Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-307/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X13 bağladıqdan xeyli müddət sonra dünyasını dəyişən X2 Laura atasına qarşı bilavasitə törətdiyi ağır cinayət sənədlərlə də təsdiq olunduğu üçün (atası Bahadurla bir yerdə yaşayıb ona baxdığı ucun bacısı Nigarı amansızcasına qətlə yetirməklə ahıl yaşlı atasını köməksiz vəziyyətdə buraxan Laura cinayət hadisəsinə kimi əsasən ya X15, ya da Yasamal rayonu, N.ünvan 1 ünvanında qeydiyyatda olduğu mənzildə yaşamışdır) ləyaqətsiz vərəsə hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə X19 oglu öz şəxsi dəvəti ilə onunla (iddiaçı ilə) X13 bağlamışdır. Ömürlük Müqaviləyə əsasən ona (iddiaçı) insan yaşaması üçün heç bir şəraiti olmayan, faktiki qapısız çox ağır antisanitar vəziyyətdə olan bir zibilxana verilmişdir. Məhz mənzil təmir olunandan sonra X10 öz iradəsi ilə deyil, Platon adlı qardaşı başda olmaqla (məhz həmin Platon adlı qardaş iddiaçı X4 iradəsinin ziddinə olaraq, onunla bir yerdə yaşadığı və bağlanmış müqaviləyə əsasən həmin illərdə onun (iddiaçı) öhdəçiliyində olduğu halda, onu yaşadığı mənzildən heç bir xəbər etmədən aldadıb çıxararaq naməlum yerə aparmış və 3-4 aydan sonra Bahadur müəmmalı şəkildə dünyasını dəyişmişdir. 2009-cu ildə cavabdeh bilavasitə Qasımov Bahadura qarşı cinayət törədərək onunla bir yerdə yaşayan qızı X5 xususi qəddarlıqla öldürərək cəsədini tikə-tikə doğramışdı. Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2018 ci ildə verdiyi N69 saylı sərəncamda Qanuni nümayəndə qardaşı qızı Cavabdeh qəyyum təyin olunmuşdur. Bundan sonra Qanuni nümayəndə və dəstəsi mənzili ələ keçirtmək məqsədi ilə mənzilin mülkiyyətinə keçməsi üçün əsas olan və qanuna müvafiq surətdə xx.xx.2010 cu il tarixində onunla (iddiaçı ilə) çox agır şərtlər müqabilində bağlanmış X8 şəxsi maraqları naminə ləğv etdirmək üçün onları illərlə məhkəmələrdə süründürdülər. Məqsədləri də onların (iddiaçı tərəfi) öz pulu hesabına zibilxana vəziyyətindən yaşamaq üçün mümkun olan hala saldıqları mənzili illərlə onlara vurduqları maddi ziyanı ödəmədən ələ keçirtmək olmuşdur. Məlumat üçün onu da bildirdi ki, 2010-cu ildə X9 əsasən o illər onlara mənzil deyil, faktiki qapısız, bütün mənzil boyu döşəmədən tavanadək üst-üstə yığılmış içi zibil dolu torpabalardan ibarət, zibil tullantısı yeri kimi istifadə olunan mətbəxi, qeyri-işlək vəziyyətdə su sistemi olan, ağır anti sanitar qovşağı, illərlə mənzildə istifadə olunan qaz tüstündən şüşələri belə aydın seçilməyən, üfunət iyindən yaxın gəlməsi mümkun olmayan bir zibilxana verilmişdir. Həmin zibilxanaya köçməzdən öncə orada təmir işləri aparmış, orada yaşamaq üçün lazımı şərait yaratmışdı. X9 əsasən verilmiş mənzildə iki dəfə təmir işləri aparmış və o illər zibixana kimi istifadə olunan mənzilin təkcə təmizlik və təmir işlərinə 40.000 min manatdan çox pul xərcləmiş. Məhz həmin vaxtlarda onunla (iddiaçı ilə) X13 bağlayan, hazırda dünyasını dəyisən X14 adlı qardaşı gəlib mənzili təmir olunmuş vəziyyətdə gördükdən sonra nəfsini cilovlaya bilməyərək mənzili ələ keçirtmək niyyətinə düşmüşdür. Platon elə bu məqsədlə də öz çirkin niyyətlərini həyata keçirtmək ucun əlbir işlədiyi dəstə ilə birlikdə mənzilə gələrək ona və anasına hədə-qorxu gəlmişdilər. 2012-ci ildə onunla renta müqaviləsi bağlayan qardaşı B.Qasımovu müqaviləni ləğv etmək üçün Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməyə məcbur etmişdir. Suraxanı rayon Məhkəməsində həmin mülki iş üzrə qaldırılan iddia heç bir qanuni əsas olmadan təmin olunmuşdur. Əsas da o göstərilmişdir ki, guya o (iddiaçı) renta müqaviləsinin tələblərini pozaraq, iddiaçıya lazımınca qayğı göstərməmişdir. Həmin qanunsuz məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən 13 fevral 2013-cü il tarixdə ləğv olunmuş və iddia tələbi rədd edilmişdir. Məhkəmə prosesində şahid ifadələrinə əsasən sübut olunmuşdur ki, o, renta müqaviləsinin şərtlərini pozmayaraq iddiaçıya lazımı qayğını göstərərək müqavilədə göstərilən şərtləri tamamilə yerinə yetirmişdir. Ali Məhkəmə 18 iyun 2013 -cu il tarixli qərarı ilə bu iş barəsində Bakı Apelyasiyya Məhkəməsi tərəfindən verilən həmin məhkəmə qətnaməsini qüvvədə saxlamışdır. Bütün bunlara baxmayaraq, qarşı tərəf 24 noyabr 2017-ci il tarixində yenidən eyni mübahisə üzrə bu dəfə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə qanunsuz olaraq iddia rədd olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanmışdır. İddiacı tərəf həmin məhkəmə qətnməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində Apellyasiya Məhkəməsi qarşı tərəfin qaldırmadığı yeni bir hala istinad etməyə çalışmışdır. Həmin hal da 2010-cu ildə xususi qəddarlıqla ağır təhlükəli cinayət törədərək yəni elə bu mübahisəli mənzildə amansızlıqla bacısını öldürən Cavabdeh guya yaşamağa yerinin olmamasıdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görunduyu kimi vəkili tərəfindən olunan sorğuya əsasən verilən cavabda göstərilmişdir ki, 5 saylı Vəkillik Burosunun sorğusuna əsasən xx.xx.2019-cu il tarixində ARƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən cavabında aşağıdakılar göstərilmişdir. “Yasamal rayonu, N.Nərimanov mey 5 8 saylı mənzil 13.11 2013 cu il tarixində Cavabdeh qizinin adına qeydiyyatdan keçmiş və hazırda da onun mülkiyyətindədir. Pasport qeydiyyatı ilə verilən sorğulardan isə müəyyənləşdirildi ki, Cavabdeh xx.xx.1985-ci il tarixindən Yasamal r. N.Nərimanov meydanı, 5 mənzil 8 də qeydiyyatdadır Yasamal r. 56 saylı Mənzil Komunnal Sahəsi və Təsərrüfat Birliyi də verdiyi arayışda da Cavabdeh Yasamal r. H. Zərdabı küşəsi 73 mən 79 da qeydiyyatda olmadığını təsdiqləmişdir. Müqavilə bağlanarkən belə başqa yerdə qeydiyyatda olaraq Ruhi Xəstəxanada müalicə olunan Cavabdehnin mübahisəli mənzillə heç bir huquqi bağlılığı olmamışdır. Bütün bunlar bir daha təsdiq edir ki, Renta müqaviləsində tərəf olan Qasımov Bahadur vəfat etdikdən sonra qardaşı Platon qanunu əsaslarla mülkiyyətində olan mənzilə çəkilmiş xərcləri illərlə vurduqları maddi ziyanı ödəməməkdən yayınmaqla mənzili mənimsəmək uçun indi Cavabdeh bir vasitə kimi istifadə etməkdədir. Əvvəllər qardaşı Bahadur Qasımovu öz mundar niyyətlərini həyata keçirtmək məqsədi ilə 90 yaşında ahıl yaşlı adamı xəbərsiz bir növ oğurlayaraq mənzildə apararaq əvvəl Nizamı rayonunda, sonra Qaradağ rayonunda müxtəlif ünvanlarda güclü yuxu gətiricilərin təsiri altinda gizli ünvanlarda saxlaması və mənzildən gizli şəkildə aparılanadək sağlamlıgında hec bir ağır problemi olmadigi halda, məhz Platon tərəfindən aparılandan sonra Bahadur Qasımov müəmmalı şəkildə dünyasını dəyişmişdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də məlum olur ki, müqavilə bağlanarkən Lauranin bu mübahisəli mənzillə heç bir huquqi bağlılığı olmamışdır. Mülkiyyətində başqa mənzil olmuşdur. Vərəsəliyə gəldikdə isə yenə də iş materiallarında olan sənədlərlə təsdiq olunur ki. Laura ləyaqətsiz vərəsə olduğu üçün mənzil Lauraya verilə bilməz. Bütün bu süni məhkəmə çəkişmələri ilə illərlə onları məhkəməyə salan Platon və ailəsinin məqsədi onların pulu hesabına mənzil halına salınmış mülkü mənimsəmək olmuşdur. Odur ki, o, məcbur qalıb X13 bağladıqdan xeyli zaman sonra dünyasını dəyişən X4 qızı Cavabdeh bilavasitə atasına qarşı törətdiyi ağır cinayətə görə (yəni Cavabdeh yaşlı atasına qulluq edən digər bacısını X17 qizini xüsusi qəddarlıqla öldürüb onun cəsədini tikə-tikə doğramış və atasını köməksiz vəziyyətdə buraxdığı üçün) AR MPM-nin 1137-ci maddəsinə əsasən ləyaqətsiz vərəsə hesab olunması barəsində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə verdiyi etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Qeyd etmişdir ki, o, Cavabdeh əmisi və qanuni nümayəndəsidir. Təmsil etdiyi şəxs 14 ildir ki, xəstəxanadadır. Onu Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından sonra xəstəxanaya yerləşdirmişlər. Hazırda onun evini zəbt ediblər. Müvafiq sənədləri məhkəməyə təqdim edibdir. Etirazda qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla iddianin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabderhin nümayəndəsinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 iyun 2010-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 477.3-cü maddəsinə əsasən Cavabdeh cinayət məsuliyyətindən və cəzadan azad olunması, barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi; Təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri o ümumi tipli psixiatriya stasionarına yerləşdirilənədək dəyişdirilmədən saxlanılması; Cavabdeh ümumi tipli psixiatriya stasionarına yerləşdirildikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 69 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamından görünür ki, Yaşamal Rayon Məhkəməşinin xx.xx.2010-cu il tarixli, 2(004)-4853/10 nömrəli qətnaməsinə əsasən xx.xx.1969-cu il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, 5 nömrəli evin 8-ci mənzilində qeydiyyatda olan Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2011-ci il tarixli 32 nömrəli sərəncamı ilə ona atası X10 qəyyum təyin edilmişdir. Qasımov X11 Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçifik Komissiyasına ərizə ilə müraciət edərək, X4 vəfat etməsi ilə əlaqədar onun Cavabdeh qəyyum təyin edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-4853/10 nömrəli qətnaməsini və Qanuni nümayəndə ərizəsini nəzərə alaraq: Fəaliyyət qabiliyyəti olmayan xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh mülkiyyətlərinə hüququ olmadan əmisi Qanuni nümayəndə qəyyum təyin edilməsi; Yasamal rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2011-ci il tarixli 32 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi; Sərəncamın surətinin icra üçün Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsinə göndərilməsi qərara alınmışdır. “Renta alan” X10 ilə “Renta ödəyicisi” X7 arasında bağlanmış xx.xx.2010-cu il tarixli Ömürlük renta müqaviləsinə əsasən Renta alan Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanda yerləşən, yaşayış sahəsi 29,0 kv.metr, ümumi sahəsi 41,1 kv.metr olan 2 (iki) otaqlı mənzili X3 mülkiyyətinə verməyi, Renta ödəyicisi isə Renta alanı ömrünün sonunadək saxlamaqla, insan yaşayışı üçün lazım olan zəruri xərcləri, o cümlədən qida məhsullarına çəkilən xərcləri, geyim, müalicə və sair xərcləri ödəməyi və lazımi xidmətlər göstərməyi, mənzilin təmiri ilə əlaqədar bütün işləri yerinə yetirməyi, öldükdən sonra onu dəfn etməyi, bütün dəfn xərclərini ödəməyi, hər ayın əvvəlində 100 (yüz) manat pul ödəməyi öhdəsinə götürür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3717/2019 saylı, 15 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər X7 və Nümayəndə qarşı irəli sürülmüş və onun prosessual hüquq varisi Cavabdeh tərəfindən müdafiə olunan “ömürlük renta müqaviləsinin ləğv edilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsindən iddiaçı məhrum X4 verdiyi apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarlmış, iddianın təmin edilməsi, X10 ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsi”nin ləğv edilməsi, həmin müqavilənin predmeti olan və Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X4 xüsusi mülkiyyət hüququ bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması, cavabdeh Nümayəndə həmin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdeh Ceyhun Aslanov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5892/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehlər X7 və Nümayəndə kassasiya şikayətləri təmin olunmadan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3717/2019 saylı, 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının X1 ünvanlanmış 21 may 2019-cu il tarixli məktubuna əsasən Yasamal rayon, Qəyyumluq və Himayəçilik komissiyası Cavabdeh mülkiyyəti barədə sərəncam vermək səlahiyyətlərinin Qanuni nümayəndə verilməsini məqsədəmüvafiq hesab etməmişdir. Ərizədə qeyd edilən mübahisəli məsələ mülki hüquq münasibətlərinin predmetinə aid olduğundan müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. 56 saylı MKİS-in 19 yanvar 2015-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 1969-cu il təvəllüdlü Cavabdeh Bahadır qızının H.Zərdabi küçəsi 73 saylı evin 79-cu mənzilində qeydiyyatı olmamışdır və hal-hazırda qeydiyyatı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 16 oktyabr 2018-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1969cu il təvəllüdlü Bakı şəhərində anadan olan Qasımova Läura Bahadur qızı xx.xx.1985-ci il tarixdən Yasamal rayonu, ünvan 6 ünvanında qeydiyyatdadır. AR DİN Baş Pasport, X18 İdarəsinin 12 oktyabr 2018-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, BPQMİ-nin qeydiyyatlarına əsasən xx xxxx 1969-cu il təvəllüdlü Cavabdeh 08 oktyabr 1985-ci il tarixdən hal-hazıradək ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********552 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov meydanı, ev 5, 8 saylı mənzilin 1 otağı xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddiaçı X7 ilə mərhum X10 arasında bağlanmış xx.xx.2010-cu il tarixli Ömürlük renta müqaviləsinə əsasən Renta alan-B.Qasımov Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanda yerləşən, yaşayış sahəsi 29,0 kv.metr, ümumi sahəsi 41,1 kv.metr olan 2 (iki) otaqlı mənzili Renta ödəyicisi-X3 mülkiyyətinə verməyi, Renta ödəyicisi isə Renta alanı ömrünün sonunadək saxlamaqla, insan yaşayışı üçün lazım olan zəruri xərcləri, o cümlədən qida məhsullarına çəkilən xərcləri, geyim, müalicə və sair xərcləri ödəməyi və lazımi xidmətlər göstərməyi, mənzilin təmiri ilə əlaqədar bütün işləri yerinə yetirməyi, öldükdən sonra onu dəfn etməyi, bütün dəfn xərclərini ödəməyi, hər ayın əvvəlində 100 (yüz) manat pul ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra B.Qasımov məhkəmədə iddia qaldıraraq, onunla cavabdeh C.Aslanov arasında bağlanmış xx.xx.2010-cu il tarixli "Ömürlük renta müqaviləsinin” ləğv edilməsi, həmin müqavilənin predmeti olan və Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzilinin mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə olunması, S Ağayevanın mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsası qismində göstərilmişdir ki, “...renta müqaviləsi üzrə yaranan münasibətlər ona yalnız əziyyət, söyülmə, döyülmə, təhqir və mənəvi iztirabların verilməsindən başqa heç bir şey verməmişdir. Həmçinin onun yaşaması üçün, azacıq da olsa, maddi təminat da verilməmişdir.” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3717/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı mərhum X4 apellyasiya şikayətinin təmin edilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməsi; X10 ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsinin” ləğv edilməsi; Həmin müqavilənin predmeti olan və Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X4 xüsusi mülkiyyət hüququ bərpa olunaraq, müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması; cavabdeh Nümayəndə həmin mənzildən istifadə hüququna xitam verilməsi; cavabdeh X3 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5892/2019 saylı qərarından görünür ki, cavabdehlər X3 və Nümayəndə kassasiya şikayətlərinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(103)-3717/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda iddiaçı Ceyhun Aslanov məhkəməyə müraciət edərək, mərhum X6 Qasımovanın ləyaqətsiz vərəsə hesab olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Əsas qismində Cavabdeh doğma bacısı X5 02 dekabr 2009-cu ildə xüsusi amansızlıqla qəsdən öldürməsi göstərilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 iyun 2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 477.3-cü maddəsinə əsasən Cavabdeh cinayət məsuliyyətindən və cəzadan azad olunması, barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionannda məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi; təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri o ümumi tipli psixiatriya stasionarına yerləşdirilənədək dəyişdirilmədən saxlanılması; Cavabdeh ümumi tipli psixiatriya stasionarına yerləşdirildikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi qərar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı Ceyhun Aslanovun mərhum Bahadur Qasımovla Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanda yerləşən, yaşayış sahəsi 29,0 kv.metr, ümumi sahəsi 41,1 kv.metr olan 2 (iki) otaqlı mənzilə münasibətdə bağladığı “Ömürlük renta” müqaviləsi məhkəmə qaydasında ləğv edilmişdir. Hazırda iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ləğv edilmiş Ömürlük renta müqaviləsi bağladığı mərhum şəxsin qızının ləyaqətsiz vərəsə kimi tanınması iddiasını irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143-cü maddəsinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Qanunvericilik müvafiq iddia tələbinin irəli sürülməsi hüququnu maraqlı şəxslərə münasibətdə tanıyır. İddiaçının miras qoyanla bağladığı renta müqaviləsi isə ləğv edilmişdir. Bir sözlə, iddiaçı maraqlı şəxs qismində tanına bilməz, o, subyektiv hüquqa malik deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyünə görə iddiaçı X3 Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-307/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-307/2025
07.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver