Məhkəmə qərarları › İş №2(004)-3056/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3056/2024

29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3056/2024 29.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Maraqlı şəxs) tərəfindən verilmiş "doğum faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki iş (açar sözlər: arayış ) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Maraqlı şəxs) tərəfindən verilmiş "doğum faktının müəyyən edilməsi" barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Maraqlı şəxs) doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 doğum tarixinin xx.xx.2016-cı il, atanın və ananın naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X5 doğum tarixinin xx.xx.2016-cı il, doğum yerinin Bakı şəhəri, atanın və ananın naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X1 məskunlaşmış 12.11,2016-cı il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir.Aparılmış qiymətləndirmə zamanı məlum olmuşdur ki, L.Məmmədova xx.xx.2018-ci il tarixində X8 adlı şəxs tərəfindən ünvan 1 ünvanından kimsəsiz halda tapılaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə təhvil verilmişdir. Nəsimi RPİ-nin xx.xx.2018-ci il tarixli məktubu, eləcə də uşaqın Azərbaycan Uşaqları İctimai X11 – Reinteqrasiya mərkəzinə qəbul edilməsinə dair tərtib edilmiş xx.xx.2018-ci tarixli akt əsasında uşağın yerləşdirilməsi təmin edilmişdir. X13 yerləşdirildikdən bir müddət sonra X6 adlı şəxs Bərdə Rayon Doğum evində xx.xx.2016-cı il tarixində qız uşağı dünyaya gətirməsinə dair Bərdə Rayon Mərkəzi Xəstəxanasından xx.xx.2018-ci il tarixli 280 №-li arayış təqdim edərək L.Məmmədovanın anası olduğunu bildirmişdir. Nazirlik tərəfindən sözügedən uşağa doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün doğum haqqında tibbi şəhadətnamənin verilməsinə köməklik göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 3- 17/2-1075/2024 nömrəli məktubla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə rəsmi şəkildə müraciət edilmişdir. TƏBİB tərəfindən Nazirliyə ünvanlanmış cavab məktubunda N.Məmmədovanın “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin strukturuna daxil olan doğum evində xx.xx.2016-cı il tarixində uşaq dünyaya gətirdiyi, lakin şəxsiyyət vəsiqəsini Doğum evinə təqdim etmədiyi, 1 gün sonra oranı tərk etdiyi, eyni zamanda uşağın doğulmasından artıq 8 ilə yaxın bir müddət keçdiyini nəzərə alaraq, həmin uşağın xx.xx.2016-cı il tarixində doğulan uşaq olmasının müəyyənləşdirilməsinin qeyri-mümkün olduğu bildirilmiş, doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.Adıçəkilən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən 22.11,2023-cü il tarixli 3-17/2-11372/2023 nömrəli məktubla Maraqlı şəxsnə müraciət olunmuşdur.Maraqlı şəxs Nazirliyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 16-5/8- 10-4731/23 nömrəli cavab məktubunda L.Məmmədova haqqında Azərbaycan Respublikası Əhalisinin Dövlət reyestrində heç bir məlumatın aşkar edilmədiyi, doğum haqqında tibbi şəhadətnamə təqdim edildiyi halda uşağın doğum haqqında şəhadətnamə ilə təmin olunmasının mümkün olacağı bildirilmişdir.L.Məmmədovanın xx.xx.2023-cü il tarixində isə X3 yerdəyişməsi həyata keçirilmişdir.Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün onun övladlığa verilə bilən statusu almasının mümkün olmadığını nəzərə alaraq, həmçinin aşağıda qeyd edilən müddəaları rəhbər tutaraq uşağın doğum faktının müəyyən olunmasını xahiş edirlər.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

6. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sədrinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhər sakini X8 Bakı şəhəri Nəsimi rayonu, M.Cəlal küçəsi 16 ünvanında 1-2 yaşlı kimsəsiz qız uşağını taparaq Nəsimi RPİ-nin 19-cu PŞ-ə təhvil vermişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanası tərəfindən X4 verilmiş xx.xx.2018-ci il tarixli 280 nömrəli arayışa əsasən onun Bərdə rayon Doğum evində xx.xx.2016-cı il tarixdə cinsi qız, çəkisi 3.900 qr, boyu 51 sm. Uşaq doğulmuşdur.

10. Azərbaycan Uşaqları İctimai Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinə uşaq və valideynlərin (vətəndaşların) qəbul edilməsinə dair aktdan görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi RPİnin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşı tərəfindən 1- 2 yaşlı qız uşağı təxmini adı Lalə (xx.xx.2016) təhvil verilmişdir.

11. Azərbycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinə ünvanlanmış 07 mart 2024-cü il tarixli, 18-1/2-1937/2024 saylı məktubda qeyd olunur ki, X6 xx.xx.2016-cı il tarixində saat 16:30-da Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin strukturuna daxil olan doğum evində diri, cinsi qadın, çəkisi 3900 qram, boyu 52 sm olan uşaq dünyaya gətirmişdir. N.Məməmdova uşağın atası barədə məlumatı, yəni şəxsiyyət vəsiqəsini doğum evinə təqdim etməmiş və 1 gün sonra doğlum evini tərk etmişdir. Eyni zamanda uşağın doğulmasından 8 ilə yaxın bir müddət keçdiyi nəzərə alınaraq həmin uşağın xx.xx.2016-cı il tarixində doğulan uşaq olmasının müəyyənləşdirilməsi qeyrimümkündür.

12. Bakı şəhəri Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-10-4731/23 nömrəli cavab məktubunda, adıçəkilən uşaq barəsində Azərbaycan Respublikası Əhalisinin Dövlət reyestrində heç bir məlumat aşkar edilmədiyi, uşağın doğum haqqında tibbi şəhadətnaməsi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir.

13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

18. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

20. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

21. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

23. Həmin Məcəllənin 115.1ci maddəsinə əsasən bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri, məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

24. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

25. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

26. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir.

27. Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

28. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

29. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 xx.xx.2018-ci il tarixdə küçədə tapılmış, daha sonra polis əməkdaşları tərəfindən Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağına qəbul edilmiş, sığınacağa qəbul edilərkən yaşı təxminən 1-2 yaş olmuşdur. X2 Bərdə rayon Xəstəxanasına müraciətinə əsasən xx.xx.2016-cı il tarixdə Bərdə rayon xəstəxanasında onun qız uşağının dünyaya gəlməsi barədə arayış verilməsinə baxmayaraq hazırda həmin uşağın X10 olmasını müəyyən etmək mümkün deyil. Belə olan halda ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdirilmiş X9 heç bir hüquqi sənədi olmadığından təhsilə cəlb edilməsinin qeyri-mümkün olduğunu, bu səbəbdən təhsildən yayındığını nəzərə alaraq, onun doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır.

30. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X5 xx.xx.2016-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X5 doğum tarixi xx.xx.2016-ci il, doğulduğu yer - “Bakı şəhəri”, ana – “naməlum”, “naməlum” məlumatlar göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. X5 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X5 doğum tarixi xx.xx.2016-cı il, doğulduğu yer – “Bakı şəhəri”, ata qrafası – “naməlum”, ana qrafasında – “naməlum” göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X5 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar