Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-307/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, X1, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi, eyni zamanda Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 və "xxxx" KB ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s.” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MTK-ya qarşı “çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7) ünvanında yerləşən 44 saylı mənzilə dair Cavabdeh4 mülkiyyət hüququna dair daşınmaz əmlakın Dövlət Reyestrində alınmış qeydin və çıxarışların ləğv olunması; həmin mənzildə yaşayan Cavabdeh4, ailəsinin və onun oğlu X20 ailəsinin və mənzildə yaşayan digər şəxslərin mənzilə dair istifadə hüququna xitam verilməklə onların həmin mənzildən qeydiyyatdan çıxarılması, mənzildən çıxarılması və mənzilin X5 təhvil verilməsi; X3 Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7 ünvanında yerləşən 44 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı X8 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-nin cavabdeh qismində mülki işə cəlb olunmasını və "xxxx" KB ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə mənzilin yüklü edilməsi barədə bağlanmış ipoteka müqaqviləsinin ləğv olunmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı X8 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın ləğv olunması); Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 4Ə-353 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 4Ə-353 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında Cavabdeh4 adına xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması; X3 Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması; Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzildə yaşayan Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, mənzildən çıxarılması və mənzilin X5 təhvil verilməsi; "xxxx" KB ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə mənzilin yüklü edilməsi barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 saylı, 08 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçı öz iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh1 MTK-ya qarşı heç bir tələb irəli sürmədiyindən və bununla da Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri pozularaq iddia ərizəsi düzgün formada tərtib edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsi nəzərə alınmaqla iddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MTK və "xxxx" KB ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s. tələbi”nə dair iddia ərizəsinin Cavabdeh1 MTK-ya yönəldilmiş hissədə baxılmamış saxlanılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə "xxxx" MMC ilə bağışlanmış 4 müqaviləyə əsasən Yasamal rayonu, X28 massivi Xiyabani küçəsi 18 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m, həmin ünvanda, 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahəsinin, həmin binanın 6-cı mərtəbəsində isə sahəsi 65 kv.m olan, 44 və 45 saylı mənzillərin dəyərini tam ödəyərək əmlaklara sahib olmuşdur. 2011-ci ildə "xxxx" MMC-yə öz payçıları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini görə cinayət işi başlanıb. Bununla əlaqədar Cavabdeh1 MTK ilə 12 əlaqədar dövlət orqanları arasında genişmiqyaslı güzəştlər müqabilində "xxxx" MMC tərəfindən payçılara vurulmuş maddi zərərin ödənilməsinə, yəni tikintisi başa çatmamış binaların başa çatdırıb və yeni binalar tikib zərərçəkmişlərə (zərərçəkmiş qismində tanınmışdır) verilməsi öhdəliyinin icrasına dair razılaşma imzalanmışdır. Şərur bu işi özünə məxsus yəni onun kimi əmlakın dəyərini tam ödəyənlərə deyil, əmlakın dəyərinin bir hissəsini ödəməyənlərə, qalan borcu bağlamaq şərti ilə mənzillər verməyə üstünlük verib. O dəyərini tam ödədiyi və "xxxx" MMC tərəfindən 2011ci ilin əvvəlində ona təhvil verilmiş əmlakından 2012-ci ildə istifadə etmək istəyəndə, Cavabdeh1 MTK bu əmlakların ona məxsus olduğunu bildirərək, ondan əlavə pul tələb edib. O bundan imtina etdikdə isə, ona təhvil verilmiş əmlakından istifadə etməyinə maneçilik törətməyə başlamışdır. Bununla əlaqədar 2012-ci ilin noyabr ayında ünvan 4 ünvanında inşa edilmiş 1400 kv/m, qeyri yaşayış sahəsinin və həmin binada olan 44 və 45 saylı mənzillərin ona təhvil verilməsi barədə Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsi onun qaldırdığı iddiaya baxaraq iddia tələbini təmin edilərək, qeyd etdiyi ünvanda inşa edilmiş 1400 kv/m, qeyri yaşayış sahəsinin və həmin binada olan 1 bloklu binadan 44 və 45 saylı mənzillərin ona təhvil verilməsi barədə 2(006)-516/2013 saylı xx.xx.2013-cü il tarixində qətnamə qebul etmişdir. Məhkəmənin qətnaməsi qüvvəyə mindikdən sonra həmin əmlaklardan istifadə etmək istərkən, Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri ona təkrar maneçilik törədərək, onu və təmir işləri aparan işçilərini xəsarət yetirməklə hədələyərək ərazidən qovmuşdur. Bununla əlaqədar 18 mart 2015-ci il tarixdə, Yasamal Rayon Məhkəməsinə Nəsimi Rayon Məhkəməsində Cavabdeh1 MTK və digər 3-cü şəxslərin yaratdığı maneələrin dayandırılması üçün öhdəliyin Cavabdeh1 MTK-nın üzərinə qoyulması və eyni zamanda ona təhvil verilmiş əmlakın “üzərinə həbs qoymaqla, özgəninkiləşdirilməsi, 3-cü şəxsin istifadəsinə və sahibliyinə verilməsinin qarşısının alınması Cavabdeh1 MTK-ya və digər 3-cü şəxslərə qadağan edilməsi barədə iddianın təmin tədbirləri barədə iddia qaldırmışdır və bu iddianın təmini tədbirləri barədə xx.xx.2017-ci il tarixdə Qərardad qəbul olunmuşdur. Yasamal Rayon Məhkəməsində işə baxılarkən Cavabdeh1 MTK-nın nümayəndəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-516/2013 saylı Qətnaməsinin onların maraqlarına toxunmasını bildirərək, Nəsimi Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti vermişdir. İşə Apellyasiya və Ali Məhkəmədə baxılmış, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin Mülki Kollegiyası Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 saylı xx.xx.2013-cü il tarixli Qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə xx.xx.2017-ci il tarixli, 2(102)-226/17 saylı Qərar qəbul etmişdir. Qərar qüvvəyə mindikdən sonra xx.xx.2020-ci il tarixdə Yasamal Rayon İcra və Probasiya Şöbəsi və bir neçə Dövlət orqanının səlahiyyətli rəsmiləri tərəfindən Yasamal rayonu, X28 massivi Xiyabani küçəsi 18 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m, həmin ünvanda, 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahələri iddiaçıya təhvil verilmşdir. 44 və 45 saylı mənzillərin üzərində icra işinin təmin olunması üçün Yasamal rayonu İcra Şöbəsinin baş icra məmuru İsmayılov İsmayıl tərəfindən qeyd olunan ünvanlara iddiaçının nümayəndəsilə gedilən zaman, 44 saylı mənzildə Cavabdeh1 MTK-nın xx.xx.2012-ci il tarixli Cavabdeh3 ilə bağladığı müqaviləyə əsasən Cavabdeh4 oğu X20 ailəsi ilə yaşadığı, 45 saylı mənzildə isə X26 tərəfindən təmir işlərinin aparıldığı müşahidə edilmişdir. İcra məmurları tərəfindən 44 və 45 saylı mənzillərin istifadəçilərinə mənzilin X5 təhvil verilməsi barədə qüvvəyə minmiş Ali Məhkəmənin Qərarının olduğu və mənzillərin üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsi, 3-cü şəxsin istifadəsinə və sahibliyinə verilməsinin Cavabdeh1 MTK-ya və digər 3-cü şəxslərə qadağan edilməsi barədə məhkəmə qərarı olması barədə rəsmi bildiriş təqdim edilmişdir. Lakin, 44 saylı mənzildə öz ailə üzvləri ilə yaşayan X27 və onun həyat yoldaşı Azayeva Esmira mənzilin dəyərini Cavabdeh3 ödədiklərini və mənzili Cavabdeh1 MTK ilə yeni müqavilə bağlayaraq əldə etdiklərini, bu səbəbdən hər hansı məhkəmə qərarını tanımadıqlarını və mənzildən çıxmayacaqlarını bildirmişlər. Daha sonra Yasamal Rayon İcra və Probasiya Şöbəsinin baş icra məmuru mənzillərdə yaşayış olması ilə bağlı, onların çıxarılması barədə məhkəmə qətnaməsi olanadək işin icrasını dayandırmış və bu barədə xx.xx.2020-ci il tarixli Akt tərtib etmişdir. O, Yasamal Rayon Məhkəməsində 44 saylı mənzilə dair Cavabdeh1 MTK tərəfindən bağlanmış müqavilənən etibarsız hesab edilməsi və mənzildə yaşayanların çıxarılaraq mənzillərin ona təhvil verilməsi barədə qaldırdığı iddiaya baxılarkən Cavabdeh1 MTK tərəfindən yalnız Cavabdeh3 ilə xx.xx.2012-ci il tarixli müqavilənin olduğu, başqa şəxslə müqavilənin olmadığı bildirildi. İddiaya Yasamal Rayon Məhkəməsi baxarkən mənzillərin iddiaçıya təhvil verilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının qərarının olmasına baxmayaraq iddia təmin edilməmişdir. Daha sonra iddiaçı həmin Qətnamədən şikayət vermişdir. Şikayətə Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasında baxıldı və Yasamal Rayon Məhkəməsini Qətnaməsi qüvvədə saxlanıldı. O, Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsindən Ali Məhkəməyə Kasasiya şikayəti verdikdən sonra, Ali Məhkəmənin Mülki Kollegiyası iddianın təmin edilməyən hissəsinə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə 3 fevral 2022-ci il tarixli qərar qəbul etmişdir. İşə məhkəmədə baxılarkən mənzilin istifadəçisi Cavabdeh3 , mənzilin faktiki sahibi Cavabdeh4, onun oğlu X27 və Cavabdeh1 MTK-nın rəhbəri əlbir olaraq 44 saylı mənzilin iddiaçıya təhvil verilməsi barədə özgəninkiləşdirilməsi, 3-cü şəxsin istifadəsinə və sahibliyinə verilməsi Cavabdeh1 MTK-ya və digər 3-cü şəxslərə qadağan edilməsi barədə məhkəmə qərarı olması 2017-ci ildə qəbul olunmuş qərardadin olmasına baxmayaraq Cavabdeh1 MTK tərəfindən xx.xx.2019-cu il tarixində alınmış və əmlakın Dövlət Reyestrdə qeydə alınması üçün əsas sənəd olan AR FHN-nin “İstismara hazırlıq barədə” Rəyi Cavabdeh3 təqdim etmiş, o isə həmin mənzili Dövlət Reyestrində qeydə alınmasını icra etmişdir. Daha sonra 44 saylı mənzili qanunsuz yolla reyestrdə qeydə alınmasını icra edən Cavabdeh3 izi itirmək üçün sənədi həmin mənzilin faktiki sahibi olan Cavabdeh4 adına alqı-satqı etmişdir. Qeyd olunan qanunsuz hərəkətlər sonradan edildiyi üçün Ali Məhkəmənin Mülki Kollegiyası qaldırılmış iddia üzrə qərar qəbul edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(103)-2368/2022 saylı Qətnaməsini qismən təmin edərək, 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanan xx.xx.2012-ci il tarixli Korporativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsini qüvvədə saxlanması barədə Qərar qəbul etmişdir. Bunlara əlavə olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının qüvvəyə minmiş qərarına əsasən Yasamal rayonu, X28 massivi Xiyabani küçəsi 18 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m, həmin ünvanda, 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahəsi, həmin binanın 6-cı mərtəbəsində isə sahəsi 65 kv.m olan, 45 saylı mənzil üzərində X3 mülkiyyət hüquqları tanınaraq Dövlət Reyestrində qeydə alınaraq adına çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdikləri sübutlardan da görünür ki, bu məsələ 2015-ci ildən davam edir. İlk öncə iddiaçı X8 həmin mənzili "xxxx" MMC-dən almış, daha sonra uzunmüddətli məhkəmə mübahisələri olmuşdur. Nəticədə isə mənzilin iddiaçıya təhvil verilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh3 Cavabdeh1 MTK ilə bağladığı müqaviləyə əsasən həmin mənzili özəlləşdirmiş və Cavabdeh4 satmışdır. Həmin mənzil Cavabdeh4 satılana kimi Cavabdeh4 gəlini X21 və oğlu X27 həmin mənzildə kirayəçi olaraq yaşamışlar. İcra məmurları tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş akta əsasən, X17 da bildirilmişdir ki, bu mənzil barəsində məhkəmə mübahisəsi və Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı vardır. Daha sonra iddiaçı müvafiq tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh4 vicdanlı alıcı hesab edilə bilməz, çünki akta əsasən də sübut olunur ki, Cavabdeh4 mənzil barəsində mübahisə olması və mənzilin iddiaçıya məxsus olmasından xəbəri olmuşdur. İcra məmurları tərəfindən tərtib edilmiş aktda Azayeva Esmiranın imzası yoxdur. Həmin aktda Azayeva Esmiranın imzasına ehtiyac da yoxdur. Aktda qeyd edilmişdir ki, Azayeva Esmira icra məmurlarına həmin mənzildə kirayəçi olaraq yaşadığını, mənzili təhvil verməcəyini bildirmişdir. X15 mənzilin mübahisəli olmasından məlumatı olmuşdur. "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində başlanılmış cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Akt 2020-ci ildə tərtib edilmişdir. Məhkəmə mübahisələri olduğundan Cavabdeh4 ilə bağlanmış əqdin etibarsızlığı ilə bağlı məhkəməyə gec müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, mübahisəli mənzili X13 almışdır. Mənzili alarkən mənzil barəsində mübahisələr olduğunu, problemli mənzil olduğunu bilməmişdir. Onunla bağlanmış müqavilənin etibarsızlığına dair iddia tələbinə dair iş üzrə məhkəmə iclaslarında o iştirak etməmişdir. Mənzili Cavabdeh4 həmin mənzil iş yerinə uzaq məsafədə yerləşdiyindən 2020-ci ildə satmışdır. X27 alqı-satqıdan qabaq da həmin mənzildə kirayəçi olaraq yaşayırdı. Mənzili Cavabdeh4 satmamışdan qabaq o, mənzilin problemli oluğunu bilməmişdir. Həmin mənzildə 1-2 il yaşamışdır, lakin daimi olaraq yaşamamışdır. Məhkəmə icasında iştirak edən Cavabdeh4 nümayəndəsi, eyni zamanda Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, Cavabdeh3 həmin mənzili 2010-cu ildə X13 almışdır. X22 həmin mənzili 2008-ci ildə aldığını bildirmişdir. 2008-ci ildə həmin 44 saylı mənzil 22 saylı mənzil olmuş, sahəsi 62 kvadratmetr olmuş, 4-cü mərtəbədə yerləşmişdir. Birotaqlı və ikiotaqlı mənzillərə zərurət yarandığından Cavabdeh1 MTK tərəfindən çoxotaqlı mənzillərdən birotaqlı və ikiotaqlı mənzillər düzəldilmiş və vətəndaşlara verilmişdir. Hər mərtəbədə ən azı bir-iki mənzil artırıldığından 22 saylı mənzil 44 saylı mənzil olmuşdur. Bugünkü gündə iddiaçının hansı mənzili alması aydın deyil. Cavabdeh4 həmin mənzildə yaşamamışdır. Həmin mənzildə 2013-cü ildən etibarən X21 və X27 yaşamışlar. 2020-ci ildə onlar həmin mənzili alqı-satqı müqaviləsi əsasında almışlar. Məhkəmə icasında iştirak edən cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, hesab edirlər ki, Cavabdeh4 vicdanlı əldə edəndir. AR Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. 17 sentyabr 2023-cü il tarixdə ipoteka müqaviləsi bağlandığı zaman həmin mənzil üzərində həbs, yüklülük olmamışdır. İddianın rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, bu məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, "xxxx" MMC-nin rəhbər şəxsləri tərəfindən müxtəlif dövrlərdə ümumilikdə 85000 kvadratmetr sahəsi olan mənzillər bir neçə şəxsə satılmış və həmin vəzifəli şəxslər məsuliyyətə cəlb edilmişlər. Daha sonra, "xxxx" MMC tərəfindən zərərçəkmiş şəxs kimi tanınmış şəxslərin mənzillə təmin edilməsi üçün dövlət orqanları tərəfindən bu sahədə təcrübəsini nəzərə alaraq, "xxxx" MTK-nın üzərinə yarımçıq qalmış binaların tikilməsi və istismara verilməsi kimi öhdəlik qoyulmuşdur. Nəticədə zərərçəkmiş şəxs kimi tanınmış şəxslər mənzillə təmin edilmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən Cavabdeh3 ilə bağlanan müqavilə etibarsız hesab edilmiş, lakin Cavabdeh4 qarşı olan hissədə isə iddia təmin edilməmişdir. Hesab edir ki, məhkəmə iddia müddətini də nəzərə almalıdır. Bundan başqa onlarda iddiaçının həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınması ilə bağlı məlumat yoxdur. "xxxx" MMC tərəfindən tikilmiş binada olan 317 mənzil 1500 nəfərə satılmışdır. İlkin alıcılar zərərçəkmiş şəxslər kimi tanınmışlar. Zərərçəkmiş şəxslərin bir qismi mənzillərlə təmin edilmişlər. Digər qismi isə mülki qaydada "xxxx" MMC-yə qarşı iddia qaldırmışlar. 2009-cu ildə "xxxx" MMC ilə Eldar İdrisov arasında 22 saylı mənzillə bağlı müqavilə bağlanmış, daha sonra 22 saylı mənzil Cavabdeh3 Ədadət oğluna 06 sentyabr 2012-ci il tarixdə satılmışdır. İddianın rədd edilməsini xahiş edir. İddiaçının iddiasında göstərdiyi 44 saylı mənzil faktiki olaraq binada mövcud olan 44 saylı mənzil deyil. Şərur MTK tərəfindən həmin bina tikilərkən binanın layihəsi dəyişdirilmişdir. Binada olan 3-4 otaqlı mənzillər zərərçəkmiş şəxslərin sayının azaldılması üçün və onların mənzillərə olan tələbatı nəzərə alınaraq, 1-2 otaqlı mənzillərə bölünərək, layihəsi dəyişdirilib Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni layihə təsdiq edilmişdir. İddiaçının iddia etdiyi 6-cı mərtəbədə yerləşən, sahəsi 63 kvadratmetr olan 44 saylı, 1 otaqlı mənzil orada mövcud deyil. İddiaçının əlində yalnız müqavilə vardır. Əvvəlki layihə də onlarda yoxdur. Buna görə də 44 saylı mənzilin əvvəlki 44 və ya 22 saylı mənzil olduğunu müəyyənləşdirə bilmirlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli 3 bloklu yaşayış binasının 1000 kv.m qeyri-yaşayış sahəsi, həmin ünvanda inşa edilənh 1 bloklu 14 mərtəbəli binanın 400 kv.m qeyri-yaşayış sahəsi, bu binanın 6-cı mərtəbəsində yerləşən 2 ədəd 1 otaqlı sahəsi 62 kv.m olan 44 və 45 saylı mənzillərin üzərində iddiaçının sahiblik və istifadə hüququnun təmin edilməsi üçün həmin əmlakların X6 təhvil verilməsi və həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməməsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh1 MTK və X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 516/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-226/2017 saylı, xx.xx.2017-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-111/2017 saylı, 17 iyul 2017-ci il tarixli qərardadına əsasən ünvan 8 ünvanında, 1 bloklu 14 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 44 və 45 saylı mənzillərin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi, üçüncü şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin Cavabdeh1 MTK-ya qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2368/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5196/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5196/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və İddiaçı cavabdehlər Cavabdeh1 MTK, X26 və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun tanınması, müqavilələrin etibarsız hesab edilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi və s.” tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 45 saylı mənzilə dair Cavabdeh1 MTK ilə cavabdeh X26 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin cavabdeh X26 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, həmin mənzildən istifadəyə maneələrin ortadan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə (44 saylı mənzilin Cavabdeh3 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq iddiaçı G.Gərayxanova təhvil verilməsi; həmin mənzildən istifadəyə maneələrin ortadan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması; 100 kv.m qeyri-yaşayış sahəsindən qanunsuz olaraq məhrum olmağa görə dəymiş 50000 manat maddi ziyanın və 5000 manat mənəvi zərərin Cavabdeh1 MTK-dan tutulması) təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin (103)-2368/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 45 saylı mənzil cavabdeh X26 və digər şəxslər tərəfindən boşaldılaraq iddiaçı G.Gərayxanova təhvil verilməli, həmin mənzildən istifadəyə maneələrin ortadan qaldırılması öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulmalı, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5489/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2368/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X26 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2368/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – X3 iddiasının mübahisəli 45 saylı mənzilə dair Cavabdeh1 MTK ilə X26 arasında bağlanmış xx.xx.2019-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi hissələrində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə - X3 iddiasının mübahisəli 45 saylı mənzilin cavabdeh X26 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 MTK-nın Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2368/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə Cavabdeh1 MTK-da baxılmış və müqavilənin etibarsız hesab edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Çoxmənzilli yaşayış binasının istismara hazırlığı barədə 0322 saylı rəydən görünür ki, Cavabdeh1 MTK-ya məxsus tikintisi başa çatmış Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binalarla bağlı istismara hazırlıq barədə rəy xx.xx.2019-cu il tarixdə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3 (satıcı) ilə Cavabdeh4 (alıcı) AZ-İ ******* seriya nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.mdən ibarət mənzili alıcıya satmağı, satıcı isə mənzili müqavilə ilə müəyyənləşdirilmiş 130000 manata almağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş 130000 manat məbləğində vəsait Cavabdeh4 tərəfindən ödənilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Cavabdeh4 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Cavabdeh4 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC və X27 (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 930micADJ/23-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən borc verən borc alana 300000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksumum 120 ay müddətinə xx.xx.2033-cü il tarixinədək müddət ərzində kredit verməyi, borc alan isə kredit və kreditdən istifadəyə görə əlavə kredit müqaviləsində nəzərdə tutulmuş faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" KB ASC (ipoteka saxlayan), Cavabdeh4 (ipoteka qoyan) və X27 (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2023-cü il tarixli, 930micADJ/23-EM saylı əsas kredit və bank hesabı müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzili ipoteka saxlayana ipoteka qoymuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icra olunması ilə bağlı X4 Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzil üzərində sahiblik və istifadə hüququnun təmin edilməsi üçün həmin əmlakın X6 təhvil verilməsi ilə bağlı həmin ünvanda olunmuş və 44 saylı mənzildə yaşayan özünü Azayeva Elmira kimi təqdim etmiş şəxs bildirmişdir ki, 4 ildir ki, həmin mənzilə sahiblik edirlər və mənzili təmir etdirmişlər. Ona icra sənədi üzrə tələb elan edilmiş və o, qısa müddətdə mənzilin təhvil verilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan "xxxx" MMC (icraçı) ilə X22 (payçı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, icraçı Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci bloku, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 62 kv.m olan 22 nömrəli izolə olunmuş 1 otaqlı mənzili payçıya verməyi, payçı isə müqavilə ilə razılaşdırılmış 22320 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X22 mənzilin dəyərindən 8320 manatı "xxxx" MMC-yə ödəmişdir. İş materiallarında olan Cavabdeh1 MTK (satıcı) ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, satıcı inşa ediləcək binanın 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 44 saylı mənzilini payçıya verməyi, payçı isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X12 ifadəsində bildirmişdir ki, ilk növbədə qeyd etmək istəyir ki, icraatında minlərlə icra sənədi olduğundan dəqiqliklə hamısını yadda saxlamaq qeyri-mümkündür. Lakin bildirmək istəyir ki, aktda qeyd edilənlər tam şəkildə həqiqətə uyğundur. Əvvəllər "xxxx" MMC-yə məxsus olmuş binada 2 mənzil və qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı həmin ünvana getmişlər. Mənzillərdən biri tam təmirli idi, digərində isə təmir işləri gedirdi. Orada binanın komendantı bildirdi ki, mənzillərdən birində Esmira adında xanım yaşayır. O, həmin mənzilə yaxınlaşaraq, xanıma gəlişinin səbəbini izah etmiş, bildiriş və qərarı təqdim etmək istəmişdir. O, bu iş üzrə borclu olmadığını bildirmişdir. Həmin xanımın görünüşü yadında deyil. Həmin xanıma mənzilin mübahisəli olması barəsində məlumat vermişdir. Akt 19 fevral 2020-ci il tarixində tərtib edilmişdir. Esmira xanıma bildirmişdir ki, mənzil hazırki iş üzrə iddiaçıya təhvil verilməlidir. Mənzilin boşaldılması ilə bağlı icra vərəqəsi var idi. Esmira xanım özünü Azayeva Esmira olaraq təqdim etmişdi. Komendant da həmin mənzildə jurnalistin yaşadığını bildirmişdi. Esmira xanım tərəf olmadığına görə ona akta imza çəkdirməmiş, ona bildirmişdir ki, mənzil boşaldılmalı və X5 təhvil verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X21 ifadəsində bildirmişdir ki, həmin mənzildə 2013-cü ildən etibarən kirayədə yaşamışdır. Onlar kirayə haqqını Cavabdeh3 ödəmişlər. 2020-ci ildə alqı-satqı əsasında həmin mənzili almışlar. 2020-ci ilə qədər həmin mənzildə kirayədə yaşamışlar. İcra məmuru X10 tanımır və əvvəllər görməmişdir. Bir dəfə liftin qarşısında 3-4 nəfər ondan 45 saylı mənzilin sahibinin kim olduğunu soruşmuşlar. Məhkəmə mübahisələri dövründə mənzilə yerli baxış keçirilməmişdir. Həmçinin icra məmuru da həmin mənzilə gəlməmişdir. Onlar həmin mənzildə daimi olaraq yaşamışlar. Uşaqların məktəbi, bağçası, onun iş yeri Yasamal ərazisində yerləşdiyindən belə qərara gəlmişlər ki, bu mənzili alsınlar. Mənzili aldıqdan sonra mənzildə təmir işləri də aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X27 ifadəsində bildirmişdir ki, həmin mənzildə 2013-cü ildən etibarən kirayədə yaşayırlar. 2020-ci ildə isə həmin mənzili almışlar. Həmin mənzilə görə kirayə haqqını Cavabdeh3 ödəmişlər. Onlara mənzillə bağlı məhkəmə bildirişi mənzili aldıqdan sonra gəlmişdir. Mənzili alanda evin problemli olduğunu bilməmişdir. Bugünə kimi mənzillə bağlı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bildiyinə görə atası da həmin mənzillə bağlı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Mənzilin problemli olduğunu bilsəydilər həmin mənzili almazdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X23 ifadəsində bildirmişdir ki, X27 və X21 ilə qonşudurlar. X24 10 ilə yaxındır ki, tanıyır. O, 3-cü mərtəbədə, X27 isə 5-ci mərtəbədə yaşayır. X20 yaşadığı mənzillə bağlı məhkəmə işinin olduğunu bilməmişdir. X27 ona belə bir məlumat verməmişdir. 2007-ci ildə yaşadığı mənzili atası üçün alanda "xxxx" MMC ilə problemləri olmuşdur. Bəlkə də, iddiaçı onu tanıyır, lakin o, iddiaçıyı xatırlamır, onu görməmişdir. X20 yaşadığı mənzili əvvəllər Eldar adlı şəxsin aldığını, sonradan Elçin adlı şəxsə satdığını, onun da Vaqifə satdığını eşitmişdir. Ona yeni müqavilə əsasında 3-cü mərtəbədə mənzil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X9 "xxxx" MMC ilə arasında 2009-cu ilin müxtəlif tarixlərində bağladığı 4 müqaviləyə əsasən Bakı şəhəri, X28 massivi, Xiyabani küçəsi 18 saylı ünvanda 2 qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən 44 və 45 saylı mənzilləri əldə etmişdir. Lakin, daha sonra həmin əmlakların iddiaçı X7 "xxxx" MMC tərəfindən təhvil verilməsində mübahisələr yarandığından iddiaçı X9 "xxxx" MMC-yə qarşı əmlaklar üzərində sahiblik və istifadə hüququ təmin edilməklə əmlakların ona təhvil verilməsi və həmin hüquqların həyata keçirilməsinə maneəçilik törədilməməsinin cavabdehə qadağan edilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli 3 bloklu yaşayış binasının 1000 kv.m qeyri-yaşayış sahəsi, həmin ünvanda inşa edilən 1 bloklu 14 mərtəbəli binanın 400 kv.m qeyri-yaşayış sahəsi, bu binanın 6-cı mərtəbəsində yerləşən 2 ədəd 1 otaqlı sahəsi 62 kv.m olan 44 və 45 saylı mənzillərin üzərində iddiaçının sahiblik və istifadə hüququnun təmin edilməsi üçün həmin əmlakların X6 təhvil verilməsi və həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməməsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Daha sonra, qətnamədən apellyasiya və kassasiya şikayəti verilmiş, lakin hər iki instansiyada qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Sözügedən qətnamənin icrası zamanı və daha sonrakı məhkəmə çəkişmələri zamanı müəyyən olunmuşdur ki, iddiaçı X7 "xxxx" MMC tərəfindən satılmış həmin əmlaklar başqa şəxslərə də satılmışdır. Hazırki mübahisənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzil xx.xx.2009-cu il tarixdə ilkin olaraq iddiaçı X7 "xxxx" MMC tərəfindən satılmış, bundan sonra, "xxxx" MMC xx.xx.2010-cu il tarixdə ilkin olaraq iddiaçı X7 satılmış Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzili X2. Daha sonra, "xxxx" MMC-nin rəhbərliyinin dələduzluq hərəkətləri nəticəsində vətəndaşların pozulmuş mənzil hüquqlarının bərpa edilməsi üçün Cavabdeh1 MTK ilə digər aidiyyatı qurumlar arasında razılaşma imzalanmışdır. Bundan sonra, Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən 44 saylı mənzil Cavabdeh3, daha sonra da Cavabdeh3 da həmin mənzili Cavabdeh4 aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satmışdır. Çoxsaylı məhkəmə çəkişmələrindən sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2368/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK, X26 və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun tanınması, müqavilələrin etibarsız hesab edilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi və s.” tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 45 saylı mənzilə dair Cavabdeh1 MTK ilə cavabdeh X26 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin cavabdeh X26 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, həmin mənzildən istifadəyə maneələrin ortadan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə (44 saylı mənzilin Cavabdeh3 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq iddiaçı G.Gərayxanova təhvil verilməsi; həmin mənzildən istifadəyə maneələrin ortadan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması; 100 kv.m qeyri-yaşayış sahəsindən qanunsuz olaraq məhrum olmağa görə dəymiş 50000 manat maddi ziyanın və 5000 manat mənəvi zərərin Cavabdeh1 MTK-dan tutulması) təmin edilməməsi qət edilmişdir. Qeyd edilənlərdən və iş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2368/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilsə də, Cavabdeh3 həmin müqavilə əsasında mənzilə dair çıxarış almış, mənzili Cavabdeh4 satmış və hazırda həmin mübahisəli 44 saylı mənzil Cavabdeh4 mülkiyyətindədir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzilə dair Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsini, həmin mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 44 saylı mənzilə dair Cavabdeh4 verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi, "xxxx" KB ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə mübahisəli mənzilin yüklü edilməsi barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması hissəsinə münasibət bildirir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən də görünür ki, 44 saylı mənzillə bağlı Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeyd (çıxarış) mövcud deyildir. Cavabdeh3 alqı-satqı müqaviləsi ilə həmin mənzili Cavabdeh4 satmış və iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Cavabdeh4 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmış, belə ki, Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeyd silinmişdir. Məhkəmə isə hesab edir ki, artıq mövcud olmayan çıxarışın ləğvi tələbi əsaslı hesab oluna bilməz və iddia tələbi bu hissədə təmin edilməməlidir. Qeyd edilənlərdən əlavə məhkəmə iddia tələbinin “Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 4Ə-353 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə əlavə olaraq qeyd edir ki, Cavabdeh4 vicdanlı əldə edən olduğu üçün iddia tələbi həmin hissələrdə ümumiyyətlə təmin edilə bilməzdi. Belə ki, Cavabdeh4 alqı-satqı müqaviləsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə dair hər hansı bir məhdudiyyət və ya qeyd olmamışdır. O, məhz bu qeydiyyata etibar edərək mənzilə görə 130000 manat pul ödəyib satın almış, əmlakı satın alana qədər iddiaçını və digər cavabdehləri tanımamışdır. Əmlakı satın alana qədər oğlu ailəsi ilə birlikdə uzun müddət həmin mənzildə kirayə yaşamışlar və həmin mənzillə bağlı mübahisənin olması barədə məlumatlı olmamışlar. Şahid qismində dindirilmiş şahid X21 və X20 məhkəmə iclasında verdiyi ifadələri ilə də təsdiq olunur ki, 2013-cü il tarixdən mübahisəli mənzildə kirayə yaşamışlar. Habelə ifadəsində icra məmuru X10 tanımadığını, bir dəfə liftin qarşısında 3-4 nəfərin ondan 45 saylı mənzilin sahibinin kim olduğunu soruşduqlarını bildirmişdir. Məhkəmə mübahisələri dövründə mənzilə yerli baxış keçirilməmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan da görünür ki, icra sənədi barədə X15 məlumatlandırıldığı aktda qeyd olunsa da, həmin akt X21 tərəfindən imzalanmamışdır. Bundan əlavə, X27 ifadəsində qeyd etmişdir ki, 2020-ci ildə həmin mənzili almışlar. Həmin mənzilə görə kirayə haqqını Cavabdeh3 ödəmişlər. Onlara mənzillə bağlı məhkəmə bildirişi mənzili aldıqdan sonra gəlmişdir. Mənzili alanda evin problemli olduğunu bilməmişdir. Bugünə kimi mənzillə bağlı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bildiyinə görə atası da həmin mənzillə bağlı heç bir məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarından da göründüyü kimi, mübahisəli mənzil Cavabdeh4 satılana kimi ilkin olaraq İddiaçı, X18, Cavabdeh3 və yekun olaraq Cavabdeh4 satılmışdır. Qeyd olunan hallar isə Cavabdeh4 vicdanlı tərəf olmasına dəlalət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Cavabdeh4 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək mənzil əldə etmiş və mənzilə dair hüquqlarını reyestrdə qeydə aldırmışdır. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 4Ə-353 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması; X3 Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması; Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzildə yaşayan Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, mənzildən çıxarılması və mənzilin X5 təhvil verilməsi” hissələrinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Habelə məhkəmə iddia tələbinin "xxxx" KB ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə mənzilin yüklü edilməsi barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə də qiymət verərək qeyd edir ki, Cavabdeh4 vicdanlı alıcı kimi Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilin mülkiyyətçisi olduğundan qanunvericiliyin ona verdiyi imkanlardan istifadə edərək öz əmlakını öhdəliklərinin icrasının təmini vasitəsi kimi ipoteka ilə yüklü etməkdə də azaddır. Bundan əlavə "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, Cavabdeh4 vicdanlı əldə edəndir. AR Mülki Məcəlləsinin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Habelə 17 sentyabr 2023-cü il tarixdə Cavabdeh4 ilə onlar arasında ipoteka müqaviləsi bağlandığı zaman həmin mənzil üzərində həbs və ya hər hansı yüklülük olmamışdır. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə mənzilin yüklü edilməsi barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı hər hansı bir əsas müəyyən olunmamışdır və iddia tələbi bu hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi, qanunvercilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O, halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X11 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının hər hansı hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli mənzili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh4 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 və "xxxx" KB ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s. tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı X8 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 və "xxxx" KB ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s. tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı X5 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-307/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-307/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver