Məhkəmə qərarları › İş №2(004)-3067/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3067/2023

04.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3067/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "məzuniyyət pulunun verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "məzuniyyət pulunun verilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən 2005-ci ildən başlayaraq, 2020-ci ildədək alınmamış məzuniyyət pulunun əvəzinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir: Ümumi müddəalar 1.Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər.

2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri onlara tam izah edilmişdir.

3. Bu barışıq sazişi təsdiqləndikdən sonra məhkəməyə təqdim edilir. Tərəflərin öhdəlikləri

4. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı televiziyada işlədiyi müddət ərzində çıxmadığı məzuniyyət illərinə görə məzuniyyət pulunu razılaşdıraraq - cəmi 8.000 (səkkiz min) manat pul vəsaitini birdəfəlik ödəməyi öz öhdəsinə götürür.

5. İddiaçı isə yuxarıda qeyd edilən məzuniyyət pulunu aldıqdan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə irəli sürdüyü iddia tələbindən imtina edir. Sazişin müddəti 6.Bu barışıq sazişi imzalandığı andan təsdiq edilir və qüvvəyə minir. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri

7. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

8. Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

9. Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə tərəfindən təsdiqlənməklə icra üzrə icraatın başlanılması üçün əsasdır.

10. Bu saziş 3 nüsxədən ibarət tərtib edilir və təsdiq olunur. Nüsxələrin ikisi Tərəflərdə qalır və digər nüsxəsi isə təsdiq edilməsi üçün məhkəməyə təqdim olunur. Beləliklə, tərəflər məhkəmə iclasında yuxarıdakı şərtlərlə imzalanan xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə tam razı olduqlarını, bu sazişi tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürdüklərini bildirdilər. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Tərəflər bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.4, 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş iddiadan imtina edilməsinin və barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "məzuniyyət pulunun verilməsi" iddia tələbinə dair mülki iş üzrə tərəflərin bağladığı xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "məzuniyyət pulunun verilməsi" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “Ümumi müddəalar: 1.Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri onlara tam izah edilmişdir. 3. Bu barışıq sazişi təsdiqləndikdən sonra məhkəməyə təqdim edilir. Tərəflərin öhdəlikləri: 4. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı televiziyada işlədiyi müddət ərzində çıxmadığı məzuniyyət illərinə görə məzuniyyət pulunu razılaşdıraraq - cəmi 8.000 (səkkiz min) manat pul vəsaitini birdəfəlik ödəməyi öz öhdəsinə götürür. 5. İddiaçı isə yuxarıda qeyd edilən məzuniyyət pulunu aldıqdan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə irəli sürdüyü iddia tələbindən imtina edir. Sazişin müddəti 6. Bu barışıq sazişi imzalandığı andan təsdiq edilir və qüvvəyə minir. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri: 7. Azərbaycan Respublikası MPMnin 261.0.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 8. Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 9. Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə tərəfindən təsdiqlənməklə icra üzrə icraatın başlanılması üçün əsasdır. 10. Bu saziş 3 nüsxədən ibarət tərtib edilir və təsdiq olunur. Nüsxələrin ikisi Tərəflərdə qalır və digər nüsxəsi isə təsdiq edilməsi üçün məhkəməyə təqdim olunur.” İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "məzuniyyət pulunun verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar