşdur. X1, anası X3r. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1972-ci il, doğulduğu yer Ermənistan Respublikası Masis rayonu, ata qrafasında – X8 (milliyyəti azərbaycanlı), ana qrafasında – X6 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Masis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1972-ci il, doğulduğu yer Ermənistan Respublikası Masis rayonu, ata qrafasında – X8 (milliyyəti azərbaycanlı), ana qrafasında – X6 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3053/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3053/2024
09.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver