Məhkəmə qərarları › İş №2(004)-3074/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3074/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3074/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun 4 ədəd telefon üçün ödədiyi ümumilikdə 2244 manat əsas borc və ödənilmiş 43 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Həmçinin iddiaçı 43 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin iddia ərizəsi imzalanmamışdır. Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Cavabdeh rəsmi olaraq Ağdam rayonu Qasımlı Ərazi Dairəsi Qasımlı kəndində qeydə alınmasına baxmayaraq, iddia ərizəsi ilə Ağdam rayon Məhkəməsinə müraciət etməli olduğu halda Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı cavabdehin faktiki ünvan 1 ünvanda Az.TU-nun 1 saylı yataqxanasında 112 nömrəli otaqda yaşadığını qeyd etsə də, bu halı təsdiq edən rəsmi sənədi iddia ərizəsi əlavə etməmişdir. İddia ərizəsinə əlavə etdiyi axtarışın detalları adlı kserosurət olan vərəqdə Cavabdeh xx.xx.2012-ci il tarixdə Yasamal rayon Polis İdarəsi tərəfindən CM-nin 128-ci maddəsi ilə həbs edildiyi və onun ünvan 1 ünvanda Az.TU-nun 1 saylı yataqxanasında 112 nömrəli otaqda yaşaması qeyd edilmişdir. Məhkəmə məlumat xarakterli olan bu yazını sənəd kimi qəbul etmir və DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı və “AZEMİS”-dən xx.xx.2023-cü il tarixli çıxarışı əsas götürərək qeyd edir ki, Cavabdeh Ağdam rayonu Qasımlı Ərazi Dairəsi Qasımlı kəndində rəsmi qeydə alındığına görə, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə Ağdam rayon Məhkəməsinə müraciət etməlidir. Çünki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 114, 151, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar